Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3559/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin cavabdeh cavabdeh22 və digərlərinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarılma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər cavabdeh2 və cavabdeh22, onların nümayəndələri (vəkilləri) vəkil2, cavabdehlər İsmayılov Elxan Əyyub oğlunun, cavabdeh9 və cavabdeh16 iştirakları ilə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin cavabdeh22 və digərlərinə qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh2 və cavabdeh22 nümayəndələri (vəkilləri), cavabdeh19, İsmayılov Elxan Əyyub oğlu, cavabdeh9 və cavabdeh16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. ## ###### 1993-cü il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən X4 Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 2 otaqlı ev təqdim edilmişdir.
2. ## ###### 1992-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən cavabdeh16 oğluna Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 2 otaqlı ev təqdim edilmişdir.
3. ## ###### 1992-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən Əlövsət Dadaşova Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 2 otaqlı ev təqdim edilmişdir.
4. ## ###### 1992-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən cavabdeh17 Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 2 otaqlı ev təqdim edilmişdir.
5. ## ### 1993-cü il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən İsmayılov Elxan Əyyub oğluna Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 2 otaqlı ev təqdim edilmişdir.
6. ## ###### 1992-cü il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən cavabdeh9 oğluna Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 2 otaqlı ev təqdim edilmişdir.
7. ## ###### 1992-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən yataqxana tipli “Turan” mehmanxanasının direktoru tərəfindən Şeyxova Mənzər İslam qızına Bakı şəhəri, Nizami rayonu, M.X. Şərifli küçəsində *** nömrəli 1 otaqlı ev təqdim edilmişdir.
8. Ailəli yataqxanada mənzil sahəsi tutmaq üçün yataqxanada işlədiyi müddətdə X4 Azərbaycan Karlar Cəmiyyəti Mərkəzi İdarə heyəti tərəfindən ## ###### 2000-ci ildə order verilmişdir.
9. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi tərəfindən verilmiş, ********** nömrəli, ##.##.2024 tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin xüsusi mülkiyyətindədir.
10. “xxxx” MMC-nin PC/DDƏQ/O**-**/** nömrəli, 04 sentyabr2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanının ətrafında yerləşən 2 otaqlı mənzillərin hazırkı tarixə orta aylıq kirayə haqqının ## ######## 2025-ci il tarixinə dəyəri 310 manatdır.
11. “AZƏRİNŞAAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və Texnologiya İnstitutunun ##.##.2024-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında 2 blokdan ibarət zirzəmili 9 mərtəbəli tataqxana tipli yaşayış binaları texniki cəhətdən qəzalı vəziyyətdədir və bina sakinlərinin normal yaşaması üçün yararsız, sakinlər və ətrafdan keçənlər üçün təhlükəli vəziyyətə düşmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi (iddiaçı) cavabdeh22 və digərlərinə qarşı (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin ünvan 5 ünvanındakı çoxmərtəbəli yaşayış binasında yerləşən 2 otaqlı *** №-li otaqdakı istifadə hüquqlarına 11 160 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sonradan İddiaçının vəkili və nümayəndəsi ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər cavabdeh22 və ailə üzvüləri: cavabdeh23, cavabdeh21, cavabdeh20, cavabdeh16 və ailə üzvüləri cavabdeh14, cavabdeh1, X6, İsmayılov Elxan Əyyub oğlu və ailə üzvüləri İsmayılova Əfsanə Rafiq qızı, cavabdeh19 və ailə üzvüləri cavabdeh11, Dadaşeva (Əhmədova) Günel Əlövsət qızı, cavabdeh12, cavabdeh9 və ailə üzvləri X7, cavabdeh8 Oqtay qızı, cavabdeh6 Oqtay qızı, cavabdeh17 və ailə üzvüləri cavabdeh5, X1, cavabdeh4, X3 ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında cavabdehlərin istifadə hüquqlarına hər bir ailə üçün 15 000 (on beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin otaqlardan ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
15. Həmin qətnamədən cavabdeh2 və cavabdeh22 nümayəndələri (vəkilləri), eləcə də cavabdeh19, İsmayılov Elxan Əyyub oğlu, cavabdeh9 və cavabdeh16 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
Apellyasiya baxışı
16. ## ###### 2026-cı il tarixində Bakı şəhəri Nizmai Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş məktubda cavabdeh11 tərəfindən qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verildiyi bildirilmiş və zərurəti yarandığından mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir .
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
18. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
19. Maddə 384.0.6. Apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-
20. Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması və prosessual müddətin bərpasına Prosessual dair ərizəyə münasibət bildirilməsi birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin cavabdeh22 və digərlərinə qarşı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh2 və cavabdeh22 nümayəndələri (vəkilləri), cavabdeh19, İsmayılov Elxan Əyyub oğlu, cavabdeh9 və cavabdeh16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il qərardadı ləğv olunsun və iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən cavabdeh11 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Azad İmanov
Səadət Səlimova