Məhkəmə qərarları › İş №2(001)-1329/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1329/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1329/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən, fərdi mənzil tikintisi üçün ayrılmış 1-2003 saylı həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən, fərdi mənzil tikintisi üçün ayrılmış 1-2003 saylı həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2023-cü il tarixli cavab məktubundan göstərilmişdir ki, “ ... müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 1-2003 saylı həyətyanı torpaq sahəsinin Ərizəçi ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə Ərizəçi qeyd olunduğundan sözügedən sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Həmçinin ərizəyə əlavə edilmiş xx.xx.2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışdan görünür ki, gəmin əmrlə baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir. Bundan əlavə ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki, ... vətəndaş Ərizəçi 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin qərarı və sovxozun əmri nəzərə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, ... ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin ... ... Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir”. Ərizəyə əlavə edilmiş sənədlərdən hazırkı mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin təsir dairəsinə düşməsi müəyyən olunmur. Belə ki, faktiki olaraq mövcud olan, möhür və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuş əmrdən çıxarışın və digər sənədlərin legitimliyinin şübhə altına alınması üçün məhkəmə hal-hazırda hər hansı qanuni əsas müəyyən etmir. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən, fərdi mənzil tikintisi üçün ayrılmış 1-2003 saylı həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin hazırkı iş üzrə ərizəçiyə məxsus olmasının məhkəmə qaydasında müəyyən edilməsi üçün hüquqi əsas mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262-ci maddəsinə müvafiq olaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən, fərdi mənzil tikintisi üçün ayrılmış 1-2003 saylı həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu rüsumu ödəmiş Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar