Məhkəmə qərarları › İş №2(027)-29/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-29/2025

20.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-29/2025 20.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X1 hüquqi varisi X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı “İcarə müqaviləsinin etibarsızlığı, qeydiyyat vəsiqəsinin ləğvi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər X1 hüquqi varisi X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı “İcarə müqaviləsinin etibarsızlığı, qeydiyyat vəsiqəsinin ləğvi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh X1 hüquqi varisi X2 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, X4 ilə dünən hüquqi yardım barədə müqavilə bağlandığını və o, elektron kabinet vasitəsi ilə işə bu gün əlavə olunduğunu, iş materialları kifayət qədər çox olduğuna görə onlarla tanış olmağa ona vaxt lazım olduğunu, materiallarla elektron kabinet vasitəsi ilə tanış olaraq, növbəti prosesdə iş üzrə mövqei bildirəcəyini, bununla əlaqədar bu günə təyin olunmuş hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notarisu məhkəməyə məktub göndərək, notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən xx.xx.2025-ci il tarixə, saat 12:30-a təyin olunmuş məhkəmə iclasında iştirakının mümkün olmayacağını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddələrinə əsasən hazırki mülki işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, İddiaçı MMC “İcarə müqaviləsinin etibarsızlığı, qeydiyyat vəsiqəsinin ləğvi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, iş üzrə İddiaçı MMC hüquqi şəxs, cavabdeh tərəf isə vergi ödəyicisi olan fiziki şəxsdir. Ərizənin məzmunundan həmçinin görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədədir. MPM-in 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Həmçinin tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və VÖEN-ləri vardır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin cavabdehlər X1 hüquqi varisi X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı “İcarə müqaviləsinin etibarsızlığı, qeydiyyat vəsiqəsinin ləğvi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-29/2025 saylı mülki iş tərəflər vergi ödəyiciləri olduqlarından və mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi səbəbindən hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Məhkəmə hesab edir ki, 2(027)-29/2025 saylı iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər X1 hüquqi varisi X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı “İcarə müqaviləsinin etibarsızlığı, qeydiyyat vəsiqəsinin ləğvi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-29/2025 saylı mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar