Məhkəmə qərarları › İş №2(001)-1102/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1102/2022

11.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1102/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 avqust 1993-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 19 avqust 1993-cü il təvəllüdlü oğlu X9 İ qrup əlil olmaqla, epilepsiya və dərin ağıl zəifliyi xəstəliklərindən əziyyət çəkir. Bakı Şəhəri Binəqədi Rayonu 9 saylı Şəhər Poliklinikasının 26 noyabr 2021-ci il tarixli, 772 nömrəli arayışından görünür ki, 1993-cü il təvəllüdlü X1 Psixiatrıya kabinetində 2009-cu ildən qeydiyyatdadır. Onun xəstəliyinin diaqnozu: epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə dərin ağıl zəifliyi: Fiziki infantilizm kimi müəyyən olunmuşdur O, xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Oğlunun xəstəliyi ilə əlaqədar özünə qulluq vərdişləri yoxdur və mütəmadi olaraq qayğıya və nəzarətə ehtiyacı vardır. Habelə, qanunla müəyyən olunmuş hüquqlarını həyata keçirmək, qanuni mənafeyini müdafiə etmək və bu məqsədlə digər şəxslərlə münasibətlərdə tərəf qismində iştirak etmək, əqd bağlamaq və s. imkanlarından məhrumdur. X4 atası X10 27 iyul 2020-ci ildə hipertoniya xəstəliyindən vəfat etmişdir. X3 onunla birlikdə yaşayır və onun maddi ehtiyaclarını ödəməyə, mənəvi cəhətdən ona dəstək olmağa çalışır. Onun xəstəliyi səbəbindən öz hərəkətlərini idarə etmək iqtidarında olmaması faktı hüquqi cəhətdən də təsdiqlənməli və fəaliyyət qabiliyyətinin olmaması faktı müəyyən edilərək müvafiq olaraq, qəyyum təyin edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı 409923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 19 avqust 1993-cü il tarixində, Bakı şəhərində anadan olmuş, atası X10, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinin 9 saylı Şəhər Poliklinikasının 26 noyabr 2021-ci il tarixli 772 №-li Arayışdan görünür ki, 1993-cü il təvəllüdlü X9 İ qrup əlildir və 2009-cu ildən “epilepsiya generalizə olunmuş qıcolma tritmeları ilə dərin ağıl zəifliyi, fiziki infantilizm” diaqnozu ilə poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 14.02.2022-ci il tarixli 375 saylı rəyindən görünür ki, X8 üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) dərin əqli gerilik formasında psixi xəstəlik müəyyən edilir. X8 hazırkı müayinə zamanı müəyyən edilən üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) dərin əqli gerilik ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Onda müəyyən edilən xəstəliklə əlaqədar X2 onun məhkəmədə iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarlarla müəyyən olunmuşdur ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 19 avqust 1993-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. 19 avqust 1993-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar