Məhkəmə qərarları › İş №2(001)-1370/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1370/2023

10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1370/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və əsassız borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktı qanunsuz hesab etməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış 8640 m3 borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üzrə qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının göstəricisinə uyğun olaraq ödənişləri vaxtı-vaxtında ödəyirdi. Cavabdeh İB-nin mühəndisləri tərəfindən xx.xx.2022-ci il tarixdə, ******* saylı akt tərtib olunaraq guya sayğac keçən qazın qeydə almır kimi qeydlər aparılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə ‘"Azəriqaz” İB əməkdaşları tərəfindən sayğaca ümumi baxış keçirilmiş, qaz itkisi və müdaxilə olunması kimi akta qeyd etməklə ona qarşı əlavə borc olaraq 8640 m3 qaz işlətməyi göstərilmişdir. Qaz sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmiş və bu barədə ona həmin günə qədər heç kim, heç bir irad bildirməmişdir. Sayğac sökülərkən hər hansısa müdaxilə aşkar edilmədiyi halda, sonradan sayğacı hara və hansı şəraitdə aparılmasından xəbəri olmadığı halda sayğaca kim tərəfindən müdaxilə olunmasına özlərinin nəzarət etməli olduqları halda sayğacda hansısa zədənin olması sayğac çıxarılıb aparıldıqdan sonra yaranma ehtimalı daha böyükdür. Azəriqaz İB-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qayda da qaz sərfiyyatına görə ödənişləri kart vasitəsi ilə eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirdi. Bundan başqa qaz sayğacında hər hansısa qüsur aşkar edildiyi zaman iştirakı ilə və 2 hal şahidinin iştirakı ilə aktın tərtib edilməsini bildirdi. Sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın evin içində olmamasını və küçədə hər bir müdaxilənin özləri tərəfindən edildiyini iradla onlara bildirdi. Dəfələrlə sayğaca baxış keçirilmiş lakin ona bu barədə irad bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də Cavabdeh İB-nin əməkdaşları etmişdir. Heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğacı apararkən sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın sökülüb aparıldıqdan sonra müdaxilənin özləri tərəfındən edildiyini iradla onlara bildirdi. Bu barədə X1 əməkdaşlarının qanunsuz hərəkətləri barədə məlumat vermiş və yalnız qanunsuz olaraq heç bir borcu olmadığı halda sayğacdan kənar olaraq 8640 m3 qaz işlətdiyini və dəyərini ödəməyini bildirdilər və pul ödənildikdən sonra borcu silinə bilər. Bu borcun yaranması səbəbləri şübhəlidir. O, mütəmadi olaraq qazdan istifadəyə görə xidmətin pulunu ödəmişdir. Qeyd olunan borc həqiqətə uyğun olmayan yəni guya sayğaca hər hansısa müdaxilənin olması kimi akt tərtibi ilə öz əksini tapmışdır. Onu da qeyd edir ki, əğər sayğaca tərəfindən hər hansısa müdaxilə olsaydı qaza mütəmadi olaraq yoxlayan nəzarətçi qüsurun olduğunu və ya sayğac çıxarılarkən hər hansısa müdaxilənin olması barədə şübhələrinin olduğunu aşkar etmiş olardı. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktı qanunsuz hesab etməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış 8640 m3 qaz sərfiyyatı və onun əsasında hesablanmış 1036,8 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacı əməkdaşları tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçı tərəfindən sayğaca kənar təsir nəticəsində istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırılmışdır. Bunun nəticəsində Birlik tərəfindən İtirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması” barədə MSK- 29/1710-02938-1 nömrəli aktın surətindən görünür ki, 1202AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Yivli birləşmələri korriziyaya uğrayıb. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Alarm – 1 rejimi aşkar olunmayıb. Xətalar təyin edilmədi. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi və kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğac keçən qazın xəttin sərfiyyatını qeydə almır. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022-ci il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8640 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. **********10000 nömrəli abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2022-ci ilin sentyabr ayı üçün borcu 1036,8 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, xx.xx.2022-ci il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********10000) hesablanmış 1036,8 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış (abonent kodu **********10000) 1036,8 (min otuz altı manat, səksən qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,37 (otuz manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar