Məhkəmə qərarları › İş №2(3-6)-3693/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3693/2026

07.09.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3693/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdeh Cavabdeh MMC ilə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***/B nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı hal-hazırda ##.##.2010-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 92, mənzil ***B saylı ünvanda yerləşən mənzildə yaşayır. 2021-ci il ilin fevral ayında iddiaçı özünə mənzil almaq qərarına gəlmiş, özünü Cavabdeh MMC-nin işçisi kimi təqdim edən Səmədov Sirac Azad oğlu ünvan 1 ünvanında yerləşən mənzili 60.000 manata satdığını bildirmiş, o da həmin mənzili almaq üçün ilkin olaraq 40.000 manat ödəməklə mənzilin alınması ilə bağlı razılığa gəlmişdir. Bu günə kimi mübahisə predmeti olan mənzil iddiaçının istifadəsindədir. Səmədov Sirac Azad oğlu bildirmişdir ki, 20.000 manatı ödədikdən sonra mənzil müqavilə əsasında iddiaçının adına keçiriləcəkdir. Sirac Səmədov mənzilin guya tanışı olan Ülfət Babayevin adına olduğunu və onların şərik kimi ev alqı-satqısı ilə məşğul olduqlarını demişdir. İddiaçı onlara inanaraq 2021-ci ilin fevral ayında Səmədov Sirac Azad oğluna əlbəəl 40.000 manat pul vermiş, qalıq məbləği ödədikdən sonra mənzilin onun adına keçiriləcəyi bildirilmişdir. Hər dəfə S.Səmədova mənzili onun adına keçirməyi təklif etsə də, həmin şəxs müxtəlif bəhanələr gətirmişdir. Təxminən bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, Səmədov Sirac Azad oğlu başqa-başqa adamları da aldatdığı üçün tutulmuşdur və onun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu onun yaşadığı mənzilə gələrək həmin mənzilin sahibi olduğunu bildirmişdir. Hətta, 2022-ci ildə Babayev Ülfət tərəfindən mənzilin ona satıldığını, mənzildə tək qadının azyaşlı uşağı ilə birlikdə kirayədə yaşadığını, aylıq 400 manat məbləğində pulu Babayev Ülfətə verdiyini, Babayev Ülfətin də 400 manat məbləğində aylıq kirayə haqqını ev sahibinə verdiyini bildirmişdir. Ona görə də 2022-ci ildən bu günə qədər gəlib mənzilə baxış keçirməmişdir. Lakin guya Səmədov Sirac Azad oğlu tutulduğundan şübhələnib mənzilə baxmaq istəmişdir. Hazırda iddiaçı hesab edir ki, zərərçəkmiş şəxsdir, Səmədov Sirac və Babayev Ülfət ona qarşı dələduzluq edərək 40.000 manat pulunu mənimsəyiblər. Həmçinin, hesab edir ki, cavabdeh ilə Mahmud zadə Kamil İlqar oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan apellyasiya şikayəti mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. Apellyasiya baxışı zamanı isə müəyyən edilmişdir ki, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov ** saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında, *** saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan ***/B saylı mənzildən cavabdeh və onun azyaşlı oğlu X4 çıxarılaraq həmin mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## #### 2022-ci il tarixli ***/B nömrəli alqısatqı müqaviləsi ilə Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov ** saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında *** saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəni almışdır. Sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Belə ki, ##.##.2022-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən payçı yuxarıda göstərilən yaşayış binasının 15-ci mərtəbəsinin mansardı, tam sahəsi eyvanla birlikdə 62 kv.m olan texniki sahənin hər kv.m-i üçün 482 manat olmaqla cəmi 30.000 manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən payçı ümumi məbləğin tam ödənişini 30.000 manat ödəyir. Bildirir ki, Cavabdeh MMC tərəfindən ##.##.2022-ci il tarixli maliyyə arayışı tərtib olunmuş, həmin arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov ** saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında,*** saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənin tam dəyəri tərəfindən ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. O, sözügedən mansard mərtəbədəki texniki sahəni mənzil kimi təmirli almış və mebellə təchiz etmişdir. Texniki sahəni almamışdan əvvəl mənzilin əvvəlki sahibi MMC tərəfindən həmin mənzil İddiaçı adlı şəxsə icarəyə verilmişdir. Həmin şəxs sözügedən mənzildə azyaşlı oğlu X4 ilə birlikdə yaşamış və mənzildə yaşamalarının müqabilində mənzil sahibinin müəyyən etdiyi miqdarda icarə haqqı ödəmişlər. O, sözügedən mənzili alarkən həmin şəxsləri mənzildən çıxarmamış və İddiaçı icarə haqqını mənzilin yeni sahibinə, yəni ona makler Sirac vasitəsilə hər ay ödəmişlər. Lakin İddiaçı 2024-cü ilin oktyabr ayından bugünədək icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Bunun qarşılığında həmin şəxslərin sözügedən mənzili boşaltmalarını və mənzildən çıxmalarını tələb etsə də, İddiaçı bugünədək həmin mənzildən çıxmamış, əksinə mənzildən çıxmayacağını, həmin mənzili boşaltmayacağını bildirmiş və əsassız olaraq mənzil üzərində haqq tələb etmişdir. Beləliklə, İddiaçı onun razılığı və xəbəri olmadan qeyriqanuni olaraq ona məxsus mənzildə yaşayır, mənzildən qanunsuz olaraq istifadə edərək halhazırda da ona aid mənzildə qanunsuz olaraq yaşamağa davam edir. Hazırda həmin şəxslə arasında heç bir müqavilə bağlanmamışdır, razılığı olmadan onun mənzilində qanunsuz olaraq yaşayırlar. Cavabdeh və onun qardaşı mənzildən 2025-ci ilin yanvar ayında çıxacaqlarına söz versələr də, sonradan bundan imtina etdilər. Hal-hazırda cavabdehin ona məxsus olan mənzildən istifadəsinin qadağan edilməsi və onun mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh onun ailə üzvü deyil, qohumu deyil, aralarında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlamamışlar. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov ** saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, *** saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahədən cavabdeh İddiaçı azyaşlı övladı ilə birlikdə çıxarılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı qismində İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu və “xxxx“ MMC-ə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə "müqavilənin etibarsız hesab edilməsinə tələbinə dair" iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən xahiş etmişdir ki, mübahisəli Bakı şəh, Nizami ray, Mehdi Abbasov küç, ev-92, m- ***B saylı ünvanda yerləşən mənzilə dair cavabdeh “xxxx“ MMC ilə digər cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu arasında bağlanmış ##.##.2022-ci tarixli ***/B nömrəli saxta müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarsın. Bu iş ilə bağlı məhkəmə hazırlıq iclası ##.##.2025-ci il tarixə saat 15:55-ə təyin edilmişdir. İş hakim Fariz Əlizadənin icraatındadır. Əlavə olaraq mübahisəli mənzil onunla, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğluna satıldığından Sirac adlı şəxsə Bakı Şəhər Xətai Rayonu Polis İdarəsində cinayət işi açılmışdır. Cinayət işi Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R X1 icraatındadır. Odur ki, həmin işə baxılıb yekun qətnamə çıxarılana kimi apellyasiya icraatının müvəqqəti dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan (hakim Fariz Əlizadə) *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Beləliklə iş materialları müəyyən edilir ki, hər iki iş üzrə mübahisə faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 92, mənzil ***B saylı mənzillə bağlıdır. İddiaçı iddiasının predmeti Cavabdeh MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlu arasında həmin mənzilə dair ##.##.2022-ci il tarixli, ***/B nömrəli müqavilənin etibarsız hesab edilməsidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlunun iddiasının əsasında isə məhz həmin müqaviləyə istinad edilməklə onun mənzil üzərində hüquqa malik olması və həmin hüquqa əsasən İddiaçı mənzildən çıxarılması tələbi dayanmışdır. Göründüyü kimi birinci iş üzrə həll edilməli olan əsas məsələlərdən biri ##.##.2022-ci il tarixli müqavilənin hüquqi qüvvəyə malik olub-olmaması olduğu halda, ikinci iş üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlunun mənzilə dair hüququnun yaranmasının əsasını məhz həmin müqavilə təşkil edir. Bu səbəbdən bir iş üzrə müqavilənin hüquqi qüvvəsi barədə müəyyən ediləcək hal digər iş üzrə mənzildən çıxarılma tələbinin həllinə bilavasitə təsir göstərir. Həmçinin hər iki iş üzrə mənzilin hüquqi statusu, Cavabdeh MMC-nin həmin mənzilə dair sərəncam vermək hüququ, ##.##.2022-ci il tarixli müqavilənin bağlanma halları, müqavilə üzrə ödənişin həyata keçirilməsi, İddiaçı mənzildə yaşamasının hüquqi əsası, habelə Səmədov Sirac Azad oğlunun hərəkətləri ilə bağlı eyni və ya bir-biri ilə sıx bağlı faktiki halların müəyyən edilməsi və eyni sübutların qiymətləndirilməsi tələb olunur. Odur ki, göstərilən mübahisələr yalnız ayrı-ayrı tələblər baxımından deyil, eyni maddi hüquq münasibətinin müxtəlif aspektləri baxımından bir-biri ilə sıx bağlıdır. Həmin işlərə ayrı-ayrılıqda baxılması eyni sübutların təkrar araşdırılmasına, eyni faktiki hallara müxtəlif hüquqi qiymət verilməsinə və nəticə etibarilə bir-birinə zidd məhkəmə aktlarının qəbul edilməsi ehtimalına səbəb ola bilər. Xüsusilə nəzərə alınmalıdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlunun mənzilə dair hüququnun əsasını təşkil edən ##.##.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə nəticə onun həmin müqavilədən irəli gələn hüquqlarının mövcudluğuna birbaşa təsir göstərir. Bu baxımdan həmin müqavilənin etibarlılığı barədə məsələnin bir işdə müəyyən edilib, digər işdə isə həmin məsələnin nəticəsi nəzərə alınmadan fərqli hüquqi nəticəyə gəlinməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMCyə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hazırkı mülki iş ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlunun İddiaçı qarşı eyni mənzildən çıxarılma tələbinə dair mülki işi arasında birbaşa faktiki və hüquqi əlaqə mövcuddur və həmin işlərin ayrı-ayrılıqda həll edilməsi eyni hüquq münasibətinə dair ziddiyyətli nəticələrin yaranması ehtimalını artırır. Bu səbəbdən mübahisələrin hərtərəfli, tam və obyektiv araşdırılması, eyni faktiki halların təkrar araşdırılmasının qarşısının alınması, sübutların vahid qaydada qiymətləndirilməsi və ziddiyyətli məhkəmə aktlarının qəbul edilməsinin qarşısının alınması məqsədilə həmin mülki işlərin bir icraatda birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından məqsədəuyğun hesab edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmənin yuxarıda qeyd olunan qənaəti ilə hər iki mülki iş bir icraatda birləşdirilməsi qərara alındığından hazırkı mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264, 366-368, 397-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair *(*-*)-****/**** nömrəli mülki iş iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar oğlunun cavabdeh İddiaçı qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair *(***)-****/**** nömrəli mülki işlə bir icraatda birləşdirilsin və *(*-*)-****/**** nömrəli mülki işin icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar