Məhkəmə qərarları › İş №2(001)-1159/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1159/2024

15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1159/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, istehlakçı kimi hüquqlarının bərpa edilməsi və hesablanmış 12529 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, onun mülkiyyətindədir. Lakin buna baxmayaraq Binəqədi rayon X4 tərəfindən 30 noyabr 2022-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və və aktda əsasən mənzilə baxış zamanı Abonentin sayğacdan sənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunması barədə akt tərtib olunmuşdur. Həmin vaxt isə ona ümumilikdə 3939 manat borc tərtib edilmişdir. Bundan sonra hər ay ərzində buna bənzər aktlarla yenidən akt tərtib edilmiş və hər ay üçün istifadə etmədiyi müddətdə belə ortalama 293 manat borc hesablanmışdır. Bildirir ki, adətən qeyd olunan ünvanda daimi yaşamır. Buna baxmyayaraq, abonent saldosuna diqqət yetirdikdə görmək olar ki, hər ay üçün qazdan istifadə etməsə belə ümumilikdə hər ay üçün 293 manat borc yazılmağa davam etmişdir. Ona qarşı tərtib edilmiş bugünə kimi olan aktların hamışı əsassız və qanunsuzdur. Belə ki abonent saldosuna nəzər yetirdikdə görmək olar ki ortalama həmin qaz sərfiyyatından istifadə etməmiş və bundan əlavə olaraq sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman heç birində nə o, nə də ki, aiə üzvlərindən biri iştirak etməmişdir. X6 əməkdaşları hər ay üçün akt tərtib etdikdə belə həmin yerdə olmamışdır. Odur ki, borc qanunsuzdur və ağlabatan deyil. Özlərinə bu barədə şikayət etdikdə cərimənin ödənilməsini dəfələrlə bildirmişdirlər. Ödəməyəcəyi təqdirdə isə qaz xəttinin kəsiləcəyini bildirmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ödənişlərinə qazdan istifadə etmişdir. Heç bir qanunsuz qoşulma etməmişdir. Sadəcə olaraq sayğac çıxarılıb laboratoriya yoxlanmasına aparılan zaman yerinə hər hansı sayğac birləşdirilmədiyindən, məcbur olun şlank birləşdirməklə qazdan istifadə etmişdir. Qoyulmayan sayğaca görə Cavabdeh İB-nin baş ofisində olmuş, iradını bildirmişdir. 1-2 gün sonra isə gəlib akt tərtib etmişlər. Hətta olan yazılan borc məbləğindən ASAN kommunalda olarkən öyrənmişdir. Sayğac ilk dəfə 90-cı illərdə qoyulduğundan mexaniki olmuşdur. Daha sonra dəyişdirilərək, 2018-ci ildə smart sayğac qoyulmuş, ödənişləri kartla etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlərini edir. Təxminən 5-6 il əvvəl Cavabdeh İB-nin əməkdaşları evdə olmadığı vaxt sayğacı dəyişmişlər və sayğaca müdaxil etdiyini bildirmişlər. Lakin heç vaxt sayğaca müdaxilə etməmiş və kənar xəttdən istifadə etməmişdir. O, adını bilmədiyi qonşusu təbii qazdan sayğacdan kənar istifadə edir. Belə ki, həmin şəxs onun hasarının üstü ilə öz evinə kənar xətt çəkib. Lakin Cavabdeh İB-nin əməkdaşları bu halı araşdırmadan ona əsassız olaraq borc yazmışlar. Hətta akt tərtib edilərkən ona xəbər verilməmişdir. Ev fərdi yaşayış evidir, iki otaq və bir mətbəxdən ibarətdir. Evin hüquqmüəyyənedici sənədi olmasa da, evdə yaşayan vətəndaşların qeydiyyatını əks etdirən ev kitabı var. Evdə kombi, qaz peçi və kalonka var. Sayğaca müdaxilə etməmiş, təbii qazdan sayğacdan kənar istifadə etməmişdir. Mən karta pul yükləyib, sayğacdan istifadə edir. Hətta karta yüklədiyi pulun əksər hissəsi də borca çıxır. Abonent hesabına yazılanlardan 1468 manat ödəniş etməmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia əsassızdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2023-cü ilin noyabr-dekabr aylarında cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsi halı müəyyən olunmuşdur. İddiaçının evində sayğac bir dəfə dəyişdirilib. Abonent saldosundan görünür ki, iddiaçı 1468 manat ödəniş etmişdir. Lakin iddiaçı həmin ödənişin onun tərəfindən olunmadığını bildirir.

6. Cavabdehin nümayəndəsi etirazında göstərir: aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə "X2 saldo üzrə 7799.92 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyri-qanuni kənar xətlə istifadə olunması aşkar olmuşdur. Nəticədə "Azəriqaz” X1 7799.92 manat həcmində ziyan vurmuşdur: faktla bağlı aktlar tərtib edilərək foto şəkillər çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 7799.92 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X5 Tədbirlər Planının 4.1.4.-cü bəndində "Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi" təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

7. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Nizami küçəsində İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğac çıxarılmış və İtron tipli, G-4 markalı, 1802AZ**********96 sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi texniki baxış qeyd edilmişdir. Aktda əlavə olaraq əməkdaşlar tərəfindən qeyd aparılmış və qeyddə göstərilmişdir ki, sayğacın daxilinə kamera vasitəsilə baxış keçirildi, çıxış plastmas borusu deşikdir.

8. Cavabdeh Qaz Sayğaclarına Nəzarət komissiyası tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, №QSN 29/1710-01546/4-19 saylı aktdan görünür ki, İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Yoxlama zamanı mexaniki göstəricisi isə 3272 kub.m olmuşdur.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Nəticədə dəymiş ziyanın hesablanması qeyd edilmişdir.

10. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 21 sentyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı kimi İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən və abonent kodu **********10000 olan sayğacda aşkar edilmiş nöqsan kimi İTRİ “Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və istehlakçının vəsaiti hesabına sərfiyyatına uyğun yeni qaz sayğacının quraşdırılması göstərilməklə, 21 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 9720 kub.m məbləğində hesablanmış və oktyabr ayından 1944 manat borc abonent hesabına yazılmışdır.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Nizami küçəsi, ev 9A ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

12. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

13. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 32832 kub.m hesablanmışdır.

14. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

15. xx.xx.2022-ci il tarixli ******* aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

16. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

17. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

18. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

19. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

20. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

21. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

22. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

23. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

24. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

25. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

26. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

27. 2023-cü ilin aprel ayında tətib edilən ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

28. 30.04.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

29. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

30. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

31. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

32. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

33. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

34. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2448 kub.m hesablanmışdır.

35. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

36. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

37. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 1224 kub.m hesablanmışdır.

38. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

39. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

40. 31.08.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 1224 kub.m hesablanmışdır.

41. GASREP adlı proqramdan olan çıxarışdan görünür ki, sayğac üzrə sərfiyyat 13550 kub.m, 2899 manat ödəniş edilmiş, 1319,16 manat borca görə silinmə olmuşdur.

42. Cavabdeh İB tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2013-cü il, 2018-ci il, 2022-ci il, 2023-cü il tarixlərində olan 67894 kub.m sərfiyyata görə 8809,72 manat dəymiş ziyan hesablanmışdır. 2024-cü ilin mart ayı tarixinə İddiaçı saldo üzrə 2899 manat ödənişi, 1319,16 manat borca görə tutulması olmuşdur. Halhazırda GASREP programı üzrə cəmi 7799,92 manat borcu vardır. 8809,72 manat borc müdaxilə nəticəsində yaranmış borcdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları:

43. İddiaçı məxsus Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən mənzilə Azəriqaz tərəfindən **********10000 abonent kodu verilmişdir. ******* saylı, xx.xx.2018-ci il tarixli aktla İddiaçı məxsus evə quraşdırılan İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğac texniki baxış məqsədilə çıxarılmış və İtron tipli, G-4 markalı, 1802AZ**********96 sayğac quraşdırılmışdır. Aktda eyni zamanda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusunun deşik olduğu sayğacın daxilinə kamera vasitəsilə baxış keçirilən zaman müəyyən edildi.Həmin sayğac Cavabdeh Qaz Sayğaclarına Nəzarət komissiyası tərəfindən yoxlanılmış, xx.xx.2018-ci il tarixli aktla dəymiş ziyanın hesablanması qeyd edilmişdir.

44. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 21 sentyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə qaz sayğacına müdaxilə olunduğu və istehlakçının vəsaiti hesabına sərfiyyatına uyğun yeni qaz sayğacının quraşdırılmalı olduğu göstərilməklə, 21 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş 9720 kub.m qazın bərpası üçün hesabat aparılmışdır. 2018-ci ilin oktyabr ayında vurulmuş zərərin əvəzi kimi abonentə 1944 manat borc hesablanmışdır.

45. Daha sonra Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin noyabr ayından etibarən qanunsuz qoşulmaya görə abonentə 10 akt yazılmış və ümumi olaraq 6289.92 manat borc hesablanmışdır.

46. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia edir ki, qaz sayğacına tərəfindən müdaxilə edilməmiş, çıxarılan sayğac quraşdırılana kimi 1-2 gün müddətinə sayğacdan kənar xətt çəkməklə qazdan istifadə etmişdir. Birliyin nümayəndələrinin hər dəfə aşkar etdiyi qanunsuz xətt onun hasarının üstündən keçsə də onun evinə daxil olmamış, adını söyləmək istəmədiyi qonşusunun evinə getmişdir.

47. Cavabdeh isə iddia tələbini qəbul etmir, aktlara əsasən vurulan zərərin əvəzi qismində abonentə 8809.72 manat borc hesablandığını və borca görə abonentdən 1319.16 manat tutulduğunu, cəmi 7799.92 manat borcu qaldığını bildirir. Etirazını tərtib edilən aktlarla və fotoşəkillərlə sübut etməyə çalışmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

48. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022ci il tarixdə edilmiş dəyişikliklərlə):

49. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

50. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

51. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

52. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

54. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

55. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

56. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

57. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

58. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

59. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

60. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

61. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

62. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

63. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

64. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

65. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

67. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

68. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

69. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

70. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

71. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

72. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

73. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

74. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

75. Qeyd edilməlidir ki, əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

76. Hazırki işin hallarından görünür ki, iddiaçı ona qanunsuz qoşulma və sayğaca müdaxiləyə görə hesablanmış 12529 manat borcun silinməsini xahiş edir, cavabdeh isə iddiaçının hüquqa zidd əməl törətdiyini və vurduğu zərərə görə ona 8809.72 manat borc hesabladıqlarını bildirir.

77. İşin hallarından müəyyən edilir ki, abonentə ilk dəfə 2018-ci ilin sentyabrında sayğaca müdaxiləyə görə 1944 manat borc hesablanmışdır. Belə ki, birliyin nümayəndələri tərəfindən abonentin itron tipli, G-4 markalı smart sayğacına texniki baxış keçirilmiş, sayğaca kamera ilə baxılan zaman çıxış plastmas boruda deşik aşkar edilmiş, sayğacın mexaniki göstəricisi 03272 kub.m olmuş, sayğac dəyişdirilərək eyni tipli sayğacla əvəz edilmiş və bununla bağlı xx.xx.2018-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra çıxarılan sayğac birliyin qaz sayğaclarına nəzarət komissiyası tərəfindən yoxlanılmış, sayğacın çıxış plastmas borusunun deşik olmasına görə yararsız hesab edilmiş və bu barədə xx.xx.2018-ci il tarixli AKT tərtib edilmişdir. Həmin akt-da eyni zamanda qeyd edilmişdir ki, sayğacın mexaniki göstəricisi 3272 kub.m, elektron göstəricisi 3272 kub.m, toplam kredit 3293 kub.m, qalan kredit 31 kub.m-dir.

78. Göründüyü kimi sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi üst-üstə düşmüş və sayğacın keçən qaz sərfiyyatını qeydə almaması halı olmamışdır. Yəni sayğacda olan qüsur nəticəsində qazın talanması halı sübut olunmur. O ki qaldı sayğacın çıxış plastmas borusunun deşilməsi məsələsinə, burada abonentin təqsiri birbaşa sübutlarla təsdiq olunmur. Hansı ki, həmin qüsur istənilən kənar təsir nəticəsində yarana bilər.

79. Qanunsuz qoşulmaya görə tərtib edilmiş aktların əsasında abonentə hesablanmış borcun silinməsi hissəsində isə məhkəmə qeyd edir ki, istehsalçının 2022-ci ilin noyabr ayından başlayaraq 10 ay müddətdə hər ay qanunsuz qoşulmaya görə akt tərtib etməsi, həmin aktların mötəbərliyini şübhə altına alır və onların formal tərtibi ilə bağlı qənaət formalaşdırır. Belə ki, bütün aktlar abonentin iştirakı olmadan tərtib edilmiş və bir dəfə də olsun abonentə bu barədə məlumat verilməmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillərdən qeyri-qanuni qoşulmanın məhz akt tərtib edilən abonentin ünvanına daxil olması görünmür. Halbuki istehsalçı 10 ay müddətində aktların doğruluğunu təsdiq etmək üçün qanunsuz qoşulma xəttinin evə daxil olduğunu təsvir edən fotoşəkillər, videoçəkiliş apara bilər və abonentin iştirakı ilə həmin qeyri-qanuni hərəkətlər barədə təqzibolunmaz faktlar yarada bilərdi. Bu səbəbdən də məhkəmə iddiaçının dəlillərini inandırıcı hesab edir və aktlar əsasında hesablanmış borcun silinməsi qənaətinə gəlir.

80. Məhkəmə iddiaçının tələbini ona görə qismən əsaslı hesab edir ki, tədqiq edilmiş sübutlar əsasında istehsalçı tərəfindən abonentə 12529 manat borc hesablanması müəyyən edilmir. Belə ki, təqdim edilmiş aktlardan və abonentin saldosundan müəyyən edilmişdir ki, abonentə 2018-ci ilin oktyabr ayında 1944 manat, 2022-ci ilin noyabr ayında 3939.84 manat, 2022-ci ilin dekabr ayında 293.76 manat, 2023-cü ilin yanvar ayında 293.76 manat, 2023-cü ilin fevral ayında 293.76 manat, 2023-cü ilin mart ayında 293.76 manat, 2023-cü ilin aprel ayında 293.76 manat, 2023-cü ilin may ayında 293.76 manat, 2023-cü ilin iyun ayında 293.76 manat, 2023-cü ilin iyul ayında 146.88 manat, 2023-cü ilin avqust ayında 146.88 manat akta görə borc hesablanmışdır.

81. Odur ki, hesablanmış 8233.92 manat borc abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

83. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

84. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

85. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

86. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

87. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

88. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

89. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

90. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

91. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən abonent İddiaçı(abonent kodu: **********10000) hesablanmış 8233.92 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 102.33 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

92. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı(abonent kodu: **********10000) hesablanmış 8233.92(səkkiz min iki yüz otuz üç manat, doxsan iki qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 102.33 (yüz iki manat, otuz üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar