Məhkəmə qərarları › İş №2(106)-1952/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1952/2025

03.09.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1952/2025 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 1.88 ha pay torpaq sahəsinin Babayev Allahverən Mehdi oğluna satılmasına dair olan Beyləqan rayonu * nömrəli Dövlət Notariat Kontorunun ## ###### 2003-cü il tarixli, 4-Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Aqrar İslahat komissiyasının ## ###### 1999-cu il tarixli, *** nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.88 ha kənd təsərrüfatı məhsulları istehsal edilməsi üçün pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə Kod 60709038 olan JN: *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. O, torpaq sahəsindən cavabdehlər Cavabdeh və X8 çıxarılması barədə iddia qaldırdığı vaxtı iş üzrə ekspertizanın rəyinin alınmasından və 2025-ci ilin fevral ayında ünvanına göndərilməsindən və iş üzrə qətnamənin çıxarılmasından (qətnamə hələ ünvanına göndərilməmişdir), sonra bilmişdir ki, mülkiyyətlərinə verilmiş 1.88 ha pay torpaq sahəsi Beyləqan rayonu * nömrəli Dövlət Notariat Kontorunun ## ###### 2003-cü il tarixli, *-Ə-** nömrəli alqı-satqı müqaviləsi əsasında Babayev Allahverən Mehdi oğluna satılmış, Beyləqan rayonu * nömrəli Dövlət Notariat ofisinin notariusu X4 təsdiq etdiyi ## ######## 2024-ü il tarixli, *V-*** nömrəli və ## ######## 2024-cü il tarixli, *V-*** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlaklın Dövlət reyestrindən reyestr nömrəsi 607013052083, qeydiyyat nömrəsi 1724018253, qeydiyyat tarixi ##.##.2024-cü il tarixli çıxarışa əsasən 0.4765 ha torpaq sahəsi, reyest nömrəsi 607013052082, qeydiyyat nömrəsi 1724018252, qeydiyyat tarixi ##.##.2024-cü il tarixli çıxarışa əsasən isə 1.3682 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Halbuki, o heç bir vaxt Notariat Kontorunda olmamış və pay torpaq sahəsini satmamışdır. O, hazırda heç bir əsas olmadam mülkiyyətindən məhrum edilmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xatın Cabbarlı) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: JN-178 KOD ******** №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının ## ###### 1999-cu il tarixli, ** saylı qərarı əsasında 1.88 ha torpaq sahəsi Beyləqan rayonu, Yeni Mil kənd sakini X9, X5, X6, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Qubad oğlunun mülkiyyətinə verilmişdir. ## ###### 2003-cü il tarixli “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X10 mülkiyyətində olan Beyləqan rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərar ilə JN-178 KOD ******** №-li Torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Beyləqan rayon, Yeni Mil kəndində yerləşən 1.88 ha torpaq sahəsini 11422440 manata Babayev Allahverən Mehdi oğluna satmışdır və həmin müqavilə Beyləqan rayon saylı notariat ofisində ##.##.2003-cü il tarixdə 4-Ə-** reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Beyləqan rayonu X1 yerləşən 0.4765 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə ##.##.2024cü il tarixdə mərhum Babayev Allahverən Mehdi oğlunun adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması” haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Beyləqan rayonu X1 yerləşən 1.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə ##.##.2024cü il tarixdə mərhum Babayev Allahverən Mehdi oğlunun adına rəsmiləşdirilmişdir. ## ######## 2024-cü il tarixli, *V-*** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş Babayev Allahverən Mehdi oğlunun vərəsələri Cavabdeh və X8r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak– DƏDKR publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ##.##.2024 tarixdə Babayev Allahverən Mehdi oğluna verilmiş 607013052082 reyestr nömrəsi ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Beyləqan rayon, X1 ünvanında yerləşən ümumi sahəsi 1.3986 ha olan torpaq sahəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Beyləqan rayon, X1 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmuşdur. ## ######## 2024-cü il tarixli “Miras payın Bağışlanması müqaviləsi”ndən görünür ki, X8 ## ######## 2024-cü il tarixli, 2V-600 nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh bağışlamışdır. ## ######## 2024-cü il tarixli, *V-*** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş Babayev Allahverən Mehdi oğlunun vərəsələri Cavabdeh və X8r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak–DƏDKR publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə Babayev Allahverən Mehdi oğluna verilmiş 607013052083 reyestr nömrəsi ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Beyləqan rayon, X1 ünvanında yerləşən ümumi sahəsi 0.4765 ha olan torpaq sahəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Beyləqan rayon, X1 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmuşdur. ## ######## 2024-cü il tarixli “Miras payın Bağışlanması müqaviləsi”ndən görünür ki, X8 ## ######## 2024-cü il tarixli, 2V-599 nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu X1 yerləşən ümumi sahəsi 1,3682 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu X1 yerləşən ümumi sahəsi 0.4765 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, etibarsızlığı tələb edilən alqı-satqı müqaviləsi ## ###### 2003-cü il tarixdə, yəni 22 il bundan əvvəl bağlanmış və bu 22 il ərzində müqavilə tərəfi olan Babayev Allahverən Mehdi oğlu və daha sonra onun vərəsəsi Cavabdeh həmin torpaq sahəsindən istifadə etmiş və iddiaçı tərəf bununla bağlı onlara qarşı hər hansı bir etiraz bildirməmişdir. Eyni zamanda həmin alqı-satqı müqaviləsinin bir tərəfi məhz iddiaçının anası olmuşdur. Bu hal isə, ona dəlalət edir ki, iddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsindən məlumatlı olmuş və həmin alqı-satqı müqaviləsi bəyənilmişdir. İddiaçı tərəfin iddia tələbində və məhkəmədə qeyd etdiyi hal, yəni onun ümumiyyətlə mülkiyyətində torpaq sahəsi olması ilə bağlı hər hansı məlumatının olmaması ilə bağlı qeyd etdikləri inandırıcı deyil və bu qeyd edilən dəlillər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsi, Mülki Məcəllənin 222, 358, 357, 360.2, 355.2, 404-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-178 KOD ******** №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 1.88 ha torpaq sahəsi X9, X5, X6, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Qubad oğlunun mülkiyyətinə verilmişdir. Ona görə də, mübahisəli torpaq sahəsi paylı mülkiyyət olaraq bütün payçıların razılığı əsasında alq-satqı predmeti ola bilərdi. Lakin o və digər ailə üzvləri ümumiyyətlə Notariat Kontorunda olmamış və pay torpaq sahəsinin və ya hər hansı daşınmaz əmlakın alqı-satqısına imza etməmişlər. Anaları tərəfindən həmin torpaq sahəsinin satılması barədə də xəbərləri olmamışdır. Hesab edir ki, anaları həmin torpaq sahəsini satmış olsaydı, bu barədə onlara məlumat vermiş olardı. Ona görə də torpaq sahəsinə dair Alqı-satqı müqaviləsi saxtalaşdırılmışdır. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.88 ha. pay torpaq sahəsinin verilməsi barədə onlara ümumiyyətlə heç bir məlumat verilməmiş və Beyləqan rayon Aqrar İslahat komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-178 KOD ******** №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı onlara təqdim olunmamışdır. Eyni zamanda, Dövlət Aktı əsasında mülkiyyətlərinə verilmiş 1.88 ha. pay torpaq sahəsinin sərhədləri naturada yeri müəyyən olunaraq onlara təhvil verilməmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və həmin Akt əsasında 1.88 ha. pay torpaq sahəsinin verilməsi barədə məlumatsız olmaqları ilə bağlı bildirir ki, adı çəkilən sahə Beyləqan rayonun X1 ərazisində yerləşmiş və rayonun Mil üzümçülük kolxozuna məxsus olmuşdur. Həmin tarixdə o və ailə üzvləri Beyləqan rayonun torpaq sahəsinin yerləşdiyi X1 deyil, ünvan 1 ünvanında yaşamamış və X1 ilə heç bir əlaqələri olmamışdır. Qeyd olunmuş səbəbdən adıçəkilən torpaq sahəsi kənd sakinlərinin istifadəsində olmuşdur. Beyləqan rayon Aqrar İslahat komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı və Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı barəsində ilkin məlumatı 2024-cü ildə əldə etmişdir. Belə ki, o, birinci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlildir. Müharibə əlili kimi yaşadığı Sumqayıt şəhərində mənzil növbəsində olmuşdur. 2024-cü ilin əvəllərində mənzilin verilməsi üçün adında ev və digər daşınmaz əmlakın olmaması ilə bağlı ondan sənəd tələb olunmuşdur. Bu məqsədlə yaşadığı ünvan Sumqayıt şəhəri olduğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə verilmiş ##.##.2024-cü il tarixli Arayışdan məlum oldu ki, JN-178 kod nömrəli, ##.##.1999-cu il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında mülkiyyətində torpaq sahəsi vardır. Bundan sonra AR. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərkən qeyd olunmuş fakt təsdiqlənərək bununla bağlı ##.##.2024-cü il tarixində Beyləqan rayon Aqrar İslahat komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında verilmiş JN-178 kod nömrəli, 60709038№ li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ona təqdim olunmuşdur və * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin sərhədləri naturada müəyyən olunaraq ona təhvil verildi və bununla bağlı ##.##.2024-cü il tarixli Akt tərtib olunmuşdur. Eyni zamanda, araşdırma apararkən məlum oldu ki, torpaq sahəsi keçən müddət ərzində sahibsiz sahə kimi müxtəlif şəxslərin istifadəsində olmuş, hazırda isə iş üzrə cavabdeh Cavabdeh istifadəsindədir. Ona görə də cavabdehə müraciət edərək torpağdan çıxmasını xahiş etmiş, lakin cavabdeh imtina edərək sahənin əvəzində ona 4000 (dörd min) manat pul təklif etmişdir. Əlavə olaraq bildirir ki, işin məhkəmə baxışında olduğu zaman cavabdeh mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Beləliklə, Dövlət Aktı əsasında payçı olaraq o və digər şəxslər mübahisəli torpaq sahəsinin alqı-satqısından məlumatsız olmuş, notariat kontorunda olmamış, özlərinə məxsus torpaq paylarının satılmasına razılığ verməmiş, torpaq sahəsi onlara 1999-cu ildə təhvil verilməmiş, həmin sahənin verilməsindən məlumatsız olduğundan istifadə etməmişlər. Dövlət vergisini verməmiş, subsidiya almamış, torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə etmələrinə də etiraz etmək imkanında olmamışlar. Hesab edir ki, məhkəmə işin obyektiv araşdırılması üçün mübahisəli torpaq sahəsinin Alqı-satqısına dair Notariat Kontorunda olan materiallara baxış keçirməli idi. Azərbaycan Respublikası MM-nin 152.2-ci maddəsinin tələbinə görə Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qətnamə qəbul edildiyi vaxtı onun bu imkanlardan məhrum edilməyinə heç bir əhəmiyyət verilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçıapellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 53-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Mübahisələndirilən qətnamə ilə iddia təmin edilməmiş, iddiaçı apellyasiya şikayəti verərək iddanın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-təmin edilməmiş Beyləqan rayonu * nömrəli Dövlət Notariat Kontorunun ## ###### 2003-cü il tarixli, 4-Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsinin onun və digər payçıların razılığı olmadan satılması və həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Tələbin əsasını mülki məcəllənin 5.3, 16.1, 152.1,222.2, 351.2, 357, 358, 215, 560-ci maddələri təşkil edir. İddiaçı bildirir ki, mübahisəli torpaq sahəsi onun və digər payçıların ümumi paylı mülkiyyətində olmuş, lakin həmin torpaq sahəsi onların, xüsusilə də iddiaçı İddiaçı razılığı olmadan ## ###### 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh Cavabdeh atasına-Babayev Allahverən Mehdi oğluna satılmışdır. İddiaçı qeyd edir ki, o və digər ailə üzvləri həmin torpaq sahəsinin satılmasına razılıq verməmiş, alqı-satqı müqaviləsinin bağlanması zamanı notariat kontorunda olmamış və müqaviləyə imza etməmişlər. Həmçinin, mübahisəli torpaq sahəsinin onların mülkiyyətinə verilməsi, həmin sahənin naturada sərhədlərinin müəyyən edilərək istifadələrinə verilməsi barədə məlumatları olmamışdır. İddiaçı həmin torpaq sahəsinə dair hüquqları barədə ilkin olaraq 2024-cü ildə məlumat əldə etdiyini, bundan sonra torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək ona təhvil verildiyini və hazırda torpaq sahəsinin cavabdeh Cavabdeh istifadəsində olduğunu bildirir. Bu əsaslarla iddiaçı mübahisəli torpaq sahəsinə dair ## ###### 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh Cavabdeh iddiaya münasibətindən müəyyən edilir ki, o, mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini bildirərək iddia tələbinin əsassız olduğunu qeyd etmişdir. İddiaçı həmin Dövlət Aktında adı göstərilən şəxs olsa belə, mübahisəli torpaq sahəsinin satılmasından xəbərsiz olması inandırıcı deyildir. Məhkəmə tərkibi işin iddiaçı tərəfindən məhkəməyə bildirilmiş hallarından müəyyən edir ki, iddiaçı hüquqlarının pozuntusunun konkret olaraq mübahisəli torpaq alqı-satqısı müqaviləsinin onların, xüsusilə də iddiaçı İddiaçı həqiqi iradəsi olmadan bağlanmasında ifadə olunduğunu iddia edir. Onun mövqeyinə görə, notariat orqanına təqdim edilmiş torpaq sahəsinin satılmasına razılıq barədə ərizədəki imza İddiaçı məxsus olmadığından, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə dair sərəncam verilməsi üçün tələb olunan razılıq mövcud olmamış, nəticədə həmin müqavilə ( və həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatı da) qanuni əsasdan məhrum olmuşdur. İş materiallarında toplanılmış sübutlardan alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin statusu ilə bağlı müəyyən edilmişdir ki, JN-178, KOD ******** nömrəli Dövlət Aktına əsasən 1,88 ha torpaq sahəsi X9, X5, X6, X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Qubad oğlunun mülkiyyətinə verilmişdir. ##.##.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X10 tərəfindən Babayev Allahverən Mehdi oğluna satılmış və müqavilə notariat qaydasında rəsmiləşdirilmişdir. Sonradan torpaq sahəsinin ayrı-ayrı hissələri Babayev Allahverən Mehdi oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Onun ##.##.2020-ci ildə vəfatından sonra həmin əmlak üzrə vərəsəlik hüququ Cavabdeh və X8, onların hər birinə 1/2 pay verilmişdir. ##.##.2024-cü il tarixdə X11 öz miras payını Cavabdeh bağışlamışdır. Nəticədə mübahisəli torpaq sahələrinin hər iki hissəsi ##.##.2024-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2-ci maddələr). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir (Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1. bəndi). Məhkəmə tərkibi qeyd olunan maddi hüquq normalarını işin müəyyən edilmiş halları ilə qarşılıqlı əlaqədə və müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməməsinə dair ərizənin onun tərəfindən imzalanmadığını bildirərək, həmin ərizədəki imzanın ona məxsus olmadığını və bununla əlaqədar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğunu irəli sürmüşdür. Apellyasiya şikayətinin qeyd olunan dəlilinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən müvafiq notariat orqanından ## ###### 2003-cü il tarixdə 4-Ə-** reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə dair notariat işi tələb edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin notariat işində olan ##.##.1988-ci il tarixli ərizənin üzərindəki imzanın iddiaçı İddiaçı, yaxud başqa şəxsə məxsusluğunun, habelə ##.##.2001-ci il tarixli ərizənin üzərindəki imzanın müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, yaxud başqa şəxsə aid olduğunun müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin ekspert tərəfindən verilmiş ***/**** nömrəli rəydə qeyd olunan imzaların müvafiq şəxslər tərəfindən icra edilib-edilmədiyini müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Beləliklə, ekspertiza nəticəsində iddiaçının mübahisələndirdiyi imzanın məhz onun tərəfindən icra edilmədiyi barədə qəti nəticəyə gəlmək mümkün olmamışdır. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, notariat orqanına təqdim edilmiş razılıq ərizəsindəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilsə belə, bu hal, özlüyündə, mübahisəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün yetərli əsas kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətdən kənarda qalmamalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki qanunvericilik müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Mülki işin müəyyən edilmiş hallarından o da müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ## ###### 2003-cü il tarixdə X10 tərəfindən Babayev Allahverən Mehdi oğluna satılmış, həmin alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirilmiş və sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Sonrakı dövrdə Babayev Allahverən Mehdi oğlu tərəfindən həmin torpaq sahəsinə faktiki sahiblik və istifadə həyata keçirilmiş, onun vəfatından sonra isə əmlak vərəsəlik qaydasında Cavabdeh və X8 mülkiyyətinə keçmişdir. Daha sonra X8 öz miras payını Cavabdeh bağışlamış və nəticədə mübahisəli torpaq sahələrinin hər iki hissəsi sonuncunun adına dövlət qeydiyyatına alınmış, tərəflər arasında keçən 22 il ərzində torpaqla bağlı mübahisə olmamışdır. İddiaçı iddiasında alqı-satqı müqaviləsindən xəbərdar olmadıqlarını, müqavilənin onların iştirakı olmadan bağlandığını, müqavilənin mövcudluğundan sonradan xəbərdar olduğunu qeyd edir. Lakin iddiaçının bu dəlilləri iddia tələbinin təmininə yönələn hərəkət kimi qəbul edilə bilməz. Ona görə ki, adları qeyd edilən şəxslərin alqı-satqı müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə maddi üstün şərait yaranacağına görə onlar iddia tələbinin təminində maraqlıdırlar. Bu səbəbdən məhkəmə adları qeyd edilən iddiaçının izahatını iddianın təmininə yönələn sübut kimi qiymətləndirmək əvəzinə, bunun tam əksinə alıcı Allahverən Babayevin vərəsəsi hazırkı cavabdeh Cavabdeh hazırkı iddiaya qarşı etirazlarının sübut edilibedilmədiyini yoxlamalı, onun vicdanlı alıcı olub-olmadığını, iddiaçının hüquqlarının pozulmasında cavabdehin (həmçinin miras qoyanın) təqsirli olub-olmamasını, bağlanmış alqısatqı müqaviləsinin razılığı alınmamış ailə üzvlərinin sonradan həmin əqdi bəyənibbəyənməməsini, həmçinin iddiaçıların hərəkətlərində hüquqdan sui-istifadənin olubolmamasını müəyyən etməli idi. Bununla əlaqədar olaraq məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. (Mülki Məcəllə maddə 3**.2). Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklüdent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Məhkəmələr müqavilənin (imzalanmaması) bağlanmasına razılıq verməməsi müqavilənin hüquqi qüvvəsinin olmaması barədə formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun ## #### 2023-cü il tarixli qərarı). Hazırkı iş üzrə iddiaçı torpağın alğı-satqısı ilə bağlı iradə ifadələsinin olmadığı qənaətinə gələrək alğı-satqı müqaviləsini etibarsız hesab edir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının hüquqlarının (burada razılığı alınmamış mülkiyyətçilər nəzərdə tutulur) torpaq sahəsinin satılmasında məhz öz ailə üzvü olan Elmira Qurbanova tərəfindən pozulması tam sübut olunur. Əvvəla, iddiaçı digər payçı mərhum Elmira Qurbanova bir ailə üzvü olmuşdur ki, ümumi paylı mülkiyyətin satılmasını iddiaçıdan (burada razılığı imzalamayan şəxslər nəzərdə tutulur) gizlədilməsi onların iradə ifadəsi olmadan həyata keçirilməsi mümkünsüzdür. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar belə qənaətə gəlməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi iddiaçı üçün naməlum ola bilməzdi. Belə ki, torpaq sahəsi ümumi birgə mülkiyyətin iştirakçısı olmuş mərhum Elmira Qurbanova tərəfindən özgəninkiləşdirilmiş, notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmış, bunun üçün zəruri sənədlər toplanılmış, notariat işi formalaşdırılmış, habelə torpaq sahəsinin satılmasına dair razılıq ərizəsi həmin işə əlavə edilmişdir. Bu qədər hüquqi hərəkətin ailə üzvlərinin məlumatı olmadan həyata keçirilməsi, xüsusilə də ümumi birgə mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi şəraitində inandırıcı hesab edilə bilməz. Bundan başqa, iddiaçı uzun illər ərzində nə torpaq sahəsinin hüquqi vəziyyəti ilə maraqlanmış, nə də onun barəsində hər hansı hüquqi iddia və ya etiraz irəli sürmüşlər. Məhkəmə tərkibi nəzərə alır ki, mübahisəli əqd ## ###### 2003-cü il tarixində bağlanmış, həmin əqd əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və uzun müddət ərzində nə torpaq sahəsi üzərində sərəncam vermiş mərhum Elmira Qurbanova, nə də ümumi birgə mülkiyyətin digər iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Mülki Məcəllənin 357 və 358-ci maddələrinin mənasına görə, səlahiyyətli şəxsin əqdi sonradan bəyənməsi həmin əqdə bağlandığı andan etibarən hüquqi qüvvə verir və əqd üzrə mülki hüquq və vəzifələr yaradır. Hazırkı işdə də əqdin bağlanmasından sonra uzun illər ərzində onun etibarsızlığı barədə hər hansı tələb irəli sürülməməsi, əqdin hüquqi nəticələrinin qəbul edilməsi və ona etiraz edilməməsi tərəflərin həmin əqdi faktiki olaraq qəbul etmələrinin göstəricisi kimi qəbul edilməlidir. Bu baxımdan iddiaçının uzun müddət ərzində passiv davranışı və əqdi mübahisələndirməmələri onların hazırkı iddiasının əsaslılığını təsdiq edən hal kimi qəbul edilə bilməz. Məhkəmə tərkibi onu da qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı cavabdehin atası Allahverən Babayevin iddia edilən hüquq pozuntusundan və ya iddiaçının razılığının olmamasından xəbərdar olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. İş materialları ilə də cavabdehin vicdansız əldə edən olması müəyyən edilmir. Əksinə, müəyyən olunur ki, alıcı mərhum Allahverən Babayev torpaq sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş və sonradan cavabdeh Cavabdeh mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, iddiaçının yalnız razılığın olmamasına istinad etməklə vicdanlı əldə edənin mülkiyyət hüququna xitam verilməsini tələb etmələri hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. İddiaçının istinad etdikləri hallar, əgər mövcud olmuşdursa, ilk növbədə torpaq sahəsi üzərində sərəncam vermiş şəxs ilə onların arasındakı daxili hüquq münasibətlərinə aid olmaqla, özlüyündə vicdanlı əldə edənin qanunla qorunan hüquqlarının məhdudlaşdırılması üçün kifayət etmir. Beləliklə şəxsin uzun illər ərzində özünə məxsus daşınmaz əmlakın hüquqi taleyinə tamamilə laqeyd qalması, onun özgəninkiləşdirilməsi ilə bağlı heç bir tədbir görməməsi, yalnız uzun müddət keçdikdən sonra müqaviləni mübahisələndirməsi işin digər halları ilə birlikdə qiymətləndirildikdə, iddiaçının müqavilədən ümumiyyətlə xəbərsiz olması barədə dəlillərinin inandırıcılığını zəiflədir. Bu cür uzunmüddətli hərəkətsizlik, əksinə, bağlanmış əqdin hüquqi nəticələrinin faktiki olaraq qəbul edilməsi və ona etiraz edilməməsi kimi qəbul edilə bilər. Əgər iddiaçı hesab edirsə ki, onların iradəsi olmadan ümumi birgə mülkiyyətə daxil olan əmlak üzərində sərəncam verilmişdir, bu hal ilk növbədə həmin sərəncamı həyata keçirmiş şəxsin hərəkətləri ilə bağlı hüquqi məsuliyyət məsələsini yarada bilərdi. Lakin hazırkı iddia belə tələblərə deyil, vicdanlı əldə edən alıcı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə yönəldilmişdir. İş üzrə toplanmış sübutlar isə həmin müqavilənin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlməyə əsas verir. Buna görə də birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi rədd edildiyindən iş üzrə ekspertiza xərcini təşkil edən 200 manat İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 200 manat iddiaçı İddiaçı tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X19, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501 hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar