Məhkəmə qərarları › İş №2(001)-1123/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1123/2024

14.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1123/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 30 noyabr 1990-cı ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü X8, xx.xx.1995ci il təvəllüdlü X10 və xx.xx.1997-ci il təvəllüdlü X6 adında üç övladları vardır. Ailə üzvlərinin hamısı ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.1997-ci il təvəllüdlü övladı X6 da onunla eyni ünvanda qeydiyyatda olmaqla, onunla birlikdə yaşayır. xx.xx.2021-ci il tarixli Ambulator kitabçadan çıxarış və xx.xx.2021-ci il tarixli 0096003AACOV88 nömrəli forma arayış əsasında övladı xx.xx.1997-ci il təvəllüdlü X3 müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik göstərilməklə “Hemiplegik spastik serebral iflic, Uşaq serebraliflici. Hemiplegik forma. Mikrosefaliya. Beyin kolposefaliya növündə inkişaf displaziyası. Sağ tərəfli kista və fokalekstral displaziya. Sol tərəfli dərin spastik hemiparez. Alibeyin funksiyasının pozulması. Akalkuliya, aqrafiya. Beyindaxili hipertenziya Spastik hemiplegiya. Sol tərəfli dərin spastik hemiparez Xoşxassəli kəllədaxili hipertenziya, Beyin daxili hipertenziya Döyənək cismin anadangəlmə anomaliyaları, Mikrosefaliya. Beyin kolposefaliya növündə inkişaf displaziya Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, Daima kənar şəxsin qulluğuna ehtiyacı var Miopiya, OS-sadə miopik astiqmatizm” diaqnozu müəyyən edilməklə əmək qabiliyyəti itirmə faizi qeyd edilməklə, kənar şəxslərin qulluğuna ehtiyacının olması sənəddə qeyd olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatlardan əlavə, onun övladı Nilufər Ağazadə əslində anadangəlmə xəstəlik daşıyıcısıdır. Onun adına götürdüyü xarici pasportun müddətinin bitməsi səbəbindən, yeni pasport götürmək istəyərkən övladının fəaliyyət qabiliyyətsiz olması səbəbindən, eyni zamanda 26 yaşı olduğundan, onun üçün xarici pasport götürülməsinin mümkünlüyü, bu övladının fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra, qanuna müvafiq üzərində qəyyumluq təyin edildikdən sonra – qəyyum vasitəsilə xarici pasportun götürülməsinin mümkün olacağı bildirilmişdir. Məhkəmə nəzərə almalıdır ki, övladı xx.xx.1997-ci il təvəllüdlü X6 anadan olduğu vaxtdan sağlamlığı, fiziki və psixi qüsurlu olaraq, öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmifr, eyni zamanda övladı danışıb başqa şəxslərə öz fikrini çatdırmaq və bildirmək iqtidarında deyildir. Sağlamlığı barədə rəsmi tibbi sənədlərdə müvafiq qeydlər mövcuddur. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1997-ci il təvəllüdlü doğma övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 367649 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə X1r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, 07 avqust 1997-ci il təvəllüdlü X3 “Hemiplegik spastik serebral iflic, Uşaq serebraliflici. Hemiplegik forma. Mikrosefaliya. Beyin kolposefaliyanövündə inkişaf displaziyası. Sağ tərəfli kista və fokalekstral displaziya. Sol tərəfli dərin spastik hemiparez. Alibeyin funksiyasının pozulması. Akalkuliya, aqrafiya. Beyindaxili hipertenziya Spastik hemiplegiya. Sol tərəfli dərin spastik hemiparez Xoşxassəli kəllədaxili hipertenziya, Beyin daxili hipertenziya Döyənək cismin anadangəlmə anomaliyaları, Mikrosefaliya. Beyin kolposefaliya növündə inkişaf displaziya Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, Daima kənar şəxsin qulluğuna ehtiyacı var Miopiya, OS-sadə miopik astiqmatizm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 236 saylı rəyi ilə təsdiq olunur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1997-ci il təvəllüdlü X2 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar