Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2374/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “hərrac protokolunun və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərrac protokolunun və şəhadətnamənin etibarsız hesab edilməsi) Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanova və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “hərrac protokolunun və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” PHŞ-in Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərrac protokolunun və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ##.##.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi torpaq müsabiqə və hərrac komisiyyası tərəfindən Abşeron rayonu ərazisində yerləşən, Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan, ümumi sahəsi 0.9079 ha olan, kənd təsərrüfatı təyinatlı, əkin növlü üçüncü keyfiyyət qruplu, 1 hektar üçün icarə haqqının aşağı həddi 6.54 manat olan və üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş hərracın ***/* saylı protokolunun və ****** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində “xxxx” publik hüquqi şəxsi tərəfindən Abşeron ərazisində yerləşən, Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan, ümumi sahəsi 0.9079 ha olan, kənd təsərrüfatı təyinatlı, əkin növlü, üçüncü keyfiyyət qruplu, 1 hektar üçün icarə haqqının aşağı həddi 6.54 manat olan və üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə hərrac keçirilmişdir. Keçirilmiş hərrac nəticəsində guya Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 5155 manat ən yüksək təklifi verərək müsabiqənin qalibi olmuşdur. Həmin hərrac etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları”na əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət tabeliyində olan xxxxdir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Təşkilatçı müsabiqə və hərracların keçirilməsi haqqında bildirişi hazırlayıb onun mediada yayılmasını təşkil edir. Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl edilməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir: torpağın müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixin, hərracın addımını (ilkin qiymət); torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini. Cavabdeh tərəfindən bildiriş hazırlansa da, bu bildirişin mediada yayılmasını təsdiq edən heç bir rəsmi sənəd mövcüd deyil. Bildirişin mediada yayılmaması torpaq sahəsini icarəyə götürmək istəyən başqa şəxslərin hüquqlarının kobud şəkildə pozulmasına dəlalət edir. Eyni zamanda bildirişin məqsədli şəkildə yayılmaması, hərracın qalibinin, əslində, əvvəlcədən bəlli olduğu, yəni hərracın formal şəkildə keçirilməsi kimi də anlaşıla bilər. Maraqlısı odur ki, hərracın iştirakçılarının hamısı – Nuriyev Rasim Məhəmməd oğlu, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Xəliliov Qeyrəddin Şahlar oğlu, İsmayılov Elvin İsmayıl oğlu, Baxşəliyev Asif Əhkam oğlu hərracın keçiriləcəyi tarixdən yalnız bir gün əvvəl (##.##.2023cü il tarixdə) hərracda iştirak etmək üçün sənədlərini təqdim ediblər. Aydın olduğu kimi hərracın iştirakçıları da formal şəkildə qeyd edilmişdir. Çünki bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl edilir və qanunvericiliyə görə sənədlərin ərizəçilərdən qəbulu onun həmin bildirişdə qeyd olunan son tarixi nəzərə almaqla sənədlər qəbul olunur. Yəni şəxslər hərracın keçiriləcəyi barədə məlumatı hərracın keçiriləcəyi tarixdən 1 ay əvvəldən əldə edirlər. Bu halda necə ola bilər ki, hərracın bütün iştirakçıları hərracın keçiriləcəyi gündən məhz 1 gün əvvəl sənədlərini cavabdehə təqdim ediblər. Bütüb bunlardan aydın olur ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla və formal şəkildə keçirilmişdir. Halbuki, hərracın həll etdiyi məsələ bələdiyyə mülkiyyətində olan torpağın icarəyə verilməsi ilə bağlı torpaq müsabiqəsinin keçirilməsi kimi ictimai və dövlət maraqlarına toxunan mühüm məsələ idi. Bələdiyyə əmlakının qanunvericiliyin tələblərinin pozulması yolu ilə icarəyə verilməsi ictimai və dövlət maraqlarına ziyan vura biləcək real təhlükədir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim S.Əliyeva) iddiaçı İddiaçı ##.##.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət xxxx publik hüquqi şəxsin Abşeron ərazi torpaq müsabiqə və hərrac komisiyyası tərəfindən Abşeron rayonu ərazisində yerləşən, Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan, ümumi sahəsi 0.9079 ha olan, kənd təsərrüfatı təyinatlı, əkin növlü üçüncü keyfiyyət qruplu, 1 hektar üçün icarə haqqının aşağı həddi 6.54 manat olan və üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş hərracın ***/* saylı protokolunun və ****** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə “cavabdeh tərəfindən hərracın keçirilməsinə dair bildirişin mediada yayılmaması” bildirilməsinə baxmayaraq, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ##.##.2023-cü il tarixində və ##.##.2023-cü il tarixində torpaq müsabiqələrinin və hərracların keçiriləcəyi barədə bildiriş dərc edilmişdir. Həmçinin, işin tədqiq edilən halları ilə cavabdeh tərəfindən ərizəçilərin ərizələrinin qeydiyyat jurnalında qeydə alındığı, ərizə verən şəxlərin siyahısının, müsabiqədə iştirak edən və etməyən ərizəçilərin protokolla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Yəni iddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və işin tədqiq edilən halları ilə müəyyən edilməmişdir. Təşkilatçı olaraq cavabdehin üzərinə düşən vəzifələr konkret olaraq müəyyən edilmişdir ki, işin tədqiq edilən halları ilə cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə bildirilən digər hallar isə, keçmiş bələdiyyə sədri tərəfindən pozuntulara yol verilməsi, ərizə verən şəxslərin bəzilərinin bələdiyyə tərəfindən göndərilmiş şəxslər olması, bütün ərizələrin eyni gündə verilməsi bu cavabdehə yönəlmiş tələbin əsaslı hesab edilməsi üçün əsas təşkil edən hallar deyildir. Yəni iddiaçı əvvəlki bələdiyyə sədri tərəfindən pozuntulara yol verilməsi ilə bağlı hərracın etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ən yüksək təklif verdiyi və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab edilmiş və ona şəhadətnamə verilmişdir. Yəni müsabiqə qanunvericiliyin tələblərinə uyğun keçirilərək müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilmişdir. Məhkəmə tərəfindən müvafiq ərizələr və təkliflərin əsli, zərflər məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, ən yüksək təklif Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir. Bələdiyyə tərəfindən torpaq sahəsinin ilkin müsabiqə qiyməti 154 manat müəyyən edilməsinə baxmayaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 5155 manat icarə haqqı təklif edilmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən və işin tədqiq edilən halları ilə müəyyən edilmədiyindən cavabdeh təşkilata qarşı olan “hərrac protokolunun və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi əsaslı hesab edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmiş, iddiaçı tərəfindən təqdim olunan sübutlar lazımi qaydada qiymətləndirilməmiş, onların məzmunu və hüquqi əhəmiyyəti düzgün təhlil olunmamışdır. Məhkəmənin sübutlara formal yanaşması nəticəsində iddiaçının irəli sürdüyü əsaslı arqumentlər, o cümlədən cavabdehin qanunsuz hərəkətləri və hərrac prosesində şəffaflıq və obyektivlik prinsiplərinin pozulmasına dair hallar diqqətdən kənarda qalmışdır. Halbuki, bu hallar iş üzrə mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb etmişdir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaların 3-cü bəndi müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. İlkin olaraq qeyd edilməlidir ki, müsabiqənin keçirilməsinin əsas şərtlərindən biri müsabiqə komissiyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə formalaşdırılması və onun üzvlərinin düzgün müəyyən edilməsidir. Lakin hazırkı iş üzrə komissiya formal olaraq təşkil edilsə də, bu, mahiyyət etibarilə yalnız zahiri xarakter daşıyır. Belə ki, qüvvədə olan qanunvericilik komissiyanın minimum 5 üzvdən ibarət olmasını imperativ qaydada tələb etdiyi halda, cavabdeh “xxxx” PHŞ-in Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası bu tələbi kobud şəkildə pozaraq cəmi 4 üzv təyin etmişdir. Bununla da kifayətlənilməmiş, daha ağır pozuntuya yol verilərək həmin 4 nəfərdən biri belə prosesdə iştirak etməmiş və nəticədə “komissiya” adı altında faktiki olaraq 3 nəfərlik qeyriqanuni tərkib fəaliyyət göstərmişdir. Bu isə artıq sadəcə prosedur xətası deyil, qanunun açıq şəkildə pozulması və hüquqi institutun formal şəkildə saxtalaşdırılmasıdır. Aydındır ki, belə bir “komissiya”nın mövcudluğu yalnız kağız üzərindədir və onun fəaliyyəti hüquqi baxımdan heç bir etibarlılıq kəsb etmir. Bu cür kobud pozuntular fonunda keçirilmiş müsabiqənin nəticələrinin legitim hesab edilməsi mümkün deyil. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş materiallardan göründüyü kimi hərracda iştirak etmək istəyən şəxslər cavabdeh “xxxx” PHŞ-in Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına öz ərizəsinə möhürlü zərf şəklində təkliflərini təqdim etmişdir. Buradan görünür ki, iştirakçıların təklifləri müsabiqə keçirilməmişdən əvvəl komissiyaya təqdim olunur və ərizələr qeydə alınır. Qeydiyyata alınma isə qeydiyyat jurnalında öz əksini tapır. Lakin məhkəməyə təqdim edilmiş materiallar içərisində nə qeydiyyat jurnalı, nə də bununla bağlı hər hansı protokol təqdim edilməmişdir. Məhkəmə öz qətnaməsində bildirmişdir ki, qeydiyyat jurnalında ərizələr qeydə alınıb. Necə olur ki, qeydiyyat jurnalı iddiaçı tərəfə təqdim olunmadan məhkəmə öz qətnaməsində həmin dəlilə istinad etmiş olsun? Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Lakin cavabdeh tərəf qeydiyyat jurnalının mövcudluğu, habelə məhkəməyə təqdim olunması barədə iddiaçıya heç bir məlumat verməmişdir. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. Hərracda iştirak etmək istəyən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş müddət ərzində ərizələrini təqdim etməklə yanaşı, möhürlü zərfdə öz təkliflərini də komissiyaya təqdim etməlidirlər. Məhz həmin möhürlü zərfdə təqdim olunan təklif iştirakçının hərracda real iştirakını təsdiq edən, onun iradəsini və təklif etdiyi məbləği əks etdirən əsas sübut kimi çıxış edir və müsabiqənin nəticələrinin müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır. Hazırkı iş üzrə müəyyən edilir ki, hərracda iştirak etmək istədiyini bildirən 7 nəfərdən yalnız 5 nəfər faktiki olaraq hərracda iştirak etmişdir. Nuriyeva Mahal Məmmədəli qızının və Gəncəliyev İqrar Feruz oğlunun təklifləri ümumiyyətlə təqdim edilməmişdir. Bu sənədlərin harada olduğu, niyə iş materiallarına əlavə olunmadığı barədə heç bir izahat verilməmişdir. Halbuki, bu təkliflər olmadan hərracın nəticəsinin necə müəyyən edildiyini izah etmək mümkün deyil. Bu isə artıq sadə prosessual nöqsan deyil, birbaşa olaraq hərracın legitimliyini şübhə altına alan haldır. Digər tərəfdən, Nuriyeva Mahal Məmmədəli qızı hərracda şəxsən iştirak etməsə də, onun adından etibarnamə əsasında çıxış edən nümayəndəsi – Nuriyev Rasim Məhəmməd oğlu hərracda iştirak etmişdir. Bu isə hüquqi baxımdan həmin şəxsin iştirakını Nuriyeva Mahalın iştirakı kimi qiymətləndirməyə əsas verir. Belə olan halda, onun təqdim etdiyi təklifin mövcud olması, zərfin açılması və təklifin elan edilməsi zəruri idi. Lakin nə həmin təklifin mövcudluğu, nə də təklif olunan məbləğ barədə iş materiallarında hər hansı məlumat əksini tapmışdır. Bundan əlavə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus təklif sənədinin təhlili zamanı onun məzmununda aşkar uyğunsuzluqlar və müdaxilə əlamətləri müəyyən olunur. Belə ki, təklifdə ilkin olaraq elektron formada qeyd edilmiş rəqəmin sonradan qələmlə düzəldilərək “5” rəqəmi ilə əvəz edildiyi açıq şəkildə müşahidə edilir. Bu hal təklif sənədinin bütövlüyünün pozulduğunu və ona kənar müdaxilənin baş verdiyini göstərir. Məhkəmə tərəfindən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının nəzərə alınmaması nəticə etibarilə milli qanunvericiliyin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Belə ki, keçmiş Mehdiabad Bələdiyyəsinin sədri Süleymanov Mustafanın sədrliyi ilə keçirilmiş ## ###### 2022-ci il tarixli şura iclasında bələdiyyəyə məxsus 0,9079 ha torpaq sahəsinin əvvəlcə mülkiyyətə verilməsi barədə qərar qəbul edilmiş, sonradan isə həmin protokola dəyişiklik edilərək torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, həmin torpaq sahəsi üçün müəyyən edilmiş 154 manat məbləğində ilkin qiymət açıq-aşkar bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı olmaqla, iqtisadi əsaslandırmadan məhrumdur və bu hal qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Bundan əlavə, göstərilən əsassız aşağı qiymət əsasında müsabiqənin keçirilməsi nəzərdə tutulmuş, cavabdeh orqan tərəfindən isə faktiki olaraq cəmi 3 nəfərdən ibarət komissiyanın yaradılması qanunvericiliyin tələblərinə zidd olmuş və müsabiqənin legitimliyini şübhə altına almışdır. Eyni zamanda, müsabiqədə iştirak üçün təqdim olunmuş təklif sənədində sonradan düzəlişlərin edilməsi həmin sənədin həqiqiliyini şübhə altına alır və müsabiqənin obyektiv, şəffaf və ədalətli keçirilmədiyini təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Maddə 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 415.8. İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 415.9. Bu maddənin tələbləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.4-cü maddəsinə uyğun olaraq tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında həyata keçirilən hərraclara bu Məcəllənin 415.5-ci maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həmin razılaşmada ayrı qayda müəyyən edilmədikdə şamil edilir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
10. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi” Qaydaları: Bənd 4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Bənd 5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar. Bənd 8. Elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Bənd 9. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: - möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda); - ərizə verilən zaman ərizəçinin adından çıxış etməyə vəkil edilmiş şəxsin adına etibarnamə. Təşkilatçı bu bənddə göstərilmiş sənədlərin qəbulu barədə ərizəçiyə qəbz verir. Bənd 9-1. Bu Qaydaların 9-cu bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Bənd 14. Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Hərrac aşağıdakı qayda üzrə keçirilir: - hərrac onun təşkilatçısının təyin etdiyi hərrac komissiyası üzvlərindən biri olan və hərracı aparan şəxs tərəfindən (bundan sonra "hərracçı") hərrac predmetinin mülkiyyətçisi və əsas xarakteristikası, ilkin qiyməti və hərrac addımı deyilməklə başlanır; - hərrac iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir və hərracçı növbəti qiyməti dedikdə bu cür biletləri olan iştirakçılar hərrac predmetini elan edilmiş qiymətə götürmək istədikdə həmin biletləri qaldırırlar; - üstünlük hüququ olan hərrac iştirakçısı öz biletini qaldırmaqla belə hüququ olmayan digər hərrac iştirakçısı tərəfindən təklif edilən qiymətə bərabər qiymət təklif edə bilər. Üstünlük hüququ olan hərrac iştirakçılarının biletləri üstünlük hüququ olmayan hərrac iştirakçıların biletlərindən fərqlənməlidir; - hərracçı hər sonrakı qiyməti hərrac addımını nəzərə almaqla cari qiyməti qaldırmaq yolu ilə təyin edir. Növbəti qiymət edildikdən sonra hərracçı birinci bilet qaldırmış hərrac iştirakçısının biletinin nömrəsini deyir. Birinci bilet qaldırmış üstünlük hüququ olmayan hərrac iştirakçısından sonra üstünlük hüququ olan hərrac iştirakçılarından bilet qaldıran olduqda hərracçı onun biletinin nömrəsini deyir. Sonra hərracçı hərrac addımına uyğun olaraq, növbəti qiyməti elan edir. Hərrac predmetini təşkilatçının elan etdiyi qiymətə (üstünlük hüququ olan hərrac iştirakçılarından isə belə hüququ olmayan digər iştirakçı tərəfindən təklif edilən son qiymətə) götürmək istəyən şəxslər hərrac iştirakçılarının arasında olmadıqda hərracçı həmin qiyməti üç dəfə təkrar edir; - hərracçı növbəti qiyməti üç dəfə təkrar etdikdən sonra hərrac iştirakçılarının heç biri biletlərini qaldırmadıqda hərrac başa çatır. Biletinin nömrəsini hərracçıya ən axırda bildirən iştirakçı hərracın qalibi hesab olunur; - hərracçı hərracın sonunda hərrac predmetini, qiymətini və hərracın qalibinin bilet nömrəsini elan edir; - hərrac qalibinin təklif etdiyi qiymət hərracın nəticələri haqqında tərtib olunmuş protokolda qeyd olunur.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Cavabdeh (Təşkilatçının) “torpaq müsabiqə və hərracının nəticələri barədə” ##.##.2023-cü il tarixli, ***/* nömrəli protokolun surətindən görünür ki, “xxxx” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Abşeron ərazisində yerləşən Mehdiabad bələdiyyə mülkiyyətinə aid 9079 kv.m və ya 0.9079 ha kənd təsərrüfat təyinatlı, əkin, III (üçüncü) keyfiyyət qruplu, 1 hektarın icarə haqqının aşağı həddi 6.54 manat olan və üzərində heç bir məhdudiyyət olmayan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə ##.##.2023-cü il tarixində müsabiqə keçirilməsi və qalibin müəyyən edilərək ona Şəhadətnamənin verilməsi məsələsi üzrə ##.##.2023-cü il tarixdə keçirilən müsabiqədə iştirak edən 7 nəfərin siyahısı təsdiq edilmiş, 7 nəfər ərizəçidən 2 ərizəçi müsabiqədə iştirak etməmiş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 5155 (beş min yüz əlli beş) manat ən yüksək təklif vermiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni zamanda bildirişdə müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur.
16. “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş HTM seriyalı, ****** nömrəli şəhadətnamədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixində keçirilmiş torpaq müsabiqəsinin qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində 5155 manat icarəyə (20 il müddətinə) verilmişdir. Şəhadətnamə “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə 646 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət “xxxx” publik hüquqi şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ####### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsi Qaydaları”nın 3- cü bəndinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyətə və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd edilən Qaydaların 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların elana verilməsi barədə bildiriş müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilir. Eyni zamanda bildirilir ki, Bələdiyyə tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində qeyd olunmuş müsabiqənin etibarsız hesab edilməsinə dair səbəblərə əsasən təşkilatçı tərəfindən müsabiqənin keçirilməsi haqqında bildirişin 30 gün əvvəl mediada yayılmasını təsdiq edən heç bir sənədin mövcud olmadığı qeyd olunsa da, bu həqiqəti əks etdirmir. # #### 2023-cü il tarixində Torpaq müsabiqə və hərracların keçirilməsi barədə bildiriş 30 gün əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet saytı olan emlak.gov.az-da # #### 2025ci il tarixində yerləşdirilmişdir.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, kənd təsərrüfatı təyinatlı, 0.9076 ha torpaq sahəsi Abşeron rayon Mehdiabad bələdiyyəsinin mülkiyyətindədir.
19. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş “Mehdiabad Bələdiyyəsinin müraciətinə əsasən vətəndaşa kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin satılması”na dair ##.##.2017-ci il tarixli, **/* saylı rəy əlavə edilmişdir.
20. İş materiallarına kənd təsərrüfatı təyinatlı 0.9076 ha torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir.
21. İddiaçı tərəfindən “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanlanmış *** nömrəli, ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Komissiyaya Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin ehtiyat fondunda saxlanılan kənd təsərrüfatı (əkin) torpaq sahələrinin icarəyə verilməsinin iqtisadi əsaslandırılmasına dair aşağıdakı Arayış təqdim edilmişdir: Mehdiabad bələdiyyəsinin ehtiyyat fondunda saxlanılan kənd təsərrüfatı (əkin) torpaq sahələrinin icarəyə verilməsinə münasibət bildirilməsi üçün aşağıdakı göstəricilər təqdim edilmişdir: 1. Mehdiabad bələdiyyəsinin ehtiyyat fondu torpaqlarında saxlanılmış cəmi kənd (əkin) sahəsi 40.0 ha. O cümlədən: fiziki və hüquqi şəxslərin icarəsinə verilmiş torpaq sahəsi 5 ha; -ehtiyyat fondunda qalan torpaq sahəsi 40 ha. 2. Müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının ölçüsü 0.13 ha.
22. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən” arayışdan görünür ki, torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2023-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
23. Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən “xxxx” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanlanmış ##.##.2023-cü il tarixli ** nömrəli məktubundan görünür ki, Abşeron rayon Bələdiyyəsinin 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı üçün 15 illik icarəyə verilməsi məqsədi ilə torpaq hərracının, müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanması barədə bələdiyyənin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarı qəbul olunmuş və həmin qərara müvafiq olaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduru başa çatdırılmışdır. Bələdiyyə 0.9079 ha torpaq sahəsinin 15 illik icarəyə verilməsi məqsədi ilə hərracın, müsabiqənin keçirilməsi və bu məqsədlə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması barədə ##.##.2022-ci il tarixli, **/**/** nömrəli qərar qəbul etmişdir. Odur ki, bələdiyyənin bu məktubda qeyd olunan ikinci qərarı əsasında 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı üçün 15 illik icarəyə verilməsi məqsədi ilə hərracın, müsabiqənin keçirilməsi barədə Mehdiabad bələdiyyəsi ilə müvafiq müqavilə bağlanması xahiş olunmuşdur.
24. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 28 noyabr tarixli iclasın ** saylı protokolunun **/** nömrəli qərarından “Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 28 noyabr tarixli iclasın ** saylı protokolunun **/** nömrəli qərarında dəyişiklik edilməsi barədə” çıxarışdan görünür ki, Azərbaycan Respublikası 2002-ci il ## #### tarixli, ***-**Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinin tələblərinə müvafiq olaraq Mehdiabad bələdiyyəsi Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin ##.##.2022-ci il tarixli iclasın ** saylı protokolunun **/** nömrəli qərarının birinci, ikinci və üçüncü bəndləri aşağıdakı redaksiyada verilməsini Qərara almışdır: 1. Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı və əkinçilik məhsullarının istehsalı məqsədi ilə icarəyə verilmiş 0.9079 ha torpaq sahəsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdığı nəzərə alınsın. 2. Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı və əkinçilik məhsullarının istehsalı məqsədi ilə 20 il müddətinə icarəyə verilməsi üçün açıq müsabiqə keçirilsin və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın. 3. Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin ilkin müsabiqə qiyməti 154 manat müəyyən edilsin.
25. Nuriyev Rasim Məhəmməd oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin olunmasını xahiş etmişdir.
26. Nuriyev Rasim Məhəmməd oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli təklifdən görünür ki, Abşeron ərazisində Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 9079 kv. m və ya 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə mülkiyyətə verilməsi, icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 154 manat ilkin satış qiymətinə qarşı 1200 manat təklif edir.
27. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin olunmasını xahiş etmişdir.
28. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ##.##.2023-cü il tarixli təklifdən görünür ki, Abşeron ərazisində Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 9079 kv. m və ya 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə mülkiyyətə verilməsi, icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 154 manat ilkin satış qiymətinə qarşı 5155 manat təklif etmişdir.
29. Xəlilov Qeyrəddin Şahlar oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində, hərracında iştirakının təmin olunmasını xahiş etmişdir.
30. Xəlilov Qeyrəddin Şahlar oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli təklifdən görünür ki, Abşeron ərazisində Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə mülkiyyətə verilməsi, icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 154 manat ilkin satış qiymətinə qarşı 4000 manat təklif etmişdir.
31. İsmayılov Elvin İsmayıl oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin olunmasını xahiş etmişdir.
32. İsmayılov Elvin İsmayıl oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli təklifdən görünür ki, Abşeron ərazisində Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 9079 kv. m və ya 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə mülkiyyətə verilməsi, icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 154 manat ilkin satış qiymətinə qarşı 2500 manat təklif etmişdir.
33. Baxşəliyev Asif Əhkam oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin olunmasını xahiş etmişdir.
34. Baxşəliyev Asif Əhkam oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli təklifdən görünür ki, Abşeron ərazisində Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 9079 kv. m və ya 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə mülkiyyətə verilməsi, icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 154 manat ilkin satış qiymətinə qarşı 1500 manat təklif etmişdir.
35. Nuriyeva Mahal Məmmədəli qızı (etibarnamə üzrə nümayəndəsi Nuriyev Rasim Məhəmməd oğlu) tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023- cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin olunmasını xahiş etmişdir.
36. Gəncəliyev İqrar Feruz oğlu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, Abşeron ərazisində Mehdiabad bələdiyyə mülkiyyətində olan 9079 kv.m və ya 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə “xxxx” publik hüquqi şəxsinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin olunmasını xahiş etmişdir.
37. İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin ##.##.2023-cü il tarixində torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi barədə bildirişi əlavə olunmuşdur.
38. Abşeron Rayon Mehdiabad Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərardan görünür ki, “xxxx” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında bağlanmış icarə müqaviləsinə əsasən 0.9079 ha torpaq sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs icarəsinə verilmiş torpağa görə bələdiyyə ilə alqısatqı müqaviləsi bağlanılması qərara alınmışdır.
39. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin **/*** saylı, ##.##.2023-cü il tarixli məktubunun müzakirəsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin **/*** saylı, ##.##.2023-cü il tarixli məktubu nəzərə alınaraq Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** saylı iclas protokolunun ** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
40. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Abşeron Rayon Mehdiabad Bələdiyyəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli, ****** nömrəli məktubdan görünür ki, Mehdiabad Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** saylı iclas protokolunda göstərilən bələdiyyə aktlarına inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə iclasının ** nömrəli aktında qeyd olunmuş 0.9079 ha torpaq sahəsi qanunvericiliyin tələbi pozulmaqla bazar qiyməti nəzərə alınmadan müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin, “Torpaq bazarı haqqında” Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçisi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərtilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnaməsinin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq İcra Hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Həmçinin, yuxarıda qeyd olunun torpaq sahələrinin mülkiyyətə verilməsi barədə çıxarış protokolda qeyd edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4 və 10.1-ci maddəsinə əsasən təklif edilmişdir ki: 1. Mehdiabad Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** saylı protokolu ** nömrəli qərarı bazar qiymətinə uyğunlaşdırılması üçün yenidən müzakirə olunmaqla dəyişiklik edilsin və ya dəyişiklik edilməsi mümkün olmadığı halda ləğv edilsin. 2. Ləğv təklifi 5 iş günündən gec olmayaraq Bələdiyyə iclasında müzakirə olunsun.
3. Təklifin müzakirə olunması barədə qəbul edilmiş qərarın 1 nüsxəsi Sumqayıt Regional Ədliyyə İdarəsinə təqdim olunsun.
41. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron Rayon Mehdiabad Bələdiyyəsinə məxsus 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilmiş torpaq müsabiqəsinin qalibi olmasına baxmayaraq, bələdiyyənin onunla icarə müqaviləsi bağlamaması barədə daxil olmuş müraciətə baxılmış və məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ##.##.2023-cü il tarixində keçirilmiş müsabiqənin nəticəsinə əsasən Mehdiabad Bələdiyyəsinin ##.##.2023-cü il tarixli iclasında onunla müqavilə bağlanması və illik icarə haqqının 257.75 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. Lakin həmin bələdiyyə qərarı qəbul və tərtib edilərkən müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, həmçinin, zəruri təsdiqedici sənədlər qərara əlavə olunmadığı üçün Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən sözügedən qərarın qanunvericiliyə uyğunlaşdırılaraq dəyişdirilməsi və ya ləğv edilməsi barədə Mehdiabad Bələdiyyəsinə verilmiş təlkif əsasında ##.##.2023-cü il tarixli qərar bələdiyyənin ##.##.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. İzah olunur ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci və 8.4-cü maddələrinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu qanunun birinci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə təklif təqdim edir, bələdiyyə tərəfindən həmin təklifə bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.
42. İş materiallarında “Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Abşeron ərazi Torpaq müsabiqə və hərrac Komissiyası”nın “torpaq müsabiqə və ya hərraclarında iştirak etmək üçün fiziki və hüquqi şəxslərin təqdim etdikləri ərizələrin” qeydiyyat jurnalından ##.##.2023-cü il tarixə olan vərəqi əlavə edilmişdir.
43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 0.9079 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə ##.##.2023-cü il tarixində keçirilmiş torpaq müsabiqəsinə dair audiovideo yazılar mövcud deyildir.
44. İş materiallarına “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026- cı il tarixli, **/QHT/**** saylı torpaq sahəsinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatı əlavə olunmuşdur.
45. Hazırda iddiaçı tərəfindən Cavabdeh (Təşkilatçının) “torpaq müsabiqə və hərracının nəticələri barədə” ##.##.2023-cü il tarixli, ***/* nömrəli protokolu və HTM seriyalı, ****** nömrəli şəhadətnamə mübahisələndirilir və ona istinad edilir ki, hərracı həyata keçirilən təşkilat tərəfindən qanunvericiliyin tələbinə əməl edilməmiş, hərracın keçirilməsi ilə bildirişin mediada yayılması və s. tələblərə əməl edilməmiş, hərracın keçirilməsi formal xarakter daşımışdır.
46. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir.
47. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi” Qaydalarına əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra “bildiriş” hazırlayıb və onun mediada yayılmasını təşkil edir.
48. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl mediada dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; - hərrac addımını (ilkin qiyməti); - torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini.
49. İşin faktiki hallarından görünür ki, Abşeron Rayon Mehdiabad Bələdiyyəsi tərəfindən Mehdiabad Bələdiyyəsinin mülkiyyətində olan 0.9079 ha torpaq sahəsinin kənd təsərrüfatı və əkinçilik məhsullarının istehsalı məqsədi ilə 20 il müddətinə icarəyə verilməsi üçün açıq müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin ilkin müsabiqə qiymətinin 154 manat müəyyən edilməsi qərara alınmışdır. “xxxx” publik hüquqi şəxsi tərəfindən ##.##.2023-cü il tarixində və ##.##.2023-cü il tarixində torpaq müsabiqələrinin və hərracların keçiriləcəyi barədə bildiriş dərc edilmişdir. ##.##.2023-cü il tarixində keçirləcək müsabiqədə iştirak etmək üçün ##.##.2023-cü il tarixində 6 nəfər, ##.##.2023-cü il tarixində bir nəfər ərizə ilə müraciət etmiş, həmin ərizələr təşkilatçı tərəfindən qeydiyyat jurnalında qeydə alınmışdır.
50. Göründüyü kimi hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin tələbinə əməl edilmiş və hərracın keçirilməsinə 30 gün qalmış hərracların keçiriləcəyi barədə bildiriş dərc edilmişdir.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarının araşdırılması zamanı həmçinin o da müəyyən edilir ki, hərrac təşkilatçısı tərəfindən ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrinin qeydiyyatı həyata keçirilmişdir.
52. İddiaçının mövqeyinə görə hərracın iştirakçılarının hamısı – Nuriyev Rasim Məhəmməd oğlu, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Xəlilov Qeyrəddin Şahlar oğlu, İsmayılov Elvin İsmayıl oğlu, Baxşəliyev Asif Əhkam oğlu hərracın keçiriləcəyi tarixdən yalnız bir gün əvvəl (##.##.2023-cü il tarixdə) hərracda iştirak etmək üçün sənədlərini təqdim ediblər, hərracın iştirakçiları da formal şəkildə qeyd edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, “xxxx” publik hüquqi şəxsi tərəfindən hərracın keçirilməsi ilə bağlı Mülki Məcəllə və “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi” Qaydalarına əsasən üzərinə qoyulmuş vəzifələrə əməl edilmişdir. Qanunvericiliyin tələbindən görünür ki, təşkilatçının vəzifəsi hərracın keçirilməsi ilə bağlı məlumatı yaymaq və müraciətlərin qeydiyyatını aparmaqdır ki, bu tələbə də əməl edilmişdir. Bu səbəbdən iştirakçılarının çoxunun hərracın keçiriləcəyi tarixdən yalnız bir gün əvvəl müraciət etməsi hərrac təşkilatçısının təqsiri ilə bağlı olması və ya hərracın formal olaraq təşkil edilməsi kimi şərh edilə bilməz.
54. Belə olan halda qeyd edilməlidir ki, iddiaçı “xxxx” publik hüquqi şəxsi tərəfindən hərracın keçirilməsi ilə qanunvericiliyin tələblərinin pozulmasını iddia etsə də, istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
55. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
57. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
58. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında qeyd edilir ki, “ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunun düzgün tətbiq edilməməsi və ya prosessual tələblərin kobud surətdə pozulması halları baş verərsə, bunlar əsassız və yaxud qanunsuz məhkəmə qərarlarının qəbul edilməsilə nəticələnə bilər. Digər tərəfdən, belə hallar eyni zamanda məhkəmə müdafiəsi və ədalətli məhkəmə baxışı hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.”
60. Belə olan halda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Azad İmanov