Məhkəmə qərarları › İş №2(3-6)-4216/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4216/2026

09.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4216/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadlarından şikayət verilməsi üçün iddiaçı İddiaçı tərəfindən verilən “buraxılmış müddətin bərpası haqqında” ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “hasarın və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küç., *** saylı (keçmiş Ə.Cavad küç., 126) ünvanda yaşayan cavabdeh3, cavabdeh2 və cavabdeh1 istifadəsində olan qeyri-qanuni inşa edilmiş həmin evin texniki pasportunda nəzərdə tutulmayan daş hasar və özbaşına tikililərin cavabdeh3, cavabdeh2, cavabdeh1 vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 2) indiki ***-*** saylı ünvanda yerləşən özbaşına tikili texniki pasportda nəzərdə tutulmayan bölgü-sxemindən kənara çıxan əlavə daş hasarın və cavabdehlər tərəfindən həmin ünvandan küçə yoluna çıxan ərazidə tikilmiş tualetin sökülməsi cavabdehlərin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 vəkili Nümayəndə məhkəməyə vəsatət verərək, *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı cavabdehlər X1, cavabdeh2 və cavabdeh1 qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiasının Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küç., *** saylı (keçmiş Ə.Cavad küç., 126) ünvanda yaşayan cavabdeh3, cavabdeh2 və cavabdeh1 istifadəsində olan qeyri-qanuni inşa edilmiş həmin evin texniki pasportunda nəzərdə tutulmayan özbaşına tikililərin cavabdeh3, cavabdeh2, cavabdeh1 vəsaiti hesabına sökülməsinə dair hissəsi üzrə icraata xitam verilməsi və 2(5-104)- ****/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı cavabdehlər X1, cavabdeh2 və cavabdeh1 qızma qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiasının Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küç., *** saylı (keçmiş Ə.Cavad küç., 126) ünvanda daş hasarın cavabdeh3, cavabdeh2, cavabdeh1 vəsaiti hesabına sökülməsinə dair hissəsinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı “hasarın və özbaşına tikilinin (tualetin) sökülməsi” tələbinə dair iddia ərizəsi “hasarın sökülməsi” hissəsində baxılmamış saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı “hasarın və özbaşına tikilinin (tualetin) sökülməsi” tələbinə dair mülki iş üzrə icraata “özbaşına tikilinin (tualetin) sökülməsi” hissəsində xitam verilmişdir. Daha sonra iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadlarından şikayət verərək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "hasarın və özbaşına tikilinin (tualetin) sökülməsi” tələbinə dair iddia ərizəsi “özbaşına tikilinin (tualetin) sökülməsi” hissəsində xitam verilməsinə dair Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli qərardadının ləğv edilməsinin, iddia icraatının davam etdirilməsini xahiş etmişdir. Həmçinin iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadlarından şikayət verərək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "hasarın və özbaşına tikilinin (tualetin) sökülməsi” tələbinə dair iddia ərizəsi “hasarın sökülməsi” hissəsində baxılmamış saxlanmasına dair Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli Qərardadının ləğv edilməsini, iddia icraatının davam etdirilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-104)- ****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Sonradan iddiaçı İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "hasarın və özbaşına tikilinin (tualetin) sökülməsi” tələbinə dair mülki iş üzrə icraata "özbaşına tikilinin (tualetin) sökülməsi" hissəsində xitam verilməsinə dair, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "hasarın və özbaşına tikilinin (tualetin) sökülməsi” tələbinə dair iddia ərizəsi “hasarın sökülməsi” hissəsində baxılmamış saxlanmasına dair Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli qərardadlarından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətlər üzürlü səbəblərə görə buraxılmış hesab edilməsini, buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərardadlarından iddiaçı İddiaçı tərəfindən verilən buraxılmış müddətin bərpası haqqında ərizəsi təmin edilməmişdir. Müvafiq qərardad iddiaçı tərəfindən mübahisələndirilmiş və Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli qərardadlarından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətlər üzrlü səbəblərə görə buraxılmış hesab edilməsini, buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət müddət bərpa barədə ərizənin mahiyyətinə uyğun əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh cavabdeh3 şikayətə etiraz ünvanlayaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilərək, iddiaçı İddiaçı Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli Qərardadları üzrə şikayət vermə müddəti bərpa edilməlidir. Belə ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “İddiaçı tərəfindən isə ##.##.2026-cı il tarixli qərardadlardan şikayət verilməsinin qanunla müəyyən edilmiş müddətdə mümkün olmamasını təsdiq edən belə obyektiv və keçilməz hal təqdim edilməmişdir. Vəkillə təmin edilməsinə dair sonrakı müraciət və həmin müraciət üzrə məhkəmə tərəfindən qərardad qəbul edilməsi, xüsusilə də iş materiallarında artıq iddiaçının vəkil və nümayəndəsinin mövcud olduğu şəraitdə, üzrlü səbəb kimi qəbul edilə bilməz. Prosessual müddətin bərpası üçün səbəbin üzrlü hesab edilməsi məsələsində həlledici meyar həmin səbəbin şəxsin iradəsindən asılı olubolmaması və müvafiq prosessual hərəkətin vaxtında edilməsinə real maneə yaradıbyaratmamasıdır. Hazırkı iş üzrə isə belə hal müəyyən edilmir. Əksinə, iddiaçı və onun vəkili ##.##.2026-cı il tarixli qərardadlardan vaxtında məlumatlı olmuş, vəkil işdə iştirak etmiş, elektron kabinetdən istifadə etmiş və prosessual hərəkətlər həyata keçirmişdir. Buna baxmayaraq, şikayət qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilməmişdir.” Kollegiya göstərilənlərlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən şikayət geri qaytarılmışdır. Belə ki, şikayət verilən qərardadlar ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmiş, iddiaçı İddiaçı isə ##.##.2026-cı il tarixdə qəbzə imza etməklə həmin tarixli qərardadların surətlərini almışdır. İddiaçı tərəfindən məhkəməyə ##.##.2026-ci il tarixdə “vəkillə təmin edilmə” barədə ərizə təqdim olunmuş, birinci instansiya məhkəməsi ərizəni əsaslı hesab edərək, ##.##.2026-cı il tarixli Qərardadla ərizəni təmin etmişdir. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası müstəsna xarakter daşıyan prosessual təminat olmaqla, yalnız müddətin buraxılmasının şəxsin iradəsindən asılı olmayan, obyektiv və aradan qaldırıla bilməyən hallardan irəli gəldiyi sübuta yetirildikdə tətbiq oluna bilər. Bu baxımdan, müddətin bərpasını tələb edən şəxs yalnız müddətin buraxılmasına səbəb olan halların mövcudluğunu deyil, həmin hallar aradan qalxdıqdan sonra prosessual hüququnu ağlabatan müddət ərzində həyata keçirmək üçün zəruri çeviklik göstərdiyini də sübutetməlidir. İşin hallarından göründüyü kimi, şikayət üçün nəzərdə tutulan müddət axımı ##.##.2026cı il tarixdən etibarən başlamış, tərəf bir gün sonra vəkillə təmin edilmə barədə ərizə məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfin mövqeyini əsaslı hesab edərək, iddiaçı İddiaçı ərizəsini təmin etmişdir. Lakin məhkəmənin mövqeyi hazırda öz-özlüyündə bir-birinə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə şikayət verilməsi üçün vəkillə təmin edilmə barədə ərizəni təmin etməsinə baxmayaraq, bu proseslərin baş tutmasını müddətin ötürülməsinə üzrlü əsas hesab etməmişdir. Belə ki, məhkəmə müddətin ötürülməsini üzrsüz hesab edərkən iddiaçının artıq daha öncə dövlət hesabına vəkillə təmin olunduğunu və şikayət üçün vəkilə ehtiyac olmadığını bildirsə də, bu arqumentləri yenidən vəkillə təminat barədə qərardadında göstərməmiş, iddiaçının təkrar müraciətini təmin etmişdir. Bəlkə də, iddiaçıya daha öncə dövlət hesabına vəkillə təmin olunduğu və onun tərəfindən şikayətin verilə biləcəyi izah olunsa idi, müddət də ötürülməmiş olacaqdı. Bu halda məhkəmənin iddiaçıdan asılı olmayan səbəbdən müddətin ötürüldüyünü görməzdən gəlməsi əsassız olmuşdur. Belə olan halda, məhkəmə müdafiəsi hüququ konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası ilə müəyyən edilmiş ən mühüm insan hüquqlarından biri olduğunu və şəxsin bu hüququnun təmin olunmasının vaciblyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməli, onun qərardaddan şikayət vermək hüququ məhdudlaşdırılmamalıdır. Mülki-Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilərək, iddiaçı İddiaçı Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli Qərardadı üzrə şikayət vermə müddəti bərpa edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı tərəfindən Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026 tarixli qərardadı üzrə ötürülmüş şikayət müddəti bərpa edilsin və şikayət ona mahiyyəti üzrə münasibət bildirilməsi üçün müvafiq məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar