Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1966/2025 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehlər cavabdeh8, cavabdeh7 və cavabdeh2 iştirakları ilə, Iddiaçı “X3 Fermer Təsərrüfatı” MMC-nin (hazırkı adı “X1-Istehsalat Kompleksi” MMC) cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh4 Təqaüd qızı, cavabdeh6, cavabdeh1, X10 (üçüncü şəxs Salyan rayon icra və probasiya şöbəsi) qarşı “torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılma və həmin özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh8 və cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X3 Fermer Təsərrüfatı” MMC-nin cavabdeh Məmmədov Ramiz Canəli oğluna qarşı özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına 550.000 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Məmmədov Ramiz Canalı oğlu tərəfindən “X3 Fermer Təsərrüfatı” MMCnin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X3 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X3 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Məmmədov Ramiz Canalı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2016-cı il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsindən cavabdeh Məmmədov Ramiz Canalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru R X6 tərəfindən qəbul edilmiş ## #### 2021-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli icra vərəqəsinin icrası mümkün olmadığından sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Icra tədbirləri zamanı müəyyən olunmuşdur ki, borclu X4 ağır xəstə olduğu üçün vəfat etmişdir. Bu fakt Salyan rayon Qeydiyyat şöbəsinin müvafi məktubuna əsasən təsdiq olunmuşdur. Ona görə də, “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.1-ci maddəsinə əsasən icra vərəqəsi üzrə icraat dayandırılmışdır. Icra vərəqəsi üzrə borclu Məmmədov Ramiz Canəli oğlunun vərəsələrinin müəyyən olunması üçün Salyan rayon * saylı Xüsusi Notariat Ofisinə rəsmi sorgu edilmişdir. Sorğulara verilmiş cavablara və Salyan rayon Icra və Probasiya şöbəsinin elektron icra sistemindən əldə edilmiş məlumata əsasən borclu, Məmmədov Ramiz Canəli oğlunun vərəsələri barədə məlumat əldə etmək mümkün olmamışdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçrüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edir. Icraat zamanı icra sənədi üzrə tərəf olan fiziki şəxsin ölməsi ilə bağlı icra məmuru ölmüş şəxsin onun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul edərkən həmin şəxsin ölümü və vərəsəsi barədə müvafiq qaydada verilmiş şəhadətnamələrə əsaslanmalıdır. Qeyd edildiyi kimi, borclu Məmmədov Ramiz Canəli oğlunun ölüm faktını təsdiq edən sənədin olmasına baxmayaraq, onun vərəsəsi barədə rəsmi məlumat əldə etmək mümkün olmamışdır. Ona görə də, borclu Məmmədov Ramiz Canəli oğlunun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul etmək mümkün deyildir. Salyan RIHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş ## ######## 2025-ci il tarixli arayışdan görünür ki, mərhum Məmmədov Ramiz Canəli oğlunun ailə tərkibi aşağıdakılardan ibarətdir: X10 (həyət yoldaşı), övladları cavabdeh3, cavabdeh2, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh1, cavabdeh5 (gəlini), cavabdeh4 Təqaüd qızı (gəlini). Salyan rayonu Qaraçala qəsəbəsində yaşayanlar: X10 (həyət yoldaşı), övladları cavabdeh8, cavabdeh7 və cavabdeh4 Təqaüd qızı (gəlini). Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan ailə üzvləri X10 (həyət yoldaşı), övladları cavabdeh8 və cavabdeh7dur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, “X3 Fermer Təsərrüfatı” MMCyə məxsus (hazırkı adı “X2-Istehsalat Kompleksi” MMC) Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) Salyan rayonu Qaraçala aqroservis xidməti təşkilatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlar əsasında müəyyən edildi. Salyan rayonu Qaraçala aqroservis xidməti təşkilatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən X3 Fermer Təsərrüfatı” MMC-yə məxsus (hazırkı adı “X2-Istehsalat Kompleksi” MMC) Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən istifadə edilən həyətyanı torpaq sahəsində 2 (iki) fərdi yaşayış evi, 1 (bir) təsərrüfat damı, 2 (iki) tövlə və digər köməkçi tikililər (sanitar qovşağı,hamam və su hovuzu) mövcuddur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: Iddiaçı “X3 Fermer Təsərrüfatı” MMC (hazırkı adı “X1-Istehsalat Kompleksi” MMC) cavabdehlər cavabdeh8 və cavabdeh7, cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh4 Təqaüd qızı, cavabdeh6, cavabdeh1 və üçüncü şəxs Salyan rayon icra və probasiya şöbəsinə qarşı “torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılma və həmin özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onların azyaşlı uşaqları ilə birlikdə Salyan rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə sökülməli olan Salyan rayonu Qaraçala qəsəbəsində “X1-Istehsalat Kompleksi” MMC-yə məxsus torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarına və həmin özbaşına tikilinin sökülməsinin təmin edilməsi məqsədilə “X1-Istehsalat Kompleksi” MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “X3 Fermer Təsərrüfatı” MMC-nin cavabdeh Məmmədov Ramiz Canəli oğluna qarşı özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına 550.000 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh R.C.Məmmədov tərəfindən “X3 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsindəqanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X3 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X3 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Salyan rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru R X6 Salyan rayon Məhkəməsinin *(***)-**/**** saylı ## ####### 2015-ci il tarixli icra vərəqəsi üzrə ## #### 2021-ci il tarixdə qəbul etdiyi “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarla “Icra haqqında” Azərbaycan Respublikasının Qanunun 70.4-cü və 85-ci maddələrinə istinadən Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli icra vərəqəsinin icrasının mümkün olmaması əsası ilə sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırkı iş üzrə icra məmuru tərəfindən qəbul olunmuş ## #### 2021-ci il tarixli qərarın məzmunundan görünür ki, icra məmuru yuxarıda sözügedən icra sənədi üzrə borclu X12 vəfat etməsinə, “Icra haqqında” Azərbaycan Respublikası qanunun 17.1.1-ci maddəsinə əsasən icra vərəqəsi üzrə icraatın dayandırılmasına, icra vərəqəsi üzrə borclu R.C.Məmmədovun vərəsələrinin müəyyən olunması üçün Salyan rayon * saylı xüsusi notariat ofisinə rəsmi sorğu verilməsinə, sorğulara verilmiş cavablarla, eləcə də Salyan rayon icra və probasiya Şöbəsinin elektron icra sistemindən əldə edilmiş məlumatlara əsasən borclu R.C.Məmmədovun vərəsəsi (vərəsələri) barədə məlumatın əldə edilməsinin mümkün olmamasına əsaslanaraq, “Icra haqqında” Azərbaycan Respublikasının qanunun 31-ci maddəsinə istinad edərək hesab etmişdir ki, borclu R.C.Məmmədovun ölüm faktını təsdiq edən sənədin olmasına baxmayaraq, onun vərəsəsi barədə rəsmi məlumatın əldə edilməsi mümkün olmadığından borclu R.C.Məmmədovun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul etmək mümkün deyildir. Hazırda yuxarıda sözügedən icra sənədinə əsasən sökülməli olan evdə mərhum borclu X13 arvadı X10 və övladları, eləcə də nəvələri faktiki olaraq yaşayırlar. Icra sənədinə əsasən “X3 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan Salyan rayonu Qaraçala qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın sökülməsi də təmin edilməlidir. Lakin hazırkı iş üzrə cavabdehlər Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq “X3 Fermer Təsərrüfatı” MMC-nin (hazırkı adı “X1-Istehsalat Kompleksi” MMC) mülkiyyətində olan Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində məhkəməsi qətanaməsinə əsasən sökülməli olan qanunsuz inşa edilmiş evdə faktiki olaraq hazırda yaşadıqlarından hal hazırkı vaxtadək həmin qanunsuz evin sökülməsi mümkün olmamışdır. Odur ki, yuxarıda sözügedən məhkəmə qətnaməsinə əsasən sökülməli olan evin söküntüsünün təmin edilməsi üçün qanunsuz inşa edilmiş evdə faktiki olaraq heç bir hüquqi əsas olmadan yaşayan cavabdehlərin onların azyaşlı ailə üzvlərinə birlikdə həmin evdən çıxarılmalarına dair iddia ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı “X1-Istehsalat Kompleksi” MMC-nin direktoru nümayəndə2 “iddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdehlər sırasına ##.##.1961-ci il təvəllüdlü X10 da daxil edilməsini və mübahisələndirilən özbaşına tikilidə heç bir hüquqi əsası olmadan faktiki olaraq yaşadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən cavabdeh8 iddiya qarşı etiraz edərək bildirmişdir ki, 1992-ci ildə anasının adına Bələdiyyə sənədi ilə torpaq verilmiş, 1998-ci ildə ev tikilmişdir. Lakin qanunsuz olduğunu bilməmişlər. **** saylı akt əsasında 2006-cı ildə torpaq “X3 Fermer Təsərrüfatı” MMC-yə verilmişdir. Bu barədə 2015-ci il tarixdə məhkəmə qətnamə çıxarmışdır. Həmin evdə 8 ailə yaşayır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Vəsilə Əliyeva) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh4 Təqaüd qızı, cavabdeh6, cavabdeh1 və X10 rayonu Qaraçala qəsəbəsində yerləşən iddiaçı “xxxx“ MMC-yə məxsus torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “X3 Fermer Təsərrüfatı” MMC-nin cavabdeh Məmmədov Ramiz Canəli oğluna qarşı “özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Ramiz Məmmədov tərəfindən “X3 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X3 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X3 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin ## #### 2021-ci il tarixdə qəbul etdiyi “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarla Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli icra vərəqəsinin icrasının mümkün olmaması əsası ilə (icra sənədi üzrə tərəf olan fiziki şəxsin ölməsi ilə bağlı) sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Ramiz Məmmədovun ailə üzvləri hazırda “X3 Fermer Təsərrüfatı” MMC-yə məxsus torpaq sahəsində yerləşən və mərhum tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda Salyan rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsi preyudisial əhəmiyyətə malik olmaqla, həmin tikili əvvəlki qətnamə ilə qanunsuz inşa kimi tanındığından və onun sökülməsi barədə qətnamə artıq qanuni qüvvəyə mindiyindən, mərhumun ailə üzvlərinin, yəni cavabdehlərin orada yaşaması hüquqi əsasdan məhrumdur. Bu səbəbdən onların həmin evdən çıxarılması tələbini məhkəmə əsaslı sayır və təmin olunmalı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, torpaq sahəsinin MMC-nin istifadəsinə verilməsi tələbi əsassızdır, çünki torpaq üzərində mülkiyyət hüququ MMC-nin xeyrinə artıq əvvəlki qətnamə ilə müəyyən edilib və həmin hüquq qüvvədədir. Belə olan halda, torpağın yenidən MMC-nin istifadəsinə verilməsi barədə tələbin təmin olunmasını məhkəmə məqsədəuyğun hesab etmir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 164.1, 164.2, 180.1, 180.2-ci Azərbaycan Respublikası MPM-nin 82.3, 77.1, 217.4, 218.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdehlər cavabdeh8 və cavabdeh7 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Cavabdeh cavabdeh8 apellyasiya şikayətini aşağıdakı kimi əsaslandırılmışdır: “Salyan rayon icra və probasiya şöbəsinin ## #### 2021-ci il tarixdə qəbul etdiyi “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarla Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli icra vərəqəsinin icrasının mümkün olmaması əsası ilə (icra sənədi üzrə tərəf olan fiziki şəxsin ölməsi ilə bağlı) sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı çıxardığı qərarla razı deyiləm və hesab edirəm ki, qərar qanun və faktlara zidd şəkildə qəbul olunub. Birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı çıxardığı qərarla razı deyiləm və hesab edirəm ki, qərar qanun və faktlara zidd şəkildə qəbul olunub. 1998-ci ildən bəri faktiki yaşadığım torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsi barədə qərarın qanunsuz hesab edilməklə və həmin torpaq sahəsinin mənim faktiki istifadəmdə və yaşayışım əsasında qanuni istifadəmə verilməli olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Hazirki iş üzrə iddia icraata götürülə bilməzdi və bununla bağlı qətnamə mövcuddur. Salyan rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “HacıCamalxan X8” MMC-nin cavabdeh Məmmədov Ramiz Canəli oğluna qarşı özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına 550.000 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh R.C.Məmmədov tərəfindən “X3 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X3 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X3 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Artıq bu məsələ həllini tapmişdir. Bununla bağlı artıq iddia qaldırıla bilməz. Salyan rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsi preyudisial əhəmiyyətə malikdir. Artıq bu mübahisəli halla bağlı qətnamə qəbul edilmiş və “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.1-ci maddəsinə əsasən icra vərəqəsi üzrə icraat dayandırılmışdır. Icra vərəqəsi üzrə borclu Məmmədov Ramiz Canəli oğlunun vərəsələrinin müəyyən olunması üçün Salyan rayon * saylı Xüsusi Notariat Ofisinə rəsmi sorgu edilmişdir. Sorğulara verilmiş cavablara və Salyan rayon Icra və Probasiya şöbəsinin elektron icra sistemindən əldə edilmiş məlumata əsasən borclu, Məmmədov Ramiz Canəli oğlunun vərəsələri barədə məlumat əldə etmək mümkün olmamışdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçrüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edir. Icraat zamanı icra sənədi üzrə tərəf olan fiziki şəxsin ölməsi ilə bağlı icra məmuru ölmüş şəxsin onun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul edərkən həmin şəxsin ölümü və vərəsəsi barədə müvafiq qaydada verilmiş şəhadətnamələrə əsaslanmalıdır. Qeyd edildiyi kimi, borclu Məmmədov Ramiz Canəli oğlunun ölüm faktını təsdiq edən sənədin olmasına baxmayaraq, onun vərəsəsi barədə rəsmi məlumat əldə etmək mümkün olmamışdır. Ona görə də, borclu Məmmədov Ramiz Canəli oğlunun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul etmək mümkün deyildir”. Cavabdeh cavabdeh7 apellyasiya şikayətində də irəli sürdüyü dəlillər mahiyyət etibarilə digər cavabdeh cavabdeh8 apellyasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, torpaq sahəsi 2003-2004-cü ildə alınıb. Həmin vaxt cavabdehlərin iki otaqlı evi olub. Cavabdehlərin tikdiyi tikili özbaşına tikilidir. Cavabdehlər orada 2015-ci ildə ev tikməyə başlayıblar. Həmin vaxt Ramiz adlı şəxsə qarşı iddia qaldırılıb. Məhkəmə qərarı ilə torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq edilib. Cavabdehlər MMC-də işlədikləri üçün onların orada yaşamaqlarına etiraz edilməyib. 0.12 ha torpaq sahəsi onların yaşaması üçün onlara ayrılıb. Lakin onlar daha çox torpaq sahəsini zəbt ediblər. Hazırda cavabdehlər tərəfindən 5 ha torpaq sahəsi zəbt edilib. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətilərinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh7 izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Bələdiyyənin vətəndaş tərəfindən zəbt edilmiş torpağı qanunvericiliyə əsasən bələdiyyə fonduna qaytarıla bilər. O, anadan olandan- 1998-ci ildən orada yaşayır. Iddia verilərkən orada ev var idi. Əvvəl atasına qarşı iddia verilərkən mövcud olan ev də indi durur, başqa ev də tikilib. Onlar 2009-cu ildən, məhkəmə qətnaməsi çıxmazdan əvvəl ev tikmişlər. Həmçinin onlardan başqa qonşu da 2009-cu ildən ev tikib. “GoMaps” proqramı vasitəsi ilə həmin ərazinin illik xəritəsinə nəzər saldıqda 2009-cu ildən onlar tərəfindən orada ev tikdikləri aydın olar. Iddianın rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh7 mövqeyi ilə razıdır. Iddianın rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirdi ki, cavabdeh7 mövqeyi ilə razıdır. Iddianın rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki iş üzrə digər cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər proses iştirakçılarının tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdehlər cavabdeh8 və cavabdeh7 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilsə də, hazırkı mübahisə bütün cavabdehlər üçün vahid faktiki və hüquqi əsasdan irəli gəlməklə eyni daşınmaz əmlak obyektinə münasibətdə yaranmış, cavabdehlərin mübahisəli tikilidən istifadə etmələri və orada yaşamaları ilə bağlı hüquqi vəziyyətləri bir-biri ilə qarşılıqlı əlaqəli olmuşdur. Odur ki, Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mübahisənin predmetinin bölünməz olması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 .Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini, həmin dəlillərə qarşı irəli sürülmüş etirazları, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, eləcə də apellyasiya baxışı zamanı əldə edilmiş və araşdırılmış sübutları ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv olunmalı və həmin hissədə yeni qətnamə qəbul edilməklə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin yaranmasına səbəb olmuş hüquqi münasibətlərin qiymətləndirilməsi zamanı Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ####### 2015-ci il tarixli qətnaməsinin mövcudluğu və həmin məhkəmə aktının qanuni qüvvəyə minməsi nəzərə alınmalıdır. Belə ki, qeyd olunan qətnamə ilə “X3 Fermer Təsərrüfatı” MMC-nin Məmmədov Ramiz Canəli oğluna qarşı iddiası qismən təmin edilmiş, iddiaçıya məxsus torpaq sahəsində Məmmədov Ramiz Canəli oğlu tərəfindən qanunsuz inşa edilmiş ev və iki damın onun hesabına sökülməsi, habelə torpaq sahəsinin münbit üst qatına vurulmuş ziyanın əvəzinin ödənilməsi qət edilmişdir. Həmin qətnamə sonradan apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Kollegiya əvvəlki məhkəmə aktının hüquqi qüvvəsini və onunla müəyyən edilmiş halların əhəmiyyətini şübhə altına almır. Bununla belə, kollegiya hesab edir ki, hazırkı mübahisənin həlli yalnız həmin qətnamənin mövcudluğuna istinad edilməklə və hazırkı iddia tələbinə əvvəlki məhkəmə aktının davamı kimi yanaşılmaqla mümkün deyildir. Hazırkı iddia əvvəlki iş üzrə cavabdehə qarşı həmin qətnamə ilə müəyyən edilmiş öhdəliyin təkrarən müəyyən edilməsinə deyil, hazırda mübahisəli ərazidə yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılmasına yönəlmişdir. Buna görə də hazırkı tələbin əsaslılığı müəyyən edilərkən əvvəlki məhkəmə aktı ilə yanaşı, sonrakı dövrdə tərəflər arasında faktiki olaraq formalaşmış münasibətlər, iddiaçının cavabdehlərin həmin ərazidə yaşamalarına münasibəti, bu münasibətin davam etdiyi müddət ərzində iddiaçının davranışı və həmin davranışın doğurduğu hüquqi nəticələr də müstəqil şəkildə qiymətləndirilməlidir. Başqa sözlə, əvvəlki qətnamənin mövcudluğu iddiaçının hazırkı tələbinin avtomatik olaraq əsaslı hesab edilməsi üçün kifayət deyildir. Əvvəlki məhkəmə aktı hazırkı işin mühüm faktiki və hüquqi əsaslarından biri olsa da, həmin akt iddiaçının sonrakı davranışını, cavabdehlərlə formalaşmış faktiki münasibətləri və iddiaçının öz mülkiyyət hüququnu hazırkı mübahisədə hansı formada həyata keçirdiyini hüquqi qiymətləndirmədən kənarda qoymağa əsas vermir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işdə əsas hüquqi məsələ yalnız iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcud olub-olmamasından ibarət deyildir. Iş üzrə, eyni zamanda, həmin hüququn konkret şəraitdə hüquqa uyğun və vicdanlı şəkildə həyata keçirilib-keçirilmədiyi, iddiaçının hazırkı mövqeyinin onun əvvəlki davranışı ilə uzlaşıb-uzlaşmadığı və cavabdehlərin iddiaçının əvvəlki rəftarına əsaslanmaq üçün obyektiv əsaslarının olub-olmadığı müəyyən edilməlidir. Məhz bu baxımdan hazırkı mübahisə Mülki Məcəllənin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən 560-cı maddəsinin tələbləri çərçivəsində də qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğuna və həmin torpaq sahəsində yerləşən tikili ilə əlaqədar əvvəllər qəbul edilmiş məhkəmə qətnaməsinə həlledici əhəmiyyət vermiş, lakin tərəflər arasında uzun müddət ərzində formalaşmış faktiki münasibətlərin xarakterini, iddiaçının bu münasibətlər çərçivəsində əvvəlki davranışını, həmin davranışın cavabdehlərdə yaratdığı güvəni, habelə iddiaçının hazırkı tələbinin onun əvvəlki rəftarı ilə uyğunluğunu lazımi qaydada araşdırmamış və qiymətləndirməmişdir. Halbuki, hazırkı mübahisənin düzgün həlli yalnız torpaq sahəsinin kimin mülkiyyətində olmasının müəyyən edilməsi ilə məhdudlaşmır. Şəxsin müəyyən subyektiv mülki hüquqa malik olması ilə həmin hüququn konkret hüquq münasibətində necə həyata keçirilməsi eyni hüquqi məsələ deyildir. Mülkiyyət hüququnun mövcudluğu hüquq sahibinə qanunla tanınmış geniş səlahiyyətlər versə də, həmin səlahiyyətlərin həyata keçirilməsi mülki qanunvericiliyin ümumi prinsiplərindən, o cümlədən hüquqların vicdanlı, ardıcıl və hüquqa uyğun həyata keçirilməsi, digər şəxslərdə yaradılmış əsaslı etimada zidd davranışın yolverilməzliyi və hüquqdan sui-istifadənin qadağan edilməsi tələblərindən kənarda baş verə bilməz. Başqa sözlə, şəxsin müəyyən hüquqa malik olması onun həmin hüququ əvvəlki davranışını tamamilə inkar edən, qarşı tərəfdə yaratdığı əsaslı güvəni nəzərə almayan və hüquqi münasibətin faktiki inkişafı ilə uzlaşmayan formada həyata keçirməsinə avtomatik olaraq məhkəmə müdafiəsi verilməsini şərtləndirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadənin ayrı-ayrı formaları müəyyən edilmiş, 560.3.4-cü maddədə isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi birbaşa hüquqdan sui-istifadənin formalarından biri kimi nəzərdə tutulmuşdur. Hüquqdan sui-istifadənin qadağan edilməsinin mahiyyəti ondan ibarətdir ki, hüquq sistemi şəxsin malik olduğu formal hüquqi imkandan onun təyinatından və mülki dövriyyədə tələb olunan vicdanlı davranış standartından kənar istifadə etməsini müdafiə etmir. Hüquqlardan istifadə zamanı tələb olunan vicdanlılıq obyektiv xarakter daşıyır və dürüst, ədalətli davranış standartını ifadə edir. Hüquqdan sui-istifadə məsələsi həll edilərkən hüququn yalnız formal mövcudluğu ilə kifayətlənmək deyil, onun hansı məqsədlə və hansı şəraitdə həyata keçirildiyi, həmin davranışın işin bütün halları fonunda ədalətli nəticəyə səbəb olub-olmadığı qiymətləndirilməlidir. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı) Kollegiya qeyd edilən hüquqi mövqelərdən çıxış edərək hesab edir ki, hazırkı işdə iddiaçının davranışı Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələbləri baxımından ayrıca qiymətləndirilməli idi. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi nümayəndə1 verdiyi izahatda mübahisəli torpaq sahəsinin 2003–2004-cü illərdə əldə edildiyini, həmin vaxt cavabdehlərin ərazidə ikiotaqlı yaşayış evinin mövcud olduğunu bildirmişdir. Iddiaçının nümayəndəsi bununla yanaşı izah etmişdir ki, cavabdehlər MMC-də işlədiklərindən onların həmin ərazidə yaşamalarına etiraz edilməmiş və yaşayış məqsədilə onların istifadəsinə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Kollegiya hesab edir ki, qeyd edilən izahat hazırkı iş üzrə mühüm əhəmiyyət daşıyan hal olmaqla iddiaçının cavabdehlərin mübahisəli ərazidə yaşamasına münasibətinin müəyyənləşdirilməsinə imkan verir. Iddiaçının öz nümayəndəsinin izahatından görünür ki, cavabdehlərin mübahisəli ərazidə yaşayışları iddiaçının xəbəri olmadan, onun iradəsinə zidd və ya iddiaçının sonradan təsadüfən xəbər tutduğu faktiki vəziyyət kimi yaranmamışdır. Əksinə, iddiaçı torpaq sahəsini əldə etdiyi zaman həmin ərazidə yaşayış evinin mövcud olduğunu, cavabdehlərin orada yaşadıqlarını bilmiş, onların orada yaşamasına etiraz etməmiş və iddiaçı nümayəndəsinin öz ifadəsinə görə, cavabdehlərin yaşayış məqsədilə istifadəsi üçün hətta 0,12 ha torpaq sahəsi ayırmışdır. Belə vəziyyətdə tərəflər arasındakı münasibəti yalnız mülkiyyətçi ilə onun əmlakından əvvəldən və tamamilə iradəsinə zidd olaraq istifadə edən şəxs arasındakı münasibət kimi xarakterizə etmək mümkün deyildir. Kollegiya xüsusilə qeyd edir ki, burada həlledici məsələ həmin razılığın cavabdehlərə torpaq sahəsi üzərində ayrıca əşya hüququ, mülkiyyət hüququ və ya müddətsiz istifadə hüququ yaradıbyaratmaması deyildir. Hazırkı iş çərçivəsində cavabdehlərin həmin torpaq sahəsi üzərində müstəqil mülkiyyət hüququnun yaranması barədə nəticəyə gəlmək üçün əsas yoxdur və kollegiyanın hüquqdan sui-istifadəyə dair qiymətləndirməsi də belə bir hüququn mövcudluğunun qəbul edilməsinə əsaslanmır. Məsələ ondan ibarətdir ki, iddiaçı özünün əvvəlki davranışı ilə cavabdehlərin həmin ərazidə yaşamalarını qəbul etmiş, onların yaşayış məqsədilə həmin ərazidən istifadə etmələrinə şərait yaratmış və beləliklə, cavabdehlərdə müəyyən faktiki vəziyyətin iddiaçı tərəfindən qəbul edildiyinə dair obyektiv güvən formalaşdırmışdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tətbiqi üçün də məhz bu hal mühüm əhəmiyyət daşıyır. Həmin normanın məqsədi əvvəlki davranış nəticəsində yaranmış hər hansı faktiki vəziyyəti əbədi və dəyişməz vəziyyətə çevirmək deyil. Normanın məqsədi odur ki, şəxs əvvəlki davranışı ilə başqa şəxsdə müəyyən əsaslı güvən yaratdıqdan sonra bu davranışını tamamilə inkar edən mövqeyə keçərək həmin ziddiyyətdən öz xeyrinə hüquqi nəticə əldə etməsin. Bu səbəbdən, iddiaçının cavabdehlərin yaşayışına əvvəllər razılıq verməsi onun gələcəkdə heç bir halda öz mülkiyyət hüququnu həyata keçirə bilməyəcəyi mənasına gəlmir. Lakin iddiaçı sonradan həmin faktiki münasibətin dəyişdiyini, əvvəllər verdiyi razılığın hansı əsasla və hansı vaxtdan etibarən sona çatdığını, cavabdehlərin bu barədə məlumatlandırılıbməlumatlandırılmadığını, razılıq verilmiş ərazinin hansı hüdudlarda olduğunu və cavabdehlərin hazırkı istifadəsinin hansı hissədə həmin razılıqdan kənara çıxdığını aydın və sübutlarla təsdiq edilmiş şəkildə ortaya qoymalıdır. Hazırkı iş materialları isə həmin məsələlərin bu səviyyədə müəyyən edildiyini göstərmir. Əksinə, iddiaçı hazırkı iddiasının əsaslarından biri kimi cavabdehlərin mübahisəli evdə “heç bir hüquqi əsas olmadan” yaşamalarını göstərmişdir. Kollegiya hesab edir ki, belə mövqe iddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahatla açıq şəkildə uyğun gəlmir. Əgər iddiaçı özü cavabdehlərin həmin ərazidə yaşamasına müəyyən dövrdə etiraz edilmədiyini və yaşayış məqsədilə onların istifadəsinə 0,12 ha torpaq sahəsi ayrıldığını bildirirsə, sonradan onların həmin ərazidə yaşayışını əvvəldən etibarən tamamilə əsassız və iddiaçının iradəsinə zidd istifadə kimi təqdim etməsi mümkün deyildir. Bu iki mövqe eyni vaxtda düzgün hesab edilə bilməz. Bir tərəfdən cavabdehlərin yaşayışının qəbul edildiyini və onlar üçün ayrıca yaşayış sahəsi ayrıldığını bildirmək, digər tərəfdən isə onların həmin ərazidə heç bir əsas olmadan yaşadıqlarına istinad etməklə çıxarılmalarını tələb etmək iddiaçının əvvəlki və hazırkı davranışı arasında ziddiyyət yaradır. Məhz bu ziddiyyət Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tətbiqi baxımından hüquqi əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 560.1-ci maddəsində hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi müəyyən edilsə də, hazırkı halda hüquqdan sui-istifadənin mövcudluğunu yalnız iddiaçının subyektiv olaraq cavabdehlərə zərər vurmaq niyyətinin sübut edilməsi ilə əlaqələndirmək düzgün olmazdı. Belə ki, Məcəllənin 560.3-cü maddəsi hüquqdan sui-istifadənin konkret formalarını ayrıca müəyyən edir və 560.3.4-cü maddəyə əsasən qarşı tərəfin güvəndiyi əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi özü hüquqdan sui-istifadənin qanunda nəzərdə tutulmuş formalarından biridir. Bu səbəbdən hazırkı işdə əsas məsələ iddiaçının cavabdehlərə zərər vurmaq barədə xüsusi niyyətinin olub-olmaması deyil, onun əvvəlki davranışı ilə yaratdığı güvənə zidd hüquqi mövqe tutub-tutmamasıdır. Iş üzrə müəyyən edilmiş hallar isə belə ziddiyyətin mövcud olduğunu göstərir. Kollegiya bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Qərarında ifadə edilmiş hüquqi mövqeyi də nəzərə alır. Həmin Qərarda Mülki Məcəllənin 560.3.4cü maddəsinə istinad edilməklə göstərilmişdir ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Konstitusiya Məhkəməsi həmçinin mülkiyyətçinin öz mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə etməsinin hüquqdan sui-istifadə qadağası ilə uzlaşmadığını qeyd etmişdir. Kollegiya hesab edir ki, həmin hüquqi mövqe hazırkı iş üzrə də ümumi prinsip baxımından nəzərə alınmalıdır. Belə ki, mülkiyyət hüququnun mövcudluğu onun sahibini əvvəlki davranışı ilə qarşı tərəfdə yaratdığı əsaslı güvəni nəzərə almaq və hüququnu vicdanlı və ardıcıl şəkildə həyata keçirmək vəzifəsindən azad etmir. Odur ki, iddiaçının hazırkı tələbini qiymətləndirərkən “torpaq iddiaçının mülkiyyətindədir, deməli orada yaşayan şəxslər çıxarılmalıdır” formasında yalnız formal hüquqi əlaqənin qurulması kifayət deyildir. Məhkəmə həmin mülkiyyət hüququnun hazırkı konkret faktiki münasibətdə hansı qaydada həyata keçirildiyini, iddiaçının əvvəllər cavabdehlərin istifadəsinə münasibətini, həmin istifadəyə verilmiş razılığın hüdudlarını və sonrakı davranışın əvvəlki rəftarla uzlaşıb-uzlaşmadığını da müəyyən etməli idi. Işin digər mühüm cəhəti iddiaçının nümayəndəsinin 0,12 ha torpaq sahəsinin cavabdehlərin yaşayışı üçün ayrıldığına dair izahatıdır. Iddiaçının nümayəndəsi, eyni zamanda, cavabdehlərin onlara ayrılmış sahədən daha artıq torpaq sahəsini zəbt etdiklərini və hazırda 5 ha torpaq sahəsindən istifadə etdiklərini bildirmişdir. Iş üzrə əldə edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən istifadə edilən həyətyanı sahədə iki fərdi yaşayış evi, bir təsərrüfat damı, iki tövlə və digər köməkçi tikililər mövcuddur. Kollegiya hesab edir ki, həmin hal hazırkı iddianın əsaslandırılması baxımından xüsusilə əhəmiyyətlidir. Belə ki, əvvəlki məhkəmə qətnaməsində bir ev və iki damın sökülməsi qət edildiyi halda, hazırkı vəziyyətdə ərazidə iki fərdi yaşayış evinin və əlavə tikililərin mövcudluğu müəyyən edilmişdir. Bu fakt mövcud tikililərin eyniləşdirilməsi zərurətini yaradır. Hansı yaşayış evinin əvvəlki məhkəmə qətnaməsində nəzərdə tutulmuş tikili olduğu, hansı evin sonradan inşa edildiyi, cavabdehlərin hazırda konkret olaraq hansı yaşayış evində yaşadıqları, iddiaçının nümayəndəsinin etiraf etdiyi yaşayış üçün ayrılmış 0,12 ha sahənin hansı evi əhatə etdiyi iş üzrə birmənalı şəkildə müəyyən edilməlidir. Bununla bağlı, iddiaçının nümayəndəsinin izahatında da müəyyən ziddiyyət müşahidə olunur. Belə ki, nümayəndə bir tərəfdən iddiaçının torpaq sahəsini 2003–2004-cü illərdə əldə etdiyi zaman cavabdehlərin orada ikiotaqlı evinin olduğunu bildirmiş, digər tərəfdən isə cavabdehlərin 2015-ci ildə orada ev tikməyə başladıqlarını qeyd etmişdir. Həmin ziddiyyət hazırkı iddia ilə cavabdehlərin məhz hansı yaşayış evindən çıxarılmasının tələb edildiyinin, həmin yaşayış evinin hansı vaxt inşa edildiyinin və iddiaçının əvvəlki razılığının hansı tikiliyə aid olduğunun dəqiq müəyyən edilməsini tələb edir. Kollegiya qeyd edir ki, mülki hüquqda məhkəmə müdafiəsinin verilməsi üçün tələb yalnız hüquqi əsas baxımından deyil, faktiki əsas və tələb olunan müdafiə vasitəsinin konkretliyi baxımından da müəyyən olmalıdır. Şəxsin yaşayış evindən çıxarılması onun faktiki yaşayış mühitinə birbaşa müdaxilə təşkil etdiyindən belə tələbə baxılarkən mübahisə predmeti olan yaşayış obyektinin dəqiq fərdiləşdirilməsi xüsusilə mühüm əhəmiyyət daşıyır. Hazırkı halda ərazidə iki fərdi yaşayış evinin olduğu müəyyən edildiyi halda, əvvəlki qətnamədə sökülməsi nəzərdə tutulmuş evlə hazırda cavabdehlərin yaşadıqları ev arasında eyniliyin kifayət qədər aydın müəyyən edilməməsi, habelə iddiaçının özünün əvvəllər yaşayış məqsədi ilə torpaq sahəsi ayırdığını etiraf etməsi birinci instansiyanın gəldiyi nəticəni şübhə altına alır. Kollegiya həmçinin hesab edir ki, əvvəlki məhkəmə qətnaməsinin mövcudluğu iddiaçının hazırkı davranışının Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından ayrıca qiymətləndirilməsi zərurətini aradan qaldırmır. Əvvəlki qətnamə ilə iddiaçının torpaq sahəsi üzərində hüquqlarına və həmin vaxt mübahisə predmeti olmuş tikililərə dair müəyyən hüquqi nəticələr yaranmışdır. Lakin həmin qətnamənin mövcudluğu sonrakı dövrdə tərəflər arasında yaranmış və ya davam etmiş faktiki münasibətlərin hüquqi əhəmiyyətini yox etmir. Əgər hüquq sahibi əvvəlki məhkəmə aktının qəbul edilməsindən əvvəl və ya sonrakı dövrdə qarşı tərəfin müəyyən istifadəsinə faktiki olaraq razılıq vermiş, müəyyən davranışa dözümlü yanaşmış və bu davranışın davam etməsinə şərait yaratmışdırsa, həmin hallar yeni mübahisəyə baxılarkən müstəqil olaraq qiymətləndirilməlidir. Xüsusilə də hazırkı işdə iddiaçının öz nümayəndəsi cavabdehlərin həmin ərazidə yaşamalarına etiraz edilmədiyini və yaşayış üçün torpaq sahəsinin ayrıldığını etiraf etdiyi halda, yalnız əvvəlki qətnamənin mövcudluğuna istinad edərək cavabdehlərin hazırkı yaşayışının hüquqi əsasdan tamamilə məhrum olması nəticəsinə gəlmək kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Kollegiya bu məqamda onu da vurğulayır ki, hüquqdan sui-istifadənin müəyyən edilməsi iddiaçının mülkiyyət hüququnun ləğv olunması, məhdudlaşdırılması və ya cavabdehlərin həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi nəticəsini yaratmır. Hüquqdan sui-istifadə institutu subyektiv hüququn özünü deyil, həmin hüququn konkret formada həyata keçirilməsini qiymətləndirir. Başqa sözlə, kollegiyanın nəticəsi bundan ibarət deyil ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində hüquqlarını gələcəkdə heç bir halda müdafiə edə bilməz. Məhz buna görə də hüquqdan sui-istifadənin qadağan edilməsi mülki hüquqda formalizmə qarşı fəaliyyət göstərən mühüm hüquqi mexanizm kimi çıxış edir. Əgər məhkəmə yalnız “iddiaçı mülkiyyətçidir” faktından çıxış edərək onun istənilən formada irəli sürdüyü tələbi təmin etmiş olsaydı, iddiaçının əvvəlki davranışı, həmin davranışın qarşı tərəfdə yaratdığı güvən və sonrakı davranışın bu güvənlə açıq ziddiyyət təşkil etməsi hüquqi əhəmiyyətsiz hala gətirilmiş olardı. Qeyd olunan hal isə Mülki Məcəllənin 560.3.4-cü maddəsinin məzmunu və məqsədi ilə uyğun gəlməzdi. Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri də göstərir ki, mülki dövriyyədə şəxsin əvvəlki davranışına zidd şəkildə sonradan hüquq həyata keçirməsinin qarşısının alınması vicdanlılıq prinsipinin və hüquqdan sui-istifadənin qadağan olunmasının mühüm təzahürüdür. Bu yanaşma hüquqi münasibətlərin sabitliyinə və tərəflərin bir-birinin davranışına olan əsaslı etimadının qorunmasına xidmət edir. Kollegiya qeyd edir ki, cavabdehlərin uzun müddət həmin ərazidə yaşamaları da ayrıca götürüldükdə onların mübahisəli əmlak üzərində hüquq əldə etmələri üçün kifayət edən hal kimi qəbul edilə bilməz. Lakin bu müddətin iddiaçının həmin yaşayışdan məlumatlı olması, yaşayışa etiraz etməməsi və yaşayış üçün müəyyən sahə ayırması ilə birlikdə qiymətləndirilməsi tamam başqa hüquqi məna kəsb edir. Belə olan halda söhbət təkcə cavabdehlərin uzun müddət ərzində faktiki olaraq ərazidə yaşamalarından deyil, bu faktiki vəziyyətin mülkiyyətçinin öz davranışı ilə müəyyən müddət ərzində qəbul edilməsindən gedir. Bu isə cavabdehlərin həmin vəziyyətin davamlılığına güvənməsinin obyektiv əsasının olub-olmamasının qiymətləndirilməsini zəruri edir. Iddiaçının davranışı da məhz həmin güvənin yaranmasına səbəb olmuşdur. Iddiaçı torpağı əldə etdiyi vaxt mövcud olan yaşayış vəziyyətindən məlumatlı olmuş, bu vəziyyətə etiraz etməmiş, cavabdehlərin müəssisədə işləmələri ilə əlaqədar onların orada yaşamalarına razı olmuş və hətta həmin məqsəd üçün torpaq sahəsi ayırmışdır. Belə ardıcıl davranış cavabdehlərdə iddiaçının onların yaşayışını qəbul etdiyi barədə qənaət yaratmağa obyektiv olaraq yararlı olmuşdur. Iddiaçının sonradan əvvəlki münasibətini dəyişdirmək hüququ prinsip etibarilə istisna edilmir. Lakin belə dəyişiklik şəffaf, ardıcıl və əvvəlki davranışın yaratdığı hüquqi vəziyyəti nəzərə alan formada baş verməlidir. Iddiaçı əvvəlki razılığın başa çatdığını və cavabdehlərin artıq torpaqdan istifadə etmək hüquqlarının olmadığını irəli sürürsə, həmin mövqenin yaranma səbəbi və vaxtı müəyyən edilməli, əvvəlki davranışla yeni mövqe arasındakı hüquqi keçid əsaslandırılmalıdır. Hazırkı halda isə iddiaçı belə keçidi göstərmək əvəzinə cavabdehlərin yaşayışını başlanğıcdan hüquqi əsasdan məhrum istifadə kimi təqdim etmişdir. Kollegiyanın qənaətinə görə, məhz bu yanaşma iddiaçının əvvəlki davranışı ilə uzlaşmır. Bunun nəticəsində iddiaçı özünün formalaşdırdığı və uzun müddət qəbul etdiyi faktiki münasibətin hüquqi nəticələrini cavabdehlərin üzərinə qoymağa çalışmış olur. Mülki Məcəllənin 560.3.4-cü maddəsi isə şəxsin məhz belə ziddiyyətli davranış nəticəsində üstün hüquqi mövqe əldə etməsinə mane olan normadır. Birinci instansiya məhkəməsi işə baxarkən bu məsələlərə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi əvvəlki məhkəmə qətnaməsi ilə tikilinin özbaşına inşa kimi qiymətləndirilməsinə və iddiaçının torpaq sahəsinə mülkiyyət hüququna əsaslanaraq cavabdehlərin həmin yaşayış evində yaşamalarının hüquqi əsasdan məhrum olduğu nəticəsinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin yanaşması mübahisənin yalnız formal mülkiyyət aspektini əhatə etmiş, tərəflər arasında faktiki olaraq formalaşmış münasibətlərin və iddiaçının həmin münasibətlərdəki davranışının hüquqi nəticələrini nəzərə almamışdır. Kollegiya hesab edir ki, belə yanaşma iş üzrə düzgün nəticəyə gəlmək üçün kifayət deyildir. Mülki hüquqların müdafiəsi yalnız hüquq sahibinin marağını təmin etməyə deyil, mülki dövriyyədə qanunçuluğun, vicdanlılığın, ardıcıllığın və hüquqi etimadın qorunmasına xidmət etməlidir. Şəxsin əvvəlki davranışına güvənərək öz həyat və məişət münasibətlərini müəyyən şəkildə quran digər şəxsin sonradan həmin davranışın heç olmamış kimi qəbul edilməsi nəticəsində əlverişsiz vəziyyətə salınması hüquqdan sui-istifadənin qadağan edilməsi prinsipinin məqsədi ilə uzlaşmır. Bu mənada hüquqdan sui-istifadənin müəyyən edilməsi mülkiyyət hüququnun üstünlüyünü inkar etmir, əksinə, mülkiyyət hüququnun hüquq sisteminin digər prinsipləri ilə birlikdə həyata keçirilməsini təmin edir. Kollegiyanın qənaətinə görə, iş üzrə müəyyən edilmiş faktiki hallar məcmu şəkildə aşağıdakı nəticəyə gəlməyə əsas verir: -iddiaçı mübahisəli torpaq sahəsini əldə etdiyi zaman cavabdehlərin həmin ərazidə yaşayışlarının mövcudluğundan məlumatlı olmuş; -iddiaçı cavabdehlərin həmin ərazidə yaşamalarına müəyyən müddət ərzində etiraz etməmiş; -iddiaçının öz nümayəndəsinin izahatına əsasən cavabdehlərin yaşayış məqsədilə istifadəsi üçün 0,12 ha torpaq sahəsi ayrılmış; -belə davranış cavabdehlərdə onların yaşayışının iddiaçı tərəfindən qəbul edildiyinə dair əsaslı güvən yaratmış; -iddiaçı isə hazırkı iddiasında əvvəlki davranışını nəzərə almadan cavabdehlərin həmin ərazidə heç bir hüquqi əsas olmadan yaşamalarına istinad etmiş; -əvvəlki razılığın nə vaxt, hansı əsasla və hansı qaydada sona çatdığı, hazırkı yaşayış evinin razılıq verilmiş 0,12 ha sahəyə münasibətdə yerləşməsi və cavabdehlərin yaşayışının konkret hansı hissədə əvvəlki razılıqdan kənara çıxdığı kifayət qədər müəyyən edilməmiş; -eyni zamanda hazırkı ərazidə iki fərdi yaşayış evinin olması fonunda əvvəlki qətnamədə nəzərdə tutulan tikili ilə hazırkı iddianın yönəldiyi yaşayış obyektinin eyniliyi də mübahisəsiz şəkildə fərdiləşdirilməmişdir. Göstərilən halların məcmusu kollegiyaya belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının hazırkı tələbi onun əvvəlki davranışı ilə ziddiyyət təşkil edir. Iddiaçı öz davranışı ilə yaratdığı faktiki vəziyyəti və bu davranışa cavabdehlərin güvənməsini nəzərə almadan yalnız mülkiyyət hüququnun formal mövcudluğuna istinad etməklə onların yaşayış evindən çıxarılmasını tələb etmişdir. Belə hüquq həyata keçirilməsi Mülki Məcəllənin 560.3.4-cü maddəsində nəzərdə tutulmuş digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi halına uyğun gəlir. Bu səbəbdən kollegiya iddiaçının hazırkı davranışını Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-cü maddələrinin mənası baxımından hüquqdan sui-istifadə kimi qiymətləndirir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun mövcudluğundan bilavasitə cavabdehlərin yaşayış evindən çıxarılması nəticəsinə gəlməklə iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları və həmin halların Mülki Məcəllənin 560-cı maddəsi baxımından hüquqi nəticələrini tam nəzərə almamışdır. Odur ki, Salyan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi cavabdehlər cavabdeh8, cavabdeh7 və digər cavabdehlərin Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən iddiaçıya məxsus torpaq sahəsindəki mübahisəli fərdi yaşayış evindən çıxarılmalarının qət edildiyi hissədə qanuni və əsaslı hesab edilə bilməz. Həmin hissədə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə “X1-Istehsalat Kompleksi” MMC-nin cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətlərinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdehlər cavabdeh8 və cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddiaçı “X1-Istehsalat Kompleksi” MMC-nin cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh4 Təqaüd qızının, cavabdeh6, cavabdeh1 və X10 Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən “X1-Istehsalat Kompleksi” MMC-yə məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətlərinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1966/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1966/2025
09.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver