Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1360/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti) maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun bacısıdır. Bacısı İ qrup əlildir. Onun həmişə hər bir işdə yardıma, köməyə ehtiyacı vardır. O bacısı ilə birlikdə bir evdə yaşayır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ərizəçi xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1963-cü il təvəllüdlü bacısı X5 üzərində qəyyum təyin olunmağa razıdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilən, 05/Q-4203- 69 nömrəli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi atası – Balaşirin Əliyar oğlu, anası - X6, bacısı isə X3r; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən x xxxxxx 2016-ci il tarixdə verilən, 2LTNRMC0002 müayinə barədə məlumatdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X5 üçün ümumi xəstəlik səbəbindən müddətsiz İ dərəcəli əlillik qrupu müəyyən edilmiş və ona sol ağ ciyərin ocaqlı vərəmi infiltrasiya mərhələsi, dağılma mərhələsi, Xr TÇ İİİ dər. BK (-) mənfi diaqnozu qoyulmuşdur; Bakı Şəhəri Binəqədi Rayonu 9 saylı Şəhər Poliklinikası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilən 472 nömrəli arayışdan məlum olur ki, xx.xx.1963-cü il təvəllüdlü X5, həqiqətən, 1991-ci ildən poliklinikanın psixiatriya kabinetində İ qrup əlil kimi epilepsiya nəticəsində yaranan kəskin şəxsiyyət pozuntusu diaqnozu ilə qeydiyyatdadır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 X10 tərəfindən xx xxxxxx 2021-cil tarixində verilən 236 nömrəli rəydən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X2 epilepsiya xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu formasında psixi xəstəlik müəyyən edilmişdir və hazırki müayinə zamanı müəyyən edilən epilepsiya xəstəliyinin nəticəsində meydana gəlmiş ağıl zəifliyi və davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilən 1636 nömrəli Arayışa əsasən, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 72 saylı evdə qeydiyyatdadır; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilən 1638 nömrəli Arayışa əsasən, xx.xx.1963-cü il təvəllüdlü X5 Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 72 saylı evdə qeydiyyatdadır; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilən, AZ-İ seriyalı, 529605 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx xxxxx 2012-ci ildə baş beyin ödemi səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2010-cu il tarixdə verilən, AZ-İ seriyalı, 418688 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Balaşirin Əliyar oğlu xx xxxxxx 2002-ci ildə kəskin beyin qan dövranının çatışmazlığı səbəbindən ölmüşdür; xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1963-cü il təvəllüdlü X1 bacısıdır. X5 ünvan 1 ünvanında qeydiyyatdadır. X1 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 X9 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, X2 epilepsiya xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu formasında psixi xəstəlik var və hazırki müayinə zamanı müəyyən edilən epilepsiya xəstəliyinin nəticəsində meydana gəlmiş ağıl zəifliyi və davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1360/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1360/2021
19.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver