Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3700/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh Cavabdeh iddiaçı ilə ##.##.2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, ##.##.2024-cü il tarixdə isə onların arasında olan nikahı pozulmuşdur. Birgə nikahlarından 2 övladı dünyaya gəlmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.40 kv.m sahədən ibarət olan fərdi yaşayış evi ##.##.2020-ci il tarixindən mülkiyyət hüquqları ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdehin mənzildən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini himayəsində olan azyaşlı uşaqları ilə birgə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə İddiaçı Nuriddinoviçə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi, **K nömrəli evdən 5.400 manat kompensasiya ödənilmək şərtilə cavabdeh Cavabdeh və onun himayəsində olan yetkinlik yaşına çatmamış övladları ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 məcburi qaydada çıxarılması və onların istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Nuriddinoviç cavabdeh Cavabdeh ilə ##.##.2008-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Cavabdeh Cavabdeh “nikahın pozulması, birgə nikahdan olan uşaqlarının onun himayəsində qalması və onların saxlanması üçün aliment” tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(008) ****/**** nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikahı pozulmuş və birgə nikahdan anadan olmuş uşaqlar Cavabdeh himayəsinə verilmişdir. Hazırda cavabdeh ona məxsus evdə yasamağa davam edir və bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, onların nikahları pozulduğundan bir-birinə tamamilə yad adamlardır. Oların bir evdə yaşamağı mənəvi baxımdan da mümkün deyil. Eyni zamanda yaşadıqları ev ona anası tərəfindən bağışlanılmışdır. Cavabdehin həmin evdə heç bir pay hüququ yoxdur. Nikahlarının pozulması məhz cavabdehin tələbi əsasında olmuşdur. Belə ki, iddiaçı ona məxsus olan evinə mülkiyyətçi kimi sərbəst sərancam verməyinə, öz evinə köçüb yaşamağına, həmin evdə keçmiş həyat yoldaşının, yetkinlik yaşına çatmamış uşaqları 11,03.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 yaşaması mane olur. Cavabdehdən evi könüllü olaraq tərk etməsini xahiş etmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq, pasport qeydiyyatından çıxmamış və orada yaşamaqda davam edir. Belə ki, həmin ərazidə iddiaçının evinə oxşar evin kirayə haqqı 100-150 manat civarındadır. İddiaçı Nuriddinoviç cavabdehə kirayə ev tutmaqla əlaqədar kompensasiya olaraq 5.400 (beş min dörd yüz ) manat pul məbləği ödəməyə hazırdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəli halları cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsasın olub olmaması, olduqda isə ona ödəniləcək kompensasiyanın məbləğidir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər 2014-cü ildə mübahisəli evə köçərək yaşamağa başlamışlar yəni, hüquq münasibətləri 2014-cü ildə yaranmış və yaşayış evi mülkiyyət kimi iddiaçının adına 2020-ci ildə dövlət qeydiyyatına alındığından, hazırki mübahisəyə ##.##.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında nikah münasibətlərinə 2024-cü ildə xitam verilmişdir. Bununla da cavabdehin iddiaçının ailə üzvü statusu aradan qalxmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma olmadıqda ailə münasibətlərinə xitam verilməsi həmin şəxsin yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasına əsas vermir. Məhkəmə nəzərə almışdır ki, cavabdehin mübahisəli mənzildən istifadəsini davam etdirməsi barədə tərəflər arasında hər hansı razılaşma müəyyən edilməmiş, cavabdeh mənzilə müstəqil yaşayış hüququ əsasında deyil, yalnız ailə münasibətləri ilə bağlı daxil olmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə iddia tələbinin cavabdehə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə təyin edilmiş qiymətləndirmə rəyinə əsasən cavabdehin başqa yaşayış sahəsi ilə təmin olunması məqsədilə aylıq kirayə haqqının 3 illik dövr üzrə hesablanması nəticəsində kompensasiyanın məbləği 16.200 manat müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tərəflərə mübahisənin barışıq yolu ilə həlli imkanları izah edilmiş, iddiaçıya qeyd olunan məbləğdə kompensasiya ödəməklə cavabdehlərin yaşayış sahəsindən çıxarılması məsələsinin həll edilə biləcəyi təklif olunmuşdur. Lakin iddiaçı yalnız 5.400 manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirmiş, müəyyən edilmiş 16.000 manat məbləğində kompensasiyanın ödənilməsinə razılıq verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə təklif olunan kompensasiya məbləği yaşayış sahəsinin bazar qiyməti və ya istifadə hüququna xitam verilməsi tələb edilən şəxsin həmin məbləğə ayrıca yaşayış sahəsi ala bilməsi ilə şərtləndirilməməsinə baxmayaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə həmin kompensasiya hesabına istifadəçinin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradan kompensasiya təklif edilməli olduğu halda, 5.400 manat məbləğində kompensasiya belə imkan yaratmır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci insatansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli şəkildə araşdırmadan və yalnız qarşı tərəfin formal mülahizələrin əsas tutaraq onun cavabdehə ilkin olaraq təqdim etdiyi 5.400 manat kompensassiya məbləğinin az miqdar olmasını əsas götürərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul etmişdir. Hansı ki, mülkiyyətində olan fərdi yaşayış evinin dəyəri yerləşdiyi əraziyə və evinin çıxarışında göstərilən ümumi sahəsinə görə xeyli aşağıdır. Həmçinin, həmin ərazidə mənzil kirayə qiymətləri də hər ay üçün təxminən 250-300 manat civarındadır. Bu da onun təklif etdiyi kompensasiya müqabilində mülkiyyətində olan evə istifadə hüququna xitam verildikdən sonra cavabdehə özünü digər yaşayış sahəsi ilə təmin edənədək uzun müddət kirayədə yaşamaq imkanı verir. Bundan əlavə məhkəmə iclasları zamanı evin yaşayış sahəsinə mütənasib olaraq daha artıq miqdarda 11.000 manat məbləğində cavabdehə kompensasiya ödənilməsi təklif olunsa da cavabdeh bu təkliflə də razılaşmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə kompensasiyanın konkret məbləği dəqiq müəyyən edilməmişdir. Həmin məbləğ məhkəmə tərəfindən ağlabatan məbləğdə müəyyən olunur. Beləliklə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin tələblərini pozmaqla yanaşı, eyni zamanda işin faktiki hallarını tam və obyektiv şəkildə araşdırmadan belə bir qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ağlabatan kompensasiya məbləği ödənilmək şərti ilə cavabdehin, onun mülkiyyətində olan evə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 27.1-ci maddəsində göstərilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. 2009-cu il #######ın #-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarına göstərilmişdir ki, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş "bazar qiyməti ilə müvafiq kompensasiya" ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli plenum qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh iddiaçı ilə ##.##.2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, ##.##.2024-cü il tarixdə isə onların arasında olan nikah pozulmuşdur. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.40 kv.m sahədən ibarət olan fərdi yaşayış evi 2014-cü ildə tikilmiş, iddiaçıya anası tərəfindən ##.##.2019-cu il tarixdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bağışlanmışdır. ##.##.2020-ci il tarixində isə mənzil üzərində mülkiyyət hüquqları İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı hazırda iddia ilə müraciət edərək, cavabdehin mənzildən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini, himayəsində olan azyaşlı uşaqları ilə birgə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməklə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyinə görə iddia təmin edilə, 5.400 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzilindən istifadə hüququna xitam verilərək, çıxarıla bilməz. Apellyasiya baxışı zamanı isə iddiaçı İddiaçı ərizə ilə Məhkəmə Kollegiyasına müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi, **K nömrəli evdən cavabdeh Cavabdeh və onun himayəsində olan yetkinlik yaşına çatmamış övladları ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 məcburi qaydada çıxarılması və onların istifadə hüququna xitam verilməsi ilə bağlı təklif edilmiş kompensasiya məbləğinin artırılmaqla 15.000 manat təklif etdiyini bildirmişdir. Cavabdeh Cavabdeh isə Məhkəmə Kollegiyasının iclasında həmin məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən kompensasiya məbləğinin 5.400 manatdan 15.000 manatadək artırılması iddianın hüquqi əsasının və ya predmetinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının ilkin tələbi mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin və onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və onların həmin yaşayış sahəsindən çıxarılması olmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçının irəli sürdüyü tələb mahiyyət etibarilə dəyişməmiş, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılma barədə eyni tələb irəli sürülmüş, yalnız həmin hüququn xitamının şərti olan kompensasiyanın məbləği artırılmışdır. Başqa sözlə, iddiaçı birinci instansiya məhkəməsinin icraatında olan mülki iş üzrə verdiyi iddia tələbinin məzmununu müdafiə etməyərək apellyasiya şikayətini qismən etiraf edərək iddia tələbinin məzmununda olan kompensasiya məbləğinin artırmaqla hazırki mübahisənin sonlandırılması niyyətində olmasını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Hazırkı halda isə apellyasiya instansiyasında yeni və müstəqil tələb irəli sürülməmiş, ilkin iddianın predmeti dəyişdirilməmişdir. Kompensasiya məbləğinin dəyişdirilməsi isə həmin tələbin həcminin müəyyənləşdirilməsi ilə bağlı olub, özlüyündə yeni tələb və ya iddianın yeni hüquqi əsası yaratmır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir və məhkəmə belə işlərə baxarkən kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Həmin hüquqi mövqeyə görə kompensasiyanın məbləğinin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi də mümkündür. Bu baxımdan, apellyasiya baxışı zamanı iddiaçının kompensasiya məbləğini 15.000 manat müəyyən etməklə tələbini davam etdirməsi iddianın hüquqi əsasının dəyişdirilməsi deyil, mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödənilməli kompensasiyanın məbləğinin dəyişdirilməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, işin apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh iddiaçı tərəfindən təklif edilmiş 15.000 manat kompensasiya məbləği ilə razı olduğunu Məhkəmə Kollegiyasının iclasında açıq şəkildə bildirmişdir. Beləliklə, tərəflər arasında kompensasiyanın məbləği ilə bağlı yaranmış fikir ayrılığı da aradan qalxmışdır. Məhkəmə Kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsi məsələsində məhkəmə konkret işin hallarından çıxış etməli, tərəflərin hüquq və qanuni mənafeləri arasında ədalətli və ağlabatan tarazlığı təmin etməlidir. Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, 15.000 manat məbləğində kompensasiya hazırkı işin konkret halları baxımından ağlabatan və mütənasib olmaqla, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində onun mənzil maraqlarının qorunmasını və tərəflərin hüquq və qanuni mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsini mümkün edir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və apellyasiya baxışı zamanı iddiaçının 15.000 manat kompensasiya ödəməyə hazır olması və cavabdehin həmin məbləğlə razılaşması nəzərə alınaraq, iddia 15.000 manat kompensasiya ödənilməklə iddia təmin edilməli, qətnamənin real icrasını təmin etmək məqsədi ilə kompensasiyanın verlməsi ilə istifadə hüququnun xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Nuriddinoviçin cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 78,40 kv.m olan fərdi yaşayış evindən istifadə hüququna iddiaçı İddiaçı Nuriddinoviç tərəfindən 15.000 (on beş min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış övladları ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən kompensasiyanın verilməsi ilə istifadə hüququnun xitam verilməsi və çıxarılması eyni vaxtda icra edilsin. İddia ərizəsinin eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı Nuriddinoviçin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.