Məhkəmə qərarları › İş №2(3-8)-922/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-922/2026

22.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-922/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi. cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirak ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnaməyə əsasən hesablanmış 3447.36 manat məbləğində borcun *************** saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günel Kamilli) iddia qismən təmin edilmiş, Cavabdeh İstehsalat Birliyinin ##.##.2025-ci il tarixli tələbnaməsinin ləğv edilməsi, *************** saylı abonent kodu ilə bağlı hesablanmış 2542.86 (iki min beş yüz qırx iki manat səksən altı qəpik) manat məbləğin 264012000000320 kodlu abonent hesabından silinməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmiş və şikayətə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə bildirdi ki, apellyasiya şikayətini imzalamış şəxsin etibarnaməsində şikayəti imzalamaq səlahiyyəti qeyd edilməmişdir. Bu səbəbdən hesab edir ki, şikayəti icraata qəbul edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətnin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayəti qeyrimümkün hesab edlməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarına əlavə edilmiş AR-İ ****** nömrəli, ##.##.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X2 həmin etibarnamə ilə haradan yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, sənədləşmə işlərini aparmağı, ərizə verməyi və sair səlahiyyətləri vermişdir. Lakin etibarnamədə Mülki Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar səlahiyyətlər qeyd edilməmişdir. Göründüyü kimi verilmiş etibarnamə mülki məhkəmə icraatında nümayəndəlik səlahiyyətini əhatə etmir. Belə olan halda apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin nümayəndə tərəfindən imzalamağa hüququ müəyyən edilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi vəkil tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, qətnamənin apellyasiya şikayətini imzalayan şəxsin onu imzalamağa səlahiyyətinin olub-olmamasını araşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət Mülki Prosessual Məcəllənin Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar