Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-111/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Binəqədi RİH-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24.05.1998-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 1996-cı ildə X7 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahından 24.05.1998-ci il tarixdə X5 anadan olmuşdur. Aygül Həbibova anadan olandan qüsurlu doğulmuş və müxtəlif həkimlərə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. X10 İ qrup əlillik verilmiş, etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik meyarı ilə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərə çarpan inbesillik dərəcəsində kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə dayaq funksiyalarının pozulması diaqnozu qoyulmuşdur. Ona görə onu qəyyumu təyin olunmaq niyyətindədir. Lakin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasından ona yazılı olaraq bildirilmişdir ki, o, yalnız məhkəmənin qətnaməsi ilə qəyyum təyin edilə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 16719332 saylə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 24 may 1998-ci il tarixində Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 7/19, mənzil 23 ünvanında qeydiyyatdadır. XXİ-ЖГ seriyalı, 321809 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 may 1998-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28 iyul 1998-ci il tarixində 834 № ilə qeyd edilmişdir. X1, anası X6r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 13 iyul 2016-cı il tarixdə verilən müayinə barədə məlumatdan görünür ki, 24.05.1998-ci il təvəllüdlü X5 üçün qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllılıq səbəbindən müddətsiz, birinci dərəcəli əlillik qrupu müəyyən edilmiş və etiologiyasından asılı olmayaraq dərin və ağır kəmağıllılı, həmçinin anadangəlmə idiotiya yaxud kəskin nəzərəçarpan imbesillik diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 X16 tərəfindən 01 iyul 2021-cil tarixində verilən 2016 nömrəli rəydən görünür ki, 24.05.1998-ci il təvəllüdlü X3 dərin əqli gerilik və davranış pozuntuları müşahidə olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. 03 sentyabr 2019-cu il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X9 fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 24.05.1998-ci il təvəllüdlü X2 anasıdır. X5 Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 7/19, mənzil 23 ünvanında qeydiyyatdadır. X2 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 X15 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, X3 dərin əqli gerilik və davranış pozuntuları müşahidə olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, 24.05.1998-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 7/19, mənzil 23 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.05.1998-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 7/19, mənzil 23 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-111/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-111/2021
12.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver