Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-120/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cəlilova X6 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair” ilk iddiası, Cavabdeh1 və Cəlilova X5 İddiaçı qarşı “çəkilmiş təmir xərclərinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cəlilova X6 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cəlilova X7 İddiaçı qarşı “çəkilmiş təmir xərclərinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx xxxx 2021-ci il tarixdə teleqram ünvanlayaraq sözügedən iddia ərizəsinin baxılmasını tələb etmədiyini bildirmişdir və əzinənin baxılmamış saxlanılmasını tələb etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi (vəkili) X3 ərizə verərək, qarşılıqlı iddia ərizəsinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş, ilkin iddanın mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cəlilova X6 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları” tələbinə dair iddia ərizəsi, Cavabdeh1 və Cəlilova X5 İddiaçı qarşı “çəkilmiş təmir xərclərinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cəlilova X6 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair” ilk iddiası, Cavabdeh1 və Cəlilova X5 İddiaçı qarşı “çəkilmiş təmir xərclərinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cəlilova X6 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Cavabdeh1 və Cəlilova X5 İddiaçı qarşı “çəkilmiş təmir xərclərinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar Cavabdeh1 və Cəlilova X6 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-120/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-120/2021
09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver