Məhkəmə qərarları › İş №2(001)-1315/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1315/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1315/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və əsassız olaraq yazılmış cərimənin qaz hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və əsassız olaraq yazılmış cərimənin qaz hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (kod:**********00011) əsassız olaraq hesablanmış 7009,92 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndə fərdi yaşayış evi inşa edərək 2022-ci ilin iyun ayından ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi yaşayış evi inşa edilən müddətdə o, "xxxx" ASC-yə, "xxxx" ASC-yə və Cavabdeh İB-yə müraciət edərək, evə işıq, su və qaz xəttinin çəkilməsi və müvafiq sayğacların quraşdırılmasını xahiş etmişdir. Çünki fərdi yaşayış evinin inşası zamanı daim elektrik enerjisinə və suya ehtiyac yaranır. Müraciətindən sonra "xxxx" ASC tərəfindən fərdi yaşayış evinə elektrik xətti, "xxxx" ASC tərəfindən isə su xətti çəkilmiş və müvafiq sayğaclar quraşdırılaraq istehlakçı kimi qeydə alınmışdır. Cavabdeh İB tərəfindən isə mənbədən onun inşa etdirdiyi evə qədər qaz xətti çəkilmiş (mənbəyə qoşulmamış) və bildirilmişdir ki, fərdi yaşayış evi tam hazır olduqdan və müvafiq qaz işlədiciləri quraşdırıldıqdan sonra qaz sayğacı quraşdırılaraq o, istehlakçı kimi qeydiyyata alınacaq. Təmir işləri tam başa çatdıqdan sonra o, ailəsi ilə birlikdə 2022-ci ilin iyun ayında həmin fərdi yaşayış evinə köçərək yaşamağa başlamışdır. Bundan sonra Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə ZENNER G4T SMART tipli **********994 nömrəli qaz sayğacı quraşdırılaraq o istehlakçı kimi qeydiyyata alınmışdır (**********00011 saylı abonent kodu açılmaqla) və ev təbii qazla təmin edilmişdir. Daha sonra təbii qazdan istifadə etmək üçün sayğacın kartına ödənişlər edən zaman ödənişlərdən tutulmalar aparıldığını görmüş və bununla bağlı ASAN kommunal xidmətə getdikdə ona bildirmişlər ki, 2021-ci ilin may ayından ona ilk dəfə sayğac quraşdırılan tarixə haqqında aktlar tərtib olunmuş və həmin aktlara əsasən ona cəmi 7009,92 manat məbləğində cərimə hesablanmışdır, hazırda da etdiyi ödənişlərdən 50 faiz həcmində həmin cəriməyə görə tutulmalar aparılır. Bildirmək istəyir ki, ASAN kommunalda ona bildirilənlər tamamilə əsassızdır. Belə ki, onlar qeyd olunan fərdi yaşayış evində 2022-ci ilin iyun ayından yaşamağa başlamışlar və qaz sayğacı da evə xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. 2022-ci ilin iyun ayından əvvəlki dövrdə fərdi yaşayış evində yaşayış olmamış, evin daxilində təmir işləri getdiyi üçün yalnız gün ərzində ustalar həmin ünvanda olmuşdur. Bundan əlavə ümumiyyətlə Cavabdeh İB tərəfindən evə çəkilmiş qaz xətti mənbəyə qoşulu olmamışdır, belə olan halda isə hətta ustalar tərəfindən belə evdə təbii qazdan istifadə edilməsi qeyri-mümkündür. Həmçinin bu müddət ərzində Cavabdeh İB tərəfindən onlara hər hansı bir xəbərdarlıq edilməmiş, hər hansı cərimənin yazılması barədə məlumat verilməmişdir. Onun tələbindən sonra yazılmış cərimə aktlarının və digər sənədlərin surətləri ASAN kommunalda ona təqdim edilmişdir. Həmin “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt”lara və həmin aktlara əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə diqqətlə nəzər yetirildiyi zaman həmin aktların saxta olması aydın şəkildə nəzərə çarpır. Belə ki, “Azəriqaz" İB-nin əməkdaşlar tərəfindən barəsində tərtib edilmiş 12 ədəd “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt”larda və həmin aktlara əsasən tərtib olunmuş "Dəymiş ziyanın bərpasına dair tələbnamə"lərdə aşağıdakı çoxsaylı qanunsuzluqlar vardır: Belə ki, xx.xx.2021-ci il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Mənzilin qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edildi". Aktda qaz işlədiciləri kimi PQ-3 və kombi göstərilmişdir. Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də isə göstərilmişdir ki, hesabat dövrü 90 gün olmaqla 7344 m3 həcmində (734,40 manat dəyərində) hesabat aparılsın. Bununla bağlı bildirir ki, ümumiyyətlə sayğac quraşdırılan tarixə qədər "Azəriqaz" İB-nin əməkdaşları bir dəfə də olsun ona məxsus fərdi yaşayış evinə gəlməmiş, evin daxilinə baxış keçirməmişlər. Çünki 2022-ci ilin iyun ayına qədər həmin evdə yaşayış olmamış, yalnız gün ərzində ustalar işləmişdir. Əgər Cavabdeh İB-nin əməkdaşları həqiqətən də gəlib evin qaz təchizatına baxış keçirmək istəsəydilər o zaman ustalar tərəfindən ona məlumat verilər, daha sonra onlar evə buraxılardılar. Lakin ustalar tərəfindən bir dəfə də olsun Cavabdeh İB-nin əməkdaşlarının ona məxsus evə gəlməsi barədə məlumat verilməmişdir. Akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Cavabdeh İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkildən isə məlum olur ki, həmin şəkil aktın tərtib edildiyi 31 05.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə küçə tərəfdən çəkilmişdir. Şəkildə isə yalnız "Azəriqaz” İB tərəfindən onun evinə çəkilmiş xəttin bir hissəsi öz əksini tapmışdır. Halbuki həmin xətt o dövrdə ümumiyyətlə mənbədə əsas küçə xəttinə birləşdirilməmişdir. Digər tərəfdən də şəkildən təbii qazdan hansı formada istifadə edilməsi məlum deyil. Əgər həqiqətən də “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən evin qaz təchizatına baxış keçirilmiş olsaydı o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı (ən azı istifadə edilən qaz işlədicilərinin) da şəkillər çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, Cavabdeh İB-nin əməkdaşları evə daxil olmamışlar. Belə olan halda isə hətta evdə istifadə mövcud olmuş olsa idi belə həmin qaz işlədicilərinin (əslində isə ümumiyyətlə həmin dövrdə evdə qaz işlədiciləri olmamışdır) İB-nin əməkdaşları tərəfindən müəyyən olunması mümküm deyildir. Bu da sübut edir ki, aktda qeyd olunan qaz işlədiciləri barədə məlumatlar da həqiqəti əks etdirmir. Digər tərəfdən may ayında evdə kombi işlədilməsi ümumiyyətlə ağlabatan deyil. Hesabat dövrünün 90 gün olmaqla hesabatın aparılması isə“Azəriqaz" İB-nin əməkdaşlarının digər qanunsuzluqlarından biridir. Belə ki, həmin müddətin hansı hüquqi akta və sübuta əsasən müəyyən edilməsi məlum deyildir. İsrarla tələb etməsinə baxmayaraq hansı əsasla hesabatın 90 gün müddətində aparılması ilə bağlı da ona hər hansı bir sübut təqdim edə bilməmişlər. xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı , xx.xx.2021-ci il tarixli 031399 saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlarda da “mənzildə təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyinin aşkar edildiyi” göstərilmiş və bütün aktlarda fərqli adlarda (PQ-4, PQ-3, PQ-2, QSQ, radiator, dəmir soba, İran peçi və s) fərqli sayda (bəzən bir cihazdan bir neçə dənə) bir neçə qaz işlədicisi qeyd olunmuşdur. Həmin aktlara əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərdə də göstərilmişdir ki, hesabat dövrü 30 gün, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat olmaqla hesabat aparılsın. Bildirir ki, bu aktlarda yuxarıda qeyd olunan qaydada tərtib olunmuşdur və həqiqəti əks etdirmirlər. Ümumiyyətlə isə əgər hətta hesab etsələr ki, ona məxsus mənzildə həqiqətən də təbii qazdan qeyri-qanuni istifadə edilib (halbuki belə hal olmayıb və həmin dövrdə evdə ümumiyyətlə heç bir qaz işlədicisi quraşdırılmayıb), yenə də bir evdə 2 ədəd PQ-3, 1 ədəd PQ-4, 1 ədəd QSQ-nin eyni vaxtda, yay fəslində, həm də 24 saat ərzində dayanmadan fasiləsiz işlədilməsi ağılasığmazdır. Digər tərəfdən orta ölçülü fərdi yaşayış evində yay aylarında, yəni iyun ayında 309,60 manat (xx.xx.2021-ci il tarixli akta əsasən), iyul ayında 280,80 manat (xx.xx.2021-ci il tarixli akta əsasən), avqust ayında 280,80 manat (xx.xx.2021-ci il tarixli akta əsasən) və sentyabr ayında 432 manat (xx.xx.2021-ci il tarixli akta əsasən) dəyərində qaz istifadə edilməsi ümumiyyətlə mümkün deyil. xx.xx.2022-ci il tarixli ******* saylı aktda da “mənzildə təbii qazdan sayğacsız, qeyriqanuni birləşmə ilə istifadə edildiyinin aşkar edildiyi” qeyd olunmuşdur. Aktda qaz işlədiciləri kimi 2 ədəd PQ-4, 1 ədəd QSQ, 2 ədəd dəmir soba və 1 ədəd radiator göstərilmişdir. Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də isə göstərilmişdir ki, hesabat dövrü 90 gün, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat olmaqla, 16200 m3 həcmində (1944 manat dəyərində) hesabat aparılsın. Bildirir ki, bu akt da yuxarıda qeyd olunan digər aktların tərtib edildiyi qaydada tərtib olunmuşdur və həqiqəti əks etdirmir. Ümumiyyətlə isə aktda qeyd olunan qaz işlədicilərinin eyni vaxtda, həm də 24 saat ərzində dayanmadan fasiləsiz işlədilməsi ağılasığmazdır. Burda digər əsas məsələ isə hesabat dövrü ilə bağlıdır. Belə ki, xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində də barəsində "Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” akt tərtib olunmasına və həmin aktların hər birinə görə 30 günlük hesabat aparıldığı halda, xx.xx.2022-ci il tarixli akta əsasən 90 günlük hesabat aparılmaqla təkrarən ona yanvar və fevral aylarına yenə də cərimə (ikiqat) hesablamışlar. Bu da "Azəriqaz” İB-nin əməkdaşlarının hərəkətlərinin tamamilə qanunsuz olduğunu və həmin saxta aktların idarədə yazıldığını, onun ünvanına ümumiyyətlə gəlmədiklərini bir daha təsdiq edir. xx.xx.2022-ci il tarixli ******* saylı aktda da“ mənzildə təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyinin aşkaredildiyi” qeyd olunmuşdur. Aktda qaz işlədiciləri kimi 2 ədəd PQ-4 və QSQ göstərilmişdir.Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də isə göstərilmişdir ki, hesabat dövrü 30 gün, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat olmaqla 2808 m3 həcmində (336,96 manat dəyərində) hesabat aparılsın. Bildirir ki, bu akt da yuxarıda qeyd olunan digər aktların tərtib edildiyi qaydada tərtib olunmuşdur və həqiqəti əks etdirmir. Ümumiyyətlə aktda qeyd olunan qaz işlədicilərinin eyni vaxtda, həm də 24 saat ərzində dayanmadan fasiləsiz işlədilməsi ağılasığmazdır. Digər tərəfdən orta ölçülü fərdi yaşayış evində yay ayında 336,96 manat dəyərində qaz istifadə edilməsi mümkün deyil. Bundan başqa qeyd edilən aktlara əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərin hamısı eyni - xx.xx.2021-ci il tarixində çəkilmiş şəkildir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlardan görünür ki, aktın istehlakçı bölməsində onun adı göstərilmiş və guya onun akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bütün bunlara əsasən demək olar ki, Cavabdeh İB- nin əməkdaşları heç də ona məxsus evə gələrək qüsuru müəyyən etməmiş, elə hər ay standart saxta aktları ora gəlmədən tərtib etməklə eyni fotoşəkili əlavə etmiş və onun adının qarşısına “imtina” yazmışlar. Həmçinin hər ayda bir dəfə tərtib edilmiş aktların hamısında hər dəfə fərqli cihazlar (gah PQ-4, pah PQ-3, gah PQ-2, gah QSQ, gah radiator və s.) və fərqli sayda qaz işlədiciləri(bəzən bir cihazdan bir neçə dənə) qeyd olunmuş və bu yolla da hazırki cərimə məbləğinin əsassız şişirdilməsinə şərait yaratmışlar. Aktlarda qeyd olunanlardan belə çıxır ki, guya o, hər ay evdə qaz işlədicilərinin növünü və sayını dəyişmiş, bu isə ümumiyyətlə mümkün deyil. Çünki aktlar yazılan dövrdə ümumiyyətlə evdə təbii qazdan istifadə edilməyib və ümumiyyətlə evdə qaz işlədiciləri quraşdırılmayıb. Həmçinin də həmin dövrdə bir dəfə də olsa Cavabdeh İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə gəlməmişlər. Əgər həqiqətən də onlar ona məxsus fərdi yaşayış evinə gəlib, evin daxilinə baxış keçirmiş olsaydılar o zaman aktlarda istifadə edildiyini iddia etdikləri qaz işlədicilərinin də şəkillərini çəkib akta əlavə edirdilər. Digər tərəfdən ona məxsus fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixində ZENNER G4T SMART tipli **********994 nömrəli qaz sayğacı quraşdırılmış və ev təbii qazla təmin edilmişdir. Sayğac quraşdırılandan sonra karta etdiyi ödənişlərdən çıxarışdan da (iddia ərizəsinə əlavə edilir) məlum olur ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan 6 aylıq müddət ərzində tərəfindən cəmi 370 manat ödəniş edilmişdir ki, həmin məbləğində 50%-i, yəni 185 manatı qanunsuz yazılmış cərimələrə görə tutulmuş və sayğaca cəmi 185 manat yüklənilmişdir. Bu isə o deməkdir ki, o, fərdi yaşayış evində 6 ay ərzində (əsasən də ilin soyuq aylarında) cəmi 185 manat məbləğində təbii qazdan istifadə etmişdir. Belə olan halda əgər hətta hesab etsələr ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddia olunduğu kimi ona məxsus mənzildə həqiqətən də təbii qazdan qeyriqanuni isitifadə edilib (halbuki belə hal olmayıb və həmin dövrdə evdə ümumiyyətlə heç bir qaz işlədicisi quraşdırılmayıb), yenə də həmin dövrdə hesablanmış cərimələrin məbləği ilə sayğac quraşadırılandan sonra təbii qazdan istifadəyə görə etdiyi ödənişlərin məbləği müqayisə ediləndə cərimə məbləğlərinin həddindən artıq şişirildiyi məlum olur. Göründüyü kimi ona məxsus fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır və yalnız onların iradə ifadəsini özündə əks etdirir. O, dəfələrlə Cavabdeh İB-yə gedərək əgər ona məxsus evə daxil olmuşlarsa bununla bağlı fotoşəkilləri və digər sübutları tələb etməsinə baxmayaraq onlar ona təbii qazdan qeyri-qanuni istifadə halını necə aşkar etdiklərini, hansı qanuna və ya normativ hüquqi akta əsasla cərimə yazdıqları, hansı tarixlərdə onun evində olduqları, istifadə etdiyi qaz işlədicilərini hansı formada müəyyən etdikləri, hesabat müddətinin necə müəyyən olunması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişlər. Eyn zamanda bir daha onu da qeyd etmək istəyir ki, tərtib olunmuş saxta aktlara əsasən cərimənin hesablanmasının hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi Cavabdeh Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Cavabdeh İB nümayəndəsi (vəkili) Vəkil1 etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə münasibətdə tərtib edilmiş aktlara uyğun olaraq hesablanmış cərimə borcunun silinməsini xahiş etmişdir. İddiaçı iddia tələbini xx.xx.2022-ci il tarixinə kimi tərtib edilmiş aktların qazdan istifadə etməməsi və qaz sayğacının olmaması, habelə qazın sərfinin hesablanması mexanizimi, habelə tərəfindən ödənildiyini bəyan etdiyi 380 manat məbləği ilə əsaslandırmışdır. Nəzərə çatdırır ki, qaz sayğacı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixində quraşdırılmağına və buna uyğun olaraq **********20011 saylı abonent kodunun verilməsinə baxmayaraq, “Azəriqaz ” İB-nin səlahiyyətli əməkdaşları tərəfindən ərazi üzrə yerindəcə yoxlamalar aparılan zaman ilk dəfə 2021-ci ilin may ayında müəyyən edilmişdir ki, hazırda iddiaçının yaşadığı fərdi yaşayış evinə ümumi istifadədə olan yolda yerləşən və Cavabdeh İB tərəfindən quraşdırılmış qaz xəttinə qanunsuz qoşulma faktı mövcuddur. Akt tərtib edilən zaman iddiaçı həmin ərazidə olmadığından hadisənin fotoşəkili çəkilmiş, talanmış qazın həcminin və buna uyğun olaraq dəymiş ziyanının müəyyən edilməsi üçün aidiyyəti üzrə müvafiq şöbəyə göndərilmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə edilmiş və dəymiş ziyanın həcmi və məbləğinə dair xx.xx.2021-ci il tarixli ******* №-li akt hazırlanmışdır. Həmin akta əsasən qanunsuz istifadə edilmiş qazın həcmi 7344 kub metr, dəymiş ziyanın məbləği isə 734,40 manat müəyyən edilmişdir. Daha sonraki tarixlərdə mütəmadi olaraq yoxlamalar aparılan zaman müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evinə qanunsuz qoşulma halları davam etmiş və buna uyğun olaraq sonraki tarixlər üzrə yenidən aktlar tərtib edilmişdir. Ümumilikdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində aşağıdaki aktlar tərtib edilmişdir: xx/xx/2021-ci il tarixli ******* saylı akt üzrə 7344 kub metr olmaqla 734,40 manat məbləğində ziyan, xx/xx/2021-ci il tarixli ******* saylı akt üzrə 2808 kub metr olmaqla 280,80 manat məbləğində ziyan, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 2801 kub metr olmaqla 280,80 manat məbləğində ziyan, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 4320 kub metr olmaqla 432 manat məbləğində ziyan, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 2808 kub metr olmaqla 280,80 manat məbləğində ziyan xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 4032 kub metr olmaqla 483,84 manat məbləğində ziyan, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 5976 kub metr olmaqla 717,12 manat məbləğində ziyan, xx.xx.2022ci il tarixli ******* saylı akt üzrə 4824 kub metr olmaqla 578,88 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 5256 kub metr olmaqla 630,72 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 16200 kub metr olmaqla 1944 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 4248 kub metr olmaqla 630,72 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 2808 kub metr olmaqla 336,96 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 2808 kub metr olmaqla 336,96 manat məbləğində ziyan. Aktlar üzrə dəymiş ziyanın ümumi məbləği 7236 manat təşkil etmişdir. Laki ödənişlər həyata keçirilən zaman tutulmalar həyata keçirildiyindən qalıq ümumi borc məbləği hazırda 6814,92 manat təşkil edir. Ümumilikdə 2021-ci il üzrə iddiaçı tərəfindən 33 192 kub metr, 2022-ci il üzrə isə 29 088 kub metr qazın sərfi (qanunsuz qoşulma və ya qaz sayğacı quraşdırıldıqdan sonra) həyata keçirilmişdir ki, bu hallar abonentin saldosunda öz əksini tapmışdır. Aktların birtərəfli qaydada tərtib və saxta olması iddiaları ilə bağlı qeyd edilməlidir ki, abonentin həmin aktlarda imzasının olmaması aktların qanunsuz olması kimi xarakterizə oluna bilməz. Nəzərə alınmalıdır ki, aktlar ciddi hesabat blankı olmaqla birlikdə tərtib edildikdən sonra dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə cavabdehin səlahiyyətli şəxslərinə təqdim edilməklə bərabər, xüsusi formaya malikdir və hər bir akt üzrə nömrələnmə həyata keçirilmişdir. Digər tərəfdən aktların tərtib cavabdehin səlahiyyətli şəxsləri tərəfindən ayrı-ayrı vaxtlarda yoxlamalar aparılan zaman müəyyən edildiyindən və həmin an həmin ünvanda digər şəxslər mövcud olduğundan, yəni abonentin özü və səlahiyyətli nümayəndəsi olmadığından imzalanmaya bilər, habelə abonent həmin aktın imzalanmasından birtərəfli qaydada imtina edə bilər. Bu hal həmin aktların qanunsuz olması kimi xarakterizə olunmamalıdır. İddiaçı iddia ərizəsində cavabadeh tərəfindən aktların tərtibi zamanı bir şəkilə istinad edilməsini qeyd etsə də bununla bağlı qeyd edilməlidir ki, çəkilmiş şəkillərdə əks olunmuş tarixlərdən də bəlli olur ki, fotoşəkillər xx.xx.2021-ci il tarixdə saat 15:03 -də (buna uyğun xx.xx.2021-ci il tarixli ******* №-li akt tərtib edilib), xx.xx.2021-ci il tarixdə saat 12:27-də (buna uyğun olaraq xx.xx.2021-cii l tarixli ******* saylı akt tərtib edilmişdir), xx.xx.2022-ci il saat 12:22-də (buna uyğun xx.xx.2022-ci il tarixli ******* №-li akt tərtib edilib) çəkilmişdir və müxtəlfi vaxtlarda həyata keçirilmişdir. Çəkilmiş fotoşəkillərə münasibətdə qeyd edilməlidir ki, fotoşəkillərdən də bəlli olur ki, məhz küçə xəttində quraşdırılmış qaz xəttindən fərdi yaşayış evinə qaz xətti çəkilmişdir və bu hal cavabdehin icazəsi olmadan iddiaçı tərəfindən həyata keçirilmişdir. Belə olan təqdirdə iddiaçının həmin tarixdə qaz sayğacının quraşdırılmamasına istinad edərək qazdan isitfadə etməməsinə istinad etməsi inandırıcı deyildir. Dəymiş ziyanın hesablanması qaydası ilə bağlı qeyd edilməlidir ki, ziyanın məbləği qazın yay və qış rejimindən aslı olaraq dəyişdiyindən və bununla bağlı cavabdeh tərəfindən daxili qaydada qəbul edilmiş qaydalar əsas götürüldüyündən istifadə edilmiş qazın həcmi və məbləği həmin qaydalar əsas götürülməklə müəyyən edilir. Yaşayış sahəsinin fərdi yaşayış evi olması nəzərə alınsa quraşdırılmış aparatlardan və qanunsuz qoşulmanın baş verdiyi aylardan aslı olaraq hesablama mexanizimi fərqlilik təşkil edə bilər. Digər tərəfdən abonetin saldosundan da bəlli olur ki, iddiaçı tərəfindən 2022-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayına kimi ümumilikdə 195 manat məbləğində ödəniş həyata keçirilmişdir. Yaşayış sahəsinin fərdi yaşayış evi olmasını və havaların soyuq keçməsini nəzərə alaraq 6 ay ərzində abonetin ümumilikdə 195 manat məbləğində qazın sərfindən istifadə etməsi inandırıcı deyildir. Qeyd edilən faktlar əslində sübut edir ki, iddiaçı qazdan istifadə qaydalarını pozduğunu qəbul etmiş və buna uyğun olaraq qazdan istifadə etməklə bərabər ödənişləri həyata keçirmişdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı Cavabdeh İB-yə qarşı qaldırılmış 7002 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən tərtib edilmiş 31 may 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; 31 may 2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində sayğacsız qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 may 2021ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 7344 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00011) baxış keçirilən zaman təbii sayğacdan qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; 30 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 iyun 2021ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3096 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00011) baxış keçirilən zaman abonentin sayğacsız, təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində sayğacsız istifadə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 iyul 2021ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2808 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 31 avqust 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 31 avqust 2021-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2808 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar, qeyri-qanuni qazdan istifadə etdiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 4320 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz sayğacına baxış keçirilən zaman, abonentin sayğacdan kənar qeyri-qanuni sayğacsız qazdan istifadə etdiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 oktyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2808 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00011) baxış keçirilən zaman abonentin sayğacsız qeyr-qanuni istifadə etdiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində sayğacsız təbiiqazdan istifadə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 4032 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00011) baxış zamanı qeyri-qanuni, sayğacsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində sayğacsız xətt ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 5976 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 4824 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00011) baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 5256 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 mart 2022ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 16200 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00011) qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacsız, qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli 0364267№-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeyri-qanuni birləşmə ləğv edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00011) baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində sayğacsız qeyriqanuni birləşmə ləğv edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 iyun 2022ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ndə yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2808 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00011 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun qalıq aktlar üzrə borcu 2021-ci il üzrə 3519,36 manat və 2022-ci il üzrə isə 3490,56 manat təşkil edir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə məxsus qaz xəttinə özbaşına qoşulma halları iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, həmin aktlarda cavabdeh tərəfindən hansı formada iddiaçıya məxsus qaz xəttinə qoşulma barədə məlumat da qeyd edilməmişdir. Belə olan halda, 31 may 2021-ci il tarixli ******* nömrəli, 30 iyun 2021-ci il tarixli ******* nömrəli, 30 iyul 2021-ci il tarixli ******* nömrəli, 31 avqust 2021-ci il tarixli ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli, 28 fevral 2022-ci il tarixli ******* nömrəli, 31 mart 2022-ci il tarixli ******* nömrəli, 29 aprel 2022-ci il tarixli ******* nömrəli, 31 may 2022-ci il tarixli ******* nömrəli və 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktlar etibarlı olmadığından məhkəmə hesab edir ki, həmin aktlar əsasında İddiaçı (Abonent kodu: **********00011) hesablanmış cəmi 7009,92 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 7009,92 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 90,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00011) hesablanmış 7009,92 (yeddi min doqquz manat 92 qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 90,10 (doxsan manat 10 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar