Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1266/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi “sənədin vəfat etmiş ərinə məxsus olması”na dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və əlavə olunmuş sənədləri 11 yanvar 2023-cü il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfində xx.xx.2000-ci il tarixdə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 113A/213A saylı bağın qeydiyyat vəsiqəsinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X1 məxsus olmas ıfaktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1 və 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki halda iddia ərizəsi Ərizəçi tərəfindən verilsə də, onun nümayəndəsi adından X.X.Məmmədova tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1 və 69.1-1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. İş materiallarına ərizəyə qoşma kimi Ərizəçi tərəfindən X2 iddia ərizəsini imzalamaq hüququnu təsbit edən etibarnamə əlavə edilsə də, Ərizəçi X.X.Məmmədova ilə aralarında yaxın qohumluğu və ya X.X.Məmmədovanın Ərizəçi vəkili olmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Ərizəçi eyni ərizə ilə daha öncə də məhkəməyə müraciət etmiş və məhkəmənin 09 dekabr 2022-ci il tarixli, 2(001)-7527/2022 saylı qərardadına əsasən, iddia ərizəsi yuxarıda göstərilən eyni əsaslarla geri qaytarılmışdır. Ərizəçi qərardadda göstərilənlərə əməl etmədən, yenidən iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi “sənədin vəfat etmiş ərinə məxsus olması”na dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1266/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1266/2023
11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver