Məhkəmə qərarları › İş №2(3-10)-451/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-451/2026

19.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-451/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi2 və ərizəçi1 Ismayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə mülki iş üzrə (Açar sözlər: «hüquqi əhəmiyyətli faktın müəyyən olunması» tələbi, qüvvə) Hakimlər X14 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, ərizəçilər ərizəçi2 və ərizəçi1, ərizəçi ərizəçi2 nümayəndəsi və vəkili vəkil2, maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Ərizəçilər ərizəçi2 və ərizəçi1 Ismayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Ərizəçilər ərizəçi2 və ərizəçi1 məhkəməyə müraciət edərək ## #### 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ölkə ərazisində aparılan məlum torpaq islahatları zamanı mərhum X8 atasından miras qalan fərdi yaşayış evinin yerləşdiyi, qanuni istifadəsində olan 0,02 hektar həyatyanı torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi üçün Ismayıllı rayon Lahıc qəsəbəsi yerli Aqrar Islahat Komissiyası tərəfindən tərtib olunmuş siyahıda Xalid Şıxıyevin adı da qeyd edilmişdir. Lakin həmin siyahıda X4in soyadı anasının qızlıq soyadı olan “Əlimərdanov” soyadı ilə yazılmışdır. Soyadı səhv yazılmaqla siyahı Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli ** saylı qərarı ilə təsdiq olunaraq AR DTXK-nə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsünə dair X9 da soyadı texniki səhv olaraq "Şıxıyev" əvəzinə "Əlimərdanov" yazılmışdır. Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli ** saylı qərarına uyğun olaraq Ismayıllı rayonu Lahıc kəndində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 223.9 kv.m. torpaq sahəsinin planı tərtib edilərək X9 kitabında mərhum Əlimərdanov Xalidin adına ## #### 2010-cu il tarixdə isə 2713 nömrə ilə uçota alınaraq "A" seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair X9 verilmişdir. Bu halı eyni zamanda Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” X25 vəkil sorğusuna ## ######## 2024-cü il tarixli, 3-21-3-60/2- ****/**** saylı cavab məktubu da təsdiq etmişdir. Belə ki, məktubda da qeyd edilir ki, Mərkəzin arxivində saxlanılan ##.##.1999-cu il tarixli ** saylı Ismayıllı rayon Aqrar Islahat Komissiyasının Qərarının özü deyil, qərardan çıxarışdır. Həmin qərardan çıxarış "Ərəgit" kəndli fermer təsərrüfatına (Ərəgit, Namazgah və Bağəli kəndlərinə) aiddir. Eyni zamanda cavab məktubunda arxivdə saxlanılan Ismayıllı rayonunun Lahic qəsəbəsi üzrə həyatyanı torpaq sahəsinə dair subyektlərin siyasında Xalid Əlimərdanovun adı mövcuddur. Həmin siyahıda qanuni həyətyanı torpaq sahəsi 0,02 ha göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında DƏDKRPHŞ * saylı Qəbələ ərazi idarəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair X9 da mərhumun soyadının texniki səhv olaraq "Şıxıyev" əvəzinə "Əlimərdanov" yazılması və Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarına uyğun olaraq Ismayıllı rayonu Lahıc kəndində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 223.9 kv.m. torpaq sahəsinin planı tərtib edilmiş X9 kitabında mərhum Əlimərdanov (Şıxıyev) Xalidin adına Azərbaycan Respublikası Dövlət X24 Elm-Istehsalat Markazi tərəfindən ##.##.2010-cu il tarixdə Əlimərdanov Xalidin 2713 nömrə ilə uçota alınaraq verilmiş "A" seriyalı ****** nömrəli torpaq sahasinin plan va ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasını tanımaqla kadastrda müvafiq düzəlişlər apararaq onun adına mülkiyyət hüquqlarını qeydə alınmasını xahiş edilmişdir. DƏDKRPHŞ * saylı Qəbələ ərazi idarəsi cavab olaraq bildirmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin əsli, akt, vərəsəlik məktubu və şəxsiyyət vəqəsi ilə birlikdə Ismayıllı rayon şöbəsinə müraciət etməklə daşınmaz əmlak qeydiyyata alına bilər. Qəbələ Ərazi Idarəsinin cavab məktubuna müvafiq olaraq vərəsəlik məktubu alınması ilə bağlı müvafiq olaraq Ismayıllı Rayon Notariat Ofisinə müraciət etdikdən sonra Notariat Ofisinin ## ###### 2024-cü il tarixli imtina məktubu ilə izah edilmişdir ki, ölüm haqqında şəhadətnamədə və nikah haqqında arayışda Şıxıyev Xalid Abtalıb oğlu olması müəyyən edildiyindən torpağa dair hüquqmüəyyənedici sənəddə Əlimərdanov soyadının Şıxıγeν soyadı ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsinə dair məhkəməyə müraciət edilməlidir. Eyni zamanda bildirilir ki, mərhum Şıxıyev Xalid Abtalıb oğlu məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X9 və Monitorinqi Elm-Istehsalat Mərkəzi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş "A" seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması və atasından miras qalan, Ismayıllı rayonun Lahic qəsəbəsində yerləşən əmlakı qəbul etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ismayıllı rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2011-ci il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, Ismayıllı rayon Lahıc qəsəbə sakini olmuş, X18 həlak olmuş Şıxıyev Abtalıb Canbaxış oğlundan miras qalmış, Ismayıllı rayonunun Lahic qəsəbəsində yerləşən əmlakın oğlu Şıxıyev Xalid Abtalıb oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və Azərbaycan Respublikası X9 və Monitorinqi Elm-Istehsalat Mərkəzi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş "A" seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktı müəyyən edilmişdir. Lakin sonradan maraqlı şəxslər X12 və maraqlı şəxs1 tərəfindən sözü gedən qətnamədən verdikləri apellyasiya və kassasiya şikayətləri əsasında yekun nəticə olaraq yuxarı instansiya məhkəmələrin gəldiyi gənaətə görə çıxarılmış qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X12 və maraqlı şəxs1 işə baxılmasında cəlb olunmadıqları səbəbindən Ismayıllı rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı əsasında Azərbaycan Respublikası X9 və Monitorinqi ElmIstehsalat Mərkəzi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş "A" seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündə yazılmış Əlimərdanov Xalid adının və soyadının Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasının müəyyən edilməsi qanunvericiliyə əsasən yalnız məhkəmə qaydasında tanınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında DƏDKRPHS * saylı Qəbələ ərazi idarəsinə təkrar ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair X9 da ərimin (atamın) soyadının texniki səhv olaraq "Şıxıyev" əvəzinə "Əlimərdanov" yazılması və Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarına uyğun olaraq Ismayıllı rayonu Lahıc kəndində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 223 9 kv.m. torpaq sahəsinin planı tərtib edilmiş X9 kitabında mərhum rim(atam) Əlimərdanov (Şıxıyev) Xalidin adına Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr va Monitorinqi ElmIstehsalat Mərkəzi tərəfindən ##.##.2010-cu il tarixdə Əlimərdanov Xalidin 2713 nömrə ilə uçota alınaraq verilmiş "A" seriyalı ****** nömrəli torpaq sahəsinin planı va ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasını nəzərə alaraq müvafiq düzəliş edilməsini xahiş etsələr də DƏDKRPHŞ * saylı Qəbələ ərazi idarəsindən müvafiq məktubla torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi Idarəsinin səlahiyyətinə aid olmaması və məhkəmə orqanlarına müraciət edilməsi bildirilmişdir.

3. Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) ərizənin təmin edilməsi, ## #### 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli ** saylı qərarının 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.5 və 308 maddələrinə və Azərbaycan Respublikasınınnn “X10” Qanuunun 9.1.20-ci bəndinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2010-cu il tarixli arayəşdan görünür ki, Lahıc QIN və Ismayıllı rayon Qeydiyyat şöbəsində 1937-1955-ci illər üzrə yoxlama aparılmış, lakin Şıxıyev Xalid Abtalıb oğlunun doğum akt qeydi tapılmamışdır. - Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2021-ci il tarixli çıxarışdan görünür ki, X5 ilə X13 arasında ## ######## 1966-cı il tarixli ** nömrəli nikah akt qeydi tərtib olunmuş, nikahdan sonra ərə Şıxıyev, arvada Şıxıyeva soyadı verilmişdir. - ## #### 2010-cu il tarixli aktdan görünür ki, Ismayıllı rayonu Lahıc qəsəbəsində Şıxıyev Abtalıb Canbaxış oğlundan qalmış mirasa oğlu mərhumun oğlu Şıxıyev Xalid Abtalıb oğlu sahiblik edir. Çox adam Xalidi Əlimərdanov soyadı ilə tanıyır. Ona görə də torpaq islahatları apararkən Şıxıyev Xalid Abtalıb oğlunun soyadı Əlimərdanov yazılmışdır. - ****** nömrəli vəsiqənin surətindən görünür ki, ərizəçi2 Əlabbas qızına ## ##### 2024-cü il tarixdə şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. - Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2018-ci il tarixli AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şıxıyev Xalid Abtalıb oğlu ## ###### 2018-ci il tarixdə vəfat etmişdir. - Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Lahıc QIN və Ismayıllı rayon Qeydiyyat şöbəsində 1936-1945-ci illər üzrə yoxlama aparılmış, Şıxıyev Abtalıb Canbaxış oğlu ilə X29 nikah akt qeydi tapılmamışdır. - ## ##### 1999-cu il tarixli çıxarışdan görünür ki, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ** saylı iclas protokolunun surətindən görünür ki, Ərəgit kəndli /fermer/ təsərrüfatının Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı protokolu təsdiq edilmişdir. - Ismayıllı rayonun Lahıc qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair ## ### 2005-ci il və ## ##### 2009-cu il tarixli cədvəllərin surətlərindən görünür ki, Xalid Əlimərdanov adlı şəxsin istifadəsinə 0,0224 ha ümumi torpaq sahəsi verilmişdir ki, onun da 0,02 ha hissəsi həyətyanı torpaq sahəsidir. - Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, sənəddə mülkiyyətçinin soyad və adı Əlimərdanov Xalid kimi qeyd olunmuşdur. - Ismayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli 3-48- **RA/*-Ş/*- **/**** nömrəli arxiv arayışından görünür ki, Ismayıllı rayon Qeydiyyat Şöbəsinin *** nömrəli arxiv fondunda saxlanan 1937-ci illərə dair doğum aktlarının qeydi kitabında Şıxıyev Xalid Abtalıb oğlunun təvəllüdü ## ###### 1937-ci il kimi qeyd olunmuşdur. - Ismayıllı Rayon Məhkəməsinin ## ### 2011-ci il tarixli *(***)-*** nömrəli qətnaməsinin surətindən görünür ki, Ismayıllı rayonu Lahıc qəsəbə sakini olmuş, X18 həlak olmuş Şıxıyev Abtalıb Canbaxış oğlundan miras qalmış, Ismayıllı rayonun Lahəc qəsəbəsində yerləşən əmlakın oğlu Şıxıyev Xalid Abtalıb oğlu tərəfindən qəbul edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr və Monitorinqi Elm-Istehsalat Mərkəzi tərəfindən ## #### 2010-cu il tarixdə Əlimərdanov Xalidin adına verilmiş “A” seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktlarının müəyyən edilməsi qət olunmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2014-cü il tarixli qərardadının surətindən görünür ki, ərizəçi Şıxıyev Xalid Abtalıb oğlunun torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/** saylı qərarının surətindən görünür ki, ərizəçi Şıxıyev Xalid Abtalıb oğlunun kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1020/2014 nömrli iş üzrə ## ###### 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” X25 tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan ##.##.1999-cu il tarixli ** saylı Ismayıllı rayon Aqrar Islahat Komissiyasının Qərarının özü deyil, qərardan çıxarışdır. Həmin qərardan çıxarış "Ərəgit" kəndli fermer təsərrüfatına (Ərəgit, Namazgah və Bağəli kəndlərinə) aiddir. Eyni zamanda cavab məktubunda arxivdə saxlanılan Ismayıllı rayonunun Lahic qəsəbəsi üzrə həyatyanı torpaq sahəsinə dair subyektlərin siyasında Xalid Əlimərdanovun adı mövcuddur. Həmin siyahıda qanuni həyətyanı torpaq sahəsi 0,02 ha göstərilmişdir. - Ismayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş ## ###### 2024-cü 3-48-23RA/2- ***/**** nömrəli arayışından görünür ki, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının əhaliyə bölünmüş əmlak payı haqda torpaq sanədləri, qərarları və s. Arxiv fonduna təhvil verilmədiyindən Əlimərdanov Xalidin adına verilmişIsmayıllı rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli ** saylı qərarının və digər hüquqmüəyyənedici sənədlərin surətlərinin verilməsi mümkün olmamışdır. Arxiv fonduna təhvil verilməyən Ismayıllı rayon Aqrar Islahat Komissiyasının sənədlərinin harada olması barədə məlumat yoxdur. - Ismayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli *** nömrəli məktubundan görünür ki, ərizəçi ərizəçi2 ##.##.2018-ci il tarixdə vəfat etmiş əri Şıxıyev Xalid Abtalıb oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, notariat ofisinə təqdim etdiyi sənədlərdə ərinin Şıxıyev Xalid Abtalıb oğlu olduğu müəyyən edilir. Lakin təqdim olunmuş Ismayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 223.9 kv.m olan torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2010-cu il tarixində verilmiş "A" seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün Əlimərdanov Xalidin adına olması göstərildiyindən və uyğunsuzluq müəyyən edildiyindən qeyd olunan sənəddə iddia olunan miras əmlakın ərinə aid olmasının təsdiq edilməsi üçün müvafiq qaydada hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması izah edilmişdir. - Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin * saylı Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli *-**-*-**/*-KOL-***-**/**** nömrəli məktubundan görünür ki, ərizəçilər A - ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə soyadın dəyişdirilməsi ilə bağlı müraciət etmiş, müraciətə cavab olaraq ərazi idarəsinin mülkiyyət hüququna dair sənədlərdə mülkiyyətçilərin ad və soyadlarında hər hansı dəyişiklik etmək hüququ yoxdur. Ərizəçilərə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdu - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubdan görünür ki, xxxx” publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan ## #### 2010-cu il tarixli 2713 nömrə ilə uçota alınmış A seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə əsas olmuş torpaq payı almış subyektlərin siyahısı xxxx publik hüquqi şəxsinin tabelyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində saxlanılır. A seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin ləğv edildiyi qeyd olunmuşdur. - xxxx publik hüquqi şəxsinin tabelyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ## #### 2025- ci il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubdan görünür ki, mərkəzin arxivində A seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin arxiv nüsxəsi və həmin sənədin qüvvədən düşməsi barədə məlumat aşkar edilməmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs maraqlı şəxs1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ismayıllı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2011-ci il tarixli qətnaməsi ilə Ismayıllı rayon Lahıc qəsəbəsinin sakini olmuş, X18 həlak olmuş Şıxıyev Abtalıb Canbaxış oğlundan miras qalmış, Ismayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu Şıxıyev Xalid Abtalıb oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr və Monitorinqi Elmi-Istehsalat Mərkəzi tərəfindən ##.##.2010-cu il tarixdə Əlimərdanov Xalidin adına verilmiş “A” seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktı müəyyən edilmişdir. Bu qətnamə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilərək onun əsasında Şıxıyev Xalid Abtalıb oğlunun adına daşınmaz əmlaka dair hüquqların qeydiyyatı barədə reyestrdən çıxarış verilmişdir. Qeyd olunan qətnamə onların maraqlarına toxunduğu üçün onların tərəfindən ondan apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2014-cü il tarixli qərardadı ilə Ismayıllı Rayon Məhkəməsinin 2(037)- ***/**** saylı ## ### 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, daha sonra Ali Məhkəmənin *(***)-***/** saylı ## ###### 2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Daha sonra ərizəçi2 və ərizəçi1 Klara Əlimərdanova və maraqlı şəxs1 qarşı qaldırdığı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək eyni faktların müəyyən edilməsini xahiş etmişlər. (2(037)- ***/**** nömrəli iş) Ismayıllı Rayon Məhkəməsində (***)-***/**** nömrəli iş hakim Ilqar Hüseynovun icraatında olmuş və onun tərəfindən baxılmamış saxlanmışdır. Bunda əlavə maraqlı şəxs1 tərəfindən dəfələrlə Şıxıyevlərə qarşı iddia qaldırılmış və məhkəmə bu iddia ərizələrinə baxmamışdır. Ümumiyyətlə, bu məsələ ilə bağlı Ismayıllı Rayon Məhkəməsində Ilqar Hüseynovun icraatında çox iddia ərizələri olmuşdur: (2(037)-949/2021, 2(037)-1262/2023, 2(037)-1472/2013, 2(037)-5/2024, 2(037)-380/2024, 2(037)-898/2024 və 2(037)- 1297/2025). Bundan əlavə maraqlı şəxs1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək “Ismayıllı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ### 2011-ci il tarixli qətnaməsi əsasında Şıxıyev Xalid Abtalıb oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin28.10.2021-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı ilə X2, ərizəçi2 və ərizəçi1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki Inzibati Məhkəməsinin 2-1(116)-234/2023 ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin üzərinə Ismayıllı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ### 2011-ci il tarixli qətnaməsi əsasında Şıxıyev Xalid Abtalıb oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. X6 vərəsələri-arvadı ərizəçi2 və oğlanları X2 və ərizəçi1 adına Ismayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlaka dair Ismayıllı rayon Notariat Ofisi tərəfindən reyestrdə 2V-213 nömrəilə qeydə alınmış ## #### 2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verildiyi maraqlı şəxs1 məhkəməyə müraciət etməli olmuşdur. maraqlı şəxs1 iddia ərizəsi ilə Ismayıllı rayon məhkəməsinə müraciət edərək, Ismayıllı Rayon Notariat Ofisi tərəfindən Ismayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlaka dair verilmiş ##.##.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ismayıllı rayon məhkəməsinin (hakim Ilqar Hüseynov) e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi iddia tələbi təmin edilmiş, Ismayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlaka dair Ismayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış ## #### 2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv edilmişdir. Açıq aşkar görünür ki, hazırki işə müəyyən edilmiş hüquqi faktla bağlı tərəflər arasında hüquq mübahisəsi vardır. 2011-ci ildə Ismaıllı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş analoji hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə məhkəmə aktını Şəki Apellyasiya məhkəməsi ləğv etmiş, tərəflər arasında hüquqa dair mübahisə olduğunu müəyyən etmişdir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi mövqeyə baxmayaraq Ismayıllı Rayonu Məhkəməsi yenidən xüsusi icraat qaydasında eyni məsələyə baxmışdır. 2011-ci ildə Ismayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin nəticələri 2024cü ildə ləğv edilmişdir. Hətta hüquqa dair son məhkəmə mübahisəsinə 2024-cü ildə Ilqar Hüseynovun özü baxmışdır. Bundan əlavə tərəflər arasında mübahisə 2021-ci ildə məhkəmədə olmuş və bu ərizədə Ilqar Hüseynovun icraatında olub. Bu səbəbdən hakimin müəyyən edilməsi istənilən faktla bağlı hüquqa dair mübahisənin olduğunu bilməməsi mümkün deyildir. Üstəlik Iddia ərizəsində 2011-ci ildə baxılan işə istinad edilmiş, maraqlı şəxslər maraqlı şəxs1 və Klara Əlimərdanovanın adı çəkilmişdir. Buna rəğmən birinci instansiya məhkəməsi bu şəxsləri məhkəməyə dəvət etməyə lüzum görməmişdir. Aqrar Islahat Komissiyasının qərarı verilmiş həyətyanı torpaq sahəsi ulu babası Baxış Əlimərdan oğlundan(bəzi sənədlərdə adı “Xudabaxış” kimi, bəzi sənədlərdə isə soyadı“Soltanov” kimi qeyd olunur) qalan həyətləridir. Bu ev 1900-ci ildə inşa edilib. Ismayıllı rayonu Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi ev ** saylı ünvanda yerləşən mülk 1930-cu illərdə dünyasını dəyişmiş Baxış Əlimərdan oğlunun mülkiyyətiində olan əmlak olub. (Bunu göstərən arxiv arayışı vardır. Arxiv arayışı əlavə edilir) Baxış Əlimərdan oğlunun övladları : X27, X19, X28, X20 olub. Əlimərdanov Mahmudun rəsmi nikahlı arvadı Əlimərdanova Klaradır. Mahmud 1994-cü ildə vəfat edib. Əli Əlimərdanovun nəvəsi (qızı Şəkərin oğlu) maraqlı şəxs1dur. Mədinə Şıxıyevanın oğlu isə X11 olmuşdur. Fizzə Əlimərdanovanın vərəsəsi yoxdur. Qeyd edir ki, ulu babaları Baxış 1939-cu ildə vəfat edib,. maraqlı şəxs1 babası Əli Əlimərdanov 1900-cu ildə anadan olub, o, 1933-cü ildə çox gənc ikən vəfat edib. maraqlı şəxs1 anası Şəkərmə 1999-cu ildə vəfat edib. Bu şəxslərin qohumluq münasibətlərini təsdiq edən məhkəmə qətnaməsi vardır. Ərizədə və AIK qərarında adı keçən torpaq sahəsi Əlimərdanovlar nəslinə aid mülk olub. ünvan 2 ** saylı ünvanda yerləşən mülk bu günə qədər vərəsə maraqlı şəxs1 sahibliyində və idarəçiliyindədir və o, orada mövsümü ticarətçilərə icarəyə verir. Xalid Şıxıyev heç vaxt həmin evdə yaşamayıb. Onun yaşayış yeri ünvan 3 ünvanı olub. Özü də X3 vərəsələrindən olsa da, heç vaxt Əlimərdanov soyadı daşımayıb. Bundan əlavə Xalid Şıxıyev və onun vərəsələri (ərizəçi2,Vüqar Şıxıyev və ərizəçi1) bu daşınmaz əmlaka aidiyyətlərini müxtəlif cür ziddiyyətli şəkildə izah edirlər. 2011-ci ildə Ismayıllı rayon məhkəməsinə verdikləri ərizədə bu əmlakı Xalid Şıxıyevin atasının Ağanənə adlı qadından pulla aldıqlarını göstərir və Xalid Şıxıyevin anası Mədinə Şıxıyevanın bu evdə doğulub böyüdüyünü, Xalid Şıxıyevin özünün Baxış Əlimərdan oğlunun nəvəsi olduğunu qəbul etmirdilər. 2021-ci ildə ərizəçi2 və ərizəçi1 Klara Əlimərdanova və maraqlı şəxs1 qarşı iddia qaldırarkən bu evin 1937-ci ildə Xalid Şıxıyevin atası Abutalıb Şıxıyev tərəfindən tikilməsini və atasından onlara miras qalmasını iddia edirdilər. Bu evə aidiyyətlərinin Xalid Şıxıyevin atası Abutalıb Şıxıyev tərəfdən deyil, anası Mədinə Şıxıyeva (qızlıq soyadı Əlimərdanova) tərəfdən olduğunu inkar edirdilər. Nəhayət hazırki, ərizədə ərizəçi2 və ərizəçi1 qəbul edirlər ki, Xalid Şıxıyev anası X7 qızı olub və bu səbəbdən sənəddə Əlimərdanov soyadı göstərilib. Belə olan halda sənədin vərəsələrdən yalnız birinə aid olmasını müəyyən edilməsi əsassızdır.

8. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin baxılmamış saxlanması və qətnamənin icrasına geriyə dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı ərizəçi2 nümayəndəsi və vəkili vəkil2 tərəfindən etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxs Ismayıllı rayon Notariat Ofisinin nümayəndəsi və maraqlı şəxs maraqlı şəxs1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi ərizəçi2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi ərizəçi2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi ərizəçi1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli ** saylı qərarı.

17. Azərbaycan Respublikasınınnn “X10” Qanunu: 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Maraqlı şəxs maraqlı şəxs1 Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə mülkiyyətçinin soyadının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərlə təsdiq olunur ki, Ismayıllı rayonu Lahıc qəsəbəsində yaşamış mərhum Şıxıyev Xalid Abtalıb oğlunun adına həyətyanı torpaq sahəsinə dair sənəd hazırlanarkən soyadı qaynatasının soyadına uyğun Əlimərdanov soyadı ilə yazılmışdır. X4 sağlığında həmin torpaq sahəsinə dair mirasın qəbul edilməsi və göstərilən səhvin düzəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Ismayıllı Rayon Məhkəməsi ərizəsini təmin etsə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən miras əmlakla bağlı mübahisə olduğundan ərizə baxılmamış saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Hazırda isə ərizəçilər yalnız ## #### 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Göründüyü kimi Xalid Şıxıyev tərəfindən verilmiş ərizənin mirasın qəbul olunması ilə bağlı hissəsindən digər şəxslər narazı olduqlarından şikayət verilmişdir. Qətnamənin soyad səhvi ilə bağlı hissəsi isə heç kimin maraqlarına toxunmur. Bundan başqa Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsindən alınmış ## ###### 2025-ci il tarixli 3-21-3-42/2- ***/**** nömrəli sorğuya cavabda A seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin ləğv edildiyinə dair qeydin olması göstəriləsə də xxxx publik hüquqi şəxsinin tabelyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən alınmış ## #### 2025-ci il tarixli *-**-*-**/*-***/**** nömrəli sorğuya cavabda mərkəzin arxivində A seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin arxiv nüsxəsinin və həmin sənədin qüvvədən düşməsi barədə məlumatın aşkar edilmədiyi göstərilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

29. Belə ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın.

30. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

31. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

32. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ərizə ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar