Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1378/2024 23.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının da üçüncü şəxs qismində cəlb olunduğu “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 8-ci korpus, 1-ci mədən ünvanında yerləşən fərdi yaşayış evində uzun müddətdir ki, yaşayır və həmin fərdi yaşayış evi onun mülkiyyətindədir. Binəqədi Rayon X10 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə mexaniki sayğac elektron sayğacla əvəz olunmuş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən qaz xəttində sayğacda olan qaynaqlı və yivli birləşmələr təyziq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızmanın aşkar olmaması və quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verməsi qeyd edilmişdir. Lakin buna baxmayaraq Binəqədi Rayon Qaz İstismar əməkdaşları tərəfindən 30 iyun 2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və akta əsasən mənzilə baxış keçirilməsi və sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi bildirilmiş və dəymiş ziyan kimi bu günə kimi 4587 manat borc yığılıb qalmışdır. Abonent saldosuna diqqət yetirdikdə görmək olar ki, hər ay üçün qazdan istifadə limiti və sərfiyyat qeyd olunur. Hər ödəniş etdiyində əlavə olaraq 50% miqdarında yığılan borcdan çıxılmaqda davam edir. Bu səbəbdən o, hesab edir ki, ona qarşı tərtib edilmiş akt əsassız və qanunsuzdur. Belə ki, abonent saldosuna nəzər yetirdikdə görmək olar ki, ortalama qaz sərfiyyatından istifadə etməmiş və bundan əlavə olaraq sözügedən elektron qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman nə o, nə də ki, ailə üzvlərindən biri iştirak etməmişdir. X10 əməkdaşları akt tərtib etdikdə belə o, həmin yerdə olmamışdır. Hesablanmış borcun qanunsuz olduğunu və ağlabatan olmadığını bildirmişdir. Özlərinə bu barədə şikayət etdikdə cərimənin ödənilməsini dəfələrlə ona bildirmişlər. Ödəməyəcəyi təqdirdə isə qaz xəttinin kəsiləcəyini demişlər. Onun hazırki maddi imkanı 4587 manat borcun silinməsinə çatmır. Hazırda ona qarşı tərtib olunmuş qanunsuz borcun ödənilməsinə maddi imkanı çatmır. O, yaranmış mübahisədə hal-hazırda mövcud olan 4587 manat məbləğində borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, istehlakçı kimi hüquqlarının bərpa edilməsi və hesablanmış 4587 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, onlardan sayğacı yeniləməkləri ilə bağlı pul yığılmış, hətta anasından 400 manat pul almışlar. Sayğacın qutusuna görə 15 manat pul alınmış, lakin boş qutu qoymuşlar. Bir müddət sonra dövlət təmənnasız sayğac yerləşdirmişdir. Sonradan məlum olmuşdur ki, birinci dəfə onlardan pul yığan şəxs Cavabdeh nümayəndəsi deyilmiş, başqa şəxs imiş. Sayğac qoyulandan sonra onlardan hər ay qazdan istifadə üçün 50 manat məbləğində pul alınmışdır. Qardaşı 4-cü dərəcəli yanıq, o, özü isə 2-ci qrup əlildir. Anası süpürgəçi işləyir. 4587 manat məbləğində borc onlara əsassız yazılmışdır. Nümayəndə bundan başqa, ilk əvvəllər tərəflərindən qaz sayğacına hər-hansı kənar müdaxilənin olmamasını bildirsə də, sonradan 9 ay müddətində sayğacdan kənar təbii qazdan istifadə etdiklərini bildirmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etmədiklərini və iddia tələbinin əsassız olduğunu bildirməklə yanaşı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda, məhkəmə tərəfindən qərar qəbul edilərkən iddiaçı tərəfin qismən etirafının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X6 Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş aktları iş materiallarında olan digər sənədlərlə yanaşı tədqiq edərək, bəzi aktlarda hesablanmış məbləğlərin reallığı əks etdirmədiyini bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci ilin iyun ayı üçün (aktlar tərtib edilən tarixlər nəzərə alınmaqla) 4772.16 manat məbləğində borcu vardır. 2023-ci ilin yanvar ayından başlamaqla, dekabr ayınadək İddiaçı tərəfindən ümumilikdə 145 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı qeydiyyatsız təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. Dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 8-ci korpus, 1-ci mədən ünvanına görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 17712 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8856 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2448 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2448 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2448 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 mart 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3096 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 aprel 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2448 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 may 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2448 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi qeyd edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00025) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2448 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan fərdi yaşayış evinə məxsus mexaniki qaz sayğacı çıxarılaraq, Zenner G-4 markalı Qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh tərəf hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00025 saylı abonent kodu verilmiş yaşayış evində sayğacsız qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edilərək külli miqdarda dövlət əmlakı talanmışdır. Həmin ərazidə reyd keçirilən zaman sözügedən ünvanda sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi müəyyən olunaraq, müvafiq qaydada aktlaşdırılmış, itirilmiş təbii qazın (dəyəri ödənilmədən abonent tərəfindən istifadə edilmiş 2448 m3 = 293.76 manat) dəyəri hesablanaraq abonentin hesabına işlənmişdir. Aktı tərtib edən, abonentin qanunsuz hərəkətlərini aşkar edən Birliyin işçilərinin məhkəmədə dindirilməsi, yerli baxış keçirilməsi, eləcə də abonentin saldosuna baxdıq da abonentin həqiqətən təbii qazdan qanunsuz, sayğacdan kənar istifadə etməsi təsdiqini tapacaqdır. Ehtiyac olduğu halda qanunsuz xətti aşkar etmiş işçilərin məhkəmədə dindirilməsi də mümkündür. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinə öz etirazlarını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 3-16-16/2-3/402 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda (yəni 5000 manatdan yuxarı olmayan məbləğdə) ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktların surətlərində “mənzildə abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlandı” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 4772.16 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-3/402 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 9 aktdan 2 akt, yəni xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikdən sonra, yəni həmin Qanuna 13.8-1-ci maddə əlavə edildikdən və həmin maddənin qüvvəyə mindiyi tarixdən sonra tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan fərdi yaşayış evində quraşdırılmış qaz sayğacından kənar xətt vasitəsi ilə qeyri-qanuni istifadəyə görə 4772.16 manat borc hesablanmışdır. İddiaçı tərəfindən borcun məbləği 4587 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun (aktlara əsasən və 2022-ci ilin iyun ayı üçün) 4772.16 manat olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 9 ay müddətində kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiklərini etiraf etmiş, lakin borc məbləğinin əsassız hesablandığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf 9 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyini məhkəmə iclasında etiraf etməsinə baxmayaraq, hansı müddət ərzində istifadə etdiyi məhkəmə tərəfindən dəqiq müəyyən edilmədiyindən, qaz sayğacına 6 ayda ən azı 1 dəfə baxış keçirilməsi tələbini nəzərə alaraq, dəymiş zərərin aktlara əsasən hesablanması qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyil. İddiaçı tərəfindən 9 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə edildiyi etiraf edildiyinə görə iddiaçının faktiki istehlak etdiyi qazın həcminə görə borcunun düzgün hesablanmadığı müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, borc məbləği düzgün hesablanmadığından və cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən, həmin məbləğin iddiaçıdan tələb edilməsi iddiaçının vəziyyətini ağırlaşdırmaqla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnəcəyindən, işin düzgün həll edilməsi məqsədilə orta aylıq sərfiyyat müəyyən edilməli, həmin 9 aylıq təbii qazdan qeyri-qanuni istifadə məbləği iş materiallarında olan abonet saldosuna uyğun olaraq hesablanmalıdır. Belə ki, cavabdeh təşkilat tərəfindən verilmiş abonent saldosuna nəzər yetirdikdə, yalnız 2023-cü ilin üçün iddiaçı tərəfindən qaz sərfiyyatı üçün edilmiş faktiki ödənişlər bütün ili əhatə edir. Məhz bu məqsədlə də, məhkəmə həmin ödənişlərin nəzərə alınmasını məqsədəmüvafiq hesab edərək, aşağıdakı üsulla bir aylıq sərfiyyatın müəyyən edilməsini ağlabatan hesab edir. 2023-cü il üçün edilmiş ödənişlərin 12 ay ərzində cəmi nəzərə alınmaqla, ümumilikdə 145 manat təşkil etdiyinə görə orta aylıq sərfiyyatın məbləği 12.08 manat təşkil edir (145 manat / 12 ay = 12.08 manat); İddiaçı tərəf ümumilikdə 9 ay müddətində təbii qazdan sayğacdan kənar istifadə etməsini etiraf edir. Belə olan halda 9 ay üçün borc məbləği 108.75 manat təşkil edir (orta aylıq sərfiyyat məbləği 12.08 manat x 9 ay (istifadə müddəti) = 108.75 manat); Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı 4587 manat məbləğində borcun silinməsini tələb etsə də, onun tərəfindən təbii qazdan sayğacdan kənar istifadə nəticəsində 108.75 manat məbləğində borcun əsaslı hesablanması təsdiq edildiyindən, iddia qismən təmin edilməli, həmin məbləğ çıxılmaqla qalan 4478.25 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, 8-ci korpus, 1-ci mədən ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00025) hesablanmış 4478.25 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 64.78 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 65 manat məbləğində ekspertiza xərcinin 50%-i, yəni 32.5 manatı Cavabdeh İB-dən, qalan 50%, yəni 32.5 manat iddiaçıdan tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1378/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1378/2024
23.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver