Məhkəmə qərarları › İş №2(125)-7203/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7203/2025

23.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7203/2025 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçının Cavabdeh qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birgə əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adina qeydə alınmış M.A.Abbaszadə küçəsi 83 saylı əmlaka dair xx.xx.2024-cü il tarixdə bağlanmış 4Ə-922 nömrə ilə reyestrdən keçmiş bağışlama müqaviləsi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və həmin fərdi yaşayış evinin birgə əmlak olaraq aralarında mövcud qanuna uyğun olaraq tam yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o 2000-ci ildə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahdan 2001-ci il tarixdə anadan olmuş X2 və 2009-cu il tarixdə anadan olmuş X3 adlı iki uşaqları vardır. Bir müddət birgə yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyi üçün Kəpəz rayon Məhkəməsinin 2(043)-178 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Həmin qətnamə əsasında o hər uşağına 100 manat olmaqla cəmi 200 manat hər ay aliment ayrılmış və tərəfindən ödənilmişdir. Bir neçə il ayrı yaşadıqdan sorna o yenidən ailə həyatı qurmuşdur. Bununla əlaqədar onun adına rəsmi DƏDRX-nin Gəncə Ərazi İdarəsi xx.xx.2007-ci il tarixdə verilmiş **********65-10301 reyestr nömrəli ********* saylı çıxarışlı cavabdeh birgə nikah müddətində əldə etdiyi Gəncə şəhəri, M.A. Abbaszadə küçəsi, ev 83 saylı mülkü cavabdeh şifahi müəyyən öhdəliklər götürməklə rəsmi olaraq xx.xx.2024-cü il tarixdə 1 saylı X13 Xidmət mərkəzinin notariat ofisində 4Ə - 922 nömrə ilə reyestrindən keçərək cavabdehə bağışlamış və əlavə olaraq, cavabdehə 22.000 manat məbləğində pul vermişdir. O, həmin mülkü cavabdehə bağışlayan zaman aralarında şifahi razılaşma ondan ibarət olmuşdur ki, Cavabdeh bundan sonra onun şəxsi həyatına qarışmasın, övladlarıda mütəmadi görüşmək imkanı yaratsın, oğlu K.Zeynalova ayrılmış alimentdən imtina etsin. Lakin, Cavabdeh öz adına çıxarış əldə etdikdən sonra əksinə olaraq öhdəliklərdən imtina etməklə yanaşı, ona qarşı övladlarında nifrət hissi yaratmış, onlarla görüşmək üçün şərait yaratmamış, ayrılmış alimentdən imtina edilməmiş, əksinə olaraq müvafiq orqanlara şikayətlər etməyə (onun barəsində müvafiq tədbirlər görülməsi üçün) davam etmişdir.O cavabdehlə arabir telefon vasitəsi ilə əlaqə yaratmış və üzərinə götürdükləri öhdəliklərə riayət etməyi tələb etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq bağışlanma müqaviləsi verdiyi notariusa (müqavilənin ləğvi məqsədilə) müraciət etmiş, lakin rəsmi olaraq imtina cavabı almışdır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə iddiaya etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birgə əmlakın bölünməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri X11 küçəsi 83 saylı əmlaka dair xx.xx.2024-cü il tarixdə bağlanmış 4Ə-922 nömrə ilə reyestrdən keçmiş bağışlama müqaviləsi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və həmin fərdi yaşayış evinin birgə əmlak olaraq aralarında mövcud qanuna uyğun olaraq tam yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir və iddia tələbinə etirazını aşağıdakılarla bildirir. Cavabdeh İddiaçı ilə 2000-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 2001-ci il tarixdə anadan olmuş Afina və 2009-cu il tarixdə anadan olmuş Kazım adlı övladları dünyaya gəlmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 178/2014 saylı xx.xx.2014-cü il tarixli saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından doğulmuş X2 və X4 anaları Cavabdeh yanında saxlanılmış və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat alimentin tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya evi cavabdehə alimentlə bağlı şifahi öhdəlik götürdüyünə görə bağışlayıb, hətta əlavə olaraq 22000 manat pul verib. Cavabdeh bildirir ki,“ bunlar tamamilə yalandır. İşin əsli ondan ibarətdir ki, iddiaçı ilə birgə nikah dövründə Gəncə şəhəri, X11 küçəsi 83 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçının adına, Gəncə şəhəri, Atatürk prospekti ünvanında yerləşən ümumi sahəsi 268.8 kvm olan əmlak kompleksini isə onun adına əldə etmişlər. Nikah pozulan zaman və ondan sonra birgə nikah dövründə əldə olunmuş əmlakları böldürməmişlər. Aralarında olan razılığa əsasən evdə uşaqlarıyla o qalmış, obyekti (əmlak kompleksini) isə iddiaçı işlədirmiş. İddiaçı ilə ayrıldıqları zaman ev təmirsiz, yaşamaq üçün əlverişsiz halda olmuşdur. O xeyli vəsait xərcləyərək evi təmir etdirmişdir. 2024-cü ilin aprel ayında iddiaçı ona müraciət edərək, “obyektə müştəri tapdığını, gəlib imza çəksə satacağını, obyektən olan payının əvəzinə isə evi onun adına keçirəcəyini bildirdi”. Faktiki olaraq ev onun, obyekt isə iddiaçının istifadəsində olduğuna görə o razılaşmışdır. 18 aprel 2024-cü il tarixli ANİ№1218984 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Atatürk prospekti ünvanında yerləşən ümumi sahəsi 268.8 kvm olan əmlak kompleksini X1 adlı şəxsə satmışdır. Alqı-satqı müqaviləsində kompleksin qiyməti 150000 manat göstərilsə də, sonradan ona məlum oldu ki, Nürəddin obyekti əslində 238000 manata, ya da 250000 manata satıb. Bundan təxminən 1 ay sonra Nürəddin vəd etdiyi kimi evi bağışlama yolu ilə ona vermişdir. Evlə obyektin dəyərləri arasında xeyli fərq olduğu, yəni obyekt evdən xeyli baha olduğu üçün Nürəddin evi onun adına keçirməklə yanaşı obyektin satışından əldə etdiyi puldan ona 20000 manat pul verdi. İddiaçının ərizədə qeyd etdiklərindən belə çıxır ki, guya evi ona alimentin əvəzinə bağışlayıb və guya bu barədə aralarında şifahi razılıq olub. İddiaçının qeyd etdikləri tamamilə yalandır. Belə ki, əgər iddiaçının dediyi kimi evi ona alimentin əvəzində vermiş olsaydı bu barədə ondan ya notarial qaydada ərizə alardı, ya da icra məmurunun yanına aparıb alimentdən imtina barədə ərizə yazdırardı, ya da ki, elə bağışlama müqaviləsində bunu qeyd etdirərdi. Lakin, göründüyü kimi belə hallar mövcud deyil. Əksinə, iddiaçı ona alimenti ödəyir. İddiaçı nə qədər bağışlamanı alimentlə əlaqələndirsə də, bağışlamanın alimentlə heç bir əlaqəsi yoxdur və o evin bağışlanması nəticəsində alimentlə bağlı nə şifahi, nə yazılı olaraq hər hansı öhdəlik götürməmişdir. Onu da qeyd etmək istəyir ki, övladlarından 2001-ci il tarixdə anadan olmuş Afina bir neçə il əvvəl yetkinlik yaşına çatıb. Hazırda iddiaçı yalnız bir uşaq üçün, 2009-cu il tarixdə anadan olmuş Kazım üçün ayda 100 manat aliment ödəyir. Kazım da artıq 17 yaşının içindədir. 1- 1,5 ilin alimentinə görə, yəni ümumilikdə təxmini 1000-2000 manat alimentə görə iddiaçının evin özünə düşən hissəsini ona bağışlaması mümkün deyil. Bundan başqa iddiaçı qeyd edir ki, guya o, iddiaçının uşaqları ilə ünsiyyətdə olmasına mane olur. Bu da tamamilə yalandır. Belə ki, o iddiaçının uşaqları ilə ünsiyyətinə heç vaxt maneçilik törətməmişdir. Əvvəla, yuxarıda da qeyd etdiyi kimi, onun övladlarından Afina yetkinlik yaşına çatıb, Kazım isə 17 yaşındadır. Onlar ataları ilə ünsiyyət saxlayıb-saxlamayacaqları barədə müstəqil qərar vermək yaşındadılar. İkincisi, iddiaçı özü yenidən ailə qurduqdan sonra uşaqları ilə münasibətini kəsib. Buna qədər isə ünsiyyət saxlayırdılar. Hətta iddiaçı xəstə olan zaman, nikahları pozulmasına baxmayaraq onu evlərinə gətirmiş, ona evlərində qızı Afina və o, baxıb qulluq etmişdir. Göründüyü kimi, iddia tələbi tamamilə əsasassızdır, buna görə təmin edilməməlidir. İddiaçı, o, Cavabdeh qarşı Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri X11 küçəsi 83 saylı əmlaka dair xx.xx.2024-cü il tarixdə bağlanmış 4Ə-922 nömrə ilə reyestrdən keçmiş bağışlama müqaviləsi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və həmin fərdi yaşayış evinin birgə əmlak olaraq aralarında mövcud qanuna uyğun olaraq tam yarı bölünməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq, qeyd etmişdir ki, cavabdeh ondan aliment ödəməsini israrla tələb etdiyindən hazırki iddianı qaldırmışdır. Sonda iddiaçı irəli sürdüyü iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun olan izahat vermiş, sonda iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsi, vəkil Nümayəndəi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir İş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, X11 küçəsi 83 ünvanında 0.0487 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 279.2 kv.m, 7 otaqlı olan ona məxsus fərdi yaşayış evini 14 may 2024-cü il tarixdə Cavabdeh bağışlanmışdır. Bağışlanma ilə bağlı müqavilədə Cavabdeh öz üzərinə hər hansı bir öhdəlik götürməsi barədə müqavilə şərti qoyulmamışdır. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən edilmişdir ki, Gəncə şəhəri, X11 küçəsi 83 ünvanında 0.0487 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 279.2 kv.m olan fərdi yaşayış evi xx.xx.2007-cu il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçının adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçı həmin daşınmaz əmlakı notarius tərəfindən təsdiq edilmiş müqavilə əsasında 14 may 2024-cü il tarixdə Cavabdeh bağışlanmışdır. İddiaçı bağışlamanın cavabdehin öz üzərinə müəyyən öhdəliklər götürməsi ilə şərtləndiyini iddia etsə də, bağışlama müqaviləsinin mətnindən müəyyən edilir ki, müqavilə heç bir öhdəliklə şərtləndirilməmişdir. Cavabdehin nümayəndəsi iddiçının bu dəlillərinə etiraz etmiş, iddiaçı isə müqavilənin cavabdehin öhdəlikləri ilə şərtləndirildiyi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə, hazırki mübahisənin düzgün həlli üçün tətbiq edilməli maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.2.-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1.3-cü maddəsinə əsasən hədiyyə verən, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində bağışlama müqaviləsinin müəyyən şərtlərlə bağlandığını iddia etmiş və bu səbəbdən bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, işin araşdırılması nəticəsində iddiaçının bu dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur, ona görə də iddia müqavilənin etibarsız hesab edilməsi tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi hissəsində əsassız olduğundan və təmin edilmədiyindən, məhkəmə həmçinin hesab edir ki, sonrakı tələblər də əsassız sayılmalı və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçının Cavabdeh qarşı, tərəflər arasında bağlanmış 14 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və birgə əmlakın bölünməsi tələblərinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar