Məhkəmə qərarları › İş №2(001)-12/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-12/2025

05.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-12/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (X34, Biləcəri bələdiyyəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbi dəqiqləşdirməklə məhkəmədən Bakı şəhəri Biləcəri Bələdiyyəsinin iddiaçılar İddiaçı2 Mirə oğlu İddiaçı1 10 noyabr 2004-cü il tarixdə 1031 və 1033 nömrəli qərarlar əsasında fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə satılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X38, Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 Məhəmməd oğlunun, Cavabdeh6 Məhəmməd oğlunun onların ailə üzvlərinin, qohumlarının, eləcə də, digər şəxslərin torpaq sahəsindən çıxarılmaları, özbaşına tikilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və hər cür maneənin aradan qaldırılması, maddi ziyana görə 11175,36 manat, mənəvi ziyana görə 15000 manat məbləğində pulun, əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra iddiasını onunla əsaslandırmışdır ki, icraatınızda iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı Bakı şəhəri X10 Bələdiyyəsi ərazisi hüdudları daxilində İddiaçı2 və İddiaçı1 10 noyabr 2004-cü il tarixində 1031 və 1033 nömrəli qərarlar əsasında fərdi yaşayış evinin tikintisi üçün alğısatqı yolu ilə satılmış torpaq sahəsindən Cavabdeh1 tərəfindən özbaşına tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş vardır. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 51.3-cü maddəsinin tələbi qaydasında iddiaçıların vəsatətinə əsasən məhkəmə başqa cavabdehlərin X50, Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 işə cəlb edilməsi barədə qərardad qəbul edilmişdir. Bildirmək istəyirəm ki, eyni tərəflər arasında Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-71/2024 saylı iş olmuş və dörd ilə yaxın davam edən arşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 adına X17 Binəqədi qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmamışdır və hər hansı bir belə qərar olmuş olsa belə, həmin X24 ərazisinə aid ola bilməz. (Qərardad xx.xx.2024. İş № 2-1(112) -71/2024) MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla bağlı bəzi məqamlara aydınlıq gətirilməsini zəruri hesab edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Biləcəri Bələdiyyəsinin qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün hər birinə 600 kv.m (0.6 ha) torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri cavabdehlər tərəfindən zəbt edilmişdir. İddiaçılar torpaqların zəbt edilməsi üçün cavabdehlərin istifadə etdikləri X34 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2005-ci il tarixli, 972/1 saylı Qərarın etibarsız hesab edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdilər. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçılara məxsus Biləcəri Bələdiyyəsi ərazisində Biləcəri, DSK yolu, 10-cu döngə, 3-cü küçədə olan İddiaçı1 və X48 Bələdiyyəsi tərəfndən satılmış torpaq sahəsi X17 xx.xx.2005-ci il tarixli, 972/1 saylı qərarı əsasında Cavabdeh1 tərəfindən öz şərikləri olan Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin (XDMX) sabiq əməkdaşı Cavabdeh5 və onun qardaşı sabiq polis əməkdaşı Cavabdeh6 ilə birlikdə zəbt edilmiş və 0.4 ha (4 sot) torpaq sahəsini qonşu Bayramov Cümşüdə satmış, 0.8 (8 sot) ha torpaq sahəsini isə X3. İlkin alğı-satqı müqavilələri notariat qaydasında bağlanmışdır. X9 vəfat etmiş, onun atası X50 hüquqi varis kimi tanınmışdır. X53 2022-ci ildə vəfat etmiş, hüquqi varis onun oğlu Cavabdeh4 tanınmışdır. Yəni, marağı olan cavabdehlər 3-cü şəxs kimi prosesə cəlb edilmişlər, məhkəmə prosesindən xəbərdar olmuşlar. Əlavə olaraq qeyd etmək istəyirəm ki, iddiaçılar öz torpaq sahələrinə gedərkən onlara qarşı torpağı zəbt edən şəxslər, Cavabdeh2, Cavabdeh7, X50, Bayramov Cümşüd, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslər tərəfindən hücum edilmiş və hədə-qorxu gəlinmiş, faktiki olaraq həyatları ilə təhdid edilmiş və torpağa daxil olmalarına maneçilik törədilmişdir. Bundan başqa, İddiaçılar tərəfindən fərdi yaşayış evi tikmək üçün hər bir torpaq sahəsinə 5000 (beş min) ədəd keyfiyyətli mişar daşı tökülmuşdür. Bu daşlar cavabdehlər X50, Cavabdeh2, Cavabdeh7 tərəfindən talanmış və özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin tikintisində istifadə edilmişdir. Bu fakt əvvəlki məhkəmə iclasında araşdırma zamanı Cavabdeh2 öğlu tərəfindən təstiq edilmiş, eləcədə tərəfimizdən məhkəməyə təqdim edilmiş foto şəkillər, Biləcəri Bələdiyyəsinin hakim sorğusuna cavab məktubu ilə (peyk çəkilişləri zamanı torpaq sahələrində mişar daşlarının olması) öz təstiqin tapmışdır. Bu fakt Bakı İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-71/2024 saylı Qərardadı ilə də müəyyən olunmuşdur. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, "Cavabdeh1 ayrılması nəzərdə tutulan torpaq sahəsi Biləcəri ərazisində yox, Binəqədi qəsəbəsində olmuş, lakin ümumiyyətlə torpaq sahəsi naturada ayrılmamış, alqı-satqı müqaviləsi bağlanılmamış, maliyyə ödənişi ödənilməmişdir. Cavabdeh1 tərəfindən maliyyə ödənişi və plan-sxem təqdim edilmişdir ki, torpaq ayırmanı həyata keçirən bələdiyyə orqanının mövqeyi də nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin sənədlərin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, bələdiyyə orqanı qeyd edir ki, təqdim edilən maliyyə qəbzi başqa torpaq sahəsi ilə bağlıdır, ödəniş olmadığından plan-sxem təqdim edilməmişdir". MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə iddiaçılar tərəfindən torpaq sahələrində çəkdiyi xərclər (tikinti materialları, daş, sement, qum, çəpərlənmə, usta və s) mütəxəssis tərəfindən araşdırılmış və hesablanmışdır. "xxxx" MMC-nin 21 oktyabr 2024-cü il tarixli mütəxəssis Rəyi və smeta hesabatı mülki işə əlavə edilmişdir. Rəyə və smeta hesabatına əsasən xərc 11175,36 manat təşkil etməsi müəyyən olunmuşdur. Bu da bir həqiqətdir ki, uzun müddət hədə qorxuya məruz qalmış, zorla mülkiyyətindən mərhum edilmiş, torpaq sahələrinin hər cür istifadəsinə qadağan qoyulması iddiaçıların mənəvi, psixoloji iztirablar çəkməsinə səbəb olmuşdur. Hesab edilir ki, cavabdehlər tərəfindən iddiaçılara 15000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bundan başqa, hesab edirik ki, iddiaçılar öz həyətyanı sahəsindən istifadə etməklə, ən azından torpağı zəbt edən cavabdehlər Bayramov Cümşüd və Cavabdeh4 kimi sadəcə göyərti əkib sataraq və ya ev təsərrüfatı ilə məşğul olmaqla, yəni qaz, ördək, toyuq-cücə saxlamaqla gəlir əldə edə bilərdilər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfin həmin torpaq sahəsinə dair subyektiv hüququ yoxdur. Belə ki, bu fakt inzibati məhkəmənin müvafiq qərardadında da, aşkar olaraq müəyyəb edilib. Bundan başqa cavabdeh iddia edir ki, torpaq sahəsi X60 Şirkətinin qanuni sahibliyinədədir. Lakin nəzərə alınmalıdır ki, inzibati məhkəmədə X60 Şirkətinin iddiası mümkün sayılmamış, hətta şirkət qərarı yuxarı instansiya məhkəmələrində də, mübahisələndirsə də, son olaraq kassasiya instansiyasında iddia mümkün sayılmamışdır. Bundan başqa qonşuluqda yerləşən torpaq sahələrinə dair qərarlar Biləcəri Bələdiyyəsi tərəfindən verilsə də, nədənsə, cavabdehin torpaq sahəsinə dair qərarı X34 tərəfindən verilmişdir. Hansı ki, X34 özü belə Cavabdeh1 hər hansı torpaq sahəsi satmadıqlarını bildirmişdir. İddiaçının hazırda dövlət orqanının vermiş olduğu sənədə etimad hüququ var və həmin hüquq qorunmalıdır. Belə ki, bələdiyyənin qərarları inzibati akt sayılır. Hazırda vətəndaş həmin inzibati akta etimad edir. Həmin ərazidə olan iki torpaq sahəsi üçün ayrıayrılıqda maddi ziyan kimi 5000 manat tələb edilir. Cavabdeh1 barəsində hüquq mühafizə orqanlarına şikayət etdib. Hətta korrupsiya şikayəti etmək istəmiş müvafiq dövlət orqanının qarşısında Cümşüd və İslam da, onunla birlikdə olmuşlar. Lakin son nəticədə şikayəti təkcə özü etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi Biləcəri qəsəbə bələdiyyəsinin qərarı əsasında Biləcəri qəsəbəsi bələdiyyəsi ərazisində verilmişdir. 1999-cu il tarixli qüvvədə olan Bələdiyyə torpaqları haqqında qanunda Biləcəri Bələdiyyəsinin ərazisi Biləcəri qəsəbəsinin ərazisi kimi qeyd edilmişdir. Cavabdehə ayrılmış torpaq sahəsi isə sənədlə X34 ərazisində yerləşir. Bundan başqa Cavabdeh2 saxta sənəd vermiş və onları aldatmışdır. O, hətta cavabdehlərə birlikdə Cavabdeh1 qarşı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməyi təklif etsə də, təklifi rədd olunmuşdur. Bundan başqa Cavabdeh1 hazırda dələduzluqla ittiham olunaraq azadlıqdan məhrum edilmişdir. Cavabdeh1 anası həkim idi və onun uşaqlarının həkimi olmuşdur. Cavabdeh1 boş torpaq sahələri taparaq, həmin ərazilərə saxta bələdiyyə sənədi düzəldərək torpaq sahələrinin satışı ilə məşğul olmuşdur. 1999-cu il tarixli qüvvədə olan Bələdiyyə torpaqları haqqında qanunda Biləcəri Bələdiyyəsinin ərazisi Biləcəri qəsəbəsinin ərazisi kimi qeyd edilmişdir. Cavabdehə ayrılmış torpaq sahəsi isə sənədlə X34 ərazisində yerləşir. Cavabdeh1 tərəfindən Cavabdeh2 saxta sənəd verilmişdir. Bundan başqa bildirir ki, Konstitusiya Məhkəməsinin 2024-cü il tarixli bərabərlik prinsipi ilə bağlı qərarı vardır. İddiaçıların gözləntidə olan mülkiyyət hüquqları vardır. Bundan başqa hazırki məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı vardır. Cavabdehlər bilə-bilə saxta sənədlərlə iddiaçılara məxsus torpaq sahəsini zəbt etmişlər və torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Cavabdeh1 qanunsuz yolla bələdiyyə qərarını əldə etmiş, eyni zamanda cavabdehlər də iddiaçılara məxsus torpaq sahəsində qanunsuz tikinti işləri aparmışlar. Cavabdeh2 qardaşı Cavabdeh7 torpaq sahəsinin özlərinə məxsus olduğunu sübut edəcəkləri təqdirdə Elnurdan pulu alıb qaytaracaqlarına dair söz vermişdir. Torpaq sahəsi 2004-cü ildə alınmış, 6 daş hasarlamışdır. Darvaza olmasa da, 2004-cü ildə hər 6 sotda 5000 qara daş tökdürülmüşdür. 2021-ci ilin fevralında mübahisəli torpaq sahəsi iddiaçıların istifadəsində olmuşdur. Ümumiyyətlə, 2021-ci ilədək topraq sahəsində tikinti aparılmamışdır. Cavabdeh1 iddiaçıalra məxsus 12 sot torpaq sahəsindən 4 sotunu Cümşüd Bayramova satmışdır. Həmin şəxs torpaq sahəsində heç bir tikinti işi aparmamışdır, yalnız hasar çəkmişdir. Cümşüd sonradan rəhmətə getmişdir və oğlu Cavabdeh4 hazırda vərəsəsidir. Digər 8 sotu isə Cavabdeh2 almışdır. Həmin şəxs torpaq sahəsinin 2 sotunda 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. İş materiallarında olan qərar Cavabdeh1 adınadır. İlkin alğı-satqı müqaviləsi də, Elnurla mərhum Samir Hacıyev arasında bağlanıb. İnzibati məhkəmədə işə baxılan zaman Samir ölür və atası Hacıyev İslam hüquqi varis kimi işə qoşulur. Artıq inzibati məhkəmədə mübahisəyə baxılıb, qərar qanuni qüvvəsini alıb. Hər üçüncü şəxs sonradan maraqlarına toxunulan şəxs kimi ərizə verdikdə, bu işin icraatının dayandırılması üçün əsas olmamalıdır. İnzibati Məhkəmədə olan iş üzrə çıxan qərardad qanuni qüvvəsini alıb və ondan şikayət verilməyib. Cavabdehin iddia etdiyi məsələlərə qərardad qanuni qüvvəsini alana kimi münasibət bildirilməli idi. Həmçinin nəzərə alınmalıdır ki, qardaşının hüquqi varisi həmin iş üzrə, elə onun atasıdır. Hazırki işdə, Sadiq ona görə cavabdeh kimi cəlb edilib ki, qardaşı Sabir izahatında, Sadiqin mübahisəli torpaqda tikilən evdə yaşadığını bildirmişdir. Öz mənafelərinin müdafiəsi üçün hazırda onun da, cavabdeh kimi tikilmiş evdən çıxarılmasını xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 izahatında bildirmişdir ki, torpaq sahəsini mərhum qardaşı alsa da, evi öz vəsaiti hesabına özü tikmiş və orada yaşayır. Qardaşının ölümündən sonra atası hüquqi varisi kimi tanınmışdır. İnzibati məhkəmədə məsələ ilə bağlı hüquqlarının müdafiəsi üçün çalışacaq. Çünki qərarda torpaq və evin adı çəkilir amma evin sahəsi qeyd edilmir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh7 izahatında bildirmişdir ki, evin təmirini hissə-hissə davam etdirməklə, 2024-cü ilin iyun ayında tamamlamışlar. Təmir davam edən ərəfədə də, həmin evdə yaşamışdır.

7. Eyni zamanda təqdim etdiyi yazılı etirazında bildirir ki, X17 972/1 nömrəli 30 dekabr 2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin 800 kv.m hissəi 03 iyul 2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən qardaşı Samir Hacıyevə satılmışdır. 2020-ci ildə həmin torpaq sahəsinin bir hissəsində yaşayış evi inşa etmişdir. Həmin evdə həyat yoldaşı X47 ilə birlikdə yaşayır və yaşayış evi faktiki olaraq onların istifadəsindədir. 09 aprel 2025-ci ildə Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə inşa etdiyi və həyat yoldaşı ilə birlikdə yaşadığı evə münasibətdə cavabdeh qismində cəlb edilmişdir. Binəqədi Rayon Məhkəməsində keçirilən iclas zamanı ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Rəyə əsasən naturada göstərilən ərazinin dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün ayrılmış “Kontrakt sahəsi”nin daxilində yerləşdiyi müəyyən edilmişdir. 2020-ci ildə inşa etdiyi vaxtdan həmin evdə yaşayır, qaz, işıq və su sayğacları üzrə kommunal ödənişlər edir, həyat yoldaşı ilə birgə təsərrüfat aparır. Evinin sökülməsi ilə bağlı ona yalnız mülkiyyətçi tərəfindən tələb irəli sürülə bilər ki, işin mübahisəli halı ondan ibarətdir ki, torpaq dövlət mülkiyyətindədir. İddianın qanuni əsası mövcud deyil, faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmır. İddiaçıların əldə etdikləri bələdiyyə sənədi isə bu torpağa münasibətdə hüquqmüəyyənedici sənəd deyil. Odur ki, yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Torpağı onlara satan Cavabdeh1la Midhət müəllim, atası və Cümşüd müəllim danışığa cəhd etdilər ki, bəs torpağa görə ödənilmiş pul qaytarılsın. Lakin Elnur dedi ki, torpağıın sənədləşməsində saxtakarlıq yoxdu. Əgər məhkəmədə uduzsa, torpağa görə pulu qaytaracaq. Hətta dedi ki, torpağı “mən satmışam sənədləşməsinə arxayınam”. İnzibati məhkəmədə işə baxan məhkəmə ona aldadıldığını bildirmiş, lakin bu aldatma halının məhkəmə qaydasında sübutuna çalışsa da, nəticə əldə edə bilməmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 almışdır. Onun torpağa dair bələdiyyə qərarı, çertyoju və digər sənədləri vardır. Mübahisəli torpaq sahəsini aldıqdan təxminən 8 ay sonra, 2021-ci ilin yanvar, fevral aylarında iddiaçıların nümayəndəsi, vəkil torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir. 4 ay gözlədikdən sonra evi tikmişlər. Bundan sonra iddiaçılar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər, lakin məhkəmə iclaslarından məlumatları olmamışdır. Daha sonra isə işlərinə Bakı İnzibati Məhkəməsində 4 il müddətində işə baxılmış və iş hərtərəfli araşdırılmışdır. Hətta iş üzrə ekspertiza da təyin edilmişdir. Bakı İnzibati məhkəməsində məhkəmə icraatı zamanı keçirilmiş tikinti texniki ekspertizasının rəyinə əsasən iddiaçılara ayrlımış torpaq sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır və Bakı İnzibati Məhkəməsinin müvafiq qərarına əsasən iddiaçıların iddiası mümkün sayılmamışdır. Həmin qərar onların mənafeyinə toxunur. Hesab edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə subyektiv hüquqları yoxdur. İddiaçılar torpağı alan zaman aldadılmışlar. Cavabdeh1 iddiaçıların nümayəndəsi, vəkilin tələbəsi olmuşdur. Torpaq sahəsini aldıqdan 4 ay sonra iki mərtəbəli fərdi yaşayış evi tikmişlər və hazırda qardaşı orada yaşayır. Evin sahəsi 11x10-dır və evin tikinti və təmirinə təxminən 100000 manatdan artıq xərcləri çıxmışdır. Elnurdan aldığı məlumata əsasən mübahisəli torpaq sahəsi Mustafa adlı şəxsindir, sadəcə olaraq onun adına alınmışdır. Ümumiyyətlə özü, bütün alğı-satqı prosesində iştirak etmişdir. Midhəd müəllim halallıqdan danışır. Düzdə danışır. Onlar əraziyə çıxarış almağa getdikdə bildirdilər ki, bura dövlət torpağıdır və çıxarış ala bilməzsiniz. Əgər istəsəydilər, hasarı uçurar və həmin torpaq sahəsini zəbt edərdilər. Daha pul verib almazdılar. Torpağın sotuna 9000 manat pul vermişlər. Torpaq özü 8 kv.mdir. Evi 2021-ci ilin əvvəllərində, təxmini 2 aya tikmişlər

10. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ilk olaraq iddiaçıların hazırki iddianın qaldırılmasında subyektiv hüquqları yoxdur. Belə ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, “X60” Şirkətinin qanunu istifadəsindədir. Faktiki olaraq isə torpaq sahəsinə Cavabdeh7 sahiblik edir. Hər iki tərəflin sənədi bələdiyyə tərəfindən verilmiş qərarlar olsa da, nəzərə alınmalıdır ki, həmin qərarlar hüquqmüəyyən edici sənədlər deyildir. Ümumən bələdiyyələrin nəinki dövlət torpaqlarını, hətta öz mülkiyyətində olan torpaqlara dair sərəncam vermək ixtiyarı yoxdur. Qaldı ki, həmin dövrdə bələdiyyənin daşınmaz əmlakla bağlı qərar qəbul edə bilməsi üçün sadə səs çoxluğu ilə iclas keçirməli, qəbul edilən qərarı 5 gün müddətində aidiyyəti üzrə rəy alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməli, aidiyyəti qurum da, 10 gün müddətində müvafiq rəyi təqdim etməlidir. Nəzərə alınmalıdır ki, qərar həmçinin X33 göndərilməlidir. Lakin Bələdiyyələrlə iş mərkəzində tərəflərdə olan qərarların heç birinə dair sənəd yoxdur. Bundan başqa "xxxx" MMC tərəfindən verilən rəyin mötəbərliyi şübhəlidir. Belə ki, rəyə əlavə edilən smetaya görə qiymətlər qəpik və manatla hesablanır. Hansı ki, 2004-cü ildə qəpik pul vahidi kimi yox idi, manat isə 2006-cı ildən dövriyyəyə buraxılıb. Əraziyə tökülən daşın miqdarı belə bilinmir.

11. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2002-ci ildə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Müvafiq Qanunda qeyd olunmuşdur ki, 15 gün ərzində sənədlər müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Bələdiyyə qərarları iclasda sadə səs çoxluğu ilə qəbul edilməlidir və həmin iclasın iclas protokolu olmalıdır. Qarşı tərəfin qeyd etdiyi sənəd sədr tərəfindən imzalanıb, lakin iclas protokolu yoxdur. Eləcə də digər sənədlər də Bələdiyyələrə iş mərkəzinə göndərilməmişdir. İşin danılmaz halıdır ki, bu torpaq dövlət torpağıdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kontrakt ərazisidir. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəf kimi prosesə cəlb edilməlidir.

12. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etirazında göstərir: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə müraciət edərək 10 oktyabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları ilə onlara satılmış torpaq sahəsindən Cavabdeh1 tərəfindən özbaşına tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddia tələbinə dəqiqləşmə verilərək Cavabdeh4, X38, Cavabdeh2 və qeyrilərinin başqa cavabdeh qismində cəlb edilmələri barədə qərardad qəbul edilməsini, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını, özbaşına tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, hər cür maneənin aradan qaldırılması və maddi ziyana görə 11000 manat, mənəvi zərərə görə 15000 manat pulun alınaraq onlara ödənilməsini xahiş etmişlər. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Öncə qeyd edir ki, torpaq sahəsi ilə bağlı mübahisələr həll edilərkən, torpaq sahələrinin hüquqi rejiminin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Konstitusiya Məhkəməsi Plenumunun ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallara diqqət yetirməsi həmin halların prosessual qanunvericiliyə uyğun müəyyən edilib-edilməməsindən irəli gəlir. Həmçinin, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər. Konstitusiyanın 13- cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Nəzərə çatdırmaq istəyir ki, Bakı İnzibati məhkəməsində məhkəmə icraatı zamanı keçirilmiş tikinti texniki ekspertizasının 2 dekabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin 10 oktyabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları ilə İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahəsinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. Rəyə əsasən naturada göstərilən ərazinin Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşərək dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün ayrılmış “Kontrak sahəsi”nin daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 28 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Rəydən və məktubdan göründüyü kimi qeyd edilən ərazi dövlət mülkiyyətindədir və neft qaz əməliyyatlarının aparılması üçün ayrılmışdır. İddiaçıların bununla bağlı tələb irəli sürmələri üçün subyektiv hüquqları mövcud deyil. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa iddiaçılar onlara ayrılmış torpaq sahəsinin yerləşdiyi yeri dəqiq müəyyən etməlidirlər. Hazırki vəziyyətdə isə bunu təsdiq edən heç bir sübut mövcud deyil. İddiaçılar tərəfindən iş materiallarına əlavə edilmiş işdə maraqlı tərəf olan Bakı şəhəri Biləcəri bələdiyyəsinin 06 fevral 2024-cü il və 4 mart 2024-cü il tarixli məktubları iş üzrə sübut hesab edilə bilməz və onlardan sübut kimi istifadə edilməsi qanunaziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Prosessual, Mülki və Torpaq məcəllələrinin, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin bu sahəni tənzimləyən qərarları əsasdır və məhkəmə tikinti texniki ekspertizasının 2 dekabr 2022-ci il tarixli rəyi mötəbər sübutdur. Xüsusilə qeyd etmək lazımdır ki, torpaq sahəsinin hansısa bələdiyyə ərazisində yerləşməsi həmin torpaq sahəsinin qeyd edilən bələdiyyənin mülkiyyətində olması demək deyil. Həmin ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə yanaşı xüsusi və ya dövlət mülkiyyətində olan torpaq sahələri də yerləşə bilər. Konkret halda qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olduğundan cavabdehlərə qarşı yalnız mülkiyyətçi tərəfindən hər hansı tələb irəli sürülə bilər. Həmçinin qeyd edim ki, mülkiyyət hüququna malik olmadan bələdiyyə tərəfindən sərəncam hüququnun həyata keçirilməsi Mülki qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd edilənlər və Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən xahiş edirəm İddiaçı2 və İddiaçı1 iddia tələbini rədd edəsiniz.

13. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasın nümayəndələrin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

15. Bakı şəhəri Binqədi rayon Biləcəri Bələdiyyəsinin Bakı şəhər X43 İcraiyyə Komitəsinin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığına əsasən Bakı şəhər sakini İddiaçı2 əlavə olunmuş cizgi əsasında 600,00 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə satılması haqqında xx.xx.2004-cü il tarixli, 1031 saylı qərarından görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı yolu ilə İddiaçı2 satılması qərara alınmışdır.

16. 26.10.2004-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən Biləcəri Bələdiyyəsinin hesabına ******* manat pul ödənilmişdir .

17. Bakı şəhəri Binqədi rayon Biləcəri Bələdiyyəsinin Bakı şəhər X43 İcraiyyə Komitəsinin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığına əsasən Bakı şəhər sakini İddiaçı1 əlavə olunmuş cizgi əsasında 600,00 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə satılması haqqında xx.xx.2004-cü il tarixli, 1033 saylı qərarından görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı yolu ilə İddiaçı1 satılması qərara alınmışdır.

18. 26.10.2004-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən Biləcəri Bələdiyyəsinin hesabına ******* manat pul ödənilmişdir .

19. Biləcəri X1 ünvanlanan xx.xx.2017-ci il tarixli məktubunda göstərilir: Sizin 01- 05/Q-07 saylı qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə bələdiyyəyə daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, Biləcəri bələdiyyəsinin 1033 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı1 adına Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi və Biləcəri bələdiyyəsinin 1031 saylı, xx.xx.2004cü il tarixli qərarı ilə vətəndaş İddiaçı2 adına Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır.

20. Binəqədi rayon Biləcəri Bələdiyyəsinin A-367 saylı arayışından görünür ki, İddiaçı1 adına Bakı şəhəri, Binəqədi rayon Biləcəri qəsəbəsi ərazisində Binəqədi bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 133 saylı qərar ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********18 saylı məktubunda göstərilir: Binəqədi rayon Biləcəri bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 1033 nömrəli qərarı əsasında etibarnamə üzrə nümayəndəsi olduğunuz vətəndaş İddiaçı1 alqı-satqı yolu ilə əldə etdiyi 600.0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri bələdiyyəsinin hüdudları daxilində olub-olmaması barədə 05 fevral 2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır Bildiririk ki, elektron kadastr məlumat bazasında aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sxemə əsasən sözügedən 600.0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur.

22. X17 xx.xx.2021-ci il tarixli, 01-13/Əİ115 saylı məktubunda göstərilir: Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı2 xx.xx.2014-cü il tarixli, №1031 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün 600 kv. m torpaq sahəsi sahəsi, İddiaçı1 isə, xx.xx.2004-cü il tarixli, №-1033 saylı qərarla yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahələri digər şəxslər tərəfindən zəbt edilmiş və X17 qərarları həmin şəxslər tərəfindən təqdim edilmişdir. Məlumat verərək bildiririk ki, 30 dekabr 2005-ci il tarixli, 972/1 saylı qərarla X34 tərəfindən Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün 1200 torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənədlərin eskiz-sxemi X17 arxivində aşkarlanmamışdır. Digər torpaq sahələri ilə bağlı bildiririk ki, X7 xx.xx.2004-cü il tarixli, №940 saylı və X19 isə xx.xx.2004cü il tarixli, №942 saylı qərarla hər birinə Biləcəri qəsəbə Bələdiyyəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır buna baxmayaraq həmin torpaq sahələrini zəbt edən sakinlər X34 tərəfindən 16 dekabr 2003-cü il tarixli, 1212/1 saylı sərəncamı əsas kimi təqdim etmişlər. Məlumat verərək bildiririk ki, X29 adına X25 təqdim olunmuş sərəncama əsasən 1200 kv.m sahəsi ayrılmamışdır və həmin sərəncam X17 arxivində aşkarlanmamışdır. Diqqətinizə çatdırırıq ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı olduğunuz mübahisəli sahəsi məhkəmə predmeti olduğundan Sizə aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 5196/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu X18 Niyazi Mirzə oğluna və İddiaçı2 xx.xx.2004-cü il tarixdə 1031 saylı və 1033 nömrəli qərarlar əsasında alğı-satqı yolu ilə satılmış torpaq sahəsindən Cavabdeh1 və qeyriləri tərəfindən hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir.

24. Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin 972/1 saylı xx.xx.2005-ci il tarixli qərarından görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində X17 istifadəsində olan 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış tikintisi üçün vətəndaş Cavabdeh1 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.

25. 29.12.2005-ci il tarixli torpaqların alğı-satqısına dair aktdan görünür ki, Cavabdeh1 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində X17 istifadəsində olan 1200 kv.m torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh1 tərəfindən Binəqədi rayonu Binəqədi Bankının BSB1 saylı hesabına 41600000 manat haqq ödənilmişdir. (qəbz №: 677140)

26. X34 tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 53 saylı arayışdan görünür ki, həqiqətən də, X17 972/1 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə Cavabdeh1 istifadəsinə 1200 kv.çm torpaq sahəsi ayrılmışdır. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməik üçün verilir.

27. X12 və X30 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədə göstərilir ki, tikintiyə qadağa qoyulmasına dair məhkəmə qərardadı icraya yönəldiməsinə baxmayaraq, məlum olmayan şəxslər tərəfindən halhazırda məhkəmədə mübahisələndirilən torpaq sahəsində tikinti işlərinin aparılmasına cəhd edilmişdir. İcra məmurlarının köməkliyi ilə qarşısı alınmışdır. Lakin, şəxsiyyəti məlum olmayan şəxslər hal-hazırda həmin torpaqların satılması barədə telefon nömrələrini (***- ***-**-**) divara yazmaqla satmağa çalışırlar, çəkdikləri şəkilləri təqdim edərək, bu kimi halların qarşısıının alınması barədə tədbir görülməsini xahiş edirlər.

28. Cavabdeh1 ilə X51 arasında bağlanan xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, tərəflər Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi 30 dekabr 2005ci il tarixli, 972/1 saylı qərarına əsasən satıcı Cavabdeh1 ayrılmış Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evini inşa etmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsindən 800 kv.m torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 72000 manata X4 barədə gələcəkdə alğı-satqı müqaviləsi bağlanmasına dair razılığa gəlirlər. Müqavilənin 3-cü bəndinə əsasən X23 torpaq sahəsini gələcəkdə 72000 manata almağı öhdəsinə götürür. Alıcı X16 məbləğinin 70000 manatını notariusun depozit hesabı vasitəsilə satıcıya ödədi. Qalan 2000 manatı isə 7 gün müddətində satıcıya ödəməyi öhdəsinə götürür.

29. Binəqədi rayon İcra şöbəsinin icra məmuru X39 Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X31, iş üzrə tələbkarlar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5196/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, X18 Niyazi Mirzə oğluna və İddiaçı2 xx.xx.2004-cü il tarixdə 1031 və 1033 nömrəli qərarları əsasında alğı-satqı yolu ilə satılmış torpaq sahəsindən Cavabdeh1 və qeyriləri tərəfindən hər hansı tikinti işlərinin aparılmasının qadağan edilməsini və qərardadın dərhal icra edilməsini nəzərə alaraq, göstərilən ünvana baxış keçirilən zaman müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində bir hissə boş olmaqla, digər hissəsində təmirsiz iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi qeyri şəxslər tərəfindən tikilmişdir. Həmin şəxslər mübahisə predmeti olan torpaq sahəsini Elnur adlı şəxsdən aldıqlarını bildirdilər. Bununla bağlı iş üzrə Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılaraq, icra sənədində göstərilən tələblər nəzərinə çatdırılaraq, bu barədə xəbərdarlıq ona və qeyri şəxslərə elan edildi.

30. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X25 (üçüncü şəxslər X26 və qeyriləri) qarşı “qərarın etibarsız hesab edilməsi” və iddiaçı X13 cavabdeh X28 (üçüncü şəxslər İddiaçı2 və qeyriləri) qarşı “qərarların etibarsız hesab edilməsi” tələblərinə dair iddiaların mümkün sayılmaması qərara alınmışdır.

31. Həmin qərardadda göstərilir ki, X5 üçüncü şəxs qismində işdə prosessual iştirakına xitam verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X50 üçüncü şəxs qismində məhkəmənin icratına cəlb edilmişdir.

32. Qərardadda sadalanan sübutlar:

33. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 fevral 2021ci il tarixli məktublarından görünür ki, İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin Biləcəri Bələdiyyəsi hüdudları daxilində olub-olmamasına dair müraciətə cavab olaraq bildirilmişdir ki, torpaq sahələri Biləcəri Bələdiyyəsinin hüdudları daxilindədir.

34. - X17 xx.xx.2021-ci il tarixli məktubundan qeyd edilmişdir ki, X17 xx.xx.2005ci il tarixli qərarı əsasında Cavabdeh1 torpaq sahəsi ayrılsa da, həmin sənədlərin eskizsxemi Bələdiyyədə aşkar edilməmişdir.

35. - X17 17 mart 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sərəncam vətəndaş Cavabdeh1 adına rəsmiləşdirilsə də sərəncamın təsdiqi olaraq vətəndaş Cavabdeh1 bağlamalı olduğu alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, büdcəyə köçürməli olduğu vəsaiti köçürməmişdir ki, bu səbəbdən ayrılmış torpaq sahəsinin koordinatlarının eskiz-cizgisi köçəndaş Cavabdeh1 təqdim edilməmişdir.

36. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 21 avqust 2022-ci il tarixli məktubla məhkəməyə ünvanladığı mütəxəssis rəyində və həmin rəyə istinadla 02 dekabr 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, naturada göstərilən ərazi Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış Kontrakt sahəsi hüdudları daxilində yerləşir, Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından naturada faktiki göstərilən torpaq sahələrinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələri olmasına münasibət bildirilməsi mümkün olmamışdır. Biləcəri Bələdiyyəsinin 1031 və 1033 nömrəli qərarlarında torpaq sahələrinin ölçüləri qeyd edilsə də, sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. Cavabdeh1 ayrılmış torpaq sahəsinin koordinatları baxımından da 1031 və 1033 nömrəli qərarlarla əlaqədar verilmiş suallar üzrə aydınlıq gətirildiyi bildirilmiş, adıçəkilən qərarlar əsasında torpaq sahələrinin naturada və ya sənəd üzrə üstüstə düşüb-düşməməsi barədə suala cavab olaraq isə torpaq sahələrinin qeyd olunduğu kimi dəqiq yerləri bilinmədiyi və sahələr dövlət qeydiyyatına alınmadığı üçün üst-üstə düşmə olub-olmamasının məlum olmadığı göstərilmişdir.

37. - Biləcəri Bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövqeyi, verilən qərarların ayrılması hissəsi olan situasiya planında birmənalı olaraq İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrinin göstərilmişdir. Həmin situasiya planında daşınmaz, F=1400 milli metrlik Ceyranbatan-Bakı küçənin su kəməri eks etdirilmişdir. Bu gündə mövcud daşınmaz istinad nöqtəsindən mübahisələndirilən torpaq sahələrinə istiqamətdə olan küçə ilə irəlilədikdə küçənin perimetri ile sol tərəfində isintaq nöqtəsindən 53 metr məsafədən sonra, 113 metr məsafəyədək 20m x 60 m=1200 kv.m torpaq sahəsi həmin şəxslərə ayrılmiş torpaq sahələridir. Beləlikl, bələdiyyə qərarları ilə ayrılan torpaq sahələri situasiya planında əks etdirilənlə, naturada ayrılmış torpaq sahələri ilə üst-üstə düşən torpaq sahələridir.

38. - X17 27 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 adına rəsmiləşdirilmiş sərəncamla ona torpaq sahəsinin ayrılması üçün verilsə də, alqısatqı müqaviləsini bağlamaqdan imtina etmiş və büdcəyə köçürülməli olan vəsait köçürülməmişdir. Təqdim edilən 677140 nömrəli qəbz işə başqa şəxsin adına olan sənəddir. Şəxs torpaq vergisini bu günə qədər ödəməmiş, qeydiyyata belə düşməmişdir.

39. - Biləcəri Bələdiyyəsinin 29 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2020-ci ilin sonu və 2021-ci ilin əvvəllərində araşdırma aparılarkən torpaq sahibləri İddiaçı2 və Niyaz Ağayev tərəfindən sahənin istifadəsinin davam etdirilməsi üçün hasarlanması məqsədi ilə mişar daşlarının töküldüyünün şahidi olublar.

40. - 03 iyun 2024-cü il tarixli mübahisəli torpaq sahəsinin ətrafında və qonşuluğunda çıxarış verilmiş torpaq sahələrinə dair müvafiq sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab xarakterli 30 avqust 2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəinin 30 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Biləcəri Bələdiyyəsinin 1230 nömrəli 08 dekabr 2004-cü il tarixli qərarı əsasında X27 400 kv.m torpaq sahəsi İddiaçı1 və İddiaçı2 torpaq sahələrinin ayrılmasına dair qərarlarında göstərilən oxşar əsaslandırma və istinadlarla ayrılmış və həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

41. Qərardadla məhkəmənin müəyyən etdiyi hallar və gəldiyi nəticələr: Məhkəmə, ilkin olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 Mirza oğlunun cavabdeh X14rşı sonuncu tərəfindən qəbul edilmiş 30 dekabr 2005-ci il tarixli 972/1 saylı qərarın etibarsız hesab edilməsi üzrə İddianın mümkün iddia olmaması ilə bağlı aşağıdakıların qeyd edilmesini zəruri hesab edir. İşin faktiki hallarından da göründüyü kimi etibarsızlığı tələb edilən həmin qərar asasında Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, yəni məhz Binəqədi qəsəbə ərazisində 1200 kv.m torpaq sahəsi Cavabdeh1 ayrılmışdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, həmin iddia üzrə iddiaçıların hüquqi marağının mövcudluğundan o zaman söhbət gedə bilər ki, konkret halda hüquqi üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edilməsi də zəruridir ki, nəzərə alınmalıdır ki, iddiaçıların hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

42. Lakin, məhkəmə hesab edir ki, iddiaçıların yuxarıda adıçəkilən 30 dekabr 2005-ci il tarixli qərarın etibarsız hesab edilməsi iddiasının qaldırılmasına münasibətdə hər hansı hüquqi marağı mövcud deyildir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, İddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış, istifadələrində olmuş torpaq sahələrinin hal-hazırda faktiki istifadələrinə maneə olması əsası ilə adıçəkilən bələdiyyə qərarının etibarsız hesab edilməsinə nail olmağa çalışır. Bu zaman isə iddiaçılar nəzərə almamışdır ki, bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən sahibliyə, İstifadəyə maneə olan halın aradan qaldırılmasına yönəlmiş hüquqi müdafiyəyə yönəlmiş iddia o zaman mümkün hesab edilə bilər ki, digər şəxsin və ya şəxslərin faktiki istifadə etdiyi torpaq sahəsinə dair də hər hansı hüquqmüəyyənedici sənədi mövcud olmuş olsun.

43. Başqa sözlə iddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən istifadə etməsinə maneəyə səbəb olan digər bələdiyyə orqanının qərarını o zaman etibarsızlığını tələb edə bilər ki, ümumiyyətlə sonuncu qərarın məhz həmin torpaq sahəsinə aid olduğu müəyyən edilmiş olsun

44. Hazırkı iş üzrə isə işin faktiki halları ilə müəyyən edilir ki, naturada göstərilən torpaq sahəsi iddiaçılar İddiaçı2 və İddiaçı1 bələdiyyə qərarları əsasında ayrılmış və bələdiyyə orqanı və yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq edilmiş plan-sxemləri tərtib edilmiş torpaq sahələri olsa da, həmin torpaq sahələrinin Cavabdeh1 torpaq ayrılması barədə X17 qərarına hər hansı aidiyyəti olmamışdır. Belə ki, etibarsızlığı tələb edilən qərar əsasında Biləcəri yox, Binəqədi qəsəbəsi hüdudlarında torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsi isə Biləcəri ərazisində yerləşməklə, Binəqədi qəsəbəsinə aidiyyəti olmayan ərazidir.

45. Bundan əlavə, Cavabdeh1 torpaq sahəsinin ayrılmasına dair qərarı qəbul edən bələdiyyə orqanı məhkəməyə ünvanlanmış məktublarında bildirmişdir ki, Binəqədi qəsəbəsində torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilsə də qərarın təsdiqi olaraq Vətəndaş Cavabdeh1 bağlamalı olduğu alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, büdcəyə köçürməli olduğu vəsaiti köçürməmişdir ki, bu səbəbdən ayrılmış torpaq sahəsinin koordinatlarının eskiz-cizgisi Cavabdeh1 təqdim edilməmişdir. Bələdiyyənin 972/1 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamı başa çatdırılmadan yarımçıq saxlanılmışdır. Təqdim edilən maliyyə qəbzi, ümumiyyətlə başqa bir torpaq sahəsinin ayrılması ilə əlaqədar olmuşdur. Bələdiyyə ödənişləri həmin şəxs tərəfindən ödənilməmiş, buna dair qeydiyyatda belə şəxs olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, etibarsızlığı tələb edilən qərar, Biləcəri yox, Binəqədi qəsəbəsində torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur ki, həmin torpaq ayırmanın iddiaçılara ayrılmış torpaq sahələrinə hər hansı aidiyyəti mövcud deyildir. Ümumiyyətlə, bələdiyyə orqanın məhkəməyə ünvanlanmış məktublarından da aydın olur ki, Binəqədi qəsəbəsində ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair qərar qəbul edilsə də, maliyyə vəsaiti ödənilmədiyindən, alqı-satqı müqaviləsi bağlanılmamış. naturada torpaq sahəsinin təqdim edilməsi həyata keçirilməmişdir. Göründüyü kimi iddiaçılar onlara ayrılmış torpaq sahələrinə aid olmayan, Binəqədi qəsəbəsində ayrılması belə tam başa çatdırılmamış torpaq sahəsinə dair torpaq ayırma barədə qərarın etibarsızlığını tələb edir ki, həmin qərarın etibarsızlığına münasibətdə inzibati icraat çərçivəsində müdafiəyə ehtiyacı olan hər hansı hüquqi marağı yoxdur.

46. Nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə vəziyyəti ilə əlaqədar mübahisə mövcuddur ki, iddiaçılar torpaq ayırma barədə qərarlarına istinadən digər şəxslərin torpaq sahəsindən çıxarılması barədə mülki icraat qaydasında hüquqi marağına uyğun mübahisənin həllinə nail olmaq hüququna malikdir ki, həmin mübahisənin həlli üsulu kimi həmin torpaq sahəsi ilə hər hansı əlaqəsi olmayan, icrası başa çatdırılmadığı səbəbindən Binəqədi qəsəbəsində hər hansı bir sahə ilə bağlı da hüquqi nəticəsi belə olmayan bələdiyyə orqanının qərarının etibarsızlığı iddiasının qaldırılmalı olması mümkünlük baxımından istisna edilməlidir.

47. İddiaçı Cavabdeh1 cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı İddiaçı1 və İddiaçı2 torpaq sahəsinin ayrılmasına dair Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 saylı və 1033 saylı Qərarlarının etibarsız hesab edilməsinə münasibətdə iddianın mümkünsüz sayılması barədə gəlinən nəticə ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

48. Digər iddianın mümkünlüyünün əsaslandırılması baxımından məhkəmənin apardığı qiymətləndirmə ilə müəyyən edilir ki, Cavabdeh1 ayrılması nəzərdə tutulan torpaq sahəsi Biləcəri ərazisində yox, Binəqədi qəsəbəsində olmuş, lakin ümumiyyətlə torpaq sahəsi naturada ayrılmamış, alqı-satqı müqaviləsi bağlanılmamış. maliyyə ödənişi ödənilməmişdir. Cavabdeh1 tərəfindən maliyyə ödənişi və plan-sxem təqdim edilmişdir ki, torpaq ayırmanı həyata keçirən bələdiyyə orqanının mövqeyi də nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin sənədlərin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, bələdiyyə orqanı qeyd edir ki, təqdim edilən maliyyə qəbzi başqa torpaq sahəsi ilə bağlıdır, ödəniş olmadığından plan-sxem təqdim edilməmişdir. Göründüyü kimi Cavabdeh1 ayrılması nəzərdə tutulan torpaq sahəsi Binəqədi qəsəbəsində yerləşir ki, həmin torpaq sahəsinə dair plan-sxem torpaq ayırmanı həyata keçirməsi göstərilən bələdiyyə orqanı tərəfindən yuxarıda göstərilən səbəbdən tərtib edilmədiyindən yerləşdiyi yerin müəyyən edilməsi mümkün olmamışdır. Ümumiyyətlə, torpaq ayırma barədə göstərilən sənədlər mötəbər hesab edilsəydi belə, Binəqədi qəsəbəsində ayrılan torpaq sahəsinin sənədi ilə Biləcəri bələdiyyəsi hüdudlarında olan Binəqədi qəsəbəsi hüdudlarında hər hansı torpaq sahəsinin ayrılmasına dair subyektiv hüququn mövcudluğu istisna edilir. Bu zaman, iddiaçı məhz Binəqədi qəsəbəsi hüdudlarında hər hansı torpaq sahəsinin ayrılmasına dair mübahisə açmaq hüququna malik ola bilər ki, hər bir halda adıçəkilən qərar və digər sənədlərə istinadla Biləcəri ərazisində olan mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə münasibətdə subyekt mövcudluğundan söhbət gedə bilməz. Bu səbəbdəndir ki, X17 Binəqədi qəsəbəsində torpaq ayrılması barədə qərara istinad edilməklə, həmin ərazi ilə əlaqəsi olmayan Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin etibarsızlığına nail olmaq üçün verilmiş iddianın mümkünlüyü subyektiv hüququn mövcud olmaması baxımından istisna edilir.

49. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15088/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı “X60” Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxs: İddiaçı2) “qərarın etibarsızlığının tanınması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

50. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli 01/257 saylı ərizəsində göstərilir: Sizin 2-1(112)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli 2-1(112)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətləriniz bələdiyyənin icra aparatında araşdırıldı. Müraciətinizdə qoyulan suallar xüsusi araşdırma tələb etdiyindən iddiaçının və ya cavabdehin nümayəndələrinin iştirakı təmin olunduqdan sonra mümkün oldu. Bələdiyyə qulluqçuları məhkəmədə mübahisələndirilən torpaq sahəsində olarkən müəyyən olunub ki, Biləcəri Bələdiyyəsinin 1031 saylı qərar ilə İddiaçı2 1033 saylı qərar ilə İddiaçı1 hər birinə 600 kv.metr olmaqla mülkiyyətlərinə torpaq sahələri ayrılıb. Ayrılan torpaq sahəsi Biləcəri bələdiyyəsinin ərazisidir. Bələdiyyə qulluqçuları Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin müraciəti əsasında 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində araşdırma aparılarkən torpaq sahibləri İddiaçı2 və İddiaçı1 tərəfindən sahənin istifadəsinin davam etdirilməsi üçün hasarlanması məqsədi ilə mişar daşlarının töküldüyünün şahidi olublar. Binəqədi rayon Biləcəri bələdiyyəsin 1033 saylı, 10.11. 2004-cü il tarixli, 1031 sayı, 10.11. 2004-cü il tarixli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilib. Biləcəri Bələdiyyəsində qeyd olunan torpaq sahələrinin yaxın ətrafında və qonşuluğunda bələdiyyə qərarları əsasında torpaq sahələrinə dair çıxarış verilib-verilməməsi barədə məlumat yoxdur.

51. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 01/77 saylı məktubunda göstərilir: Sizin 2-1(112)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli, "Qanunçuluq" Vəkil bürosunun vəkili Vəkil1 157 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin müvafiq qərarları ilə ayrı-ayrı şəxslərə torpaq sahəsi mübahisələndirilən torpaq sahələrinin yerləşdiyi mövqeye dair məsafələrin hansı qaydada müəyyən edilməsinə dair sübutların məhkəməyə təqdim edilməsi brədə müracətiniz xx.xx.2024-cü il tarizdə Biləcəri bələdiyyəsinə daxil olub. Cavab olaraq bildiririk ki, 2-1(112)-70/2024 saylı inzibati iş üzrə mübahisələndirilən torpaq sahələrinin daşınmz istinad nöqtəsindən (1000 mm diya met içməli su xətti borusundan) yerləşdiyi mövqeyədək məsafələr Peyk vasitəsi ilə 5.6.2023-cü il tarixdə çəkilmiş foto üzərində "X68" proqramında olan alətlər vasitəsilə ararılıb.

52. "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarili 37 Salı ekspert rəyində göstərilir: "xxxx"MMC-nin qiymətləndiriciləri Binəqədi rayonu. Biləcəri bələdiyyəsi ərazisində İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahəsində aparılmış tikinti quraşdırma işlərinin hesablanmasını həyata keçirmişdir. Hüsablama 17 oktyabr 2024-ci il tarixində, qiymətləndirmə obyektində aparılmış baxış və mülkiyyətçilərin verdiyi məlumatlar əsasında aparılmışdır. Mal-materialların qiymətləri uyğun ərazinin tikinti materialları, məmulat və konstruksiyalarının topdan satış müəssisələrinin, İnternet və dövrü mətbuatın məlumatlarına əsasən hesablanmışdır. Tikinti xidmətləri qiymətləri həmən regionda tikinti xidmətləri bazarındakı qiymətlərə nəzərən aparılmışdır. Görülmüş işlərin qiymətləndirmə tarixinə mal-materialların və işçiliyin bazar qiymətləri ilə dəyəri nəzərə alınmaqla dəyəri 11175,36(On bir min yüz yetmiş beş manat 36 qəpik) təşkil edir.

53. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin “Qanunçluq” Vəkil Bürosuna ünvanlanan 01/390 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilir: Sizdən 11.12..2023-cü il tarixdə Binəqədi Rayon Biləcəri, bələdiyyəsinə bələdiyyəsinə ünvanladığınız 157 saylı müraciətinizlə bağlı bildiririk ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 940 saylı qərarı ilə X20, xx.xx.2004-ci il tarixli, 942 saylı qərarı ilə X6, xx.xx.2004-ci il tarixli, 1031 saylı qərarı ilə İddiaçı2, xx.xx.2004-ci il tarixli və 1033 saylı qərarı ilə İddiaçı1 fərdi yaşayış evi tikmək üçün hər birinə 600 kv.m olmaqla torpaq sahəsi ayrılıb. Ayrılan torpaq sahələrinini müvqeyi, verilən qərarların ayrılmaz hissəsi olan situasiya planında birmənalı olaraq göstərilib. Həmin situasiya planında daşınmaz, F=1400 milli metrlik Ceyranbatan-Bakı su kəməri əks etdirilib. Bu gündə mövcud olan daşınmaz, istinad nöqtəsindən (F=1400 milli metirlik Ceyranbatan-Bakı mübahisələndirilən torpaq sahələrinə istiqamətdə olan küçə ilə irəllədikdə; su kəmərindən) Küçənin peremetri ilə sol tərəfində, istinad nöqtəsindən 53 metr məsafədən sonra, 113 metr məsafəyədək, 20 m. x 60 m.=1200 kv.m. torpaq sahəsi İddiaçı2 və İddiaçı1 ayrılan torpaq sahələridir.- Küçənin peremetri ilə sağ tərəfində, istinad nöqtəsindən 150 metr məsafədən sonra, 210 metr məsafəyədək, 20m. x 60 m.=1200 kv.m. torpaq sahəsi X20, və X6 ayrılan torpaq sahələridir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Biləcəri bələdiyyəsinin sözü gedən qərarları ilə ayrılan torpaq sahələri situasiya planında əks etdirilənlə, naturada ayrılmış torpaq sahələri ilə üst-üstə düşən torpaq sahələridir.

54. Binəqədi rayonu X34 tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 01/MP-93 saylı məktubda göstərilir: Sizin 2-1(112)-665/2024 saylı xx.xx.2024-cü il tarixli inzibati iş üzrə iddiaçı Cavabdeh1 iddiası ilə əlaqədar təkrar olaraq X34 Sizin sorğunuza cavab olaraq bildiririk ki, iddiaçı Cavabdeh1 adına rəsmiləşdirilmiş mübahisəli 972/1saylı xx.xx.2005-ci il tarixli sərəncamla ona torpaq sahəsinin ayrılması üçün verilsə də o, X34 ilə bağlamalı alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, X17 büdcə hesabına köçürülməli maliyyə vəsaiti həyata keçirilməmişdir. Təqdim etdiyi 677140 saylı maliyyə qəbzi isə başqa şəxsin adına olan sənədi məhkəməyə təqdim etmişdir .İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin torpaq vergisini bu günə qədər ödəməmiş, hətta qeydiyyata belə düşməmişdir.

55. 10.04.2025-ci il tarixli X41, X42 və X21 iştirakı ilə tərtib edilən akta görə Cavabdeh7 2020-ci ildən onlarla qonşuluqda yerləşən torpaq sahəsində iki mərtəbəli ev inşa edib və öz ailəsi ilə həmin evdə yaşayır.

56. 20071830000095 saylı abonentin saldosundan görünür ki, Cavabdeh7 Bakı şəhəri, Binəəqdi rayonu, Binəqədi şossesində yerləşən fərdi yaşayı evinə xx.xx.2023-cü il tarixində Zenner G2.5T mexanika, **********1 saylı qaz sayğacı quraşdırılmışdır.

57. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-35-1/2-2328/2023 saylı məktubda göstərilir: Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X25 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarına dair məlumatın, həmçinin buna dair ayrıc aktının təsdiq edilmiş surətinin verilməsi barədə Sizin xx.xx.2023-cü il tarixli 2-1(112)-202/2023 nömrəli müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

58. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: təqdim edilən kadastr məlumatlarına əsasən sahənin qonşuluğunda və yaxın ətrafında qeydə alınmış torpaq sahəsi aşkar edilməmişdir.

59. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6901 saylı ekspert rəyində göstərilir: tədqiqat mülki iş materiallarına əlavə edilmiş mütəxəssis məlumatlarına əsasən aparılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli mütəxəssis rəyində qeyd olunur: Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları ilə İddiaçı2 ve İddiaçı1 ayrılmış torpaq sahələrinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarla ayılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından müraciətdə qeyd edilən məsələyə münasibeətt bildirmək mümkün olmamışdır. Vahid elektron kadastr bazasına əsasən naturada göstərilən ərazi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşərək dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirketinin neft-qaz Əməliyyatlarının aparılması üçün ayrılmış "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. - Texniki baxış zamanı göstərilən torpaq sahəsi üzərində 2 (iki) mərtəbəli yarımçıq konstruksiyalı fərdi yaşayış evinin inşa edilməsi müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları ilə İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. - Torpaq sahələrinin qeyd olunduğu kimi dəqiq yerləri bilinmədiyi və sahələr dövlət qeydiyyatına alınmadığı üçün üst-üstə düşmə olub-olmaması məlum deyil. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları ilə İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahələrinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından müraciətdə qeyd edilən məsələyə münasibət bildirmək mümkün olmamışdır. Vahid elektron kadasır bazasına əsasən naturada göstərilən ərazinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşərək dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Texniki baxış zamanı göstərilən torpaq sahəsinin üzərində 2 (iki) mərtəbəli yarımçıq konstruksiyalı fərdi yaşayış evinin inşa edilməsi müəyyən edilmişdir.

60. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlana 09/3-66 saylı, xx.xx.2021-ci il tarixli məktubunda göstərilir: Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cu il tarixli 1033 saylı və xx.xx.2004-cü il tarixli 1031 nömrəli qərarlarının və həmin qərarların qəbul edilməsinə əsasən olmuş sənədlərin, həmçinin Binəqədi rayonu X34 tərəfindən Cavabdeh1 Binəqədi qəsəbəsi ərazisindən 1200 kv.m torpaq sahəsinin ayrılmasında dair qərarın və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsinə dair sorğunuza baxılmışdır. Qeyd olunan qərarlar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir.

61. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayoni, Biləcəri qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2018-ci ildən X22 xüsusi mülkiyyətindədir.

62. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1230 saylı qərarından görünür ki, Bakı şəhər X43 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığını nəzərə alaraq, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində cizgi əsasında 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə X2 qərara alınmışdır.

63. Məhkəmənin 09 aprel 2025-ci il tarixli yerli müayinə protokoluna görə müəyyən edilənlər: mübahisəli torpaq sahəsi 12 sotun içərisində yerləşir. Həmin torpaq sahəsinin 4 sotu hasara alınmış vəziyyətdə Cavabdeh4un istifadəsindədir. Cavabdeh4 öz istifadəsində olan torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. Lakin digər 8 sotun 2 sotunda Cavabdeh2 atası tərəfindən 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evində Cavabdeh2 qardaşı Cavabdeh7 yaşayır. Həmçinin fərdi yaşayış evinin sağ hissəsində 1 mərtəbəli yardımçı tikili tikilmişdir. Mübahisəli torpaq sahəsinin sağ tərəfdən sərhədində yerləşən torpaq sahəsi də Cavabdeh2 və onun ailəsinə məxsusdur, həmin torpaq sahəsində 1 mərətəbəli fərdi yaşayış evi vardır və Cavabdeh2 həmin evdə yaşadığını bildirir. Həmin torpaq sahələrinin arasında hasar yoxdur.

64. Yerində müayinə zamanı iddiaçıların nümayəndəsi, Vəkil1 suallara cavab olaraq bildirmişdir ki, Təranə Mehdiyeva iddiaçılara məxsus torpaq sahəsinin arxa tərəfində yerləşən küçədə yaşayır və çıxarış almışdır. -Cavabdeh1 mənə məxsus 12 sot torpaq sahəsindən 4 sotunu Cümşüd Bayramova satmışdır. Həmin şəxs torpaq sahəsində heç bir tikinti işi aparmamışdır, yalnız hasar çəkmişdir. Cümşüd sonradan rəhmətə getmişdir və oğlu Cavabdeh4 hazırda vərəsəsidir. Digər 8 sotu isə Cavabdeh2 almışdır. Həmin şəxs torpaq sahəsinin 2 sotunda 2 mərtəbəli fərdi yaşayış evi tikmiş, digər tərəfində isə 1 mərtəbəli fərdi yaşayış evi tikmişdir.

65. Yerində müayinə zamanı Cavabdeh2 bildirmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 ilkin alqı-satqı müqaviləsinə əsasən almışdır. Onun torpağa dair bələdiyyə qərarı, çertyojum və digər sənədləri vardır. Hazırda sənədləri vəkilindədir və məhkəmə iclasında təqdim edəcək. Özü mübahisəli torpaq sahəsində tikilmiş 1 mərtəbəli fərdi yaşayış evində, qardaşı Sadiq isə 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. X36 tərəfindən verilmişdir.

66. Yerində müayinə zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Biləcəri bələdiyyəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsi Biləcəri Bələdiyyəsinin inzibati ərazisində yerləşir. Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İcra hakimiyyəti tərəfindən, yəni o vaxt ki, Torpaq İslahatı Komissiyasının sədri tərəfindən yerlər müəyyənləşdirilmiş və ərazilərin çertyoju çəkilmişdir. Bununla da Biləcəri Bələdiyyəsinin ərazisi müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

67. Mübahisə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsi ilə bağlıdır. Belə ki, iddiaçıların hər birinə 6 sot torpaq sahəsi ayrılması ilə bağlı Bakı şəhəri Binqədi rayon Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli 1031 və 1033 saylı qərarlar verilmişdir. Həmin qərarlarda qeyd edilmişdir ki, Bakı şəhəri X43 İcraiyyə Komitəsinin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti memarının, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin razılığını nəzərə alaraq, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu həmin şəxslərə satılsın.

68. Bundan əlavə Binəqədi rayonu X17 xx.xx.2005-ci il tarixli, 972/1 saylı qərarında qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində istifadəsində olan 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılsın.

69. Bələdiyyə qərarlarında göstərilən torpaq sahələrinin naturada üst-üstə düşməsi müəyyən olunmasa da (belə ki, Bakı İnzibati Məhkəməsində icraat dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsinə əsasən torpaq sahəsələrinin naturada yerini müəyyən etmək mümkün olmamışdır), tərəflərin faktiki olaraq mübahisə etdikləri torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurmur.

70. Faktiki naturada göstərilən torpaq sahəsinin Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşməsi, Dövlət mülkiyyətində olması mübahisə doğurmur.

71. Cavabdeh1 Binəqədi rayonu X17 qərarına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində ona ayrılmış torpaq sahəsinin 8 sotunu cavabdehlər Cavabdeh7, Cavabdeh2 qardaşı, Cavabdeh3 oğlu mərhum X45 ilkin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci ildə 72000 manata satmışdır. Qalan 4 sotunu isə Cavabdeh4 mərhum atası Bayramov Cümşüdə satmışdır. 8 sot torpaq sahəsində 2 mərtəbəli ev inşa edilmişdir və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 bildirdiyinə görə həmin ev Cavabdeh7 tərəfindən inşa edilmiş və o da həmin evdə yaşayır. Ev 2021-ci ilin ortalarında inşa edilmişdir. Ev tikilməmişdən bir neçə ay əvvəl iddiaçıların nümayəndəsi torpaq sahəsinin ona aid olduğunu bildirmiş, lakin bu barədə hərəkətsizlik müəyyən etdikdən sonra Cavabdeh7 tikinti işinə başlamışdır. İddianı təmin etmə tədbiri üzrə tikinti işləri dayandırılan zaman artıq fərdi yaşayış evi inşa edilmişdir, lakin təmirsiz vəziyyətdə olmuşdur. Bundan sonra isə tikilinin daxilində Cavabdeh7 təmir işlərini davam etdirmişdir.Torpaq sahəsində mişar daşları olmuş, lakin həmin daşlar hasarın tikintisinə sərf edilmişdir. Hacıyevlər qonşuluqda yerləşən torpaq sahəsində fərdi yaşayış evləri var və torpaq sahəsi onlara Biləcəri Bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Mübahisəli məqama münasibətdə həmin hala, yəni yeni aldıqları torpaq sahəsinin X17 qərarı ilə ayrılması faktına fikir vermədiklərini bildirmişlər. Bayramov Cümşüdə satılan və hazırda Cavabdeh4 faktiki sahiblik etdiyi 4 sot torpaq sahəsində hər hansı tikili yoxdur.

72. Hazırki iş üzrə tərəflər Bakı İnzibati Məhkəməsində bir-birlərinə qarşı bələdiyyə qərarlarının etibarsızlığını mübahisələndirmişlər və iddialar mümkün sayılmamışdır. İnzibati məhkəmənin hüquqi mövqeyi yuxarıda göstərilmişdir.

73. Hazırda iddiaçılar cavabdehlərin torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildirir və pozulmuş sahibliyinin müdafiəsi tələbini irəli sürməklə torpaq sahəsinin onun sahibliyinə qaytarılmasını, vurulan maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

74. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər və onların nümayəndələri isə yuxarıda göstərilən əsaslar üzrə iddiaya etiraz edirlər. Etirazın dəlilləri ümumi olaraq belədir ki, “mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və Bələdiyyələrin həmin torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmamışdır. Bələdiyyə qərarları əsasında ayrılmış torpaq sahələrinin koordinatları müəyyən edilmir və həmin qərarların məhz həmin torpaq sahəsinə aidiyyəti mübahisə doğurur. İddiaçıların qanuni sahiblikdən irəli gələn gözlənilən mülkiyyət hüququ yoxdur. İnzibati məhkəmənin qərardadının hazırki iş üzrə preyudisial qüvvəsi yoxdur. Bələdiyyənin iddiaçılara ayırmış olduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş olsaydı belə, torpağın alğı-satqısı ilə bağlı prosedur qaydalarına əməl edilməmişdir. Nəticə etibarı ilə iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur.” Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

76. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

77. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

78. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

79. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

80. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

81. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

82. İşin faktiki halları ilə müəyyən edilir ki, həm torpaq sahələri, həm fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və hər hansı mülkiyyət hüququnun müdafiəsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmənin qənaətinə görə iddianın hüquqi əsasını sahibliyin müdafiəsi təşkil edir.

83. İddiaçıların subyektiv hüququnun mövcudluğu ilə bağlı mübahisələndirlən məsələ barədə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025ci il tarixli qərardadında qeyd edilmişdir ki, Hüquq elmində hüquq anlayışı obyektiv hüquq (və ya obyektiv mənada hüquq) və subyektiv hüquq (və ya subyektiv mənada hüquq) olmaqla iki mənada istifadə olunur. Obyektiv mənada hüquq dedikdə, ictimai münasibətləri tənzimləyən, məcburi xarakter daşıyan qaydaların məcmusu başa düşülür. Obyektiv mənada hüquq tənzim edilən ictimai münasibətlərin xarakteri, tənzimləmə metodu kimi meyarlar baxımından mülki, cinayət, inzibati və s. hüquq sahələrinə bölünür. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək;digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Qeyd olunmalıdır ki, subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir.

85. Hər bir qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir. Lakin nəzərə alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər.

86. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, maraqlar o halda qanuni müdafiəyə malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın.

87. Bu baxımdan qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunu və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan suiistifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır. Odur ki, hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır.

88. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmaması, Bələdiyyəyə ayrılmış torpaq sahələrinin hüdudlarına dair məlumatın, həmçinin buna dair ayrıc aktının olmaması və nəticə etibarı ilə Bələdiyyələrin ayrıdığı torpaq sahəsinə dair iddiaçıların subyektiv hüququnun olmaması barədə cavabdeh tərəfin etirazının dəlilləri əsassızdır. Belə ki, Bələdiyyə qərarları əsasında ayrılmış torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı minlərlə fakt vardır. Üstəlik hazırki icraat zamanı analoji Bələdiyyə qərarı əsasında qonşuluqda yaşayan vətəndaşın daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydə alınması ilə bağlı sənədlər tədqiq edilmişdir. Hansı ki, həmin vətəndaşa torpaq sahəsi ayrılması barədə oxşar qərar iddiaçılarla bağlı qərardan 1 ay sonra verilmişdir.

89. Bundan əlavə Konstitusiya Məhkəməsinin qərarlarında cavabdeh tərəfin Bələdiyyələrin ümumiyyətlə torpaq sahəsi ayırmaları ilə bağlı səlahiyyətlərinin olmaması barədə dəlillərinə əks hüquqi mövqe sərgilənmişdir. Misal üçün Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, “...Bələdiyyə, onun mülkiyyətində olduğunu irəli sürdüyü torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının başqasına keçməsi barədə hüquqi akt qəbul edirsə, əvvəlcə sözügedən torpaq sahəsinin ona məxsus olması haqqında mülkiyyət sənədinə malik olmalıdır. Lakin uzun illərin məhkəmə təcrübəsi ilə müəyyən və təsdiq olunur ki, Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrin heç birində belə bir sənəd mövcud deyil”.

90. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ...... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

91. Bundan əlavə torpaq sahəsinin dövlət mülkiyyətində olması sahibliyinin müdafiəsini həyata keçirməyə mane deyildir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Bundan əlavə daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

92. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X37 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olub-olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).

93. Bu baxımdan məhkəmə hesab edir ki, inzibati akta etimad prinsipi baxımından Bələdiyyələrin ayırdığı torpaq sahəsinə dair sahibliyin müdafiəsi ilə bağlı iddiaçıların subyektiv hüququ mövcuddur.

94. Cavabdehlərin sahibliyinin qanunsuzluğu ilə bağlı isə məhkəmə qeyd edir ki, birincisi onların istinad etdiyi Bələdiyyə qərarının Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşən torpaq sahəsinə aidiyyəti ilə bağlı hər hansı sübutları yoxdur. Belə ki, cavabdehlər həqiqiliyi şübhə doğuran (arxiv sənədlərində aşkar edilməmişdir) eskiz layihəsinə istinad edərək, Binəqədi qəsəbəsi ərazisi hüdudlarında ayrılmış torpaq sahəsinin məhz naturada Biləcəri qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə üstə-üstə düşdüyünü iddia edirlər. Halbuki Arxivdən sorğulanmış məlumatlardan qərara hər hansı sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Əksinə iddiaçıların torpaq sahəsinə dair plan-cizgiləri isə arxiv məlumatlarında mövcuddur və həmin plan-sxem Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.

95. İkincisi torpağa faktiki sahiblik edən cavabdehlərin özləri məhz mübahisəli torpaq sahəsinin sərhəd qonşularıdır və onlar həmin torpaq sahəsinin Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşdiyini bilirdilər, üstəlik onlara torpaq sahələri də məhz Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmışdır.

96. Üçüncüsü cavabdehlər torpaq sahəsinə dair mübahisə olduğunu bilə-bilə vicdanlılıq göstərməyərək qanunsuz sahibliyi davam etdirmiş və torpaq sahəsində tikinti işləri aparmış, məhkəmənin təminat tədbirinə baxmayaraq, təmir işlərini tamamlamışlar. Halbuki, məhkəmə iclaslarında Cavabdeh2 iddiaçıların nümayəndəsi və vəkilinin, onun atası, Cavabdeh1 və hətta mərhum C.Bayramovla torpaq sahəsinin mübahisəli vəziyyəti barədə danışıqlara cəhd etdiyini, Cavabdeh1 ona özünə arxayın bir şəkildə məhkəmədə uduzsa torpağın pulunu qaytaracağını dediyini bildirmişdir. Bununla belə, cavabdehlər mübahisəli məsələnin həllini gözləmədən, izahatlarına görə 2024-cü ilin iyun ayına kimi hissə-hissə evin təmirini davam etdirmişlər.

97. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 torpaq sahəsindən istifadə və sahibliyinin həyata keçirməsi ilə bağlı iddiaçılara törətdikləri maneə və torpaq sahəsindən istifadələri qanunsuzdur, bu səbəbdən də həmin şəxslər mübahisəli torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsində yerləşən fərdi yaşayış evi və yardımçıq tikili Cavabdeh7 hesabına sökülməklə ərazidən çıxarılmalıdır.

98. Digər cavabdehlərə münasibətdə və qeyri-müəyyən şəxslər dairəsinə(ailə üzvləri, qohumları, eləcədə digər şəxslər) yönəlmiş, eyni zamanda mücərrəd tələbləri(hər cür maneənin aradan qaldırılması) məhkəmə əsassız hesab edir. Belə ki, Cavabdeh5 və Cavabdeh6 torpaq sahəsinə aidiyyəti, törətdikləri maneə, torpaq sahəsində hər hansı fəaliyyəti tədqiq edilmiş sübutlarla müəyyən edilmir. Həmçinin qeyri-müəyyən şəxslər dairəsinə yönəlmiş tələbin də prosessual əsası yoxdur.

99. Məhkəmə eyni zamanda vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbləri də əsassız hesab edir.

100. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

101. İddiaçıların nümayəndəsi "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli 37 saylı ekspert rəyinə istinad etməklə hasarın tikinti-quraşdırma işləri üçün 11175,36 manat vəsait xərcləndiyini iddia edir. Əvvəla məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, 2004-cü ildə töküldüyü iddia edilən daşlara dair, görülən təmir işlərinə dair hər hansı sübut olmadan mütəxəssisin rəy tərtib etməsi əsassız olmuşdur. Bundan əlavə, əgər həqiqətən də hasarın tikintisi üçün torpaq sahəsində daş var idisə belə, onsuzda hazırda hasar mövcuddur və nəticədə faydalan şəxs iddiaçılardır.

102. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X37 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X37 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

103. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X37 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

104. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır.

105. İddiaçılar ona mənəvi zərər vurulmasını cavabdehin qeyri-hüquqi hərəkətləri ilə əsaslandırsa da, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini təsdiq edən sübutları təqdim edə bilmir. Tətbiq edilən prosessual normalar:

106. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

108. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

109. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

110. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh7, Cavabdeh4 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikili Cavabdeh7 hesabına sökülərək ərazidən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh7, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir.

111. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh4 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrılmış torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikili Cavabdeh7 hesabına sökülərək ərazidən çıxarılsın. İddia qalan hissədə təmin ediməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar