Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1367/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 Şixbaba qızına və Cavabdeh2nə qarşı 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 24.08.2015-ci il tarixli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 Şixbaba qızına və Cavabdeh2nə qarşı 30.12.2006cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 24.08.2015-ci il tarixli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, daimi olaraq Quba rayonu İqriq kəndində yaşayır. Mərhum bacısı X11 və qardaşı X12 da vəfat etdikləri günədək onunla birlikdə ata evində yaşamışlar. İ.İddiaçıa və V.İddiaçı heç vaxt nikaha daxil olmamış, övladları yoxdur. Torpaq islahatı gedişi zamanı hamı kimi bacısı İradəyə və qardaşı Vüqara Quba rayon ATK-nın 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə yaşadıqları İqriq kəndi ərazisindən 0,45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə əkin sahəsindən ibarət torpaq sahəsi ayrılmış və adlarına Torpağa Mülkiyyət Hüququna dair JN 610 Kod 30304038 saylı dövlət aktı verilmişdir. Onun bacısı İradə uzun müddət iflic xəstəsi olmuş və 10.02.2006-cı il tarixdə vəfat etmiş, qardaşı Vüqar isə 30.03.2007-ci il tarixdə özünü asaraq intihar etmişdir. Bacı və qardaşının mülkiyyətində olan torpaq sahələrini o, idarə etdiyindən bacı və qardaşının vərəsəsi kimi öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. Bacısının və qardaşının mülkiyyətində başqa daşınar və daşınmaz əmlak olmışdır. Notarius tərəfindən ona Vüqar və İradənin vərəsəsi olması barədə məktub verilsə də, o, çıxarış almaq istəyərkən ona həmin torpaq sahəsinə başqa şəxsin adına çıxarış verildiyi, Bakı şəhər sakini Cavabdeh1 Şixbaba qızı ilə onun bacısı İradə və qardaşı Vüqar arasında 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinin olması bildirilmişdir. Həmin müqavilə əsasında da qeyd olunan torpaq sahəsinə dair Cavabdeh1 Şixbaba qızının adına 24.08.2015-ci il tarixdə çıxarış verilmişdir. O, həmin sənədlərlə tanış olduqda qeyd olunan alqı-satqı müqaviləsinin saxta olduğunu öyrənmişdir. Belə ki, bacısı İradə 10.02.2006-cı il tarixdə öldüyü halda alqı-satqı müqaviləsi sonuncunun adından 30.12.2006-cı il tarixdə bağlanmışdır. İradə və Vüqarın şəxsiyyət vəsiqələri ümumiyyətlə olmamışdır. Alqı-satqı müqaviləsində olan imzalar İradə və Vüqara məxsus deyildir. Bu fakt iddia ərizəsinə əlavə edilmiş bağışlama müqaviləsi və sürücülük vəsiqəsi ilə də təsdiq olunur. Qeyd olunan sənədlərdəki Vüqar Babayevin imzaları ilə alqı-satqı müqaviləsindəki imza eyni deyildir, fərqlidir. Həmin torpaq sahəsi əvvəlcədən onun istifadəsində olmuş və hal-hazıra kimi də onun istifadəsindədir. O, Cavabdeh1 tanımır, görməmiş və sonuncu bir dəfə də olsa həmin torpaq sahəsinə gəlməmişdir. Quba rayon Cavabdeh2tariat ofisindən aldığı məktubdan görünür ki, qeyd olunan alqı-satqı müqaviləsi notariat ofisinə təhvil verilmiş sənədləri arasında mövcud deyildir. Bütün bunlar onu göstərir ki, həmin alqı-satqı müqaviləsi qanunsuz olaraq saxta yollarla əldə edilmişdir. Bacı, qardaşı vəfat etdiyindən o, uzun müddət mirası qəbul etmək üçün müraciət etməmiş, daha sonra torpağın sənədlərini tapa bilməmiş, həmin sənədlərin bərpa edilməsi ilə məşğul olmuş, daha sonra torpağın satılması ona məlum olmuş, bütün bu müddət ərzində torpaq sahəsi onun istifadəsində olmuş, həmin torpaq sahəsinə nəzarət etmiş, əkib-becərmişdir. Ona görə də Cavabdeh1 Şixbaba qızı ilə X11 və X12 arasında Quba rayonu Notariat kontorunda bağlanması göstərilən 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən Cavabdeh1 Şixbaba qızının adına verilmiş 24.08.2015-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsinə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında X13 və X18 şahid qismində dindirildikdən sonra İddiaçı izahatına əlavəsində göstərmişdir ki, qardaşı Vüqarın özünə qəsd etməsindən sonra o, bacıları ilə birlikdə prokurorluğa dəvət olunmuş, həmin vaxt Muradı görməmiş, bacısının əri olan Sənanın Vüqarın özünə qəsd etməsində təqsiri olmamış, bibisi oğlu Raufa torpaq sahəsinə nəzarət edib əkib-becərməyi Murad deyil, o tapşırmışdır. Muradın 4500 ABŞ dollarının qaytarılacağı təqdirdə torpaq sahəsinin geri qaytarılması barədə təklifi ilə razı deyildir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddiaçının izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsində etiraf edir ki, notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə iddiaçının bacısı İradənin əvəzində başqa şəxs imza etmişdir. Həmin vaxt iddiçının qardaşı Vüqarın da şəxsiyyətini təsdiq edən heç bir sənədi olmamışdır. Bununla da müqavilə bağlayan tərəflərin şəxsiyyətlərinin müəyyən olunması barədə Notariat haqqında Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin tələbinə əməl edilməmişdir. Orada göstərilir ki, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanmalıdır. İddiaçı mübahisə predmeti barədə iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Quba rayon Vəkil bürosuna daxil olmuş 25.11.2019-cu il tarixli məktubunu alandan sonra bilmişdir. Yalnız bu məlumatdan sonra iddiaçı Quba Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, həmin məhkəmə 04.05.2020-ci il tarixdə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Ona görə də Cavabdeh1 iddia müddətinin buraxılmış hesab edilməsi barədə ərizəsinin rədd edilməsini, iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Şixbaba qızının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 alqı-satqı müqaviləsini notariat kontorunda bağlayarkən mərhum Vüqar Babayev yanındakı xanımı bacısı X3 təqdim etmiş və notarius Mehriban Quliyeva alqı-satqını rəsmiləşdirmişdir. Cavabdeh1 həmin xanımın İradə Babayeva deyil, başqa bir xanım olmasını bilə bilməzdi. Alqı-satqı müqaviləsinin bağlanmasından 15 il keçmişdir və 15 ildən sonra hər hansı bir əqdin mübahisələndirilməsi qanuna ziddir. İddiaçının 15 il ərzində bunu bilməməsi və iddia qaldırmaması inandırıcı deyil, şübhəlidir. Alqı-satqı müqavilələrinin etibarsızlığına dair kəsici iddia müddəti 1 ildir. Bundan başqa daşınmaz əmlakın alqı-satqı müqavilələri üzrə iddia müddəti 6 ildir. Ümumi iddia müddəti isə 10 ildir. Göründüyü kimi iddiaçı üzürsüz səbəbdən bütun iddia müddətlərini buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də iddiaçı tərəfindən iddia müddəti buraxıldığından iddia ərizəsinin rədd edilməsini xahiş edir. Cavabdeh2nə və maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh2 nümayəndəsi və maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 nümayəndəsinin və maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Quba rayon Alekseyevka kənd soveti tərəfindən verilmiş 25.11.1967-ci il tarixli AЗ – № ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Quba rayonu İqrıq kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 236 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası X15r. Quba rayon Alekseyevka kənd soveti tərəfindən verilmiş 14.05.1966-cı il tarixli AЗ – № ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 10.02.1966-cı il tarixdə Quba rayonu İqrıq kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 121 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası X15r. Quba rayon Alekseyevka kənd soveti tərəfindən verilmiş 01.10.1971-ci il tarixli AЗБ – № 169598 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 01.09.1971-ci il tarixdə Quba rayonu İqrıq kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 236 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası X15r. Quba RİHB-nın Alekseyevka İƏV üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 23.03.2006-cı il tarixli AZ-İ № 191555 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 10.02.2006-cı il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.03.2006-cı il tarixdə 11 nömrəsi ilə qeyd edilmişdir. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.07.2016-cı il tarixli AZ-İ № 804605 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 30.03.2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.07.2016-cı il tarixdə 151 nömrəsi ilə qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-610 KOD 30304038 saylı dövlət aktından müəyyən olunur ki, X11 və X10 Quba rayon AİK-nın 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,45 ha torpaq sahəsi verilmişdir. X1 və X11 ilə alıcı Cavabdeh1 Şixbaba qızı arasında bağlanmış 30.12.2006-cı il tarixli torpağın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Quba rayonu Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN-610 KOD 30304038 saylı dövlət aktına əsasən Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsini ******* AZM-ə alıcıya satmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh2 19.12.2019-cu il tarixli 1806 nömrəli məktubundan müəyyən olunur ki, Quba rayon NK-da 30.12.2006-cı il tarixdə JN- 610 KOD 30304038 saylı dövlət aktına əsasən X12 və X11 ilə Cavabdeh1 Şixbaba qızı arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh2nə təhvil verilmiş arxiv sənədləri arasında mövcud deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2015-ci il tarixli RX seriyalı № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 Şixbaba qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 112 saylı reyestr kitabının 58 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.11.2019-cu il tarixli **********78 saylı məktubundan müəyyən olunur ki, X11 və X8 adına olan Quba rayonu İqriq kəndində yerləşən ümumi birgə 0,45 ha torpaq sahəsinə verilmiş JN-610 KOD 30304038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı Quba rayon notariat kontorunun 30.12.2006-cı il tarixli 4-ə/794 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Şixbaba qızının adına özgəninkiləşdirilmişdir. Quba rayonunun notariusu X14 04.02.2017-ci il tarixli 52 saylı məktubundan müəyyən olunur ki, İddiaçı 04.02.2017-ci il tarixli 90/91 nömrəli ərizəsinə və Quba rayonu İHB-nin Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.02.2017-ci il tarixli 143/144 saylı arayışa əsasən İddiaçı 30.03.2007-ci il tarixdə vəfat etmiş X8, 10.02.2006-cı il tarixdə vəfat etmiş X6 qanuni vərəsələri sırasına daxildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 06.01.2006-cı il tarixli 03 saylı arayışının surətindən müəyyən olunur ki, Quba İHB-nin Alekseyevka İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin 1991-1995-ci il illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X4 şəxsi istifadəsində 0,17 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yaşayış evi olduğu qeyd edilmiş, onun təsərrüfatında qardaşı qardaşı X8 olduğu qeyd edilmişdir. Həmin kitabın əlavə məlumatlar qrafasında Quba notariat kontorunun 05.07.1995-ci il tarixli 6/2706 nömrəli müqavilə əsasında X7 məxsus olan evin ½ hissəsi qardaşı X8 adına keçirilmişdir sözləri yazılmışdır. Quba rayonu Alekseyevka Bələdiyyəsinin 18.03.2021-ci il tarixli 216 saylı arayışından müəyyən olunur ki, İddiaçı 10.02.2006-cı il tarixdə vəfat etmiş bacısı X6 və 30.03.2007-ci il tarixdə vəfat etmiş qardaşı X8 dəfn xərclərini çəkmiş və onların Alekseyevka Bələdiyyəsinə olan vergi borclarını ödəmişdir. 18.03.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Əlihüsüyn oğlu torpaq vergisinə görə 35,49 manat ödəniş etmişdir. Quba rayonu Alekseyevka Bələdiyyəsinin 21.04.2021-ci il tarixli 269 saylı arayışından müəyyən olunur ki, İddiaçı bacısı X11 vəfat etdikdən sonra onun adına olan JN610 nömrəli Dövlət aktında göstərilən 0,45 ha özəl pay torpağına qardaşı İddiaçı sahiblik edir və vergiləri ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh2 19.03.2021-ci il tarixli 833 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı ərizəsinə və 04.02.2017-ci il tarixli 90 və 91 nömrəli vərəsəlik işinə əsasən İddiaçı 30.03.2007-ci il tarixdə vəfat etmiş X8 və 10.02.2006-cı il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsidir. Quba RPŞ-nin 15.01.2018-ci il tarixli arayışından müəyyən olunur ki, Quba rayonu İqriq kəndində yaşayan İddiaçı 12.01.2018-ci il tarixdə Quba PRŞ-nə ərizə ilə müraciət edərək mərhum bacısı İ.İddiaçıaya və qardaşı V.İddiaçı məxsus olan Quba rayonu İqriq kəndi ərazisində yerləşən torpaqsahəsi üçün verilmiş torpağa mülkiyyət hüququna dair JN- 610 kod: 30304038 nömrəli Dövlət Aktı naməlum şəraitdə itmişdir. Qeyd olunan sənəd itmiş və ya tapılmış əşya kimi Quba PRŞ-nə daxil olmamışdır. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 123 saylı arayışdan müəyyən olunur ki, 01.09.1971-ci il tarixdə Quba rayonu İqriq kəndində anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 01.09.1989-cu ildən 30.03.2007ci ilədək olan dövrə aid vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi tərəfindən verilən 31.12.2004-cü il tarixli Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası vətəndaşı X12 Azərbaycan Respublikasına qayıtmışdır. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 124 saylı arayışdan müəyyən olunur ki, 10.02.1966-cı il tarixində Quba rayonu İqriq kəndində anadan olmuş X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 10.02.1984-cü ildən 10.02.2006-cı ilədək olan dövrə aid vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, o, İddiaçı dayısı oğludur. O, da İddiaçı kimi daimi olaraq Quba rayonunun İqriq kəndində yaşayır. Ə.Ə. Babayevin Quba rayonunun İqriq kəndində özünə məxsus evi və həyətyanı sahəsi vardır. Onun bibisi övladları, yəni İddiaçı bacısı İradə və qardaşı Vüqar vəfat etmişlər. İradəyə və Vüqara məxsus pay torpaq sahəsi onun evindən 50 metr aralıda yerləşir. Vüqar qardaşı Əfqanla həmin torpaq sahəsində, torpaq sahəsi satılanadək, pomidor əkib becərmişlər. Həmin torpaq sahəsini Vüqar sağlığında satmış, bu barədə Əfqan, bütün qohumlar, qonşular, kənd sakinləri bilmişdir. Torpağı alanın qohumu olan Murad həmin torpaq sahəsini əvəzsiz olaraq 10 ildən çoxdur ki, onun istifadəsinə vermiş, hal-hazıradək də torpaq onun istifadəsindədir. Bu fakt Əfqana da məlumdur. Belə ki, torpaq satıldıqdan sonra həmin sahəsinə Muradın tapşırığı ilə o, nəzarət edir, qarğıdalı və sair kənd təsərrüfatı məhsulları əkir və becərir, torpaq sahəsini digər qonşularla birlikdə hasa almışdır. Murada əkdiyi qarğıdalıdan pay vermişdir. Son ilədə Əfqan ona torpağı satacağı üçün əkməməyi dediyindən o, torpaqda təmizlik işləri aparsa da, əkin əkməmiş, bu barədə Murada demiş, Murad isə torpağın ona məxsus olduğundan əkib becərməsini ona demişdir. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, o, Quba rayonu Vladimirovka kəndində yaşayır. Vladimirovka kəndi İqriq kəndindən təxminən 10 km aralıda yerləşir. Onun əmisi, yəni Cavabdeh1 Şixbaba qızının əri Elxan Quba rayonunda torpaq sahəsi almaq istəyini ona demiş, təxminən 2006-2007-ci illərdə o, Vüqar adlı şəxsin İqriq kəndində torpaq satmasını bilib bu barədə əmisinə demişdir. Daha sonra Cavabdeh1, Vüqarın və Vüqarın bacısı kimi təqdim etdiyi qadının iştirakı ilə alıq-satqı müqaviləsi bağlanmış, 45 sot torpaq sahəsinin dəyəri olan 4500 ABŞ dollarını o, Vüqara vermişdir. Həmin vaxt torpağın sahiblərindən biri olan İradənin ölməsi, notariat kontorunda iştirak edən qadının İradə olmaması onlara məlum olmamışdır. 2021-ci ilin yanvar ayında vəfat edən əmisi Elxan Rusiyada yaşadığından torpağa nəzarət etməyi ona tapşırmışdır. Bundan sonra torpaq sahəsinin yaxınlığında yaşayan Əfqanın bibisi oğlu olan Rauf ona zəng edərək torpağı becərmək üçün ona icazə verməyi xahiş etmişdir. Artıq 10 ildən çoxdur ki, o, torpaq sahəsinə nəzarət etməyi, əkib-becərməyi əvəsiz olaraq Raufa tapşırmışdır. Torpağı aldıqdan 3-4 ildən sonra onu Quba rayon prokuroru dəvət etmiş, prokurorun qəbulunda o, iki qadın görmüş, prokuror ondan torpaq sahəsi alıb-almamasını soruşmuş, o, Vüqardan 4500 ABŞ dollarına torpaq sahəsi almasını bildirmişdir. Həmin vaxt prokuror ona qadınların Vüqarın bacıları olmasını topraqla bağlı müraciət etmələrini, Vüqarın özünə qəsd etməsini demişdir. Daha sonra o, kənd sakinlərindən Vüqarın bacısının əri olan Sənanın Vüqarı döyərək torpaq sahəsinin pulunu tələb etməsini, buna görə Vüqarın özünə qəsd etməsini bilmişdir. Vüqarın torpaq sahəsini onlara satmasını, Vüqarın yaxın qohumları ilə yanaşı, qonşuları, kənd sakinləri də bilmişlər. O, Əfqanın torpaq tələbini Quba Rayon Məhkəməsi işə baxıb qurtardıqdan sonra bilmişdir. Torpaq satıldıqdan sonra da Əfqanın istifadəsində olmasına dair Əfqanın dedikləri həqiqət deyildir. Əfqan Vüqarın onlardan aldığı 4500 ABŞ dollarını geri qaytaracağı halda o, torpaq sahəsini geri qaytarmağa razıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 və X11 ilə alıcı Cavabdeh1 Şixbaba qızı arasında Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsinə dair 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsi təsdiq olunarkən satıcılardan biri olan 10.02.2006-cı il tarixdə ölmüş İ.İddiaçıanın iradə ifadəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Məhkəmə araşdırması zamanı İddiaçı bacısı İ.İddiaçıanın və qardaşı V.Ə. Babayevin ölümündən sonra sonuncuların mülkiyyətində olan torpaq sahəsinin onun istifadəsində və sahibliyində olmasını, torpaq sahəsinin satılmasına dair müqavilənin bağlanmasının ona 2019-cu ildə məlum olmasını, torpaq sahəsinin öz bibisi oğlu olan R.Ç.Orucəliyevin istifadəsinə onun tərəfindən verilməsini bildirsə də, bu hal araşdırma zamanı öz təsdiqini tapmamış, iddiaçı alqı-satqıdan sonra torpağa faktiki sahiblik və istifadə etməsinə dair cavabdehin sübutlarını təkzib edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməməklə miras əmlakı faktiki olaraq qəbul etməsini sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Quba rayon Alekseyevka Bələdiyyəsinin arayışlarına münasibət bildirərək qeyd edir ki, bu arayışlarda göstərilən faktların hansı sübutlar əsasında qeyd olunması müəyyən olunmadığından, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzi ilə sonuncunun yalnız 2021-ci ildə bələdiyyə vergi ödəməsi, məhkəmə iclasında dindirilən şahid ifadələri ilə torpaq sahəsinin cavabdehin sahibliyində və istifadəsində olması müəyyən edildiyindən bu arayışlar mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh1 30.12.2006-cı il tarixdə dəyərini iddiaçının qardaşı olan V.İddiaçı tam ödəməklə sonuncunun da mülkiyyətində olan Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsini alarkən həmin vaxt ona ikinci satıcı kimi təqdim olunan şəxsin əslində İ.İddiaçıa olmadığını bilmədiyindən vicdanlı alıcı olmaqla yanaşı aldığı torpaq sahəsinə müqavilə bağlandıqdan sonra sahiblik və istifadə etməyə başlamışdır. Mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olduğu üçün, daimi yaşayış yeri torpaq sahəsinin yerləşdiyi kənd olan İddiaçı də 30.03.2007-ci il tarixdə ölmüş qardaşı V.İddiaçı hələ sağlığında torpaq sahəsini satmasını bilməli idi. Beləliklə İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmədiyindən, mübahisəli torpaq sahəsinin hələ qardaşının ölümünədək özgəninkiləşdirilməsini bilməli olduğundan 30.12.2006-cı il tarixli əqdi və onun nəticələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iddiaçının iddia müddətinin ötürüməsi səbəbindən də iddia tələblərinin təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1.-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə 10 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edən iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbində də, təmin edilməsini qeyrimümkün hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 Şixbaba qızına və Cavabdeh2nə qarşı Cavabdeh1 ilə İ.İddiaçıa və V.İddiaçı arasında Quba rayonu notariat kontorunda 30.12.2006-cı il tarixdə bağlanması göstərilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş 24.08.2015-ci il tarixli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1367/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1367/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver