Məhkəmə qərarları › İş №2(001)-1173/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1173/2020

07.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1173/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Hümbət oğlunun “xxxxxxxx” X7 (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi və yeni sayğacın quraşdırılması tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hümbət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” X10 tərəfindən əsassız hesablanmış 1625 manat borc məbləğinin silinməsi və yaşadığı ünvana yeni sayğac quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ünvan üzrə “xxxxxxxx” ASC-də abonent kimi iddiaçının mərhum atası X4 qeydiyyata alınmışdır. xx xxxxxx 2019cu il tarixdə saat 15 radələrində cavabdehin nümayəndəsi iddiaçının yaşadığı evə gələrək akt və xəbərdarlığı iddiaçıya təqdim etmiş, işıq sayğacına müdaxilə edilməsi əsası ilə onlara borcun hesablandığını, həmin borcun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. İddiaçı aktla tanış olanda ona məlum olmuşdur ki, akt reallığı əks etdirmir. Belə ki, mərhum atası Hümbət Əhmədov xx xxxx 1995-ci il tarixdə vəfat etməsinə baxmayaraq, cavabdeh müəssisənin işçiləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli aktın tərtib olunmasında güyə Hümbət Əhmədovun iştirak etdiyi, akta imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Aktın əsassız olduğunu sübut edən bu faktla yanaşı, iddiaçının yaşadığı mənzilə hər ay cavabdeh müəssisənin əməkdaşı gəlib evin həyətə baxan divarına quraşdırılmış sayğaca baxış keçirmiş, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun məbləği barədə müvafiq qeydləri iddiaçıya təqdim etmiş, sayğaca kənar müdaxilə ilə bağlı heç bir fakt aşkar edilməmişdir. Beləliklə, xx xxxxxx 2019-cu il tarixli aktın tərtib olunmasında iddiaçının yaşadığı mənzildən heç kim iştirak etməmiş, sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmiş, sonradan iddiaçıya verilən bildirişdə 1625 manat borcunun olduğu göstərilmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda R.Q.Əmirəliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “xxxxxxxx” ASC-nin işçiləri tərəfindən İddiaçı Hümbət oğluna yaranmış borcla bağlı dəfələrlə məlumat verməyə cəhd edilsə də, iddiaçının evdə olmaması və s. digər bu kimi səbəblərdən borcluya məlumat verilməsi mümkün olmamışdır. Tərtib olunmuş aktda iddiaçının mərhum atasının adının qeyd olunması isə texniki səhvdir. Belə ki, həmin ev üzrə abonent kimi iddiaçının atası qeydiyyatdadır. Sayğacın iddiaçının və ya həmin evdə yaşayan digər şəxslərin adına keçirilməsi ilə bağlı abonent tərəfindən müraciət edilməli olduğu halda, müəssisəyə belə bir müraciət daxil olmamışdır. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli, 153721 nömrəli aktdan görünür ki, X3 məxsus, ünvan 1 ünvanında işıq sayğacının yoxlanması zamanı sayğacın alt qapaq möhürünün qırılmış olması, sayğacın arxasında müdaxilə izlərinin olduğu müəyyən edilmiş, sayğac yenisi ilə əvəz edilmiş və əvvəlki sayğac laborator şəraitdə yoxlamaya göndərilmişdir. Aktda onun tərtib olunmasında X1 iştirak etdiyi, akta imza etməkdən imtina etdiyi göstərilmişdir. xx xxxxxx 2019-cu il tarixli həmin atk əsasında tərtib olunmuş icra vərəqəsində elektrik sayğacının alt qapaq möhürünün qırılması səbəbindən sərf edilmiş, qeydə alınmamış elektrik enerjisinin həcmi müəyyənləşdirilmiş və iddiaçıya 1572,64 manat borc hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixli, 138 nömrəli xəbərdarlıq vərəqindən görünür ki, iddiaçının yaşadığı mənzil üzrə xx xxxxxx 2019-cu il tarixə 1625 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni “xxxxxxxx” ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin aktın əsaslı olaraq tərtib edilməsi, həmin aktdan istehlakçının məlumatının olması və s. barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Hümbət oğlunun yaşadığı ünvan 1 ünvanı üzrə “xxxxxxxx” ASC tərəfindən hesablanmış 1625 manat borc məbləği silinməli və həmin ünvana cavabdeh müəssisə tərəfindən yeni elektrik sayğacı quraşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hümbət oğlunun iddiası təmin edilsin. “xxxxxxxx” X10 tərəfindən İddiaçı Hümbət oğluna yaşadığı ünvan 1 ünvanı üzrə hesablanmış 1625 manat məbləğində borc silinsin, həmin ünvana “xxxxxxxx” ASC tərəfindən yeni elektrik sayğacı quraşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar