Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1235/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Ərizəçi X1 “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamının AZ-İ 858443 №-li Ölüm haqqında şəhadətnamədə göstərilən X2 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: Ərizəçi X3 maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini qeyd etməklə “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamının AZ-İ 858443 №-li Ölüm haqqında şəhadətnamədə göstərilən X2 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, " ... Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: Birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir". Ərizənin özündə də qeyd olunduğu kimi (“ ... mənə şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməliyəm” – ərizəçi səhvin aradan qaldırılması üçün rəsmi qaydada müraciət edildiyi halda, cavab da şifahi deyil, yazılı olardı), ərizəçi tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl hüquqmüəyyənedici sənədləri verən təşkilata sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi barədə müraciət edilməmiş və müvafiq imtina alınmamışdır. Belə olan halda ərizəyə hazırkı mərhələdə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən isə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, ərizəçi X1 “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamının AZ-İ 858443 №-li Ölüm haqqında şəhadətnamədə göstərilən X2 məxsus olması faktının müəyyən edilməsi ” barədə ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizəçiyə izah edilməlidir ki, o, ilkin olaraq hüquqmüəyyənedici sənədləri verən təşkilata sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi barədə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi X1 “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamının AZ-İ 858443 №-li Ölüm haqqında şəhadətnamədə göstərilən X2 məxsus olması faktının müəyyən edilməsi ” barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, o, ilkin olaraq hüquqmüəyyənedici sənədləri verən təşkilata sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi barədə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1235/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1235/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver