Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-18/2025 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, X4, Kazımova (Orucova) X2, cavabdeh1 qarşı çıxarışın və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, X1 qızının katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, X4, Kazımova (Orucova) X2, cavabdeh1 qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iş materiallarında olan Torpağa Mülkiyyət hüququna dair JN-0031, 30211068 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonu Çaxmaqlı kəndində 1.78 ha torpaq sahəsi cavabdeh2, X4, cavabdeh4 və cavabdeh1 qıznının birgə mülkiyyətinə Xaçmaz rayonu Çaxmaqlı kəndində Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ** saylı qərarı ilə 1.78 ha torpaq sahəsi verilmişdir.
2. Iş materiallarında olan AN-1 ******* nömrəli ##.##.2006-cı il tarixdə Xaçmaz rayonu * saylı dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh2, cavabdeh1, X3 və X4 ümumi paylı mülkiyyətlərində olan Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,5 ha torpaq sahəsi İddiaçı satılmışdır.
3. Iş materiallarında olan DƏDRX-nin ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, cavabdeh2, cavabdeh1, cavabdeh4 və X4 ümumi birgə mülkiyyətində Xaçmaz rayonu Çaxmaxlı kəndində 1.7823 ha torpaq sahəsi vardır.
4. Iş materiallarında olan ## ### 2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, cavabdeh2, cavabdeh1 və cavabdeh4 Xaçmaz rayonu Çaxmaxlı kəndində yerləşən 1.336725 ha torpaq sahəsini X4 bağışlamışlar.
Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh2 ilə ailə üzvlərinin adına verilmiş, Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1.78 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli, ************ qeydiyyat nömrəli çıxarışın, onun əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən aparılmış ## ### 2021-ci il tarixli, *Ə-*** nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın AN ******* saylı, ## ###### 2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehlər cavabdeh2, X4, Kazımova (Orucova) Əfsanə Cəzahir qızı, cavabdeh1 ona ailə üzvlərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən ##.##.1998-ci ildə verilmiş JN **** saylı, 30211068 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıya ünvan 1ndə yerləşən 1.50 ha torpaq sahəsini 2500 manata satmışlar. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 sorğu verdikdən sonra aydın olmuşdur ki, ünvan 1 ünvanında yerləşən DƏDRXI tərəfindən ##.##.2021-ci il tarixdə cavabdeh2, cavabdeh1, Kazımova (Orucova) X2 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 1.78 ha torpaq sahəsinin 1.336725 ha torpaq sahəsini X4 bağışlamışlar. Tərəfindən 2022-ci ilin iyun ayında polisə müraciət edilmiş, cavabdeh2 ilk əvvəl iddiaçıya notarial qaydada yuxarıda qeyd edilən torpaq sahəsini satdığını, sonradan həmin torpaq sahəsini yeznəsinə satdığını etiraf etmiş, Xaçmaz RPŞ yaranan mübahisənin mülki xarakterli olmasını nəzərə alıb cinayət işinin başlanmasını ## #### 2022-ci il tarixli qərarla rədd etmişdir. Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Hesab edirlər ki, cavabdeh2 və ailə üzvlərinin adına verilmiş, ünvan 1 ünvanında yerləşən 1.78 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli, ************ qeydiyyat nömrəli çıxarışın, onun əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən aparılmış ## ### 2021-ci il tarixli, *Ə-*** nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməlidir. cavabdeh2 və ailə üzvlərinin adına verilmiş, ünvan 1 ünvanında yerləşən 1.78 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli, ************ qeydiyyat nömrəli çıxarışın, onun əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən aparılmış ## ### 2021-ci il tarixli, *Ə-*** nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Vəkil izahatında iddianı müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, torpağı satmış, amma pulunu almamışdır. Qızına torpağı isə toydan sonra bağışlamışdır. Torpağın pulu kimi 1000 manat verə bilərlər. Iddiaçı torpağa görə ona heç olmasa 1000 manat verməlidi. Lakin iddiaçı buna razı deyil. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir.
9. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunanlara istinad edilməklə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi cavabdehlərdən X4 mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Çünki mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektdir. Belə olan halda cavabdeh cavabdeh2 mülkiyyətçi kimi torpaq üzərində sərəncam verməsi (qızına bağışlaması), ona qanunla verilən hüquqdur, həmin hüququn məhdudlaşdırılması mülkiyyətə maneə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları mülki qanunvericilikdə müəyyənləşdirilmiş əqdlərin etibarsızlığı əsaslarına uyğun gəlmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157, 421, 422, 423.2, 427, 600.1, 666, 567, 646.1, 646.2, 337.1, 329, 339.1, 340.1, 347.1, Mülki Prosessual Məcəllənin 14.2, 88, 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ilə tam tanış olmamışdır. Belə ki, o, ilk öncə ünvan 1 ünvanında yerləşən 1.78 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli, ************ qeydiyyat nömrəli çıxarışın, daha sonra isə onun əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən aparılmış ## ### 2021-ci il tarixli, *Ə-*** nömrəli “Daşınmaz əmlakın bağışlama müqaviləsini”-nin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə isə sübutlara qiymət verərkən ilk öncə bağışlama müqaviləsinə, sonra isə çıxarışn etibarsızlığına qiymət vermişdir. Qətnamədən və tərəflərin izahatlarından da tam aydın olur ki, iddia əsaslıdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən cavabdeh2 izahatında göstərmişdir ki, torpağı satmış, amma pulunu almamışdır. Qızına torpağı isə toydan sonra bağışlamışdır. Torpağın pulu kimi 1000 manat verə bilərlər. Iddiaçı torpağa görə ona heç olmasa 1000 manat verməlidi. Cavabdeh Kazəmov Cəzahir Cabbar oğlu məhkəmə zalındakı izahatında iddianın əsasını etiraf etmişdir. Məhkəmə MPM-nin 14.1-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, MPM-nin 14.1-ci maddəsinə əsasən əgər o, iddianı düz verməmişdisə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, görüləcək və ya görülməyəcək hərəkətlər barəsində onları xəbərdar etməli idi. Məhkəmə hesab etsə idi ki, iddiaya mülki məhkəmə icraatında baxılamlı deyil, bu zaman MPM-nin 153.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddianı qəbul etməzdi və ya MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verərdi. Amma məhkəmə sadəcə formal əsasla qeyd etmişdir ki, guya o, iddianın əsasını təşkil edən heç bir mötəbər sübut təqdim etməyib. Halbuki, məhkəmənin öz yazdığı qətnaməsindəki cavabdehin etirafı, iddiaçı tərəfin təqdim etdiyi notarial alqı-satqı müqaviləsi bunlar işin düzgün həll üçün mötəbər sübutlardır. Həmçinin Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin, məhkəmə kollegiyasına ərizə təqdim edərək, “cavabdeh2 ilə ailə üzvlərinin adına verilmiş, Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1.78 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli, ************ qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsində iddiadan imtina etdiyini, imtinanın qəbul olunması və iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz rayon * saylı notariat ofisinə və “xxxx” Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (...)
19. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
21. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
22. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
23. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.
33. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisə ünvan 1ndə yerləşən torpaq sahəsi ilə bağlıdır. Həmin torpaq sahəsi ilkin olaraq cavabdeh2, X4, cavabdeh4 və cavabdeh1 birgə mülkiyyətində olmuş, sonradan ## ##### 2021-ci il tarixli dövlət reyestrindən çıxarış əsasında qeydiyyata alınmış və ## ### 2021-ci il tarixdə cavabdeh2 tərəfindən qızı X4 bağışlanmışdır.
34. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini əsasən onunla əsaslandırmışdır ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığına dair mötəbər sübut təqdim etməmişdir və cavabdeh2 mülkiyyətçi kimi torpaq üzərində sərəncam vermək hüququ olmuşdur.
35. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən hazırkı iş üçün sonradan müəyyən edilmiş mühüm hüquqi hallar mövcud olmuşdur və apellyasiya baxışı zamanı isə həmin hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilmişdir.
36. Lakin hazırkı iş üzrə hüquqi qiymətləndirmə yalnız qeyd olunan çıxarışın və bağışlama müqaviləsinin formal mövcudluğu ilə məhdudlaşdırıla bilməz. Iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair əvvəlki hüquqi münasibətlər və həmin münasibətlərə məhkəmə tərəfindən verilmiş hüquqi qiymət sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.
37. Işə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi Vəkil mübahisə olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər Sumqayıt Inzibati Məhkəməsində mübahisələndirildiyi üçün hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi nümayəndə2 iş üzrə icraatın dayandırılması məsələsini məhkəmə kollegiyasının mülahizəsinə verdiyini bildirmişdir.
39. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, X4, Kazımova (Orucova) X2, cavabdeh1 qarşı çıxarışın və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı mülki iş üzrə icraat, iddiaçı İddiaçı cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı hüquqların dövlət reyestri haqqında çıxarışın reyestr qeydinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
40. Iddiaçı İddiaçı cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı hüquqların dövlət reyestri haqqında çıxarışın reyestr qeydinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddia Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə təmin edilmiş və qərar ## #### 2026-cı il tarixdə qanuni qüvvəyə minmişdir.
41. Həmin qərara əsasən cavabdeh2 və ailə üzvlərinin adına verilmiş ************ reyestr nömrəli,##.##.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın AN İ ******* nömrəli, ##.##.2006-cı il tarixli * saylı Xaçmaz rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən satın aldığı ünvan 1ndə yerləşən 1.50 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi, bununla bağlı dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin üzərinə vəzifə olaraq qoyulmuşdur.
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Normanın mənasına görə preyudisial əhəmiyyət yalnız əvvəlki məhkəmə aktında araşdırılmış, qiymətləndirilmiş və həmin işin tələbinə və ya etirazına aid olan faktlara şamil edilir.
43. Bu baxımdan Sumqayıt Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi də hazırkı iş üçün mühüm preyudisial əhəmiyyət daşıyır.
44. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar cavabdeh2, cavabdeh1, cavabdeh4 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızının cavabdehlər İddiaçı və Xaçmaz rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsindən iddiaçılar cavabdeh2, cavabdeh1, X3 nümayəndəsi vəkil nümayəndə1 və iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar cavabdeh2, cavabdeh1, cavabdeh4 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızı cavabdehlər İddiaçı və Xaçmaz rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir.
45. Göründüyü kimi, əvvəlki və hazırkı işdə iştirak edən şəxslər arasında bağlanmış alqısatqı müqaviləsinin etibarlılığı məsələsi artıq məhkəmə araşdırmasının predmeti olmuş, həmin müqavilənin etibarsızlığı barədə tələb təmin edilməmişdir. Başqa sözlə, İddiaçı mübahisəli torpaq sahəsinə dair əldə etdiyi hüquqi vəziyyət və onun əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı barədə mübahisə məhkəmə aktı ilə həll edilmişdir.
46. Bu hal hazırkı işdə yenidən mübahisələndirilə və həmin məsələ təkrar sübutetmə predmetinə çevrilə bilməz.
47. Odur ki, hazırkı iş üzrə cavabdeh2 və digər cavabdehlərin İddiaçı torpaq sahəsinə dair iddiaçının hüququnun yaranmasına əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız olması barədə mövqeyinə artıq baxılmış və həmin mövqe qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qəbul edilməmişdir.
48. Beləliklə, hazırkı işə baxılan vaxt mübahisəli torpaq sahəsinə dair ## ##### 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın əsasını təşkil edən reyestr qeydi artıq qüvvədə olan inzibati məhkəmə aktı ilə ləğv edilmişdir.
49. Bu hal hazırkı mülki mübahisənin həlli üçün birbaşa hüquqi əhəmiyyət daşıyır. Çünki bağışlama müqaviləsinin notariat qaydasında rəsmiləşdirildiyi zaman bağışlayanların sərəncam hüququnun əsasını təşkil edən hüquqi qeyd sonradan məhkəmə qaydasında ləğv edilmişdir.
50. Bağışlama müqaviləsinin predmeti olan əmlaka dair bağışlayanın sərəncam hüququnun hüquqi əsasının mövcudluğu isə əqdin etibarlılığının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
51. Beləliklə iş materialları ilə müəyyən edilir ki, cavabdeh2, cavabdeh1, X3 və X4 ümumi paylı mülkiyyətlərində olan Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,5 ha torpaq sahəsinin İddiaçı satılmasına dair AN-1 ******* nömrəli ##.##.2006-cı il tarixdə * saylı Xaçmaz rayon dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi qüvvədə olmasına baxmayaraq və bu halın cavabdeh tərəfə məlum olmasına baxmayaraq sonradan mülki qanunvericiliyin tələbinə zidd olaraq iddiaçı ilə daha əvvəl bağlanmış müqaviləni qanunla müəyyən edilmiş qaydada ləğv etmədən, əsassız olaraq çıxarış əldə etməklə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla sonrakı mübahisələndirilən bağışlama müqaviləsini bağlamışlar.
52. Bu səbəbdən birinci instansiya məhkəməsinin yalnız ## ##### 2021-ci il tarixli çıxarışa istinad etməklə cavabdeh2 torpaq üzərində sərəncam vermək hüququnun mübahisəsiz olduğunu qəbul etməsi düzgün hesab edilə bilməz. Çünki hazırkı iş üzrə əhəmiyyətli olan həm ilkin alqı-satqı münasibətinə, həm də sonrakı dövlət qeydiyyatına dair məsələ artıq müvafiq məhkəmə icraatlarında araşdırılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.
53. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
54. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil “cavabdeh2 ilə ailə üzvlərinin adına verilmiş, Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1.78 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli, ************ qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsində iddiadan imtinası nəzərə alınmaqla iddia tələbi təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağlanmış ## ### 2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. cavabdeh2, cavabdeh1 və cavabdeh4 ilə X4 arasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağlanmış ## ### 2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.