Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-592/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi “Sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ləğv) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə Nemət qızının “Sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə Nemət qızı ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon Aqrar İslahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarına əsasən 0.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-485F KOD ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin X2, X3 ilə bərabər Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim İ.Fəttahov) ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının dəlilləri ilə razılaşmayaraq ərizəçi Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 466/2023 ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi miras qoyan X2 miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.69 ha vəüzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahələrindən mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlaklara vərəsəlik hüququnun tanınması, miras qoyan X2 vəfatından sonra ondan miras qalmış Göyçay rayonu Çərəkə kəndində yerləşən ümümi birgə mülkiyyətdə olan 0.69 ha və üzərində yaşayış evi olmaqla 0.30 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə Ərizəçi şikayəti qismən təmin edilərək Göyçay Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra 24 .04.2024cü ildə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəməyə müraciət etmiş və məhkəmənin e-2(046)-1024/2024 ##.##.2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmış , iddiacı tərəfindən ödənilmiş 100 manat rüsumun geri qaytarılması qət olunmuşdur. Bundan sonra ##.##.2024-cü ildə Ərizəçi eyni tələblə yenidən məhkəməyə müraciət etmiş, məhkəmənin e-2(046)-2162/2024 ##.##.2024-cü il qərardadı ilə ərizə geri qaytarılmış, iddiaçı tərəfindən ödənilmiş 100 manat rüsumun geri qaytarılması qət olunmuşdur. Bundan sonra ##.##.2025-ci il tarixdə eyni tələblə nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət etmiş və məhkəmənin e2(046)-1134/2025 ##.##.2025-ci il qərardadı ilə ərizə geri qaytarılmışdır. Bundan sonra ##.##.2025-ci il tarixdə eyni tələblə nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət etmiş və məhkəmənine2(046)-1439/2025 ##.##.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış və rüsum ödənilməsi tələb olunmuşdur. Bundan sonra ##.##.2025-ci ildə dövlət rüsumu ödənilməklə yenidən məhkəməyə müraciət etmiş və məhkəmənin e-2(046)- 1567/2025 ##.##.2025-ci il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilmiş və ödənilmi rüsumun qaytarılması qət edilmişdir. Həmin qərardaddan verdiyimiz şikayət əsasında Şəki Apellyasiya Məhkəməsinin 2(107)-761/2025 ##.##.2025-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin ## ### 2025- ci il tarixli, e-*(***)-****/**** saylıqərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra məhkəmənin gedişində Göycay rayon İcra Hakimiyyəti həmin faktın təsdiqi ilə bağlı müvafiq arayışı verəcəklərini vəd etdiklərindən ərizəni geri götürmüşdür. Yenidən faktın təsdiqi ilə bağlı sənədləri əldə edə bilmədiyi üçün 02 .02.2026cı ildə hüquqi əhəmiyyətli faktın müəyyın edilməsi ilə bağlı məhkəmə müraciət etmiş və məhkəmənin İş № e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rüsum ödənmədiyindən geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə qərardadda qeyd olunan nöqsanı aradan qaldırmaqla məhkəməyə müraciət etmiş və məhkəmənin e2(5-123)- 278/2026 nömnrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə ödənilmiş rüsumun geri qaytarılması qət olunmuşdur. (etibarnamede xüsusi səlahiyyətlərin qeyd olunmaması səbəbindən) Yenidən ##.##.2026-cı il tarixdə etibarnamədə olan nöqsanları aradan qaldırıb məhkəməyə müraciət etmiş, 4 dəfə ödədiyi 100 manat rüsumlar faktiki olaraq onlara qaytarılmadığından hakimin ərizədə olan nöqsanları göstərdikdən sonra rusumu ödəmək qərarına gəldiyi rusumu ödəmədən ərizəni təqdim etmiş, məhkəmənin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə məhz rusum ödənmədiyi səbəbilə geri qaytarıldığından həmin rüsumu ödəməklə ##.##.2026-cı il tarixdə yenidən məhkəməyə müraciət etmiş, bu müddət ərzində məhkəməyə ərizəci ilə bu iş üzrə bağlanmış müqavilə üzrə orderi təqdim etmiş, həmin iş üzrə hər hansı qətnamə qəbul olunmamışdır. Bu orderlə başqa bir işdə iştirak etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Göyçay rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadına əsasən ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının vəsatətinə əsasən geri qaytarılmışdır.Qeyd edilən işə ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı tərəfindən əlavə edilmiş order ilə hazırki işə əlavə edilmiş order eynilik təşkil edir. Göründüyü kimi ##.##.2024-cü il tarixli vəkil orderi Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icraatda istifadə edilmişdir.Məhkəmə hesab edir ki, hazırki iş üzrə Ərizəçi tərəfindən Mingəçevir Vəkil Bürosunun vəkili Nümayəndə Nemət qızına etibarnamə verilsə də, göstərilməsi ilə bağlı müqavilə bağlanmamış, iş üzrə yeni order verilməmişdir. Hesab edir ki, məhkəmənin mövqeyi tam əsassızdır. Belə ki, eyni tapşırığın icrası ilə hərəkət etmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mingəçevir şəhər vəkillər Bürosunun müdiri tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli vəkil orderində vəkil Nümayəndə Nemət qızı ilə kimin arasında hüquqi yardımın göstərilməsi ilə bağlı Ərizəçi ilə bağlanmış müqavilənin nömrəsi və tarixi, tağşırığın yerinə yetirildiyi təşkilatın adı qeyd edilməmişdir. Bundan başqa Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(046)- ****/**** nömrəli qərardadına əsasən Ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının vəsatətinə əsasən geri qaytarılmışdır. Qeyd edilən işə ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı tərəfindən əlavə edilmiş order ilə hazırki işə əlavə edilmiş order eynilik təşkil edir. Göründüyü kimi ##.##.2024-cü il tarixli vəkil orderi Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icraatda istifadə edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Ərizəçi tərəfindən Mingəçevir Vəkil Bürosunun vəkili Nümayəndə Nemət qızına etibarnamə verilsə də, hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmamış, iş üzrə yeni order verilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mingəçevir şəhər vəkillər Bürosunun müdiri tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli vəkil orderində Ərizəçi ilə bağlanmış müqavilənin nömrəsi və tarixi, tağşırığın yerinə yetirildiyi təşkilatın adının qeyd edilməməsi əsası ilə geri qaytarılması əsaslı olmamışdır. Kollegiya qeyd edir ki, qanunverici vəkilin fiziki şəxsin nümayəndəsi qismində iştirak etməsi üçün nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və vəkil orderinin olmasını imperativ qaydada müəyyən etmişdir. Fiziki şəxsin nümayəndəsi qismində iştirak etmək üçün vəkilə verilmiş etibarnamə və order mövcud olduğu halda, iddia ərizəsi icraata qəbul olunarkən tərəflər arasında müqavilənin bağlanıb-bağlanması məsələsinin araşdırılması və bu əsasla iddia ərizəsinin qaytarılması əsası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin şikayətin vəkilin eyni tapşırığın icrası ilə hərəkət etməsinə dair dəlilini əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadına əsasən Ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının vəsatətinə əsasən geri qaytarılmışdır. Kollegiya qeyd hesab edir ki, Göyçay Rayon Məhkəməsinin icraataında olmuş e- *(***)-****/**** nömrəli işə mahiyyəti üzrə baxılmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından həmin işə ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı tərəfindən əlavə edilmiş order ilə hazırki işə əlavə edilmiş order eynilik təşkil etsədə, vəkil orderinin əvvəlki icraatda istifadə edilməsi kimi qəbul edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(5-123)-634/2026 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 397-399, 400 və 402- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(5-123)-634/2026 saylı qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-592/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-592/2026
02.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver