Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1161/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 44 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 44 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh3 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2011-ci ildə birgə nikahlarından X8 anadan olmuşdur. Tərəflər birgə nikah dövründə, 2010-cu ildən başlayaraq Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi ev 106-cı ünvanda yerləşən manzili inşa etməyə başlamış, 2011-2012-ci illərdə sahəsi 291 m2 olan mənzilə dair çıxarış alınmışdır. 2012-ci ilin mart ayından başlayaraq tərəflər arasında olan münasibətlər kəskinləşdiyinə görə iddiaçı övladı ilə birlikdə həmin evi tərk edərək atasıgilə getmişdir. Münasibətləri kəskinləşdiyindən Cavabdeh3 bir neçə dəfə nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmiş, bu barədə bir neçə qərardad vardır. İşin qaytarılması barədə sonuncu qərardad xx.xx.2014-cü il tarixdə qəbul olunmuşdur. Bundan sonra iddiaçı evə qayıdaraq Fuadla bir yerdə yaşamağa başlamış və onlar 2022-ci ilin aprel ayına kimi həmin evdə yaşamışlar. 2022-ci ilin aprel ayının əvvəllərində Fuadın bacısı Cavabdeh1 yaşadıqları mənzilə gələrək həmin mənzilin çıxarışının onun adına olduğunu deyib həmin evdə yaşayacağını bildirmişdir. Lalə Fuaddan bunun səbəbini soruşduqda iddiaçıya məlum olmuşdur ki, münasibətləri kəskinləşəndə Fuad ailə vəziyyəti subay yazılan köhnə şəxsiyyət vəsiqəsi ilə qeyri-qanuni olaraq bağışlanma müqaviləsi əsasında evi bacısının adına keçirmişdir. Məqsəd gələcəkdə nigah pozulacağı halda həmin əmlakdan iddiaçıya payın düşməməsi olmuşdur. Bacısı da Fuada gələcəkdə həmin əmlakı Fuadın özünə qaytaracağını bildirmişdir. Bu ilin aprel ayında Cavabdeh1 onlara qonaq gəldikdə arada ailə faciəsi baş verməsin deyə onlar evi tərk edərək kirayə ev tutmuşlar. Baxmayaraq ki, övladlarının və yoldaşının həmin mənzilə qeydiyyatı vardır. Birgə nigah dövründə əldə etdikləri mənzilin qeyri-qanuni bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına keçməsi etibarsızdır. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 106 A saylı evə dair bağlanmış xx.xx.2012-ci il tarixli bağışlanma müqaviləsinin və həmin mənzilə dair verilmiş ******* saylı çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Biləcəri qəsəbəsindəki mənzil nikahdan əvvəl alınmış, həmin vaxt mənzilin sahəsi 37 m2 olmuş, İddiaçı ilə Cavabdeh3 nikaha daxil olmuş, DƏDRX əldə olunan sənədlərdən müəyyən olunur ki, 2008-ci ildə nikaha daxil olduqdan sonra tikinti işləri aparmağa başlamış, 2011-ci ildə sahəsi 234-282 m2 olan yeni yaşayış binası inşa etdirib çıxarış almışlar. 2012-ci ildən sonra tərəflərin münasibətləri korlanmış, bundan sonra İddiaçı övladlarını da götürərək evi tərk etmiş, 2014-cü ilə qədər atasının qeydiyyatda olduğu evdə yaşamışdır. Bu dövr ərzində Lalənin heç nədən məlumadı olmamışdır. 2022-ci ilin aprel-may aylarında baldızı Cavabdeh1 evin onun mülkiyyətində olduğunu bildirib evdən çıxmalarını demiş, həmin vaxt Laləyə, Fuadla 2012-ci ildə münasibətləri kəskinləşən vaxt nikahı pozulacağı halda həmin əmlakdan Laləyə pay düşməməsi üçün ailə vəziyyəti subay yazılan köhnə şəxsiyyət vəsiqəsi ilə qeyri-qanuni olaraq bağışlanma müqaviləsi əsasında mənzili bacısının adına keçirməsi məlum olmuşdur. Fuadın bu günədək bağışlama müqaviləsi barədə Laləyə deməməsinin səbəbi yenidən ailə münasibətllərinin korlanmasından qorxması olmuşdur. Bacısı da Fuada istədiyi vaxt evi adına keçirəcəyini və heç bir problem olmayacağını dediyindən Fuad bu barədə Laləyə deməmişdir. Fuad iki dəfə nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər 2009-cu ildə köməkçi sahə ilə birlikdə 282 m2 olan 1 otağı söküb yeni bina tikmişlər. 2011-ci ildə sahəsi 282 m2 olan evə çıxarış alınmışdır. Tikinti işləri 2010-cu ildə başlamış, 2011-ci ildə tikinti başa çataraq çıxarış alınmışdır. Ev tam təmir olunduqdan sonra, yəni, 2014-cü ildə evə köçmüş, 2022-ci ilin aprel ayındak İzzət evi tələb edənədək orada yaşamışlar. 2022-ci ilin aprel ayında Lalə və ailəsi kirayə tutduqları evə köçmüş və bu günə kimi kirayədə yaşayırlar. 2014-cü ildə barışdıqdan sonra Lalə ilə Fuadın bir övladları da olmuş, hal-hazırda 2 övladları vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh3 Bakı şəhəri 43 saylı notariat ofisində 8İ-1584 № ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı iddia tələblərinə qarşı qeyd edir ki, İddiaçı ilə xx.xx.2011-ci ildə Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi ev 106A ünvanda yerləşən mənzili inşa etmiş, 2011-ci ildə həmin mənzilə çıxarış almışdır. 2012-ci ildən başlayaraq həyat yoldaşı ilə münasibətləri kəskinləşməyə başlamış, İddiaçı övladı ilə birlikdə mənzili tərk etmiş, bundan sonra o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi ev 106 ünvanında yerləşən mənzili isə bağışlanma müqaviləsi ilə bacısı Cavabdeh1 adına keçirmişdir. Məqsədi gələcəkdə nikah pozularsa həmin əmlakdan İddiaçı pay düşməsi olmuşdur. Cavabdeh1 ilə razılaşması nikah pozulduqdan sonra əmlakı onun adına geri qaytaracağı olmuşdur. Notariat orqanında bağışlanma müqaviləsini imzalayarkən o, köhnə, subay göstərildiyi şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Eyni zamanda ərizə yazaraq nikahda olmadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. 2014-cü ildən başlayaraq hayat yoldaşı İddiaçı ilə münasibətləri düzəlmiş və yenidən bir yerdə yaşamağa başlamışlar. O, nikahın pozulmasına dair məhkəməyə etdiyi müraciətləri geri götürmüşdür. İddiaçı yaşadıqları mənzili onun bacısı Cavabdeh1 bağışlamağı barədə heç bir məlumatı olmamışdır. O, dəfələrlə Cavabdeh1 mənzili geri qaytarması barədə demiş, bacısı isə heç bir problem olmadığını desə də, reallıqda qaytarmamışdır. O, isə yenidən ailə münasibətlərinin pozula biləcəyi üçün həyat yoldaşına heç nə deməmişdir. 2022-ci ilin aprel ayında bacısı Cavabdeh1 yaşadıqları mənzilə gələrək evin onun mülkiyyətində olduğunu deyib çıxarışı təqdim etmişdir. Onlar məcbur olub mənzildən çıxaraq başqa yerdə kirayə tutmuşlar. Bu hadisədən sonra İddiaçı bağışlama müqaviləsindən xəbərdar olmuşdur. Bağışlama müqaviləsindən heyat yoldaşının xəbəri olmadığından iddia ərizəsini özünə aid olan hissədə qəbul edir. Cavabdeh1 Bakı şəhəri 44 saylı notariat ofisində 8İ-1967 № ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı tərəfindən qaldırılmış iddia ilə razıdır. Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi ev 106A ünvanında yerləşən mənzilə dair iddiası və tələbi yoxdur. Cavabdeh1 vəkili Vəkil2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, onlar işin halları ilə bağlı iddia tərəfinin dedikləri ilə əsasən razıdırlar. Bağışlanma müqaviləsi bağlanarkən nümayəndəsi olduğu şəxsin Fuadın şəxsiyyət vəsiqəsi barədə məlumatı olmamış, Fuad həm arvadını, həm də bacısını aldadmışdır. Belə ki, İzzət xanımın qardaşının ailəsində problemlər olmasından xəbəri olsa da, qardaşının köhnə şəxsiyyət vəsiqəsi ilə müqavilə bağlamasından və arvadına boşanma zamanı əmlak verməmək niyyətindən xəbəri olmamışdır. Ona bu hal məhkəmə prosesinin gedişində məlum olmuşdur. Evin tikilməsinə Fuadın da vəsaiti daxil olmaqla ümumi vəsait sərf olunsa da cavabdehin mənzilə dair heç bir iddiası yoxdur. İzzət xanım orada daimi yaşamamış, əksərən özünün Badamdar qəsəbəsində olan evində yaşamış, anası xəstə olduğu vaxt İzzət müəyyən müddət mübahisəli mənzildə yaşamışdır. Cavabdeh qardaşının boşanmaq istədiyini bilmiş, lakin bağışlamanın əmlak bölgüsündən yayınmaq məqsədi ilə olmasını bilməmiş, bu barədə onlara məhkəmə gedişatında məlum olmuşdur. Bağışlanma müqaviləsi bağlanarkən qanunun tələbləri pozulmuşdur. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 44 saylı notariat ofisinə və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayədəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh3, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Bakı şəhəri 44 saylı notariat ofisinin nümayəndəsinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi ev 106 ünvanında yerləşən 0,02012 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 106 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X3 2 otaq, X4 1 otaq adlarına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-ci il tarixdə 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. X1 ilə alıcı X7 arasında bağlanmaqla Bakı şəhəri 44 saylı notariat ofisində 4-Ə-1-21 № ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi ev 106-da yerləşən 1 otaqdan ibarət olan evi 30400 manata alıcıya satmışdır. X1 ilə alıcı Cavabdeh3 arasında bağlanmaqla Bakı şəhəri 44 saylı notariat ofisində 4- Ə-2-216 № ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi ev 106-da yerləşən 2 mərtəbəli 2 otaqdan ibarət olan evi 25491 manata alıcıya satmışdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 828196 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh3 ilə İddiaçı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE 06918295 saylı xx.xx.2009-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 subaydır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli № 92 saylı sərəncamından çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 paylı mülkiyyətində olan Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinin ona məxsus hissəsinin sökülüb yerində təqdim edilən layihə əsasında inşa olunmuş iki mərtəbəli, mansardlı fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi ilə bağlı müraciəti araşdırılarkən Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən xx.xx.2006-cı il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən vətəndaş Cavabdeh3 paylı mülkiyyətində olması, həmin evin vatandaş Cavabdeh3 məxsus hissəsinin sökülərək, yerində yenidən inşa olunmuş zirzəmili, iki mərtəbəli, mansardlı fərdi yaşayış evinin layihəsinin Layihəçi - M.A.MMC tərəfindən işlənməsi müəyyən olunmuş, Cavabdeh3 paylı mülkiyyətində olmuş və Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinin Cavabdeh3 məxsus hissəsinin sökülüb, yerində təqdim edilən layihə əsasında yenidən inşa olunmuş zirzəmili, iki mərtəbəli, mansardlı fərdi yaşayış evi mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. BRİH-in Biləcəri qəsəbə nümayəndəsinin xx.xx.2012-ci il tarixli 103 saylı arayışından müəyyən olunur ki, Asəf Zeynallı 106a saylı mülkün sahibi Cavabdeh3dur və mülk 5 otaq 152,8 kv.m yaşayış sahəsindən ibarətdir. Cavabdeh3 Bakı şəhərinin notariat kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 106a-da yerləşən fərdi yaşayış evinə çıxarış alarkən subay olmasını, halhazırda da subay olmasını, göstərilən əmlakın bağışlanması ilə bağlı yazdığı bu ərizədə yanlış məlumatlar əks olunarsa, həmin əmlakın bağışlanması ilə əlaqədar gələcəkdə yarana biləcək mübahisələrə görə cavabdehliyi və məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 0,02012 ha torpaq sahəsi üzərində ümumi sahəsi 291,5 kv.m, yaşayış sahəsi 152,8 kv.m, yardımçı sahəsi 138,7 kv.m-dən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə 190 nömrəli reyestr kitabının 17482 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, hədiyyə verən mülkiyyətində olan ümumi sahəsi 291,5 m2, yaşayış sahəsi 152 m2, yardımçı sahəsi 138,7 m2 ibarət Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 106 a saylı fərdi yaşayış evini hədiyyə alan bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0,02012 ha torpaq sahəsi üzərində ümumi sahəsi 291,5 kv.m, yaşayış sahəsi 152,8 kv.m, yardımçı sahəsi 138,7 kv.m-dən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 190 nömrəli reyestr kitabının 17482 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-3161/2013 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-107/2014 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kirayəyə verən X2 ilə kirayəçi Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, kirayəçi Nəsimi rayonu R.Behbudov küçəsi 54 saylı evin 52 saylı mənzilini hər ay 1481 manat kirayə haqqı ödəmək şərti ilə kirayə götürmüşdür. Bakı şəhəri 44 saylı notariat ofisinin notariusu H.Süleymanlının xx.xx.2023-cü il tarixli №110 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2012-ci il tarixli 7E-16304 reyestr nömrəsi üzrə təsdiq edilmiş bütün əmlaka dair etibarnamə Cavabdeh1 28 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 8İ-933 reyestrli ərizəsinə əsasən həmin tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh3 nikahdan əvvəl əldə etdiyi, İddiaçı ilə nikaha daxil olduqdan sonra sökülərək yenidən tikilməklə əsaslı təmir edilmiş mülkiyyətində olan ümumi sahəsi 291,5 m2, yaşayış sahəsi 152 m2, yardımçı sahəsi 138,7 m2 ibarət Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 106 a saylı fərdi yaşayış evini, müqavilə bağlanarkən nikahda olmadığını bildirməklə bacısı Cavabdeh1 xx.xx.2012-ci il tarixdə bağlamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh3lə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə əqd bağlanarkən tərəflərin niyyəti bağışlama müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq olmamış, yalnız görünüş üçün bağışlama müqaviləsi bağlamışlar. Belə ki, bacı qardaş olan əqdin tərəfləri hədiyyə verənin ailə münasibətlərinin pozulmasını, sonuncunun nikahının pozulması üçün məhkəməyə müraciət edəcəyini bilmiş, uydurma, yəni İddiaçı gələcəkdə əmlak hüquqlarından məhrum etmək niyyəti ilə görünüş üçün müqavilə bağlamaqla nikah pozulduqdan sonra evin yenidən hədiyyə verənə qaytarmaq barədə razlaşmışlar. Buna görə də Cavabdeh3 nikahda olduğu halda subay olması qeyd olunan şəxsiyyət vəsiqəsini əqdi təsdiq edən notariusa təqdim etmiş, qardaşının evli olmasını bilən Cavabdeh1 isə təqdim olunan yalan məlumata öz etirazını bildirməmiş, İddiaçı ilə Cavabdeh3 ailə nikah münasibətləri bərpa olunduqdan sonra sonuncular 2022-ci ilədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 106 a saylı fərdi yaşayış evində yaşamış, Cavabdeh1 isə buna etirazını bildirməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olması öz təsdiqini tapdığından, uydurma əqd əhəmiyyətsiz olduğu üçün tərəflər üçün heç bir hüquqi nəticə yaratmadığından iddia ərizəsi əsaslıdır, ona görə də tam həcmdə təmin edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 106 a saylı evin bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 106 a saylı evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli çıxarış etibarsız hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1161/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1161/2023
01.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver