Məhkəmə qərarları › İş №2(3-9)-1004/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1004/2026

10.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1004/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışda düzəliş edilməsini və həmin çıxarışlarda səhvən yazılmış X3 adının çıxarılmasını və onun, yəni Ərizəçi adının oraya salınması, həmçinin X6, arvadı X14, oğlu X7 həmin sənədə əlavə olunması və sənədin şəxsən onun adına olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, JN-*** nömrəli kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında X3 adlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli ************ reyest nömrəli çıxarış almışdır. Hazırda həmin çıxarışın dövlət orqanı qarşısında etibarsızlığının müəyyən edilməsi və ona əlavələrin edilməsi məsələsi inzibati icraat qaydasında mübahisələndirilməlidir. Həmçinin ərizəçinin izahatından görünür ki, o, keçmiş arvadının adının Dövlət aktına əlavə edilməsini xahiş etsə də, buna subyektiv hüququ yoxdur. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını dəqiq araşdırmadan qanunsuz qərardad qəbul etmişdir və prosesual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, X1 ailə üzvü olmamış və onun adı Dövlət aktında səhvən yazılmışdır. Onun və ailə üzvlərinin adı həmin Dövlət aktına qeyd olunmamışdır. Mülkiyyət hüququ pozulmuşdur. Dövlət aktı hüquqmüəyyənedici sənəddir və həmin sənədin ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həmin sənəd ona məxsusdur, Xumar Abbasova ailə üzvü deyildir, lakin məhkəmə həmin hallara qiymət verməmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Ölüm haqqında arayışdan görünür ki, X8 ##.##.1996-cı il tarixdə vəfat etmişdir. JN-*** nömrəli kod ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli *** saylı qərarı əsasında X2, X4 və X9 birgə mülkiyyətlərinə 0.49 ha torpaq sahəsi verilmişdir. DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi № ************ qeydiyyat nömrəsi № ********** qeydiyyat tarixi ##.##.2013-cü il olan çıxarışa əsasən Masallı rayonu Musaküçə kəndində yerləşən 0.1607 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X5 və X9 ümumi birgə mülkiyyətindədir. Beləliklə, iş materiallarından görünür kimi, hazırkı mübahisə mülki məhkəmə qaydasında həll edilməli məsələ deyildir. Belə olan halda, hazırkı iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılması üçün prosessual əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni, əsaslı və ədalətlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.3-cü bəndinə görə hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Qeyd edilməlidir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləcə, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayətdə irəli sürülmüş dəlillər mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün hüquqi əsas təşkil etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar