Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1238/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı1, Cavabdeh4, Digər Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3 Ağalı oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3 Ağalı oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 167 nömrəli binanın 16-cı mənzilinə dair xx xxxxxx 2018-ci il tarixdə, Bakı şəhəri 46 saylı notariat kontoronda 4Ə-92 nömrə ilə reyestrdə qeydə alınmış AN-1 nömrə ******* saylı X10-Satqı Müqaviləsinin, cavabdehlər – Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 167 nömrəli binanın 16- cı mənzilinə dair xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariusda 4Ə-1458 reyestrdə qeydiyyata alınmaqla bağlanmış AN-1 ******* nömrəli Alğı-satqı Müqaviləsinin və cavabdehlər- Cavabdeh1 ilə Cavabdeh3 Ağalı oğlu arasında Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küçəsi, 167 nömrəli binanın 16-cı mənzilinə dair xx xxxx 2019-cu il tarixdə, Bakı şəhəri 14 saylı notariusu vasitəsi ilə 4Ə-460 nömrə ilə reysetrdə qeydiyyat aparmaqla bağlanmış AN-1 ******* nömrəli Alğısatqı Müqaviləsinin etibarsız hesab edilməsinə və iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar həmin iddia tələblərini onunla əsaslandırılmışlar ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 167 nömrəli binanın 16-cı mənzili mülkiyyətlərində olmuş, təzə evləndiklərindən arvadına valideynləri təfindən verilmiş bütün hədiyyə və cehiz əşyaları da bu mənzildə olmuşdur. Cavabdeh İddiaçı1 Cavabdeh4 ilə xx xxx 2017-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat Kontorunda 3M-1041 nömrə ilə reyesterdə qeydə alınmış Kredit Müqaviləsi əsasında xx xxxx 2017-ci il tarixədək 22000 ABŞ dolları məbləğində borc almış, lakin Cavabdeh4 təkidi ilə 22000 ABŞ dolları aldığı halda, kredit müqaviləsində güya 44000 ABŞ dolları borc verildiyi göstərilmişdir. Cavabdeh izah etmişdir ki, rəqəmin 22000 dollar əvəzinə 44000 dollar göstərilməsi formal xarakter daşıyır; nə vaxt onun 22000 dolları qaytarılsa, o da 44000 dollar pul borcun ödənilməsi barədə qəbz verəcəkdir. Şərt ağır olsa da, kəskin surətdə pula ehtiyacı olduğundan və Cavabdeh4 inanıb etibar etdiyindən məcburiyyət qarşısında qalıb şərtlə razılaşmışdır. Müəyyən olunmuş vaxtda Cavabdeh4 aldığı 22000 dolları qaytara bilməmiş, Cavabdeh4 isə öz pulunu tələb edirərək onu məhkəməyə verəcəyi ilə hədələmişdir. Sonda Cavabdeh4 dostu Elmanı gətirərək Elmanın faizə pul verdiyini demiş, ondan kreditə pul götürməklə özünə olan borcu qaytarmağını tələb etmişdir. Məcburiyyət qarşısında qalıb xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh2 46 saylı Bakı notariusu vasitəsi ilə 50000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2019-cu il tarixdə qaytarmaq şərti ilə borc almış və Cavabdeh4 borcunu qaytarmışdır. Növbəti gün, Cavabdeh4 və Cavabdeh2 onunla görüşüb tələb etmişlər ki, hər ehtimala qarşı borcun qarantı kimi mənzilini Elmanın adına keçir, mənzildəki əşyalara toxunulmayacaqdır. Ona görə də 250000 manat dəyərində olan mənzili 50000 dollar borc əvəzi olaraq xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontoronda 4Ə-92 nömrə ilə reyestrdə qeydə alınmış AN-1 nömrə ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi ilə 85000 manat qiymətləndirilərək müvəqəti olaraq girov kimi Cavabdeh4 dostu Cavabdeh2 mülkiyyətinə keçirmişdir. Lakin Cavabdeh2 alğı-satqı müqaviləsində göstərilən 85000 manatı ona ödəməmişdir. Halbuki, mənzilin dəyəri 250000 manatdan çox olmuşdur. Həmin alğı-satqı müqaviləsi formal xarakter daşımaqla görünüş yaratmaq üçün bağlanmışdır. Müqavilənin formal xarakter daşımaqla görünüş üçün bağlanmasını müəyyən etmək məqsədilə notariusun əməliyyat apardığı müvafiq bankdakı video görüntünü tələb edib baxış keçirmək kifayətdir. Həmin görüntü ilə müqavilə bağlanarkən müqavilədə göstərilən 85000 manat pulun ona verilmədiyi sübuta yetəcəkdir. Sadəcə olaraq Cavabdeh4 borc verdiyi 22000 dolları almaq üçün onu məcbur etmişdir ki, Cavabdeh2 50000 dollar borc pul alıb, borcunu qaytarsın. Bu azmış kimi, bir gün sonra 50.000 dolların qarantı kimi Cavabdeh2la həmin alğı-satqı müqaviləsini bağlamağa məcbur etmişdir. Cavabdeh4 onu inandırmışdır ki, 50000 dolları Cavabdeh2 qaytarıldığı halda mənzil yenidən ona qaytarılacaqdır. Lakin cavabdehlər həmin razılığı birtərəfli qaydada pozaraq ağır vəziyyətə düşməsindən sui-istifadə edərək, xəbərləri olmadan qazanc əldə etmək məqsədi ilə 50 000 dollar borcun müqabilində mənzili xx xxxxxx 2018ci il tarixdə Bakı şəhəri 9 saylı notariusda 4Ə-1458 reysterdə qeydiyyata alınmaqla, AN-1 ******* nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh1 100000 manata ( 65000 dollara) satmışlar. Bu alğı-satqıdan məlumatı olmadığından xx xxxx 2019-cu il tarixdə Cavabdeh2 aldığı 50000 dolları ona qaytarmış və ondan borcun qaytarılması barədə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq olunmuş ərizə almışdır. Lakin Cavabdeh2 mənzili qaytarmamışdır. Göründüyü kimi 250000 manat dəyərində olan mənzili Cavabdeh4 və Cavabdeh2 tərəfindən dəyəri ödənilmədən əvəzsiz olaraq ələ keçirilmiş, sonradan mənzil satılıb pullarını isə mənimsəmişlər. Sonradan isə Cavabdeh1 mənzili xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı natarius vasitəsi ilə 4Ə-460 nömrə ilə reyestrdə qeydiyyat aparmaqla AN-1 ******* nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh3 Ağalı oğluna 75.000 dollara satdığını öyrənmişdir. Nəticədə Cavabdeh3 Ağalı oğlu iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, bütün ailə üzvülərilə birlikdə həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmalarını tələb etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsi iddia tələbinə onların iştirakı və məlumatları olmadan baxaraq 2(006)-1087/2020 saylı, xx xxxx 2020-ci tarixli əsassız və qanunsuz qətnaməsi ilə iddia tələbini təmin etdərək onları əmlaklarından məhrum etmişdir. Mənzilin alğı-satqısı uydurma olduğundan əmlakları mənzildə qalmış, yəni mənzil boşaldılmamışdır. Halbuki, mənzildə olan əmlaklarının ümumi dəyəri təxminən 170000 manatdan çox olmuşdur. Həmin əmlaklar hazırda cavabdehlərdədir və həmin əmlakların tələbinə dair məhkəmədə iddia qaldırmışlar. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1087/2020 saylı, xx xxxx 2020-ci il tarixli əsassız və qanunsuz qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermişlər, hazırda apellyasiya şikayətləri baxışdadır. Beləliklə, iddia ərizəsinin dəlilləri ilə tam müəyyən olunur ki, mənzilləri cavabdehlər tərəfindən aldadılmaqla, məcbur etmə ilə, etibardan sui-istifadə etməklə, pis niyyətlə, onları ağır vəziyyətə salmaqla, yalan və uydurma əqdlər bağlamaqla ələ keçirilmişdir. Bağlanmış əqd onların həqiqi iradələrinin ifadəsi deyildir. Bu əqdlərin hamısı Mülki Məcəllənin tələblərinin pozulması ilə bağlanmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X9 izahatında bildirmişdir ki, iddiaçılar sözügedən müqavilələr bağlanandan təxminən 2 ildən artıq müddət keçdikdən sonra sözügedən müqavilələrin etibarsızlığı ilə bağlı prosessual hüquqlarından sui-istifadə məqsədi daşıyan, əsassız dəlillər irəli sürərək iddia qaldırmışdır. Halbuki, iş üzrə materiallardan göründüyü kimi iddiaçılar həmin müqavilələri notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq şəxsən imzaladığından həmin müqavilələrin bağlanması və doğurduğu hüquqi nəticələr barədə xx xxxxxx 2018-ci il tarixdən etibarən məlumatlı olmuşdur. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. İddiaçının iddia ərizəsində göstəridiyi xüsusatlar tamamilə əsassızdır, işin həqiqi hallarını özündə əks etdirmir, iddiaçının şəxsi təxəyyülünün məhsuludur. İş üzrə materiallardan göründüyü kimi iddiaçı iddia ərizəsində istinad etdiyi xüsusatları təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıların müvafiq Alqısatqı müqavilələrinin etibarsızlığı ilə bağlı istinad etdiyi dəlillər isə formal mülahizələrə əsaslanır və tamamilə əsassızdır. Bundan başqa, məlumat üçün bildiririk ki, eyni tərəflər arasında sözügedən mənzillə bağlı Nəsimi rayon Məhkəməsinin 2 (006)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı, hazırki iş üzrə Cavabdeh3 həmin iş üzrə cavabdehlər hazırki iş üzrə iddiaçılar İddiaçı2 qızma, İddiaçı1, X8ma, X4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” iddiası təmin edilmiş, cavabdehlər İddiaçı2, İddiaçı1, X5, X3 Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küç. mən. 167-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsinin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Başqa sözlə, hazırki iş üzrə iddia tələbinin predmeti olan hüquqmüəyyənedici sənədlər eyni tərəflər arasında Nəsimi rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1087/2020 saylı işin də predmetini təşkil etmiş, qeyd olunan alq-satqı müqavilələri və onlann əsasında DƏDRX-dən verilmiş Çıxarış qətnamənin əsaslandırıcı hissəsində tədqiq olunmuşdur. Odur ki, həmin hüquqmüəyyənedici sənədlərin bir daha yenidən analoji qaydada tədqiq olunması prosessual qənaət prinsipinə və məhkəmə qərarlarının preyudisiallığı prinsipinə ziddir. Başqa sözlə həmin iş üzrə məhkəmə sözügedən hüquqmüəyyənedici sənədlərə istinad edərkən onların etibarsızlığına dair hər hansı bir əsas müəyyən etməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, iddiaçılar tərəfindən mübahisələndirilən əqdlər notarial qaydada bağlanmışdır. Göstərilənlərə əsasən, iddia ərizəsinə yazılı etiraz və mülahizələrimin nəzərə alınmasını, habelə əqdlərin etibarsızlığının mübahisələndirilməsinə dair 1 illik kəsici müddətin tətbiq olunmasına dair vəsatətin təmin edilməsini, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2 və qeyrilərinə qarşı “Daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbinin kəsici müddət tətbiq edilməklə tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı2, cavabdehlər Cavabdeh3 Ağalı oğluna və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 46 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-92 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, mülkiyyətçi İddiaçı1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,9 kv.m., yaşayış sahəsi 73 kv.m., yardımçı sahəsi 47,9 kv.m. olan 3 otaqlı mənzilini Cavabdeh2 85 000 (səkkən beş min) manata satmış, sonuncunun həmin mənzil üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınara ona RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh2 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvan: AZ1102, ünvan 3 9 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 100000 (bir yüz min) manata satmış, sonuncunun həmin mənzil üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla ona RX seriyalı ******* saylı çıxarış verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri 14 saylı notariat kontorunda xx xxxx 2019-cu il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvan: AZ1102, ünvan 4 yüz səkkən yeddi min) manata Cavabdeh3 Ağalı oğluna satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli notarial qaydasında təsdiqlənmiş ərizədən görünür ki, İddiaçı1 ünvan 5 ünvanındakı mənzilin satılmasına etiraz etməyərək satılan mənzildən 20 (iyirmi) gün müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(006)-1087/2020 qətnaməsi ilə müəyyən edilir ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2, İddiaçı1, X6 və X4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası təmin edilərək cavabdehlərin ünvan 5-də yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilmiş, qətnamənin cavabdehlərin həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün əsas olduğu göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə alğı-satqı müqavilələrinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmiş, əksinə mülki işin materiallarından iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alğı-satqı müqavilələrinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu aydın olur, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə ümumiyyətlə sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil İddiaçı1 tərəfindən Cavabdeh2 satıldıqdan sonra həmin mənzil barəsində sonuncu ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, bundan sonra, Cavabdeh1 isə mülkiyyətindəki mübahisə mövzusu olan mənzili notarial qaydada bağlanmış xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Ağalı oğluna satmışdır. Göründüyü kimi, mübahisələndirilən alğı-satqı müqavilələri bağlanarkən mübahisə mövzusu olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən məhz Satıcıların xüsusi mülkiyyətində olmuş və onlar, mülkiyyətində olan həmin daşınmaz əmlaka dair müvafiq əqdi (alğı-satqı müqavilələrini) bağlamağa tam səlahiyyətli olmuşlar, həmçinin “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirmişlər; beləliklə mübahisələndirilən alğı-satqı müqavilələri forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta İddiaçı1 ilə mənzilin ilkin alıcısı olan Cavabdeh2 arasındakı alğı-satqı müqaviləsi etibarsız hesab edilməklə onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər əsassız çıxsa idilər belə, bu hal mübahisəli əmlakın sonrakı alıcıları olan Cavabdeh1 və eləcə də Cavabdeh3 Ağalı oğlunun alğı-satqı müqavilələrinin etibarsızlığa səbəb ola bilməzdi. Belə ki, adı çəkilən şəxslər həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına aparılmış qeydin əsassız olduğunu bilə bilməzdilər. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına görə isə, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə mövzusu olan mənzili alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən həmin cavabdehlər həmin əmlakı vicdanlı əldə etmişlər və onların mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alğı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar məhkəmə qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırkı işdə isə, Cavabdeh2 nümayəndəsi və vəkili X1 müddətin tətbiqi barədə ərizə vermişdir və məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin hüquqi mahiyyətindən asılı olmayaraq, hər bir halda iddiaçının müvafiq müddət ərzində iddia qaldırmadığı qənaətinə gəlinməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 Ağalı oğluna satılarkən notariusa İddiaçı1 ünvan 5 ünvanındakı mənzilin satılmasına etiraz etməyərək satılan mənzildən 20 (iyirmi) gün müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli notarial qaydasında təsdiqlənmiş ərizəsi təqdim edilmişdir. İşin qeyd edilən halı iddiaçının həmin mənzilin satılmasından tam məlumatlı olduğunu göstərir. Beləliklə məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3 Ağalı oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçıların özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3 Ağalı oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiaları təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1238/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1238/2021
07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver