Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1106/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış 13756922M236778 nömrəli sayğac və **********680031 abunə kodu üzrə "xxxx" ASC tərəfindən əsassız hesablanmış 2936,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacı üzrə heç bir borcu olmamışdır. Bu günə kimi borcunun olması barədə xəbərdarlıq edilməmişdir. O, istifadə edilən sərfiyyata uyğun ödənişlər etmişdir. 29 noyabr 2021-ci il tarixində ona verilmiş bildirişdə qalıq borc məbləği 2984,80 manat qeyd edilmişdir. 20 dekabr 2021-ci il tarixində axşam saatlarında cavabdeh tərəfin əməkdaşları gələrək borcun olması barədə məlumat vermiş və ödənilməsini tələb etmişlər. Əks təqdirdə elektrik enerjisinin kesiləcəyini bildirmişlər. Abunə haqqında verilmiş çıxarışda hər hansı qalıq borcun olması göstərilməmişdir. Bu borc tamamilə əsassızdır. Bu qədər borcun yaranması mümkünsüzdür. Borcun haradan və necə yaranması məlum deyildir. Bu miqdarda borcunun olması barədə hər hansı sübut təqdim edilmir. Əgər bu qədər borc olsaydı tərəf uzun müddət gözləmə mövqeyini tutmazdı. Cavabdehin əməkdaşlarının səhlənkarlığı ucbatından belə bir vəziyyət yaranmışdır. Nəticədə onun istehlakçı hüquqları pozulmuşdur. Qeyd olunanlardan görünür ki, qanunsuz olaraq borc hesablanmışdır. Halbuki bunun müəyyən edilməsi üçün komissiya təşkil edilməli və yoxlanılaraq aradan qaldırılmalı idi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun borcu yoxdur. Əgər borcu olsaydı, evinə verilən elektrik enerjisi kəsilməli idi. Ödənişləri etsə də, məhkəməyə təqdim edəcək qəbzləri yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin illər üzrə sərfiyyatı çox olsa da, ödənişlər arasında kəskin fərqlər mövcuddur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçıdan tələb edilən borc, sərfiyyata görə yaranmış borc məbləğidir. Borc yaranmasına tərtib edilmiş hər hansı akt əsas olmamışdır, həmin məbləğ sırf elektrik enerjisindən istifadə ilə bağlı sərfiyyata görə hesablanmış borcdur. Belə ki, abunə haqqında çıxarışdan görünür ki, abonentin illər üzrə ödənişlərinin müqayisəsində kəskin fərqlər mövcuddur. Belə ki, 2018-ci il üçün 170 manat, 2019-cu il üçün 279 manat, 2020-ci il üçün 30 manat, 2021-ci il üçün 236 manat ödəniş edilmişdir. Ancaq sərfiyyatın dəyəri bundan daha artıq olmuşdur. Əgər iddiaçı ödənişləri mütəmadi olaraq ödədiyini iddia edirsə, o zaman ən azından 2020-ci il üçün sərfiyyət üzrə ödəniş qəbzlərini məhkəməyə təqdim etsin. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 görünür ki, İddiaçı məxsus, ünvan 2 ünvanında, **********80031 abonent kodu olan hesabına 2015-ci ilə 1307,62 manat, 2016-cı ilə 1469,41 manat, 2017-ci ilə 1648,06 manat, 2018-ci ilə 1995,93 manat, 2019-cu ilə 2207,34 manat, 2020-ci ilə 2634,61 manat, 2021-ci ilə 2954,03 manat, 2022-ci ilə 2875,64 manat məbləğində borc hesablanmışdır. **********80031 abonent kodu İddiaçı məxsus abonent haqqında olan məlumatdan görünür ki, 22.12.2021-ci il tarixinə 2949,03 manat borc hesablanmışdır. Həmin ünvanda 27.08.2010-cu il tarixində və 22 dekabr 2021-ci il tarixində sayğac dəyişikliyi edilmişdir. "xxxx" ASC tərəfindən verilən bildiriş-xəbərdalıq barədə qəbzdən görünür ki, iddiaçıya 2984,80 manat məbləğində borc hesablanmış, sonuncu dəfə 29 noyabr 2021-ci il tarixində 30 manat ödəniş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus, ünvan 2 ünvanına (**********80031 abonent kodu) olan 29 noyabr 2021-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 2984,80 manat borc hesablanmışdır. İddiaçı cavabeh tərəfindən hesablanmış 2936,80 manat borcun əsassız hesablandığını və tərəfindən mütəmadi olaraq ödəniş edildiyini iddia edir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək, abunə haqqında çıxarışa istinad etməklə yaranmış borc məbləğinin tamamilə iddiaçının enerji sərfiyyatına görə yaranmış borcu olduğunu, bu borcun isə iddiaçı tərəfindən sərf edilən enerji müqabilində daha az ödəniş edilməsi səbəbindən yarandığını bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qərarın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Əvvəla məhkəmə iddiaçıdan tələb edilən borc məbləğinə münasibətdə qeyd edir ki, cavabdehin 2016-cı il tarixinədək yaranan borc məbləğinə tələb hüququ itirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu **********80031) elektrik enerjisindən istifadəyə görə 2016-cı il tarixinədək hesablanmış 1469,41 manat borc məbləğinə cavabdehin tələb hüququ itirildiyindən, həmin borc məbləği iddiaçıdan tələb edilə bilməz. Belə olan halda iddia həmin hissədə qismən təmin edilməli və 1469,41 manat borc məbləği İddiaçı məxsus abonent hesabından silinməlidir. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində borc məbləğinin əsassız olaraq hesablandığını iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan abunə haqqında hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən 2017-ci ildə 347,97 kub.m sərfiyyat müqabilində 225 manat ödəniş edilmiş, 2018-ci ildə 421,19 kub.m sərfiyyat müqabilində 180 manat ödəniş edilmiş, 2019-cu ildə 401,17 kub.m sərfiyyat müqabilində 275 manat ödəniş edilmiş, 2020-ci ildə 384,23 kub.m sərfiyyat müqabilində 30 manat ödəniş edilmiş, 2021-ci ildə 432,17 kub.m sərfiyyat müqabilində cəmi 185 manat ödəniş edilmişdir. Sadalanan illər üzrə enerjinin 1 kub.m üçün tarif məbləği 0,07 manatdan(limitdən artıq istifadə ilə bağlı isə digər tariflə) hesablanmışdır. Göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən hesablanan borc onun elektrik enerjisindən sərfiyyatına görə hesablanmış borc məbləğidir. İddiaçı isə həmin borc məbləğinin tərəfindən ödənilməsinə dair sübut təqdim edə bilmir. Eyni zamanda iddiaçıya cəmi 30 manat ödəniş edildiyi müəyyən edilən 2020-ci il üçün əslində daha çox ödəniş edildiyini təsdiq edən hər hansı sübutun təqdim edilməsi təklif olunsa da, iddiaçı buna dair də sübut təqdim edə bilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin əsası kimi göstərdiyi halları(sərfiyyata uyğun ödənişlər etməsini, borcun əsassız hesablanmasını) sübut edə bilməmiş, əksinə cavabdeh iddiaçının sayğac göstəricilərinə əsasən borcunun yarandığını sübut etmişdir. Sübutetmə ilə bağlı mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən (abonent kodu: **********80031) mənzilə enerji sərfiyyatına görə "xxxx" ASC tərəfindən hesablanmış 1469,41 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki-Prosessual Məcəllənin 112.1.7-ci maddəsinə əsasən ödəmə ya xitam verilməsi haqqındakı iddialarda iddianın qiyməti—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə iddianın qiymətinin 1000 manatadək olduğunu, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğində hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən (abonent kodu: **********80031) mənzilə enerji sərfiyyatına görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1469,41 (bir min dörd yüz altmış doqquz manat, qırx bir qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 15(on beş) manat məbləğində hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1106/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1106/2022
11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver