Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-49/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil nümayəndə2 İsa oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Hüquqi varis, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-2(119)-2511/2025 nömrəli qərardadından iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər X6, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə qarşı “müqavilənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək ## #### 2001-ci il tarixdə İddiaçı MMC-nin direktoru X1 ilə X2 arasında bağlanmış və Quba rayon * saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 3M-1/** reyestr nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında * nömrəli reyestr kitabının 53-cü səhifəsində X2 adına ## ####### 2001-ci il tarixli *** reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Quba rayon Dövlət Notariat kontorunun dövlət notariusu Z.N.Dəmirov tərəfindən ## ###### 2011-ci il tarixdə verilmiş və reyestrdə 2V/01-17 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh X6 adına verilmiş 303011000350-***** qeydiyyat nömrəli ## ##### 2011-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdehlər X6 hüquqi varisi Hüquqi varis, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə və Quba Regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə qarşı “icarə müqaviləsinin etibarsızlığı, qeydiyyat vəsiqəsinin ləğvi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə *(***)-**/**** nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hüquqi varis Quba Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və işin Quba Rayon Məhkəməsində baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadı və ## ####### 2025-ci il tarixli düzəliş qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi və Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı verdiyi “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair *-*(***)-***/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər X6 hüquqi varisi Hüquqi varis, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı verilmiş “müqavilənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi” tələbi barədə *-*(***)-****/**** nömrəli kommersiya işi üzrə icraatın dayandırılması qərara alınmışdır (hakim Fərman Həmidli). İddiaçının nümayəndəsi məhkəməyə həmin qərardaddan şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, hazırkı iddia ərizəsilə məhkəməyə müraciət ediləndən sonra və hazırkı işin qaldırılmasına əsas olan inzibati mübahisə zamanı mübahisənin getdiyi əmlakın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanılmış icarə müqaviləsi əsasında cavabdehə icarəyə verildiyi müəyyən edilmişdir. Həmin icarə müqaviləsinin ləğvi barədə inzibati qaydada Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Sözügedən icarə müqaviləsinin müddəti 2 il, yəni ## ###### 2022-ci il tarixdən ## ###### 2024-cü il tarixədək müəyyən edilmişdir. Həmçinin icarə müqaviləsində ona xitam verilməsinin əsaslarından biri kimi icarəçinin vəfat etməsi göstərilmişdir. Həmin iş üzrə həm icarə müqaviləsinin müddəti bitmiş, həm də iş üzrə icarəçi olan Əşməgül Qasımova ## ##### 2023-cü il tarixində, yəni icarə müqaviləsinin müddəti bitmədən vəfat etmişdir. Bütün bunlar Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan işin gedişində məhkəməyə bildirilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinə də müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsində üçüncü şəxs kimi Əşməgül Qasımovanın hüquqi varisinin işə cəlb edilməsi məsələsinə görə iş üzrə məhkəmə iclası ## #### 2026-cı il tarixinə təxirə salınmışdır. Hazırkı iş üzrə məhkəmənin Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-***/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticə əsassızdır. Qeyd edilməlidir ki, həmin icarə müqaviləsinin hansısa hüquqi əhəmiyyəti qalmamışdır. Beləliklə, hüquqi sənəd kimi mövcud olmayan müqavilə üzrə onun ləğv edilməsi formal xarekter daşıdığı halda məhkəmənin icarə müqaviləsini əsas gətirərək icraatı dayandırması əsassızdır. İcraatın dayandırılmasının əsası olan *-*(***)-***/**** nömrəli inzibati iş üzrə məhkəmənin sorğuları verilmiş, iş üzrə araşdırılma yekunlaşmış, yalnız formal prosedurlara görə iş üzrə məhkəmə iclası davam etdirilməkdədir. Hazırkı iş 2023-cü ilin aprel ayından məhkəmənin icraatına qəbul edilmişdir və iddiaçı artıq 3 ildir ki, pozulmuş hüquqlarının bərpasına görə hələ də birinci instansiya məhkəməsində mübarizə aparır, iş üzrə yenidən icraatın dayandırılması prosessual baxımından işin məhkəmədə baxılmasının ağlabatanlıq müddətinin kifayət qədər ötməsinə səbəb olacaqdır. Beləliklə, hazırkı iş üzrə icraatın dayandırılmasının səbəb olduğu inzibati məhkəmə icraatında hazırkı işə təsir edəcək xüsusi bir hal yoxdur, qeyd edilən inzibati iş üzrə bütün hallar məlumdur. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Hüquqi varis, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə və Quba regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı verilmiş “müqavilənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi” tələbi barədə kommersiya işi üzrə icraatın dayandırılması barədə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətinin təmin edilməməsi və Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli 2- 2(119)- ****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil nümayəndə2 İsa oğlu şikayətin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli sorğuya verilmiş ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli cavab məktubunda iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin hazırda məhkəmənin icraatında olduğu və iş üzrə şifahi məhkəmə baxışı iclasının ## #### 2026-cı il tarixə, saat 14:45-ə təyin edildiyi qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, Quba rayon XDS Rəyasət Heyətinin 1992-ci il tarixli *** nömrəli qərarı ilə İddiaçı MMC-yə 1,5 ha torpaq sahəsi daimi istifadəyə verilmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı MMC-nin daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən imzalanmış ## ###### 2022-ci il tarixli **** nömrəli müqavilə ilə X7 icarəyə verilmiş, həmin müqavilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2022-ci il tarixli *** nömrəli sərəncamı əsasında bağlanmışdır. İddia ərizəsində də, məhz sözügedən sərəncamın etibarsız edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırkı iddia tələbində etibarsız hesab edilməsi xahiş edilən icarə müqaviləsinin predmeti olan torpaq sahəsi (onun müəyyən hissəsi) ## ###### 2022ci il tarixli *** nömrəli sərəncamda qeyd edilən və X7 ayrılan torpaq sahəsi ilə üst-üstə düşdüyündən həmin inzibati işə baxılmayanadək hazırkı işə baxılması mümkün deyildir. Birinci instansiya məhkəməsi şikayətə münasibətdə qeyd etmişdir ki, şikayətin əsas dəlili bundan ibarətdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əşməgül Qasımova arasında bağlanılmış icarə müqaviləsi əsasında sonuncuya icarəyə verilən torpaq sahəsi hazırkı iddia üzrə iddiaçıya məxsus (ona ayrılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan) torpaq sahəsinin hüdudları daxilində yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti və Əşməgül Qasımova arasında bağlanılmış həmin icarə müqaviləsinin müddəti 2 il - ## ###### 2022-ci il tarixdən ## ###### 2024- cü il tarixədəkdir, müqavilədə ona xitam verilməsinin əsaslarından biri kimi icarəçinin vəfat etməsi göstərilmişdir. İcarə müqaviləsinin həm müddəti bitmiş, həm də icarəçi olmuş Əşməgül Qasımova vəfat etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iş, məhz bu icarə müqaviləsinin ləğvi barədədir və işə baxılması üçüncü şəxs kimi Əşməgül Qasımovanın hüquqi varisinin işə cəlb edilməsi məsələsinə görə iş üzrə ## #### 2026-cı il tarixinə təxirə salınmışdır. Şikayətdə bu səbəblərə görə həmin icarə müqaviləsinin hüquqi əhəmiyyətinin olmadığı qeyd edilərək məhkəmənin icarə müqaviləsini əsas gətirməklə icraatı dayandırmasının əsaslı olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin dayandırılmasına səbəb Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı verdiyi “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair işdir. Yəni icraat icarə müqaviləsinin deyil, həmin icarə müqaviləsinin bağlanılmasına əsas verən Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamının iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar dayandırılmışdır. Göstərilənlərə əsasən, bu icraat çərçivəsində verilmiş iddia tələbində etibarsız hesab edilməsi xahiş edilən icarə müqaviləsinin predmeti olan torpaq sahəsi (onun müəyyən hissəsi) ## ###### 2022-ci il tarixli *** nömrəli sərəncamda qeyd edilən və X7 ayrılan torpaq sahəsi ilə üst-üstə düşdüyündən həmin inzibati işə baxılmayanadək hazırkı işə baxılması mümkün deyildir. Şikayətdə, həmçinin göstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə məhkəmənin sorğuları verilmiş, iş üzrə araşdırılma yekunlaşmış, yalnız formal prosedurlara görə iş üzrə məhkəmə iclası davam etdirilməkdədir, yəni hazırkı iş üzrə icraatın dayandırılmasının səbəb olduğu inzibati məhkəmə icraatında hazırkı işə təsir edəcək xüsusi bir hal yoxdur, qeyd edilən inzibati iş üzrə bütün hallar məlumdur. Birinci instansiya məhkəməsi şikayətdə göstərilən bu halı ayrıca dəlil kimi nəzərə alıb qiymətləndirərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırılmalıdır. Mülki-prosessual qanunvericilik istinad edilən maddədə “baxılan başqa bir iş həll edilməyincə” anlayışından istifadə etməklə işin baxılmasının yekunlaşdırılmasını və qəbul edilmiş aktın qanuni qüvvəyə minməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 20**-cü il tarixli qərarında qeyd edilmişdir ki, Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırki işin hallarına əsasən də kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## #### 2001-ci il tarixdə İddiaçı MMC-nin direktoru X1 ilə X2 arasında bağlanmış və Quba rayon * saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 3M-1/** reyestr nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında * nömrəli reyestr kitabının 53-cü səhifəsində X2 adına ## ####### 2001-ci il tarixli *** reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Quba rayon Dövlət Notariat kontorunun dövlət notariusu Z.N.Dəmirov tərəfindən ## ###### 2011ci il tarixdə verilmiş və reyestrdə 2V/01-17 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh X6 adına verilmiş 303011000350-***** qeydiyyat nömrəli ## ##### 2011-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş inzibati işdən də görünür ki, Quba rayon XDS Rəyasət Heyətinin 1992-ci il tarixli *** nömrəli qərarı ilə İddiaçı MMC-yə 1,5 ha torpaq sahəsi daimi istifadəyə verilmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq RX seriyalı ******* nömrəli çıxarış İddiaçı MMC-nin daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən imzalanmış ## ###### 2022-ci il tarixli **** nömrəli müqavilə ilə X7 icarəyə verilmiş, həmin müqavilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2022-ci il tarixli *** nömrəli sərəncamı əsasında bağlanmışdır. İddia ərizəsində də, məhz sözügedən sərəncamın etibarsız edilməsi barədədir. Belə olan halda isə inzibati iş üzrə çıxarılmış məhkəmə qərarının hazırki kommersiya işi üzrə çıxarılacaq yekun qərara təsiri vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən mülki işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı kommersiya işi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-2(119)-2511/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-8)-49/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-49/2026
06.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver