Məhkəmə qərarları › İş №2(3-8)-1067/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1067/2026

04.09.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-1067/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər Quba rayonu Quba Bələdiyyəsi və cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası – Sәdrlik edәn vә mәruzәçi hakim Xәlilov Ramin Adilxan oğlu, hakimlәr Mәmmәdov Zaur İkram oğlu vә Dәmirov İlqar Kamal oğludan ibarәt tәrkibdә, Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. İŞİN HALLARI Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ## ###### 1994-cü il tarixdә mәrhum hәyat yoldaşı X1 Quba Rayon İcra Hakimiyyәtinin Quba şәhәr İcra nümayәndәliyi tәrәfindәn * saylı protokol әsasında fәrdi mәnzil tikintisi mәqsәdi ilә Quba şәhәri, Dәvәdabanı yaşayış massivindә yerlәşәn *** saylı әrazidә olan 0,05 ha torpaq sahәsi ilә bağlı Quba rayonu Quba bәlәdiyyәsi ilә cavabdeh cavabdeh1 arasında ##.##.2025-ci ildә Xaçmaz rayon * saylı Notariat ofisindә bağlanmış 4 178 reyestr nömrәli alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi, cavabdeh Quba rayonu Quba bәlәdiyyәsinin vә cavabdeh cavabdeh1 adına hәmin torpaq sahәlәri ilә bağlı verilmiş çıxarışların lәğv edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

2. Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә iş üzrә icraata xitam verilmişdir.

3. İddiaçı ##.##.2026-cı il tarixdә hәmin qәrardaddan şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini vә iş üzrә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

4. Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәt Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun tәrtib edilmәdiyi әsası ilә geri qaytarılmışdır.

5. İddiaçı ##.##.2026-cı il tarixdә Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından yenidәn şikayәt vermiş, eyni zamanda hәmin qәrardaddan şikayәt verilmәsi üçün nәzәrdә tutulmuş prosessual müddәtin bәrpası bәrәdә әrizә vermişdir.

6. Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә şikayәt iş materialları ilә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayәt onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi mübahisәli torpaq sahәsi 1994-cü ildәn onun mәrhum hәyat yoldaşına ayrılmış, hәmin vaxtdan faktiki istifadәsindә olmuş vә torpaq sahәsinin ayrılmasına dair hüquqmüәyyәnedici sәnәdlәr qüvvәdә olduğu halda mәhkәmә mübahisәsi gedәn әrәfәdә cavabdeh hәmin torpağa hüququ olmadığı halda onu satmış, sonradan hәmin alqı-satqı müqavilәsini lәğv etdirmiş vә DƏDRX * saylı Xaçmaz әrazi idarәsi mәhkәmә mübahisәsi gedәn bu torpaq sahәsi üzәrindә bәlәdiyyәnin mülkiyyәt hüquqlarını dövlәt qeydiyyatına aldıqdan sonra hәmin torpaq sahәsi tәkrar olaraq başqa bir şәxsә satılmışdır. Bütün bunlar ona dәlalәt edir ki, bağlanmış әqdlәr qanunsuz olmuş vә etibarsız hesab edilmәlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddә 4. Müdafiә üçün mәhkәmәyә müraciәt etmәk hüququ 4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. (...)

Maddә 10-1. Mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı bu Mәcәllә ilә müәyyәn edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron mәhkәmә” informasiya sistemi vasitәsilә aparılır. 10-1.2. Mәhkәmә vә proses iştirakçıları tәrәfindәn әrizә, şikayәt vә digәr sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi müvafiq icra hakimiyyәti orqanının Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi ilә birlikdә müәyyәn etdiyi “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir. 10-1.3. Kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı, habelә “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә mәhkәmә icraatı, o cümlәdәn әrizә, şikayәt vә digәr sәnәdlәrin göndәrilmәsi, qәbulu, habelә mәhkәmә sәnәdlәrinin mәhkәmәyә vә proses iştirakçılarına çatdırılması “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet vasitәsilә hәyata keçirilir. (...)

Maddә 129. Prosessual müddәtlәrin qurtarması 129.1. İllәrlә hesablanan müddәt, müddәtin son ilinin müvafiq ayında vә günündә qurtarır. Aylarla hesablanan müddәt, müddәtin müvafiq son ayında vә günündә qurtarır. Aylarla hesablanan müddәtin sonu müvafiq günü olmayan aya düşәrsә, müddәt hәmin ayın son günündә qurtarır. 129.2. Müddәtin son günü qeyri-iş gününә düşәrsә, ondan sonrakı iş günü müddәtin qurtarma günü hesab olunur. 129.3. Edilmәsi üçün müddәt müәyyәn olunmuş prosessual hәrәkәt, müddәtin son günü saat iyirmi dördә qәdәr yerinә yetirilә bilәr. Apellyasiya vә kassasiya şikayәtlәri, digәr sәnәdlәr vә ya pul mәblәğlәri müddәtin son günü saat iyirmi dördә qәdәr rabitә orqanlarına verilәrsә, müddәt ötürülmәmiş hesab olunur. 129.4. Prosessual hәrәkәt bilavasitә mәhkәmәdә vә ya digәr tәşkilatda edilmәlidirsә, müddәt hәmin mәhkәmәdә vә ya tәşkilatlarda müәyyәn edilmiş qaydalar üzrә işin qurtardığı vә ya müvafiq әmәliyyatların kәsildiyi saatda qurtarır.

Maddә 130. Prosessual müddәtlәrin buraxılmasının nәticәlәri 130.1. Qanunla müәyyәn edilmiş vә ya mәhkәmә tәrәfindәn tәyin edilmiş müddәt keçdikdә, prosessual hәrәkәtlәri etmәk hüququ keçmiş olur. 130.2. Prosessual müddәtlәrin keçmәsi prosessual vәzifәlәri yerinә yetirmәkdәn azad etmir. 130.3. Prosessual müddәtin bәrpa olunması barәdә vәsatәt verilmәmişsә, prosessual müddәtlәr keçdikdәn sonra verilәn şikayәtlәrә vә sәnәdlәrә baxılmır vә onları verәn şәxsә qaytarılır.

Maddә 133. Prosessual müddәtlәrin bәrpası 133.1. Mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir. 133.2. Buraxılmış müddәtin bәrpası haqqındakı әrizә prosessual hәrәkәtlәrin edilmәli olduğu mәhkәmәyә verilir vә mәhkәmә iclasında baxılır. İşdә iştirak edәn şәxslәrә mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilir. Onların gәlmәmәsi mәhkәmә qarşısında qoyulmuş mәsәlәnin hәllinә maneçilik törәtmir. 133.3. Müddәtin bәrpası haqqında әrizә verilmәklә eyni zamanda müddәti buraxılmış zәruri prosessual hәrәkәt edilmәlidir (әrizә, şikayәt verilmәli, sәnәdlәr tәqdim edilmәli vә s.). 133.4. Buraxılmış prosessual müddәtin bәrpası mәhkәmәnin qәtnamәsindә, qәrardadında vә qәrarında göstәrilmәlidir. 133.5. Müddәtin bәrpasından imtina barәdә qәrardad çıxarılır. 133.6. Prosessual müddәtlәrә dair mәsәlә üzrә qәrardaddan işdә iştirak edәn şәxslәr şikayәt verә bilәr.

Maddә 267. Qәrardadlardan şikayәt verilmәsi 267.1. Mәhkәmә tәrәfindәn ayrıca akt şәklindә qәbul edilmiş qәrardaddan bu Mәcәllәdә göstәrilmiş hallarda şikayәt verilә bilәr. 267.2. İşdә iştirak edәn şәxslәr vә qәrardadın bilavasitә aid olduğu digәr şәxslәr şikayәt vermәk hüququna malikdirlәr. 267.3. Şikayәt yazılı şәkildә qәrardadı qәbul edәn mәhkәmәyә verilir.

Maddә 268. Şikayәtin verilmә müddәti 268.1. Şikayәt qәrardad tәrәfә rәsmi qaydada verildikdәn sonra 10 gün müddәtindә verilir. 268.2. Qәrardad ondan şikayәt vermәk hüququna malik olan şәxslәrin yanında elan edilmişdirsә, şikayәt vermә müddәti qәrardadın elan olunduğu vaxtdan hesablanır.

Maddә 269. Şikayәtә baxılması 269.1. Şikayәtә qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır. 269.2. Şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir. 269.3. Əks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403-1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kasasiya instansiyası mәhkәmәsinә göndәrilir.

Maddә 363. Apellyasiya şikayәtinin qaytarılması 363.1. Apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayәti müәyyәn edilmiş müddәt keçdikdәn sonra verilmişdirsә;

Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri (...) 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; (...)

Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

11. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

13. Belә ki, Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә iş üzrә icraata xitam verilmiş, iddiaçı hәmin qәrardaddan ##.##.2026-cı il tarixdә şikayәt vermiş, lakin Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun tәrtib edilmәdiyi әsası ilә geri qaytarılmışdır. Bundan sonra iddiaçı ##.##.2026-cı il tarixdә Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadından yenidәn şikayәt vermiş vә eyni zamanda hәmin qәrardaddan şikayәt verilmәsi üçün nәzәrdә tutulmuş prosessual müddәtin bәrpası barәdә әrizә tәqdim etmişdir.

14. Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından görünür ki, mәhkәmә şikayәtә münasibәtdә prosessual mәsәlәyә baxmış, şikayәti tәmin etmәmiş vә iş materialları ilә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrmişdir. Lakin mәhkәmә tәrәfindәn iddiaçının ##.##.2026-cı il tarixdә tәqdim etdiyi prosessual müddәtin bәrpası barәdә әrizәyә ümumiyyәtlә hüquqi qiymәt verilmәmiş, hәmin әrizә prosesual müddәt axımının hәyata keçirilmәsi üçün vasitәsi olsa da, hәmin mәsәlә açıq qalmışdır.

15. Halbuki qәrardadın tәsviri hissәsindә tam mәtnlәri әksini tapmış Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 130.1, 130.3, 133.1, 133.2, 133.3-cü maddәlәrinin tәlәblәrinin yerinә yetirilmәsi mәhkәmә üçün imperativ xarakter daşımışdır.

16. Belәliklә, iddiaçı tәrәfindәn prosessual müddәtin bәrpası barәdә әrizә verildikdә mәhkәmә şikayәtә baxılmasından әvvәl hәll edilmәli olan mühüm prosessual mәsәlә hәmin әrizәyә baxmaq olmuşdur. Çünki şikayәtin qanunla müәyyәn edilmiş müddәtdә verilibverilmәmәsi mәsәlәsi mәhz müddәtin bәrpası barәdә әrizәyә hüquqi qiymәt verildikdәn sonra müәyyәn edilә bilәrdi.

17. Mәhkәmә isә iddiaçının prosessual müddәtin bәrpası barәdә әrizәsinә hüquqi qiymәt vermәmiş, hәmin әrizәdә göstәrilәn müddәtin buraxılmasının sәbәblәrini araşdırmamış, hәmin sәbәblәrin üzrlü olub-olmamasını müәyyәn etmәmiş vә müddәtin bәrpası vә ya bәrpasından imtina barәdә mәsәlә açıq qalmışdır.

18. Bu hal xüsusilә ona görә әhәmiyyәtlidir ki, müddәtin bәrpası barәdә әrizәnin tәmin edilmәsi halında ##.##.2026-cı il tarixdә verilmiş şikayәt müddәtindә verilmiş hesab oluna vә şikayәtә mahiyyәti üzrә baxılması üçün apellyasiya instansiyasına göndәrilә bilәrdi. Əksinә, müddәtin bәrpasından imtina edildiyi halda isә bununla bağlı ayrıca qәrardad qәbul edilmәli vә hәmin qәrardaddan Mülki Prosessual Mәcәllәnin 133.6-cı maddәsinә uyğun olaraq şikayәt vermәk imkanı tәmin edilmәli idi.

19. Odur ki, Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә ##.##.2026-cı il tarixdә verilmiş şikayәtin tәmin edilmәmәsi vә iş materialları ilә birlikdә apellyasiya instansiyasına göndәrilmәsi mәsәlәsi prosessual müddәtin bәrpası barәdә әrizәyә hüquqi qiymәt verilmәdәn hәll edilmişdir.

20. Mәhkәmә kollegiyası qeyd olunan halları nәzәrә alaraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, prosessual müddәtin bәrpası barәdә әrizәyә hüquqi qiymәt verilmәsi üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

21. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

QƏRARA ALDI:

Şikayәt qismәn tәmin edilsin. Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. İddiaçının ##.##.2026-cı il tarixdә Quba Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından şikayәt verdikdә tәqdim etdiyi prosessual müddәtin bәrpası bәrәdә әrizәyә baxılması üçün mülki iş Quba Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar