Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1263/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilməsi və hesablanmış 4661 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahatında göstərmişdir ki, qaz sayğacında sızma olmuşdur və idarəyə müraciət etmiş, gəlib əməkdaşlar qaz sayğacını apardılar və yerinə şlanq qoşdular. Daha sonra cərimənin tətbiq olunmasında məlumat almışdır. Aktı tərtib edəndə o, evdə olmamışdır. Evin heç bir sənədi yoxdur, həmin sayğac keçmiş həyat yoldaşı Mobil Qurbanovun adına rəsmiləşdirilmiş, lakin halhazırda nikah pozulub, həmin evdə o, yaşayır, sayğacdan o, istifadə edir. Mobil Qurbanov isə azadlıqdan məhrum edilmiş və hazırda əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının hazırkı iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İş materiallarında olan aktları nəzərdən keçirib oların Qurbanov Mobilin adına olan sayğac üçün tərtib olunması aşkar görünür. Müqavilə iddiaçı ilə bağlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixli aktlardan görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmiş və Mobil Qurbanovdan itirilmiş qazın bərpası tələb edilmişdir. Dəymiş ziyanın bərpasına dair müxtəlif vaxtlarda tərtib edilmiş tələbnamələrdən görünür ki, qaz sayğacının maksimal qaz sərfi ilə bağlı itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi istehlakçı Mobil Qurbanovdan tələb edilmişdir. Göründüyü kimi hazırki işdən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Birliyin TTİ, İ mədən, korpus 25 saylı fərdi yaşayış evinə (borcun silinməsi tələb edilən mənzil) quraşdırılmış qaz sayğacına dair müqavilə istehlakçı X4 ilə Cavabdeh arasında bağlanmışdır. X4 isə İddiaçı əri olmuş və o, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmçinin qeyd edilməlidir ki, Mobil Qurbanov tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı səlahiyyət (etibarnamə) verilməsinə dair heç bir sübut aşkar edilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, 6.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. 6.2. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri MPM-nin 259.0.3 maddəsi qaydasında baxılmamış saxlanıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Birliyin TTİ, İ mədən, korpus 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına dair müqavilə istehlakçı X4 ilə Cavabdeh arasında bağlandığından, hazırkı iddia ərizəsinin İddiaçı tərəfindən imzalamaq səlahiyyəti olmamışdır. Ona görə də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1263/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1263/2025
15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver