Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1186/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3082/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka ½ mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında arasında olan Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş 01.noyabr 2024- cü il tarixli Çıxarışın ləğv edilməsini və tərərflərin birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, ev-7 ünvanında yerləşən 11 nömrəli mənzilə İddiaçı ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3082/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və iddiaçıya izah edilmişdir ki, hazırkı iddia ərizəsi ilə ərazi aidiyyatı üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatda olduqları yerin məhkəməsinə müraciət edə bilər. Həmin qərardaddan İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3082/2025 saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddianın predmeti “bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka ½ mülkiyyət hüququnun tanınması” tələbinə dair işdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında arasında olan bağışlama müqaviləsi Gəncə şəhəri 1 saylı Notariat ofisində bağlanmışdır. Göründüyü kimi bağışlama müqaviləsini icra edən notariat ofisi Gəncə şəhərində qeydiyyatda olmaqla qanunvericiliyin tələbinə əsasən cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İşin faktiki hallarından görünür ki, notariat orqanı onun icra etdiyi müqavilə mübahisələndirildiyinə görə hazırki iş üzrə cavabdehdir. Belə olan halda məhkəmənin qərardadı ləğv edilməli və iş icraata qəbul edilərək məhkəmə hazırlıq iclasına təyin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3082/2025 saylı qərardadı ilə qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3082/2025 saylı qərardadı qismən ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi o, nəticəyə gəlmişdir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi cavabdehlər-Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə Göygöl Rayon Məhkəməsinə verilməli olduğu halda, Gəncə Şəhər Məhkəməsinə verilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilən məlumatlardan müəyyən edilir ki, hazırki işdə cavabdeh olan Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 150-ci maddələrinin tələblərinə uyğun olmamasını düzgün qeyd etsə də, geri qaytarma əsasına düzgün istinad etməmişdir. Odur ki, qərardad ləğv edilməli və iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə uyğunluğuna baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.7, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3082/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3082/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı bağışlama müqaviləsinin etibarsızlığı və s. tələbinə dair iddia ərizəsinin mümkünlük məsələsinə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1186/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1186/2025
10.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver