Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1166/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh X1rşı əsasız hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı əsasız hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlır ki, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X10 ev 247 ünvanda yerlşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (abunə kodu: **********00000) çıxarılmış, bu barədə X8 tərəfindən xx.xx.2022-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında akt tərtib edilmiş, X8 tərəfindən xx.xx.2022-ci il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmiş və aktda sayğacın plastmas çıxış borucunun deşilməsi, sayğacın istismara yararsız olması qeyd edilmişdir. X8 tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli təbii X7 pozulması haqqında akt tərtib edilmişdir. Aktda sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmiş, qaz itkisi 8640 m3 hesablanmışdır. Qaz itkisinə görə 1036,80 manat borc hesablanmışdır. X6 Birliyi tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli təbii X7 pozulması haqqında akt tərtib edilmişdir. Aktda mənzilin qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün əvəzlənərkən sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. X8 tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmiş və aktda sayğacın plastmas çıxış borucunun deşilməsi, xətaların normadan artıq olması hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcminin qeyd etməməsi, sayğacın istismara yararsız olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın barpasına dair tələbnamə verilmiş, qaz itkisi 32832 m3 hesablanmışdır. Qaz itkisinə görə 3939,84 manat borc hesablanmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. İddiaçının qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən malumatı olmamış, aktın surəti ona göndərilməmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqlarn aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş kimi iddiaçı bununla bağlı məsuliyyət daşımır. Hər hansi bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac mənzildən bayırda yerləşir, qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. İddiaçının sayğaca müdaxilə etməsi barədə cavabdehdə hər hansi bir sübut da yoxdur. Cavabdeh heç bir araşdırma aparılmadan qaz itkisi hesablamışdır. Sayğacda və boru xəttində texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir. Ona görə də, Azəriqaz İB tərəfindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X10 ev 247 ünvana (abonent kodu: **********00000) xx.xx.2022-ci il tarixli ******* nömrəli akta və xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 1036,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən əsasız hesablanmış 3939,84 manat, cəmi 4976,64 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında X3 nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Azəriqaz İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, Qaz sayğacının yoxlanılması barədə MSK29/1710-02707-1 saylı akta əsasən sayğacın çıxış plasmas borusu deşilib, qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı təbii X7 pozulması haqqında akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin avqust ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-3510-1 saylı akta əsasən sayğacın çıxış plasmas borusu deşilib, qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı təbii X7 pozulması haqqında akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 32832 m3 təşkil etmişdir. Hesablanmış 3939,84 manat məbləğində dəymiş ziyan 2023-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş X7 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi)), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının sayğaca müdaxilə etməsi Azəriqaz İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin rədd edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdeh X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş təbii X7 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində olan G-4 markalı, **********451 zavod nömrəli sayğaca baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilərək abonentə dəymiş ziyanın hesablanması qərara alınmış, akt istehlaçı tərəfindən imzalanmamışdır. X4 xx.xx.2022-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-cü il tarixli ******* saylı akta əsasən, cəmi 8640 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X4 əməkdaşları tərəfindən tərtib olunmuş təbii X7 pozulması haqqında xx.xx.2023-ci il tarixli 038309 saylı aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində olan G-4 markalı, **********402 zavod nömrəli sayğaca baxış zamanı mənzilin qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün əvəzlənərkən sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkarlanmış, sayğac yenisi ilə əvəz olunmuş, sayğac dövlət yoxlamasına göndərilərək abonentə dəymiş ziyanın hesablanması qərara alınmış, akt istehlakçı tərəfindən imzalanmışdır. X4 xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, cəmi 32832 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X8 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 2022-ci il üçün 1036,80 manat, 2023-cü il üçün isə 3939,84 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacların yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacları yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, onun barəsində xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edərək bu akta əsasən fiziki şəxs olan istehlakçıya qaz sərfiyyatına görə 1036,80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edərək bu akta əsasən, qaz sərfiyyatına görə 3939,84 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X7 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacların yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barədə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, 1036,80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, 3939,84 manat olmaqla cəmi 4976,64 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X4 İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi cəmi 4976,64 manat maddi ziyan silinsin. X2 dövlət rüsumuna görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1166/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1166/2024
14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver