Məhkəmə qərarları › İş №2(001)-1381/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1381/2021

23.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1381/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. İddiaçı Cavabdeh tərəfindən 20.000 manat məbləğində nağd pulun və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi müqabilində: - birgə nikah dövründə əldə olunmuş 21.09.2018-ci il və 13.07.2020-ci il tarixili alqısatqı müqavilələri əsasında satılan “** ZA ***” dövlət qeydiyyat nişanlı, 2014-ci il buraxılışlı, ağ rəngli G4FGEH694590 mühərrikli, “KİA CERATO” markalı minik nəqliyyat vasitisinin hazırki orta bazar qiyməti 18.600 (on səkkiz min altı yüz) manat məbləğində pul vəsaitinə 2/3 hissəsində payların müəyyən olunmaqla 12.400 (on iki min dörd yüz) manat vəsaitin Cavabdeh tərəfindən ona ödənilməsinə; - Birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair 2/3 hissədə paylar müəyyən olunmaqla ona məxsus olan hissəsinin onun mülkiyyətinə verilməsinə; - Birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında 1-ci giriş, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 74.12 kv.metr, yaşayış sahəsi 24.10 kv.metr olan 20 saylı mənzilə dair 2/3 hissədə paylar müəyyən olunaraq payın ona məxsus olan hissəsinin onun mülkiyyətinə verilməsi və həmin mənzilə köçürülməsinə dair iddiadan imtina edir və gələcəkdə buna dair hər hansı iddia tələbinin olmayacağını öhdəsinə götürür.

2. Cavabdeh bu Saziş qanuni qüvvəyə mindikdən 2 ay müddətində İddiaçı yuxarıda sadalanan hüquqlarından imtina etməsi müqabilində: - 20.000 (iyirmi min) manat məbləğində nağd pulun və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsini; - Gələcəkdə mübahisə predmeti olan əmlaklara dair hər hansı iddia tələbinin olmayacağını öz öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra ediləcəkdir;

4. Bu Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır. Sazişin bağlanması zamanı suiistifadə, zorakılıq və aldatma hallarına yol verilməmişdir. Saziş təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır;

5. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər;

6. Bu barışıq sazişi bu Saziş imzalandığı vaxtdan qanuni qüvvəyə minir;

7. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır. Məhkəmə iddiaçı və cavabdehin təqdim etdiyii barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:

1. İddiaçı Cavabdeh tərəfindən 20.000 (iyirmi min) manat məbləğində nağd pulun və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi müqabilində: - birgə nikah dövründə əldə olunmuş 21.09.2018-ci il və 13.07.2020-ci il tarixili alqısatqı müqavilələri əsasında satılan “** ZA ***” dövlət qeydiyyat nişanlı, 2014-ci il buraxılışlı, ağ rəngli G4FGEH694590 mühərrikli, “KİA CERATO” markalı minik nəqliyyat vasitisinin hazırki orta bazar qiyməti 18.600 (on səkkiz min altı yüz) manat məbləğində pul vəsaitinə 2/3 hissəsində payların müəyyən olunmaqla 12.400 (on iki min dörd yüz) manat vəsaitin Cavabdeh tərəfindən ona ödənilməsinə; - Birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair 2/3 hissədə paylar müəyyən olunmaqla ona məxsus olan hissəsinin onun mülkiyyətinə verilməsinə; - Birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında 1-ci giriş, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 74.12 kv.metr, yaşayış sahəsi 24.10 kv.metr olan 20 saylı mənzilə dair 2/3 hissədə paylar müəyyən olunaraq payın ona məxsus olan hissəsinin onun mülkiyyətinə verilməsi və həmin mənzilə köçürülməsinə dair iddiadan imtina edir və gələcəkdə buna dair hər hansı iddia tələbinin olmayacağını öhdəsinə götürür.

2. Cavabdeh bu Saziş qanuni qüvvəyə mindikdən 2 (iki) ay müddətində İddiaçı yuxarıda sadalanan hüquqlarından imtina etməsi müqabilində: - 20.000 (iyirmi min) manat məbləğində nağd pulun və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsini; - Gələcəkdə mübahisə predmeti olan əmlaklara dair hər hansı iddia tələbinin olmayacağını öz öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra ediləcəkdir;

4. Bu Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır. Sazişin bağlanması zamanı suiistifadə, zorakılıq və aldatma hallarına yol verilməmişdir. Saziş təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır;

5. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər;

6. Bu barışıq sazişi bu Saziş imzalandığı vaxtdan qanuni qüvvəyə minir;

7. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar