Məhkəmə qərarları › İş №2(103)-6315/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6315/2025

16.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6315/2025 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Şahbazova Gülnarə İsmayıl qızı və Kutepov İqor Yuriyeviç olmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı, Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Şahbazova Gülnarə İsmayıl qızı və Kutepov İqor Yuriyeviç olmaqla) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Şahbazova Gülnarə İsmayıl qızı olmaqla) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasının qarşısında özbaşına inşa edilmiş tikilinin cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasının arxasında özbaşına inşa edilmiş tikilinin cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş ##.##.1997- ci il tarixli * nömrəli reyestr kitanında 1738 qeydiyyat nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanası Aslanova (Hüseynova) Tahirə Balahüseyn qızı, X3, X4, X11, X1 və Şahbazova Rüxarə tərəfindən Dövlət Əmlak Komitəsindən dəyəri ödənilməklə alınmış və bununla bağlı onlara şəhadətnamə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən Aslanova (Hüseynova) Tahirə Balahüseyn qızı, X3, X11, X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmayıl qızının digər mülkiyyətçilərlə birlikdə 10.739.000 manat dəyərində payın eynilə bərabər paylar kimi tanınması, özəlləşdirilmiş obyektin ümumi sahəsinin 39,9 kv.m olmaqla 7 nəfər mülkiyyətçi arasında müvafiq təsərrüfat təyinatına zərər yetirmədən hər bir mülkiyyətçi 5,2 kv.m sahəyə pay sahibləri tanınmaları ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edilməsi qət edilmişdir. Qeyd edir ki, uzun müddət paylı mülkiyyətində olan qadın bərbərxanasına getməmişdir. Yaxın zamanlarda (son 1 il bundan əvvəl) həmin bərbərxanaya baş çəkən zaman məlum oldu ki, əmlakının həyəti tanımadığı şəxs tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti işləri aparılaraq bərbərxananın giriş-çıxış hissəsi bağlanmış, pəncərələrin qarşısı kəsilmiş, həmçinin qanunsuz tikilmiş tikinti normativ qaydalarının tələbləri pozulmaqla obyektilə ara məsafəsi saxlanılmadan, yəni birləşik tikilmişdir Həmin qanunsuz tikilinin kimin tərəfindən tikilməsini araşdırdıqda məlum olmuşdur ki, qanunsuz tikili cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq, heç bir hüququmüəyyənedici sənədi və tikintiyə dair icazəsi olmadan, həmçinin tikinti normativ qaydalarının tələbləri pozulmaqla özbaşına tikilmişdir. Cavabdehin həmin torpaq sahəsinin qanunsuz zəbt etdiyini, orada heç bir sərəncamla və ya digər sənədi olmadan tikinti apardığını, qanunsuz tikdiyi otağın tikinti (normalarına) qaydalarına zidd olaraq əmlakına bitişik tikilməsini öz iradları ilə ona bildirdikdə isə cavabdeh ona o, tikilinin qanunsuz olmadığını bildirdi. Cavabdehin qanunsuz əməli nəticəsində onun və digər paylı mülkiyyətçilərin əmlakdan istifadə hüquqları pozulmuşdur. Qanunsuz tikili nəticəsində onlar sərbəst şəkildə öz əmlaklarına daxil ola və ondan istifadə edə bilmirlər.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasının arxasında inşa edilmiş özbaşına tikili cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından və tərəflərin izahatından müəyyən edilmişdir ki, AR Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli * nömrəli reyestr kitanında 1738 qeydiyyat nömrəsi ilə qeydə alınmış Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında şəhadətnaməsi ilə Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanası X13 və digərləri tərəfindən Dövlət Əmlak Komitəsindən dəyəri ödənilməklə alınmış və bununla bağlı müvafiq şəhadətnamə verilmişdir. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X13 digər mülkiyyətçilərlə birlikdə 10.739.000 manat dəyərində payın eynilə bərabər paylar kimi tanınması, özəlləşdirilmiş obyektin ümumi sahəsinin 36,9 kv.m olmaqla 7 nəfər mülkiyyətçi arasında müvafiq təsərrüfat təyinatına zərər yetirmədən hər bir mülkiyyətçi 5,2 kv.m sahəyə pay sahibləri tanınmaları ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfin sözügedən daşınmaz əmlaka istifadə və sahiblik hüquqları tanınmışdır. Mülki Məcəllənin yuxarıda istinad edilən normalarına görə, iddiaçı tərəfin sahibi olduğu daşınmaz əmlakı kənar qəsdlərdən müdafiə etmək hüququ var. Hazırkı vəziyyətdə iddiaçı iddia edir ki, cavabdeh tərəfindən inşa edilən tikili həmin bərbərxananın giriş-çıxış hissələrini tamamilə bağlamış və ona maneə yaratmışdır. Qeyd olunan halın müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/****/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan qadın bərbərxanasının qarşısında yəni, giriş hissəsində hər hansı tikilinin olmadığı, qadın bərbərxanası tikilisinin arxa tərəfində yaşayış evi kimi istifadə olunan sahəsi 5.4 kv.metr olan mətbəxin, sahəsi 10.9 kv.metr olan yaşayış otağının və həyətdə inşa edilmiş çöldən-çölə sahəsi 2.7 kv.metr olan sanitar qovşağı tikililərinin olduğu aşkar olundu. Mətbəx və yaşayış tikilisinin iç-içə olmaqla bir dam örtüyü altında yerləşdiyi, qadın bərbərxanası tikilisinə bir tərəfdən bitişik şəkildə, digər tərəflərdən isə tikili ilə 0.34 - 0.50 metr ara məsafələrinin olduğu aşkar oldu. Qadın bərbərxanası tikilisinin texniki pasportda göstərilən iki pəncərəsinin hörgüylə bağlanaraq nəfəslik ilə əvəz olunduğu həmin yaşayış evi kimi istifadə olunan tikilinin bərbərxananın nəfəsliklərinin qarşısını kəsdiyi aşkar olunmuşdur. Qeyd olunan xüsusatlar eyni zamanda mübahisəli obyekin yerləşdiyi əraziyə ##.##.2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, qadın bərbərxanasına bitişik özbaşına tikili mövcuddur, həmin tikili cavabdehin istifadəsindədir və iddiaçı tərəfin daşınmaz əmlakla bağlı hüquqlarını pozur. Cavabdeh tərəf həmin özbaşına tikilini üçüncü şəxsdən satın aldığnı bildirsə də, həmin tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd və ya səlahiyyətli orqan tərəfindən verilən icazə yoxdur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, hazırkı tələb əsaslıdır və təmin edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 139.1, 139.3, 152.1, 157.4, 157.8, 180.1, 180.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

7. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə də əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçı İddiaçı qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş AR Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli * nömrəli reyestr kitanında 1738 qeydiyyat nömrəsi ilə qeydə alınmış “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında şəhadətnaməsi”ndən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanası X13 və digərləri tərəfindən Dövlət Əmlak Komitəsindən dəyəri ödənilməklə alınmış və bununla bağlımüvafiq şəhadətnamə verilmişdir. Yəni iddiaçıya məxsus olan əmlak yalnız və yalnız Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasından ibarətdir. Hətta, bərbərxananın texniki passportundan da görünür ki, bərbərxanaya məxsus torpaq sahəsi mövcud deyildir. Belə olan halda bərbərxananın arxa hissəsində yerləşən torpaq sahəsində hər hansı bir tikili ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət olunması sual doğurur. Məhkəmə tərəfindən isə əraziyə yerli baxış keçirilsə də qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsus olub-olmaması araşdırılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə *(***)-***/**** saylı qərardad qəbul edilmişdir. Qeyd olunan qərardadda ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) ünvan 3 ünvanında yerləşən qadın bərbərxanasının qarşısında (ona bitişik) özbaşına tikili (ölçüləri qeyd edilməklə) inşa edilmişdirmi? 2) Əgər ünvan 3 ünvanında yerləşən qadın bərbərxanasının qarşısında (ona bitişik) özbaşına tikili inşa edilmişdirsə, həmin tikili bərbərxananın giriş-çıxış hissəsini bağlamışdırmı və ya giriş-çıxışa mane olurmu, eləcə də həmin tikili bərbərxananın pəncərələrinin qarşısını kəsmişdirmi? Göründüyü kimi, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin kimə məxsus olduğu mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, hazırkı vəziyyətdə iddiaçı iddia edir ki, cavabdeh tərəfindən inşa edilən tikili həmin bərbərxananın giriş-çıxış hissələrini tamamilə bağlamış və ona maneə yaratmışdır. Qeyd olunan halın müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin ##.##.2025ci il tarixli *-**-**/*-**/****/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan qadın bərbərxanasının qarşısında yəni, giriş hissəsində hər hansı tikilinin olmadığı, qadın bərbərxanası tikilisinin arxa tərəfində yaşayış evi kimi istifadə olunan sahəsi 5.4 kv.metr olan mətbəxin, sahəsi 10.9 kv.metr olan yaşayış otağının və həyətdə inşa edilmiş çöldən-çölə sahəsi 2.7 kv.metr olan sanitar qovşağı tikililərinin olduğu aşkar olundu. Mətbəx və yaşayış tikilisinin iç-içə olmaqla bir dam örtüyü altında yerləşdiyi, qadın bərbərxanası tikilisinə bir tərəfdən bitişik şəkildə, digər tərəflərdən isə tikili ilə 0.34 - 0.50 metr ara məsafələrinin olduğu aşkar oldu. Qadın bərbərxanası tikilisinin texniki pasportda göstərilən iki pəncərəsinin hörgüylə bağlanaraq nəfəslik ilə əvəz olunduğu həmin yaşayış evi kimi istifadə olunan tikilinin bərbərxananın nəfəsliklərinin qarşısını kəsdiyi aşkar olunmuşdur. Qeyd olunan xüsusatlar eyni zamanda mübahisəli obyekin yerləşdiyi əraziyə ##.##.2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, qadın bərbərxanasına bitişik özbaşına tikili mövcuddur, həmin tikili cavabdehin istifadəsindədir və iddiaçı tərəfin daşınmaz əmlakla bağlı hüquqlarını pozur. Cavabdeh tərəf həmin özbaşına tikilini üçüncü şəxsdən satin aldığını bildirsə də, həmin tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd və ya səlahiyyətli orqan tərəfindən verilən icazə yoxdur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, hazırkı tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmənin mövqeyi ilə bağlı bildirilmişdir ki, gəldiyi qənaət təmamilə əsassızdır. Belə ki, məhkəmə bərbərxananın arxasında tikilmiş tikilini hər hansı bir sübut əldə etmədən özbaşına tikili adlandırmış və iddiaçı tərəfin daşınmaz əmlakla bağlı hüquqlarının pozulduğunu bildirmişdir. Halbuki, hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz. Çünki, bərbərxananın yalnız önə giriş-çıxışı olduğundan həmin hüququn pozulması qeyri-mümkündür. Bərbərxananın arxa tərəfə taxtadan tikilmiş qapının olduğuna gəldikdə isə buna məhkəmə ekspertizası mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspertiza rəyində qiymət verilmişdir. Belə ki, rəydə qeyd olunur ki, qadın bərbərxanası tikilisinin arxa tərəfində texniki passportda göstərilməyən taxta giriş-çıxış qapısının olduğu aşkar olundu. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəf tikili olmadığı vaxtlarda özlərinin şəxsi məqsədləri üçün arxaya giriş açaraq qeyd olunan torpaq sahəsindən özləri qanunsuz olaraq istifadə edirlərmiş. Bu səbəbdən, hal-hazırda qeyd olunan torpaq sahəsində hər hansı tikilinin olması onların giriş-çıxışına, eləcə də hüquqlarının pozulması anlamına gəlməməlidir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

12. İş üzrə cavabdeh və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. AR Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli * nömrəli reyestr kitanında 1738 qeydiyyat nömrəsi ilə qeydə alınmış “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında şəhadətnaməsi”ndən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanası X13 və digərləri tərəfindən Dövlət Əmlak Komitəsindən dəyəri ödənilməklə alınmış və bununla bağlı müvafiq şəhadətnamə verilmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X13 digər mülkiyyətçilərlə birlikdə 10.739.000 manat dəyərində payın eynilə bərabər paylar kimi tanınması, özəlləşdirilmiş obyektin ümumi sahəsinin 36,9 kv.m olmaqla 7 nəfər mülkiyyətçi arasında müvafiq təsərrüfat təyinatına zərər yetirmədən hər bir mülkiyyətçi 5,2 kv.m sahəyə pay sahibləri tanınmaları ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edilməsi qət edilmişdir.

15. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aslanova (Hüseynova) Tahirə Balahüseyn qızına ünvanlanmış ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən ** nömrəli qadın bərbərxanasının dəyəri alıcı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir.

16. AR “xxxx” MMC-nin ##.##.2018-ci il tarixli inventarlaşdırma sənədindən görünür ki, ünvan 2 ünvanından yerləşən daşınmaz əmlakın istifadəçisi (tikinti sahibi) Cavabdehdır və obyektin dəyəri 18.500 manat qeyd edilmişdir.

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-***/**** nömrəli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.1998- ci il tarixli, *-***/**** saylı qətnaməsi ilə, ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən ** nömrəli qadın bərbərxanasının özəlləşdirilməsi nəticəsində onun mülkiyyətçiləri olmuş əmək kollektivi üzvlərinin – X4 48.91 %, X3 8.515%, X11 8.515 %, X2 8.515 %, X14 8.515 %, X5 8.515 %, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmayıl qızı 8.515% payları müəyyən edilmiş, həmin bərbərxananın əmlakı əsasında yaradılan “xxxx” firmasının təsis müqaviləsi və təsis nizamnaməsinin təsdiq edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ilə həmin qətnamədə yol verilmiş yanlışlıq aradan qaldırılmış və qətnamənin nəticə hissəsində qeyd edilmiş “X14” hissəsinin “X13” kimi oxunması qərara alınmışdır.

18. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, **B saylı ünvanda yerləşən qeyri-yaşayış binası və binanın yerləşdiyi 0.00506 ha torpaq sahəsi X6 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair ilkin sənədlərdə ünvan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi, ** nömrəli kişi bərbərxanası kimi qeyd edilmişdir.

19. AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin ##.##.2025-ci il tarixli 3-16-16/2- **/****/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan qadın bərbərxanasının qarşısında yəni, giriş hissəsində hər hansı tikilinin olmadığı, qadın bərbərxanası tikilisinin arxa tərəfində yaşayış evi kimi istifadə olunan sahəsi 5.4 kv.metr olan mətbəxin, sahəsi 10.9 kv.metr olan yaşayış otağının və həyətdə inşa edilmiş çöldən-çölə sahəsi 2.7 kv.metr olan sanitar qovşağı tikililərinin olduğu aşkar olundu. Mətbəx və yaşayış tikilisinin iç-içə olmaqla bir dam örtüyü altında yerləşdiyi, qadın bərbərxanası tikilisinə bir tərəfdən bitişik şəkildə, digər tərəflərdən isə tikili ilə 0.34 - 0.50 metr ara məsafələrinin olduğu aşkar oldu. Qadın bərbərxanası tikilisinin texniki pasportda göstərilən iki pəncərəsinin hörgüylə bağlanaraq nəfəslik ilə əvəz olunduğu həmin yaşayış evi kimi istifadə olunan tikilinin bərbərxananın nəfəsliklərinin qarşısını kəsdiyi aşkar olunmuşdur.

20. AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin ##.##.2026-cı il tarixli 3-16-16-14/2- ***/**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasına dair Azərbaycan Respublikası Nazirlər Kapineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsinin “Aztexinventarlaşdırma İstehsalat birliyi” tərəfindən tərtib edilmiş texniki pasport sənədində, sözügedən qadın bərbərxanasının həyətyanı torpaq sahəsinin olmadığını nəzərə alaraq, Bakı, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 74, ünvanında inşa edilmiş özbaşına tikilinin, ** nömrəli qadın bərbərxanasının torpaq sahəsinin hüdudlarında inşa edilmədiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında özbaşına inşa edilmiş tikili ilə Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasının arxa divarı arasında 0,30 metr ara məsafəsi olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həmin özbaşına tikili havalandırma sisteminin işləməsinə maneə olub-olmamasının müəyyən edilməsi “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını tələb edə bilər. Bu normanın tətbiqi üçün mülkiyyətçinin hüququna və ya əmlakdan istifadə imkanına konkret maneənin yaradılması müəyyən edilməlidir.Hazırkı iş üzrə isə iddiaçının istinad etdiyi maneənin mövcudluğu iş materialları ilə kifayət qədər təsdiq olunmur.Əksinə, apellyasiya instansiyası məhkəməsində alınmış ##.##.2026-cı il tarixli, **/*** saylı ekspert rəyi ilə mübahisəli tikilinin ** nömrəli qadın bərbərxanasının torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Bu hal mühüm əhəmiyyət kəsb edir. Çünki mübahisəli tikilinin iddiaçının torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edilmədiyindən, həmin tikilinin iddiaçının torpaq sahəsinə bilavasitə müdaxilə etməsi barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Eyni zamanda, tikili ilə bərbərxananın arxa divarı arasında 0,30 metr məsafənin olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin məsafəyə baxmayaraq, tikilinin onun mülkiyyət hüququnun həyata keçirilməsinə konkret və real maneə yaratması, əmlakdan istifadəsini faktiki olaraq mümkünsüz və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırması barədə mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir.

25. İş materialları ilə mübahisəli tikilinin özbaşına tikili olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla tikilmiş tikili özbaşına tikinti hesab edilir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən belə tikili müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə qərarı əsasında sökülə bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, tikilinin özbaşına tikili olması ilə onun konkret iddiaçının tələbi əsasında sökülməsinin hüquqi əsaslarının mövcudluğu eyni məsələ deyildir. Mülki Məcəllənin 180.4-cü maddəsinin məzmunundan da göründüyü kimi, tikilinin sökülməsi məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Lakin məhkəmə hər bir konkret iş üzrə sökülmənin əsaslarını və tikilinin saxlanmasının hüquq və qanunla qorunan mənafelərə təsirini araşdırmalıdır. Hazırkı işdə isə tikilinin iddiaçının torpaq sahəsini zəbt etməsi müəyyən edilməmiş, əksinə, ekspert rəyi ilə tikilinin həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Buna görə yalnız tikilinin özbaşına olması faktına istinad edilməklə onun sökülməsi barədə nəticəyə gəlmək mümkün deyildir.

26. Məhkəmə kollegiyası işin digər mühüm faktiki halı kimi mübahisəli tikilinin 2009-cu ildən mövcud olması, buna baxmayaraq iddiaçının uzun müddət ərzində həmin tikilinin mövcudluğu ilə bağlı məhkəməyə müraciət etməməsi və onun sökülməsini tələb etməməsi məsələsinə də qiymət verir. İddiaçının uzun müddət ərzində mübahisəli tikilinin mövcudluğuna etiraz etməməsi, özlüyündə onun mülkiyyət hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz. Lakin bu hal iddiaçının hazırda istinad etdiyi hüquq pozuntusunun xarakterinin və real olub-olmamasının müəyyən edilməsi baxımından iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə ki, əgər tikili 2009-cu ildən mövcuddursa (Kupetov İqor Yuriyeviçin sahiblik və istifadəsində olan dövr) və iddiaçı onun mövcudluğundan məlumatlı olmuşdursa, lakin uzun müddət ərzində onun sökülməsini və ya əmlakdan istifadəyə yaratdığı iddia olunan maneənin aradan qaldırılmasını tələb etməmişdirsə, sonradan həmin tikilinin onun hüquqlarını konkret və real şəkildə pozduğu barədə irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı işdə isə belə sübutlar müəyyən edilməmişdir. Əksinə, ekspert rəyindən görünür ki, tikili iddiaçının torpaq sahəsinin hüdudlarında yerləşmir və bərbərxananın arxa divarından 0,30 metr məsafədədir. Bu hallar iddiaçının mülkiyyət hüququna konkret müdaxilənin mövcudluğu barədə nəticəyə gəlməyə imkan vermir.

27. İddiaçının tikilinin bərbərxananın havalandırma sisteminin işləməsinə mane olması ilə bağlı dəlili də iddianın təmin edilməsi üçün kifayət hesab edilə bilməz. Belə ki, ekspert rəyində bu məsələnin müəyyən edilməsinin ekspertin xüsusi ixtisasına aid olmadığı açıq şəkildə göstərilmişdir. Deməli, havalandırma sisteminin işləməsinə maneənin mövcudluğu barədə nəticə ekspert rəyi ilə təsdiqlənməmişdir. İddiaçı isə bu halı təsdiq edən digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin sübutetmə və sübutların qiymətləndirilməsi ilə bağlı normalarına əsasən tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə sübutları obyektiv, hərtərəfli və tam araşdıraraq qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən inşa edilmiş tikilinin məhz onun mülkiyyət hüququna müdaxilə etməsi və əmlakdan istifadə hüququnu pozması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi tikilinin özbaşına olması faktına üstünlük vermiş, lakin tikilinin iddiaçının hüquqlarını konkret olaraq hansı formada pozduğunu və onun sökülməsinin məhz iddiaçının pozulmuş hüququnun bərpası üçün zəruri olub-olmadığını lazımi qaydada müəyyən etməmişdir. Halbuki mübahisənin həlli zamanı yalnız tikilinin statusu deyil, həm də həmin tikilinin saxlanmasının iddiaçının hüquq və qanuni mənafelərinə təsiri müəyyən edilməlidir. Apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq etmir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar və sübutların məcmu qiymətləndirilməsi göstərir ki: -mübahisəli tikili iddiaçının torpaq sahəsinin hüdudlarında yerləşmir; -tikili ilə bərbərxananın arxa divarı arasında 0,30 metr məsafə vardır; -tikilinin havalandırma sisteminin işləməsinə mane olması ekspert tərəfindən müəyyən edilməmişdir; -tikilinin iddiaçının mülkiyyət hüququna konkret və real müdaxilə yaratması digər sübutlarla da təsdiqlənməmişdir; -tikili 2009-cu ildən mövcud olduğu halda, iddiaçı uzun müddət ərzində onun mövcudluğuna etiraz etməmişdir. Bu hallar birlikdə qiymətləndirildikdə iddia tələbinin təmin edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsasların olmadığı nəticəsinə gəlinir.

28. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.5-ci maddələrində yaşayış sahələrində özbaşına həyata keçirilmiş yenidən qurulma və yenidən planlaşdırma nəticəsində hüquq və mənafeləri pozulmuş şəxslərin özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmaq hüququ müəyyən edilsə də bu iddialar özbaşına tikililərin mövcudluğunun iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozduğu təsdiq edildiyi halda təmin edilə bilər. Nəzərə alınmalıdır ki, MM-nin 171-ci maddəsində qonşunun digər qonşu sahənin əhəmiyyətli olmayan təsirlərinə dözmək vəzifəsi müəyyən edilmişdir. Hazırkı halda birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən küçəsində yerləşən ** nömrəli qadın bərbərxanasının arxasında inşa edilmiş özbaşına tikili cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməlidir, belə ki, cavabdehin qanunsuz əməli nəticəsində onun və digər paylı mülkiyyətçilərin əmlakdan istifadə hüquqları pozulmuşdur. Qanunsuz tikili nəticəsində onlar sərbəst şəkildə öz əmlaklarına daxil ola və ondan istifadə edə bilmirlər. Lakin birinci instansiya məhkəməsi bu halların mümkünlüyünü hansı sübut əsasında müəyyən edildiyini əsaslandırmamış, nəticədə iddianı təmin etməklə məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi MPM-nin 77.1, 88-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam və obyektiv müəyyən etməmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, dispozitivlik, çəkişmə, tərəflərin prosessual bərabərliyi və əsaslandırılmış məhkəmə qərarı prinsiplərini pozmuşdur. Bu səbəbdən qətnamə ləğv edilməli, iddia tələbləri isə əsassız olduğundan təmin edilməməlidir.

30. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 300 (üç yüz) manat pul vəsaitinin 150 (bir yüz əlli) manatı iddiaçı İddiaçı, 150 (bir yüz əlli) manatı isə cavabdeh Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar