Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-124/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə (bundan sonra BDYPİ) qarşı X6 mütəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə (bundan sonra BDYPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 Məmməd oğluna satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 23 avqust 2020-ci il tarixdə, saat 16:00 radələrində Cavabdeh1 məxsus “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən iddiaçıya məxsus “SCHMİTZ SKO 24” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “X13 1844 LS” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə yarımqoşquya külli miqdarda ziyan dəymişdir. Dəymiş ziyanın məbləği müstəqi ekspert tərəfindən 13160 manat müəyyən edilmişdir. Hadisə ilə əlaqədar X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qocayev X5 Surxay Camal oğluna və Cavabdeh1 Möhübbət oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddianı təmin etmə tədbiri olaraq məhkəmənin 17 sentyabr 2020-ci il tarixli, 2(001)-5337/2020 saylı qərardadına əsasən, Cavabdeh1 məxsus, adı yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulması qərara alınmışır. Qərardad icra edilməsi üçün 30 sentyabr 2020-ci il tarixdə aidiyyəti üzrə BDYPİ-yə çatdırılmışdır. Lakin, BDYPİ tərəfindən məhkəmə qərardadı qərəzli olaraq icra edilməmiş, qərardad çatdırıldığı gündən 4 gün sonra həmin nəqliyyat vasitəsi ilə bağlı Cavabdeh1lə R.M.Bayramov arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində ona 10000 manatdan çox maddi ziyan dəymişdir. Buna görə də o, iddia ərizəsində göstərilən avtomobili sataraq xərclərini qarşılamışdır. İştirak etdiyi məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlunun nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, İddiaçı ona dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası Cavabdeh1 münasibətdə təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda Cavabdeh1 özünə məxsus əmlakdan istədiyi şəkildə sərəncam vermək hüququ məhdudlaşdırıla bilməz. Sonda Ü.Z.Haqverdiyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(001)-5337/2020 saylı qərardadından görünür ki, Qocayev X5 Surxay Camal oğluna və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianı təmin etmə tədbiri kimi Cavabdeh1 Məhəbbər oğluna məxsus olan “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - poçt göndərişlərinin izlənilməsinə dair çıxarışdan görünür ki, yuxarıda göstərilə qərardad 30 sentyabr 2020-ci il tarixdə BDYPİ-yə çatdırılmışdır. - BDYPİ tərəfindən məhkəməyə ünvanlandırılmış nəqliyyat vasitəsinin qeydiyyatı barədə çıxarışdan və alğı-satqı müqaviləsindən görünür ki, “DAF TE105 XF” yük markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 mart 2019-cu il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, 05 oktyabr 2020-ci il tarixdə alğısatqı yolu ilə Cavabdeh3 Məmməd oğluna 55000 manata satılmış, qeydiyyat nömrəsi **- TY-*** olaraq dəyişdirilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2(102)-3400/2022 saylı qərarından görünür ki: Qocayev X5 Surxay Camal oğluna və Cavabdeh1 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi və iddia ərizəsinə əlavə təqdim edərək məhkəməyə müraciət etmiş, ona dəymiş 14400 manatın, onun tərəfindən müsqətil qiymətləndirici X10 ödənilmiş 105 manatın, düquqi yardım göstərilməsi ilə bağlı 5 saylı Vəkil Bürosuna ödənilmiş 110 manatın və məhkəmədə iddia qaldırılması üçün öədnilmiş 30 manat dövlət rüsumunun, cəmi 14645 manatın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin,Cavabdeh1 İddiaçı və X4 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 7580 manat maddi zərər, 100000 manat mənəvi zərər və 30 manar dövlət rüsumu olmaqla ümumilikdə 107610 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(001)- 647/2021 saylı qətnaməsinə əsasən ilk iddia qismən təmin edilmiş, cavabdehlər X2 və Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 12460 manat məbləğində pul vəsaitinin və ödənimiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmış, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2022-ci tarixli, 2(103)-685/2022 saylı qətnaməsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia qismən təmin edilmiş, cavabdeh X2 dəymiş ziyana görə 12460 manat, əlavə xərclərə görə 215 manat, ödənilmiş dövlət rüsumu kimi 45 manat, ümumilikdə 12720 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə, eləcə də Cavabdeh1 aid hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2(102)-3400/2022 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108-ci və 337-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi “Zərərin əvəzinin ödənilməsi”ndən, 1096, 1097 və 1108-ci maddələri də zərərin anlayışı, zərərə görə məsuliyyətin əsasları və zərərə görə məsuliyyətdən bəhs edir ki, hazırki halda iddiaçı cavabdehlərdən ona vurulmuş zərərin ödənilməsini tələb etmir, həmin tələblə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcuddur. Mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2022-ci tarixli, 2(103)-685/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı vurulmuş zərərin ödənilməsinə dair iddiası Cavabdeh1 münasibətdə təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.7ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Hazırki halda İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmədiyi, həmin qətnamənin qanuni qüvvəyə mindiyi müəyyən edilir. Yəni, Cavabdeh1 məxsus avtomobilin üzərinə həbs qoyulmaqla onun Cavabdeh3 adına alğı-satqı edilməsi məhdudlaşdırılsaydı belə, bu prosessual hərəkətin iddia tələbinin mahiyyəti üzrə çıxarılmış yekun məhkəmə qərarının icrasına aidiyyəti olmayacaqdı. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Sözügedən iddianı təmin etmə tədbiri barədə qərardadın çıxarıldığı dövrdə Mülki Prosessual Məcəllənin 157ci maddəsinin əvvəlki redaksiyasında da göstərilmişdir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 Məmməd oğluna satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə aşağıdakılara görə də tələbi əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; ilkin iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılması müəyyən edilmişdir. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli “nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “DAF TE 105 XF” yük markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili 55000 manata Cavabdeh3 Məmməd oğluna satmış, avtomobil **-TY-*** dövlət nömrə nişanı ilə AD883795 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” əsasında Cavabdeh3 Məmməd oğlunun adına dövlət qeydiyyatına alınmış, avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən rəsmi reyestri aparılmışdır. Göründüyü kimi əqd tərəflərin tam sərbəst iradələri əsasında qanunvericiliyin tələblərinə uyğun bağlanmış, bu əqdlə üçüncü şəxslərin hüquq və maraqlarının pozulması iş üzrə müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-1-355-4 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə (bundan sonra BDYPİ) qarşı X6 mütəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-124/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-124/2022
18.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver