Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3167/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhər Icra Hakimiyyəti müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin boşaldılması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları
1. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Deparatmenti tərəfindən ##.##.2010-cu il tarixdə qəbul edilmiş *** nömrəli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən ** saylı evin, yaşayış sahəsi 26 m2 olan, 2 otaqlı, * saylı mənzilinin icarə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və keçmiş arvadı) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır.
2. ##.##.2007-ci il tarixli, AZ-İ seriyalı, ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X2 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.2007-ci il tarixdə 28 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə Qənbərov soyadı verilmişdir.
3. ##.##.2007-ci il tarixli, AZ-İ seriyalı, ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X6 arasında ##.##.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Qənbərov, arvada Qənbərova soyadı verilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 5 mərtəbəli, ** nömrəli evin, 2-ci mərtəbəsində yerləşən, 26 m2 yaşayış sahəsi olan, 2 otaqlı, * nömrəli mənzilin 1 nəfər ailə tərkibi ilə otaqlardan 10.04 m2 Cavabdeh istifadəsinə verilməsi, dəhliz, mətbəx, hamam, ayaqyolu (tualet) isə ümumi istifadədə saxlanılması qət edilmişdir.
5. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş QXM/*** nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 26 m2 olan, 2 otaqlı, * nömrəli mənzilin 1 otağının ##.##.2025-ci il tarixə 1 aylıq icarə dəyəri 150 manat, 2 otağının 1 aylıq icarə dəyəri 250 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən * nömrəli mənzildən – mənzilin ümumi sahəsi 10.2 m2 olan 1 otağından istifadə hüququna 9000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və həmin otağın boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 1991-ci ildə rəsmi nikaha daxil olmuş və onlar iddiaçının ailəsi (bacı və qardaşı) tərəfindən əldə edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinə pasport qeydiyyatına düşərək orada 16 il yaşamışlar. Cavabdeh sözügedən ünvana gəlin köçdüyündən cehiz əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Lakin əvvəllər normal ailə münasibətlərində olsalar da, birgə nikahdan övladları olmadığından aralarında tez-tez mübahisə yaranmış və nəticədə 2007-ci il tarixdə nikah ləğv edilmişdir (AZ- İ seriyalı ****** saylı nikahın pozulması haqqında şəhadətnamə əlavə edilir). Bundan sonra iddiaçı ##.##.2007-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuşdur (AZ-İ seriyalı ****** saylı nikah haqqında şəhadətnamə əlavə edilir). Cavabdeh isə öz növbəsində cehiz əşyalarının bir qismini 1 otağa yığaraq qapını kilidləmiş və mənzili tərk edərək ata evinə qayıtmışdır. Həmin vaxtdan, yəni 2007-ci ildən bu günə kimi mənzildə yaşamır və sözügedən mənzildən istifadə etmir. Iddiaçı ilə X7 birgə nikahdan ##.##.2008-ci il təvəllüdlü Nurəhməd Qənbərli və ##.##.2012-ci il təvəllüdlü Yusif Qənbərli adlı övladları dünyaya gəlmiş və onlar da həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar (şəxsiyyət vəsiqələri əlavə olunur). Eyni zamanda qeyd edilməlidir ki, Bakı Şəhəri Icra Hakimiyyəti Başçısının Aparatı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2010-cu il tarixli *** nömrəli sərəncamı ilə mənzilin icarə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və keçmiş arvadı) İddiaçı adına dəyişdirilmiş və iddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir. Mənzil faktiki olaraq 2 otaqdan ibarət olmaqla 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir (sərəncam əlavə edilir). Bundan sonra cavabdeh iddiaçıya qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair idda qaldırmış və iddia tələbi Suraxanı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi (sədrlik edən hakim – Natavan Tağıyeva) ilə təmin edilmişdir. Yekun qərara əsasən, mənzilin 1 otağının (sahəsi 10.02 m2 ) cavabdehin istifadəsinə verilməsi qət edilmişdir (qətnamə əlavə edilir). Təəssüf hissi ilə qeyd edilməlidir ki, 4 nəfərdən ibarət ailə tərkibi tam 17 ildir ki, həmin mənzildə 1 otaqda yaşayır və digər qapı 18 ildir ki, kilidlidir. Bu çox acınacaqlı vəziyyətdir. Göründüyü kimi, cavabdeh mənzildə uzun müddətdir yaşamasa da, qəsdən 1 otağın qapısını kilidləmiş və lazımsız köhnə əşyaları həmin otaqda saxlamaqla 4 nəfərdən ibarət ailənin tam 18 il müddətində 15 m2 -lik 1 otaqda sıxışıb qalmasına səbəb olmuşdur. Uşaqlar artıq böyüdüyündən 4 nəfərdən ibarət ailənin 1 otaqda yaşaması qeyri-mümkündür. Cavabdehin hələ də həmin mənzildə qeydiyyatda qalması və 1 otağı lazımsız köhnə əşyalarla doldurub 18 ildir kilidli saxlanması iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehə ədalətli kompensasiya verməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün qanunvericiliyin tələblərinə əsasən, iddiaçı ilk növbədə qiymətləndiriciyə müraciət etmişdir. Belə ki, “xxxx” MMC tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli, QXM/*** nömrəli qiymətləndirmə hesabatına görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən ** saylı evin, yaşayış sahəsi 26 m2 olan 2 otaqlı, * saylı mənzilinin 1 otağının (10 m2 + 3 m2 balkon hissəsinin) 1 aylıq icarə dəyəri 150 manat, 2 otağının (tam şəkildə) 1 aylıq icarə dəyəri 250 manat müəyyən edilmişdir. Iddiaçı cavabdehə 9000 manat (36 ay x 250 manat=9000 manat) məbləğində kompensasiya verməklə cavabdehin Iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən ** saylı evin * saylı mənzilindən istifadə hüququna xitam verilməsini istəyir. Cavabdeh iddiaçıya məxsus 2 otaqlı, orta təmirli mənzilin cəmi 1 otağına məhkəmə qətnaməsi ilə istifadə hüququ əldə etmiş, digər otaqda isə iddiaçı 4 nəfərdən ibarət ailə tərkibi ilə yaşamışdır. Bu nöqteyinəzərdən götürsək, cavabdehə qeydiyyatda olduğu mənzilin yerləşdiyi və ona yaxın ərazilərdə 1 otaqlı, orta təmirli mənzilin aylıq kirayə haqqı hesabı ilə kompensasiya ödənilməlidir. Belə olduğu halda, cavabdehə verilməli kompensasiyanın məbləği iddiaçının hazırda təklif etdiyi məbləğdən təxminən 2 dəfəyə qədər aşağı (təxminən 5400 manat) olacaqdı. Lakin, Iddiaçı qeyd edilən məbləğdən də artıq məbləğdə - 9000 manat məbləğində kompensasiya verir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən * nömrəli mənzildən istifadə hüququna 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzilin ümumi sahəsi 10.2 m2 olan 1 otağının Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı Səfərli oğluna təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halı odur ki, mübahisəli mənzil Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2010-cu il tarixli *** saylı sərəncamı ilə X4 2 nəfər olmaqla, yəni özü və keçmiş arvadı olan Cavabdeh icarə müqaviləsi əsasında verilmişdir. Iddiaçı ilə cavabdehin nikahı ##.##.2007-ci il tarixdə pozulsa da BŞIH qeyd edilən mənzili 2010-cu ildə hər iki şəxsə birlikdə vermişdir. Iddiaçı X4 ilə cavabdeh Cavabdeh nikahı pozulduqdan sonra iddiaçı yeni ailə qurur və cavabdehin həmin mənzildə yaşamasına maneələr yaradır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə həmin mənzilin 10.04 kv.metri Cavabdeh istifadəsinə verilmişdir. Lakin iddiaçı X4 və ailəsinin qanunsuz hərəkətləri nəticəsində cavabdeh Cavabdeh qeydiyyatda olduğu mənzildən istifadə edə bilməmişdir. Cavabdeh qeydiyyatda olduğu mənzildən istifadəni stifadə hüququn tanınması barədə 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən X4 təklif etmişdir ki, onun tərəfindən 20000 manat könpensasiya ödəyəcəyi təqdirdə mənzildən istifadə hüququna xitam verilməsi ilə razılaşa bilər. X3 təkliflə razılaşmamış konpensasiya ödəməkdən imtina etmişdir. Məhkəmə qətnaməsi ilə razılaşmayaraq bildirir ki, kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin boşaldılması tələbi iddiaçının subyektiv hüququ deyildir. Belə ki, həmin mənzil dövlətin balansında olmaqla iddiaçının xüsusi mülkiyyəti deyildir. Qeyd etdiyi kimi, iddiaçı ilə cavabdehin nikahı ##.##.2007-ci il tarixdə pozulduqdan sonra (yəni 3 il 8 aydan sonra) mənzil ##.##.2010-cu il tarixdə icarə müqaviləsi əsasında hər iki şəxsə verilmişdir. Verilən iddia tələbi ilk növbədə həmin şəxslərin mənzil üzərində hansı hüquqi statusa malik olmasından asılıdır. Hazırkı iddia tələbi xüsusi mülkiyyətdə olan mənzil ilə bağlı qaydalardan fərqlənir. Ümumi hüquqi yanaşmaya görə əgər hər iki şəxs icarəçi və ya bərabər istifadə hüququna malik şəxs kimi tanınıbsa, bir tərəf digərinin hüququna birtərəfli qaydada xitam verə bilməz. Istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi mümkündür, lakin bunun üçün həmin hüququn xarakteri və qanuni əsasları müəyyən edilməlidir. Hazırkı vəziyyətdə düzgün hüquqi nəticəyə gəlmək üçün məhkəmə tərəfindən aşağıdakı məlumatların aydınlaşdırılması vacibdir. 1. Mənzil dövlət mənzil fonduna aiddir, yoxsa sonradan özəlləşdirilib? 2. Icarə müqaviləsində hər iki şəxsin adı göstərilib, yoxsa yalnız birinin? 3. Boşanma nə vaxt baş verib? 4. Keçmiş həyat yoldaşı hazırda həmin mənzildə qeydiyyatdadırmı? 5. O, faktiki olaraq mənzildə yaşayırmı, əgər yaşamırsa səbəbi nədir? 6. Başqa yaşayış sahəsi varmı? Iddia tələbində cavabdeh keçmiş həyat yoldaşı bu mənzildə ailə üzvü kimi deyil, daha çox sərəncam və icarə müqaviləsi əsasında müstəqil istifadə hüququ əldə etmiş şəxsdir. Bu halda mühüm məqam ondan ibarətdir ki, onun hüququ yalnız keçmiş ərarvad münasibətlərindən irəli gəlmir. Dövlət orqanının sərəncamı və bağlanmış icarə müqaviləsi onun adına da hüquq yaratmışdır. Buna görə də həmin hüququn sadəcə "keçmiş həyat yoldaşı" arqumenti ilə ləğv edilməsi qanunsuzdur. Kompensasiya məsələsinə gəldikdə, dövlət mənzil fonduna aid yaşayış sahələrində istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi ilə bağlı mübahisə işin xüsusi hallarından asılıdır. Əgər keçmiş həyat yoldaşının hüququ birbaşa icarə müqaviləsi ilə tanınıbsa, məhkəmə onun hüququnun digər tərəfin istəyi ilə ləğv etməsi düzgün deyildir. Məhkəmə iddia tələbinə keçmiş həyat yoldaşı kimi deyil, hər iki şəxsin müstəqil olaraq mənzilin icarədarı kimi baxaraq qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinə icarədarın keçmiş ailə üzvü kimi baxaraq mənzildən istifadə hüququna 9000 manat məbləğində kompensasiya ödənilməklə xitam verməsi də ədalətli deyildir. Çünki həmin mənzil hər iki şəxsə birlikdə verildiyi üçün hər iki şəxsin gələcəkdə gözlənilən 1/2 hissədə mülkiyyət hüququ vardır. Bundan başqa iddiaçının qanunsuz hərəkətləri sayəsində mənzildə yaşaya bilmədiyi üçün cavabdehin həmin mənzilə 2016-cı ildə məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəməninin istinad etdiyi həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinə münasibətdə bildirir ki, mübahisəli mənzil Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin *** saylı sərəncamı ilə icarə müqaviləsi əsasında hər iki şəxsə birlikdə ##.##.2010-cu il tarixdə verilmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələrini nəzərdə tutur. Hazırkı işdə isə mənzilin mülkiyyətçisi hər iki şəxsdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti mülahizə və ehtimallardan ibarət olduğundan əsassızdır və təmin olunmamalıdır. Ilk növbədə qeyd edilməlidir ki, iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan da göründüyü kimi, cavabdeh iddiaçı ilə nikaha daxil olduğu 1991-ci il tarixdən etibarən iddiaçıya ailəsi tərəfindən alınmış mənzilə köçüb yaşamağa başlamış, iddiaçının razılığı ilə həmin ünvana pasport qeydiyyatına alınmış, 2007-ci ildən etibarən isə evi tərk etmişdir. Hazırda 19 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Sözügedən mənzil icarə müqaviləsi əsasında iddiaçıya verildiyindən və cavabdeh həmin mənzildə 1991-ci ildən etibarən yaşamağa başladığından, mübahisəli mənzilə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilmiş və uzun illər sonra cavabdehin istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. Halbuki, sözügedən Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Lakin cavabdeh uzun illər sonra iddiaçıya qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair idda qaldırmış və iddia tələbi Suraxanı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi (sədrlik edən hakim – Natavan Tağıyeva) ilə təmin edilmişdir. Yekun qərara əsasən Mənzilin 1 otağının (sahəsi 10.02 m2) cavabdehin istifadəsinə verilməsi qət edilmişdir. Halbuki, cavabdeh 2007-ci ildən könüllü olaraq mübahisəli mənzili tərk etmiş, həmin vaxtdan keçən 3 il ərzində onun tərəfindən mənzilə hüquq iddia etməsi barədə iddia qaldırılmamış, onun başqa ünvanda yaşaması səbəbindən həmin mənzildən istifadə hüququ əslində 2008-ci ildən aradan qalxmışdır. Bu səbəbdən cavabdehin sözügedən ünvanda yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməli idi. Lakin buna baxmayaraq, iddiaçı həmin qətnaməni mübahisələndirməmiş və bir neçə dəfə kompensasiya ödənişi təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Eyni zamanda apellyasiya şikayətində qeyd edildiyi kimi, cavabdeh 2016-cı ildə özü də 20.000 manat kompensasiya qarşılığında mənzildən istifadə hüququna xitam verilməsi ilə razılaşacağını bildirmişdir. Bu fakt onun mənzilə olan real ehtiyacının olmadığını, yalnız iddiaçıya qarşı süni əngəllər yaratmaq niyyəti daşıdığını sübut edir. Lakin burada qeyd edilməlidir ki, mənzildən istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa da, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Belə ki, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə cavabdehin müəyyən sahədən istifadə hüququnun tanınması həmin hüququn bütün hallarda və müddətsiz olaraq toxunulmaz qalması mənasını daşımır. Məhkəmə tərəfindən sonradan yaranmış və ya mövcud olmuş konkret hallar, tərəflərin hüquqi statusu, yaşayış sahəsinin faktiki istifadəsi, tərəflərin münasibətləri və digər hüquqi əhəmiyyətli hallar nəzərə alınmaqla istifadə hüququnun xitamı məsələsinə ayrıca baxıla bilər. Əks yanaşma məhkəmə müdafiəsi mexanizmini faktiki olaraq mümkünsüz edər və bir dəfə tanınmış istifadə hüququnun sonradan heç bir halda dəyişdirilə bilməyəcəyi kimi qanunda olmayan nəticəyə gətirib çıxarar. Belə ki, cavabdeh illərdir həmin mənzildə yaşamır və təsərrüfatı iddiaçı ilə birgə aparmır. Mənzildə faktiki yaşamayan və digər şəxslə (iddiaçı ilə) aralarında düşmənçilik münasibətləri olan keçmiş həyat yoldaşının mənzildən istifadə hüququnu davam etdirməsi, yaşayış sahəsinin təyinatına ziddir və iddiaçının mənzil hüquqlarını pozur, həmçinin onun mənzildən normal istifadəsinə maneə törədir. Ümumiyyətlə, həmin mənzilin iddiaçının icarəsində olduğu dövrdə cavabdehin yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hər hansı vəzifələri yerinə yetirməsi mülki iş materialları ilə təsdiq olunmamışdır. Əksinə, mübahisəli mənzilin icarə müqaviləsi iddiaçının adına dəyişdirildikdən sonra da, həmçinin ondan əvvəl də yaşayış sahəsinin icra müqaviləsindən irəli gələn vəzifələri, yəni mənzilin idarə olunması, mənzilin kommunal xərclərinin ödənilməsi və sair iIddiaçı tərəfindən həyata keçirilmiş və mənzilə xidmət göstərən telekommunikasiya və rabitə xidmətlərinə dair müqavilələr də məhz iddiaçı ilə bağlanmışdır. Cavabdeh apellyasiya şikayətində əsas dəlillərindən biri kimi göstərmişdir ki, mübahisəli mənzil dövlətin balansındadır və iddiaçı həmin mənzilin xüsusi mülkiyyətçisi olmadığı üçün mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə tələb irəli sürmək hüququna malik deyildir. Bu dəlil hüquqi baxımdan əsassızdır. Belə ki, iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğu mənzilin onun xüsusi mülkiyyətində olub-olmaması ilə məhdudlaşmır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 6.0.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və xitam verilməsi mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 8.0.2-ci maddəsinə görə mənzil hüquq və vəzifələri, o cümlədən dövlət orqanlarının aktlarından və müqavilələrdən əmələ gələ bilər. Deməli, dövlət mənzil fonduna aid yaşayış sahəsində müvafiq sərəncam və icarə müqaviləsi əsasında yaranmış hüquq da hüquqi müdafiəyə malik subyektiv mənzil hüququdur. Halbuki iş üzrə də həlledici məsələ iddiaçının mülkiyyətçi olub-olmaması deyil, onun mübahisəli yaşayış sahəsi üzrə əsas icarədar statusuna malik olmasıdır. Əgər iddiaçı əsas icarədardısa, onun hüquqi statusu mülkiyyətçi statusundan fərqli olaraq məhz icarə münasibətindən irəli gələn subyektiv mənzil hüququdur. Bu səbəbdən cavabdehin iddiaçının subyektiv hüququnun olmadığını əsaslandırmaq üçün mülkiyyət hüququnun olmamasına istinad etməsi hüquqi cəhətdən düzgün deyil. Beləliklə, iddiaçının mübahisəli yaşayış sahəsi ilə bağlı hüquqi statusu onun xüsusi mülkiyyətçi olub-olmaması ilə deyil, həmin yaşayış sahəsinə dair mövcud inzibati akt, icarə münasibətləri və digər hüquqi əsaslarla müəyyən edilmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində əvvəlcə mənzilin dövlət mənzil fonduna aid olduğunu və iddiaçının mülkiyyətçi olmadığını bildirir. Lakin eyni şikayətdə daha sonra “mənzilin hər iki şəxsə birlikdə verildiyini”, “hər iki şəxsin gələcəkdə gözlənilən 1/2 hissədə mülkiyyət hüququ olduğunu” iddia edir. Bu arqumentlər də bir-biri ilə uzlaşmır. Belə ki, yaşayış sahəsinin dövlət mənzil fonduna aid olması və onun icarə müqaviləsi əsasında verilməsi həmin mənzilə avtomatik olaraq paylı mülkiyyət hüququ yaratmır. Mülkiyyət hüququnun yaranması üçün qanunda nəzərdə tutulmuş hüquqi əsas və müvafiq hallarda dövlət qeydiyyatı tələb olunur. Belə ki, sözügedən sərəncamda əsas icarədar kimi iddiaçı göstərilmişdir. Cavabdeh sadəcə olaraq ailə üzvü kimi qeyd edilmişdir. Yəni gələcəkdə mülkiyyət hüququ gözləntisi yalnız iddiaçıya məxsusdur. Çünki icarə müqaviləsi və ya müvafiq icra hakimiyyəti orqanının sərəncamı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Buna görə də cavabdehin “gələcəkdə 1/2 mülkiyyət hüququ” barədə ehtimalı hazırkı mübahisədə hüquqi nəticə yaradan sübut kimi qəbul edilə bilməz. Bundan başqa “R.Ağalarovun şikayəti üzrə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Belə ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Xüsusilə qeyd olunmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qeyd olunmalıdır ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Bu baxımdan, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Məhkəmə təcrübəsində yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, tərəflər arasında yaranmış mənzil mübahisələrinin sivil yolla həlli üçün yeganə mexanizmdir. Iddiaçı bazarda mövcud olan orta qiymətlər əsasında müəyyən edilmiş 9000 manatlıq kompensasiyanı təklif etməklə, cavabdehin mənafeyini də nəzərə almışdır. Belə ki, kompensasiya təklifi cavabdeh üçün kifayətdir və bu, onun Konstitusiya ilə qorunan mənzil hüququnu pozmur, əksinə, həmin hüququ başqa bir formada (pul ekvivalentində) təmin edir. Odur ki, dövlət mənzil fondunda yerləşən yaşayış sahəsinin əsas icarəçisinin həmin yaşayış sahəsindən istifadə hüququnun tənzimlənməsi və qanuni əsaslar olduqda digər şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi onun subyektiv hüququnun həyata keçirilməsidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları araşdıraraq cavabdehin istifadə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və mübahisəli sahənin boşaldılması barədə düz nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları təkzib edən yeni mötəbər sübutlardan daha çox hüquqi mülahizələr və ehtimallar irəli sürülmüşdür. Odur ki, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassız olduğundan rədd edilməli və tərəflər arasındakı ailə münasibətlərinə 2007-ci ildən rəsmi olaraq xitam verilməsini, onlar arasında etibarlı əlaqələrin kəsilməsini, cavabdehin son 19 il ərzində mənzildə yaşamamasını, onun daimi olaraq ata evində yaşamasını, işləməsini, eyni zamanda cavabdehin 2007-ci ildən daimi olaraq yaşayış sahəsinə olan ehtiyacını iddiaçının istifadəsində olan mənzildən istifadə etməməklə qarşılamasını nəzərə alaraq, apellyasiya şikayəti təmin edilməməlidir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (## #### 1982-ci il tarixdən ## ####### 2009-cu il tarixədək qüvvədə olan)
16. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
17. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlər 1991-ci il tarixdən etibarən əmələ gəldiyindən mövcud mübahisəli hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli, mülki mübahisənin qanuni və əsaslı həlli məqsədilə həmin qanunvericilik aktının müvafiq normaları rəhbər tutulmalıdır.
33. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin “Icarədarın ailə üzvlərinin hüquq və vəzifələri” adlanan 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
34. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
35. Işin hallarından görünür ki, iddiaçı və cavabdeh arasında 1991-ci il tarixdə rəsmi nikah bağlanmış, cavabdeh iddiaçı ilə rəsmi nikah münasibətlərinə daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən * nömrəli mənzilə şəxsi əşyaları ilə birlikdə köçərək, yaşamağa başlamışdır. Tərəflər arasında bağlanmış nikah 2007-ci il tarixdə pozulmuş, iddiaçı ikinci dəfə ailə həyatı qurmaqla başqa şəxslə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin mənzildə yaşamağa davam etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, 2(010)- ****/**** nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 5 mərtəbəli, ** nömrəli evin, 2-ci mərtəbəsində yerləşən, 26 m2 yaşayış sahəsi olan, 2 otaqlı, * nömrəli mənzilin 1 nəfər ailə tərkibi ilə otaqlardan 10.04 m2 Cavabdeh (hazırkı iş üzrə cavabdeh) istifadəsinə verilməsi, dəhliz, mətbəx, hamam, ayaqyolunun (tualetin) isə ümumi istifadədə saxlanılması qət edilmişdir. Cavabdehin mübahisəli mənzilin 1 otağından istifadə hüququ müəyyən edilsə də, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verilən tarixdən etibarən həmin mənzildən çıxmışdır və hazırda yaşayış sahəsinə olan ehtiyacını başqa yaşayış yerində yaşamaqla təmin edir. Belə ki, cavabdehin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli mənzilin 1 otağından istifadə hüququ əldə etməsi, yəni istifadə hüququnun məhkəmə qətnaməsi ilə tanınması (təsdiq edilməsi), cavabdehin 2016-cı il tarixdən etibarən mübahisəli mənzildə yaşamaması və daimi yaşayış yerinin sözügedən mənzildən savayı başqa yaşayış yeri olması mülki işin tərəflər arasında mübahisəsiz hallarını təşkil edir. Işin mübahisəli halı isə cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilib-verilməməsi ilə bağlıdır.
36. Işin halları baxımından müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin ünvan 1 ünvanında yerləşən * nömrəli mənzildən istifadə hüququ Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış və bu hüquq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında təsdiq edilmişdir. Mənzildən məhdud əşya hüququ qismində istifadə hüququ məhkəmə qətnaməsi əsasında tanınsa da, təxminən 10 ildir ki, həmin yaşayış sahəsində yaşamır. Mübahisəli mənzildə onun istifadəsinə verilmiş otaqdan yalnız şəxsi otaqlarının saxlanılması məqsədilə istifadə edir, otağı bağlı saxlayaraq yaşayış sahəsini faktiki istifadə etmir və onun hazırkı mübahisənin obyektini təşkil edən mənzilin bir otağından istifadə etmək ehtiyacı aradan qalxmışdır. Nəzərə alınmalıdır ki, hər hansı hüququ, o cümlədən məhdud əşya hüququ qismində mənzildən istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxması, həmin hüququn özünün xitamı ilə nəticələnir.
37. Qeyd edilməlidir ki, iddiaçı cavabdehlə nikah münasibətləri pozulduqdan sonra yeni ailə qurmuş və 2 övladı dünyaya gəlmişdir. Hazırda isə mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən faktiki istifadə olunmayan bir otağın bağlı saxlanılması iddiaçı və onun ailə üzvlərinin normal yaşayış şəraitinə mane olur, yaşayış sahəsindən səmərəli istifadə imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
38. Azərbaycan SSR Mənzil Məcəlləsinin tələblərinə əsasən, mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi qaydası nəzərdə tutulmamış, bununla belə bu imkanın həyata keçirilməsi birmənalı şəkildə qadağan edilməmişdir.
39. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mənzildən istifadə hüququnun əmələ gəlməsinə səbəb olan əsasın aradan qalxması müvafiq hüquqa kompensasiya ödənilmədən xitam verilməsini şərtləndirsə də, iddiaçı həmin hüquqa kompensasiya ödənilməklə xitam verilməsini məhkəmədən xahiş etdiyindən, iddia tələbindən kənara çıxılması üçün müstəsna hallar baxılan iş üzrə müəyyən edilmədiyindən və kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi cavabdehin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd olmadığından müvafiq hüquqa kompensasiya ödənilməklə xitam verilə bilər. Belə ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna münasibətdə müəyyən məbləğdə kompensasiya ödənilməsi onun mənafelərinin qorunmasına xidmət edir və eyni zamanda iddiaçının gözlənilən mülkiyyət hüququnun və ailəsinin normal yaşayış şəraitinin təmin olunmasına imkan yaradır. Bu qənaətə gələrkən məhkəmə “qanunla qadağan edilməyən hər şey yolveriləndir” tezisindən çıxış edir və dispozitivlik prinsipinin mövcudluğunu proses iştirakçılarının diqqətinə çatdırır.
40. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi).
41. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
42. Ifadə edilən hüquqi mövqelər yaşayış sahəsinə ehtiyac aradan qalxmadığı hallarda yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ olan şəxslərin müvafiq hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi zamanı ödənilməli olan təzminat məbləğinin müəyyən edilməsinin məcburi meyarlarıdır.
43. Baxılan iş üzrə cavabdehin yaşayış sahəsinə belə bir “ehtiyacı” olmadığından, məhkəmə hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləğinin real bazar qiymətinə uyğun olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi bu və ya digər qanuni zərurətdən irəli gəlmir.
44. Belə olan halda, iddiaçının təklif etdiyi 9000 manat məbləğində kompensasiya məbləğini cavabdehin istifadə hüququna xitam verilməsi üçün ədalətli və ağlabatan həddə hesab edilməklə sonuncunun mənzildən istifadə hüququna xitam verilməsinə dair məhkəmənin qənaəti əsaslı olmuşdur.
45. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, əvvəlki Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla, cavabdehin artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşaması, mübahisəli mənzildə onun istifadəsinə verilmiş otaqdan yalnız şəxsi otaqlarının saxlanılması məqsədilə istifadə etməsi, otağı bağlı saxlayaraq yaşayış sahəsini faktiki istifadə etməməsi, onun hazırkı mübahisənin obyektini təşkil edən mənzilin bir otağından istifadə etmək ehtiyacının aradan qalxması iş materialları ilə öz təsdiqini tapmışdır. Və nəzərə alınmalıdır ki, hər hansı hüququ, o cümlədən məhdud əşya hüququ qismində mənzildən istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxması, həmin hüququn özünün xitamı ilə nəticələnir.
46. Cavabdeh apellyasiya şikayətində iddiaçının mənzilin mülkiyyətçisi olmadığını bu səbəbdəb hazırki tələblə çıxış etməyə subyektiv hüququnun olmadığını qeyd etsə də, kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq isə, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Hazırki iş üzrə iddiaçı məhz icarə münasibətindən irəli gələn mənzildən istifadə hüququna əsasən hazırki tələblə çıxış etməkdə haqlıdır.
47. Həmçinin, cavabdeh apellyasiya şikayətində məhkəmənin iddia tələbinə icarədarın keçmiş ailə üzvü kimi baxaraq mənzildən istifadə hüququna 9000 manat məbləğində kompensasiya ödənilməklə xitam verməsinin ədalətli olmadığını və həmin mənzilin hər iki şəsxə birlikdə verildiyi üçün hər iki şəxsin gələcəkdə gözlənilən 1/2 hissədə mülkiyyət hüququnun olduğunu qeyd etmişdir.
48. Kollegiya həmin dəlilə münasibətdə qeyd edir ki, hazırda iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələbi birgə nikah dövründə əldə edilmiş ümumi əmlak aktivinin və ya ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı deyil, sırf məhdud əşya hüququna xitam verilməsi ilə əlaqədardır.
49. Kollegiya bildirir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
50. Göründüyü kimi, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut apellyator tərəfindən təqdim edilməmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.