Məhkəmə qərarları › İş №2(001)-1183/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1183/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1183/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 12.600 manat kompensasiya ödənilməklə, cavabdehin xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzil birgə nikah dövründən əvvəl, xx xxxxxx 1996-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1968-ci ildən istifadəyə verilən beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Balkonu yoxdur, fransız layihəli, panel, zəif təmirli, heç bir artırması olmayan, zirzəmisi rütubətli, sadə üslublu mənzildir, yaşayış sahəsi 33,13 kv.metrdir, santexnika avadanlıqları köhnədir, istilik sistemi yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən onunla cavabdeh arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından olan xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 cavabdehin yanında saxlanmaları müəyyən edilmiş və uşaqlar yetkinlik yaşına çatmadıqlarına görə məhkəmə tərəfindən aliment təyin olunmuşdur. Hal-hazırda onların bir mənzildə yaşamaqları qeyri-mümkündür. Boşandıqdan sonra cavadehlə aralarında münasibətlər gərginləşmiş və bu da övladlarının psixologiyasına pis təsir göstərir. Cavabdehin rayonda atasından miras qalmış iki mərtəbəli, beş otaqlı aynabəndli fərdi həyət evi var. Həmin evdə cavabdeh və uşaqları üçün iki otaq ayrılmış və cavabdeh istədiyi vaxt uşaqlarla birlikdə orada yaşaya bilərlər. Cavabdehin maddi durumu qənaətbəxşdir, ümumtəhsil müəssisəsində müəllim işləyir, 350 manat əmək haqqı alır, repetitorluqla məşğul olur, aliment alır, bu da ona özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verir. Övladlarının əqli və fiziki qüsuru yoxdur, sağlamdılar. Onun isə qazancı 460 manat təşkil edir. Əlavə gəlir və qazanc yeri yoxdur. Hər ay qazancından ümumilikdə 254 manat aliment tutulur. Öhdəsində 80 yaşlı atası var. Tərtər şəhərində yaşayan bacısının evi atılmış artilleriya mərmiləri nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bacısı və qızları hal-hazırda onun himayəsindədirlər. Yaşadıqları stress nəticəsində sağlıq durumlarında problemlər var. Aylıq qazancından aliment tutulduqdan sonra ona qalan 206 manat atasının və bacısının ailəsinin müalicəsi və dərmanlarının alınması, kommunal xərclərin ödənilməsi, gündəlik tələbat mallarının alınması üçün yetərli deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 047034 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında xx xxxxxx 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxxxx 2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4624/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Ağabəyli Səadət İbrahimpaşa qızı ilə Məmmədxanov Bəxtiyar İldırım oğlu arasında 20 noyabr 2007-ci il tarixdə Salyan rayon VVADQ şöbəsində bağlanmış, 492 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 11 noyabr 2008-ci il təvəllüdlü Məmmədxanova Nərmin Bəxtiyar qızı və 25 sentyabr 2010-cu il təvəllüdlü Məmmədxanov Kamil Bəxtiyar oğlu adlı uşaqların anaları Ağabəyli Səadət İbrahimpaşa qızının yanında saxlanmalarının müəyyən edilməsi, 11 noyabr 2008-ci il təvəllüdlü Məmmədxanova Nərmin Bəxtiyar qızı və 25 sentyabr 2010-cu il təvəllüdlü Məmmədxanov Kamil Bəxtiyar oğlunun yetkinlik yaşa çatanadək saxlanmaları üçün Məmmədxanov Bəxtiyar İldırım oğlunun hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında, həmçinin hər ay hər uşağa görə 50 manat olmaqla ümumilikdə 100 manat sabit pul məbləğində alimentin tutularaq Ağabəyli Səadət İbrahimpaşa qızına ödənilməsi, alimentin tutulmasının başlanğıcı 19 avqust 2020-ci il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzili 1968-ci ildə tikilmiş 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Bina fransız layihəli panel binadır. Mənzilin eyvanı və artırması olmayan, zəif təmirli, döşəməsi dikt, qapıları fanerka örtüklü, rütubətli, yaşayış sahsi 33,13 kv.m olan, avadanlıqları köhnə, istilik sistemi olmayan mənzildir. Yuxarıda qeyd olunanlara əsasən mənzilin orta kirayə haqqı 200-220 manat məbləğində təşkil edir. “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, LP-008/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzili mənzilinin hazırki orta bazar qiyməti 73.000 manat, orta kirayə haqqı 350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından olan uşaqların ananın – cavabdehin yanında qalması müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehə 12.600 manat kompensasiya ödənilməklə sonuncunun uşaqları ilə birlikdə mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmasını tələb edir, cavabdeh tərəf isə iddianı qəbul edərək iddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd olmadığını, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddianın etirafı qəbul edilərək iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 12.600 manat məbləğində kompensasiya verilməklə Cavabdeh azyaşlı uşaqları - xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilməli, habelə iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 12.600 (on iki min altı yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdeh uşaqları - xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 nömrəli evin 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar