Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1396/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 51 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, 51 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2022-ci il tarixdə onun adından Cavabdeh3 ilə digər Cavabdeh4 arasında 0.032 ha sahəyə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və evinin üstündə tikilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi şəxsi mülkiyyətindədir. Bir müddət əvvəl mərhum qardaşının ailə üzvlərinə ev ala bilsinlər deyə pul verməli oldu. Pulu olmadığından evin yanındakı torpaq sahəsini satmalı oldu. Məhz həmin həyətyanı torpaq sahəsini satdıqdan sonra sənədlərdə problemlər yarandı. Yəni evə bitişik şüşəbənd də alqı-satqı predmeti olmuşdu. Təbii ki, şüşəbənd sökülə bilməzdi. Torpaq sahəsini müştəri tapıb yenidən satmalı oldu ki, həmin şüşəbənd olan sahə toxunulmaz qalsın. Yəni həmin şüşəbənd yenidən onun mülkiyyətinə qayıtsın. Sxemdə düzəliş etməyi, sənədləşdirməyi qaydasına salmağı qardaşı oğluna həvalə etdi. Ona etibarnamə verdi. Çünki onun vaxtı yoxdur. Bakı Dövlət Universitetində çalışır. Qardaşı oğlu Fikrət isə ona verilmiş etibardan sui-istifadə edərək şüşəbəndin yerləşdiyi sahəni sənədləşdirdikdən sonra atasına-qardaşı Akifə bağışlayıb. Ozü bağışlaya bilməzdi? Son dövrlər cavabdehlərlə aralarında mübahisələr gedir. Onu öz şəxsi mülkiyyətində olan evindən çıxarmaqla hədələyirlər. Evinə sərbəst, rahat daxil ola bilmir. Evinin şüşələrini də sındırıblar və sair. Mübahisəsi olsa belə cavabdehlərdən bu hərəkəti edəcəklərini gözləməzdi. O, sənədləşmə üçün evinin çıxarışını da ona vermişdir. İndiyədək ona qaytarılmayıb. “ASAN” Xidmət Mərkəzinə Reyster Xidmtinə müraciət etmişdir. Heç bir sənəd ala bilmir. Notariusda oldu. Bağışlanma müqaviləsinin kserosurətini aldı. Məhkəmədən həm notariusdan, həm də reyestr xidmətindən sənədlərin alınıb işə əlavə edilməsini xahiş edir. Bir müddət əvvəl cavabdeh ondan mülkiyyətində olan evin üzərində tikili aparmaq istədi. Həmin dövrdə münasibətləri normal olduğuna görə etiraz etmədi. Hazırda tikinti işləri davam etməkdədir. O, artıq bu tikiliyə etiraz edir. Bu qanunsuz tikili şəxsi mülkiyyətində olan evinə fəsadlar yarada bilər. Ağır nəqliyyat vasitələri evin yanından keçərkən silkələnmə, titrəyiş baş verir. Ev uça bilər. Özünün və evinin təhlükəsizliyi baxımından bu tikilinin sökülməsini istəyir. Həm də qeyd edir ki, cavabdeh son dövrlər onu rahat yaşamağa qoymur, etibarından sui-istifadə edərək torpaq sahəsini də öz adlarına sənədləşdiriblər. Onu təhqir edir, hədə-qorxu gəlirlər. Paltarlarını evin içərisində qurutmağa məcburdur, kommunal xərclərin ödənilməməsi ilə bağlı da problemlər yaşanır. Bəzi əşyalarını sındırıblar, o cümlədən mətbəxinin şüşəsini, qapının cəftəsini də sındırıblar. Təzyiqi var, şəkər xəstəliyindən əziyyət çəkir. Sakit yaşamaq istəyir. Giriş-çıxışının da ayrı olmasını istərdi ki, rahat yaşasın. Məcburiyyət qarısında qalıb məhkəməyə müraciət edir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə və dəqiqləşdirmə verərək, ilkin iddia ərizəsində qeyd olunan bağışlanma müqaviləsinin (hazırda 0,007.9999 ha sahənin) etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh5la Babayev Akif arasında 0,032 ha sahəyə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin satıcı ilə onun arasında bağlanmış hesab edilməsi və ilkin iddia ərizəsində qeyd etdiyi kimi qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh3 və digərlərinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və digər tələblərə dair” iddia qaldırmışdır. Müəyyən sənədlər məhkəmə tərəfindən tələb edildikdən sonra iddia ərizəsinə əlavə və dəqiqləşdirmə etmək zərurəti yaranmışdır.İddia ərizəsində 0,032 ha sahə ilə bağlı bağışlama müqaviləsinin etibarsızlığı xahiş olunub. Hazırda məlum olur ki, bu sahə alqısatqı predmeti olub və geri qaytarılıb. O, Fikrətə 0,032 ha sahə ilə bağlı etibarnamə vermişdi ki, həmin sahəni yenidən onun adına sənədləşdirsin. Yəni, alqı-satqı müqaviləsi satıcı-Sənanla onun arasında bağlanmalıydı. Mübahisələndirilən müqavilə isə cavabdehlər: Sənanla Akif arasında bağlanılıb. Düşdüyü vəziyyətdən sui-istifadə edərək, onu məlumatlandırmadan, xəbər vermədən bu müqaviləni sənədləşdiriblər. O, 032 ha sahə mülkiyyətində olmuş və hazırda da istifadəsində olan sahədir. Mübahisələndirilən müqavilə üzrə tərəf deyil. Amma bu müqavilə birbaşa maraqlarına toxunur. Yəni yaşadığı və istifadə etdiyi sahə alqı-satqı predmeti olub. Hüquqi baxımdan maraqlı şəxs kimi bu iddianı qaldıra bilər. Həmçinin etibarnaməni məhz bu sahənin adına qaytarılmasının sənədləşdirilməsi ilə bağlı vermişdir. Onun onda, yəni Fikrətdə pulu olub. Özü yaxşı bilir. Fikrət və Akif mübahisələndirilən müqavilələri ondan gizlin həyata keçirib. Təbii ki, həmin sahə bağışlanma yolu ilə adına qayıda bilər. Fikrət 0,032 ha sahə ilə bağlı verdiyi etibarnamədən sui-istifadə edərək, evinin altında olan 0,0079999 ha olan sahəsini atasına-cavabdeh Akifə bağışlayıb. Hansı əsasla? Axı o, bu sahə ilə bağlı ona, yəni Fikrətə heç bir səlahiyyət verməmişdir. Nəzərə çatdırır ki, Etibarnaməni xx.xx.2021-ci il tarixdə vermişdir. Həmin gündə də alqı-satqı müqaviləsi olub. Sual olunur? Alqı-satqı müqaviləsi Cavabdeh5la Akif arasında bağlanacaqdırsa, nə səbəbə Fikrət ondan həmin gün etibarnamə alırdı? O, bu günədək alqı-satqı müqaviləsi barədə heç nə bilməmişdir. Düşünürdü ki, həmin sahəni onun adına sənədləşdirəcək. Sonralar aralarında mübahisə, münaqişə halları oldu. İlkin iddia ərizəsində qeyd etmişdir. Çox çalışsa da, heç bir sənəd əldə edə bilmirdi. Artıq şübhələnməyə başladı. Bu səbəbdən məhkəməyə müraciət etməli oldu. Alqı-satqı müqaviləsi formal olaraq bağlanmış bir əqddir. Etibarsız əqddir. Mülki Qanunvericilikdə də bu hal nəzərdərdə tutulub. Bu müqavilə ilk növbədə mülkiyyət hüququnu pozur. Hesab edir ki, mülki qanunvericilik baxımından etibarsız hesab edilməlidir. Həmin müqavilə satıcı ilə arasında bağlanmış hesab edilməlidir. İddia ərizəsinə dəqiqləşdirmə belədir ki, bunu düzəliş kimi də qəbul etmək olar. İlkin iddia ərizəsində 0,032 ha sahənin etibarsızlığını xahiş etmişdir. Sənədlər tələb edildikdən sonra məlum olur ki, bu sahə ilə bağlı alqı-satqı olub. Bağışlama müqaviləsi isə 0,0079999 ha sahə ilə bağlı olub. Hazırda o, 0,0079999 ha sahə ilə əlaqədar bağlanmış bağışlanmanın etibarsız hesab edilməsini xahiş edir. İddiaçı daha sonra ərizə-məlumatla məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanda onun mülkiyyətində olan evin yerləşdiyi torpağın ümumi sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən də görünür ki, 320.0 m2 olub, sonra evin yanındakı sahəsi 199,0 olan torpaq sahəsi Sənan adlı şəxsə satılıb. Şüşəbənd satılan sahəyə düşdüyündən Fikrətə etibarnamə verdi ki, həmin bəndin düşdüyü 0,032 sahəni özünə qaytarılması ilə bağlı sənədləşmə aparsın. Etibarnamə veriləndə artıq evin yanındakı torpaq satılmışdır. Etibarnamə bütün, yəni 320.0 m2 sahəyə verilə bilməzdi. Təkcə evin torpaq sahəsi qalmışdır. Bu şəhadətnamədən də görünür. Alqı-satqı və etibarnamə eyni gündə həyata keçirilib. 0,032 sahə Sənanın adından həmin etibarnamə ilə ona qayıtmalı idi. Sual olunur: Əgər 0,032 sahə ilə bağlı Sənan və Cavabdeh4 arasında alqı-satqı bağlanırdısa, etibarnaməyə nə ehtiyac var idi? Fikrət həmin etibarnamədən suiistifadə edərək, evin altındakı torpağı atası Akifə bağışlayıb. Bağışlanma etibarsız hesab edilməlidir. Yenə qeyd edir ki, etibarnamə artıq 320.0 m2 sahəyə verilə bilməzdi. Etibarbamə sırf şüşəbəndin adına sənədləşdirilməsi ilə bağlı verilmişdir. İddiaçı daha sonra yenidən ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanda onun mülkiyyətində olan evin yerləşdiyi torpağın ümumi sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və çıxarışdan da göründüyü kimi torpaq sahəsi 320.0 m2 olub. Torpaq sahəsi satılarkən satıcı qismində o, iştirak etməmişdir. Satıcı qismində həm də onunla birlikdə Fikrətə etibarnamə verən Mənsumə Babaşova iştirak edib. Yəni ona məxsus torpaq sahəsinin bir qismi satılıb. Yaşadığı evin şüşəbəndi düşən torpaq sahəsi satıldığından, onu geri qaytarmaq üçün onlar birgə etibarnamə verdi ki, Mənsuməyə məxsus satılan torpaq sahəsinin bir qismi onun adına geri qaytarılmaqla sənədləşdirilsin. Fikrət isə bu etibarnamədən istifadə edərək, hər ikisinə məxsus torpaq sahələrini atası-Akifə bağışlayıb. O da, Mənsumə də sonradan bu işdən xəbər tutmuşdur. Mənsumə uzun müddətdir ki, ağır xəstədir. Çıxarışı və alqı-satqı müqaviləsini yaxın günlərdə Mənsumədən götürmüşdür. Bu sənədləşmələrdən sonra bütün torpaq sahəsinə etibarnamə verə bilməzdi. Bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunlarda izahat verdi. Həmçinin bildirdi ki, necə olur ki, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən etibarnamə 27 saylı notariusda verilir, lakin həmin tarixdə başqa notariusda – 51 saylı notariusda alqı-satqı müqaviləsi bağlanır. Açıq-aşkar görünür ki, Cavabdeh3 bibisinin ona etibarından sui-istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsinin 4/36 hissəsi Babaşova Mənsumə Rahil qızına, 4/36 hissəsi X7, 4/36 hissəsi Babaşov Elmir Əli oğluna, 1/9 hissəsi Babaşov Sahib Əliəsgər oğluna, 1/9 hissəsi Babaşova Gülnar Əliəsgər qızına, 1/12 hissəsi Cavabdeh4, 3/12 hissəsi İddiaçı, 1/9 hissəsi Babaşova Nigar Əsgər qızına məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə Babaşova Mənsumə Rahil qızı, X12, Babaşov Elmir Əli oğlu, Babaşov Sahib Əliəsgər oğlu, Babaşova X15, Babaşova Nigar Əsgər qızı öz paylarını Cavabdeh5 satmışlar. Alqısatqıdan sonra Cavabdeh5 bildirdi ki, İddiaçı məxsus şüşəbənd onun aldığı torpaq sahəsində ev tikməsinə maneə törədir. Bundan sonra arada narazılıqlar oldu. Narazılıqların aradan qaldırılması ilə bağlı bibisi ona müraciət etdi ki, o, iş saatlarında işdə olduğundan sənədləşmə işləri ilə məşğul ola bilmir, Sənanı da razı sala bilmirlər. Ona görə bibisi ona tapşırdı ki, Sənanla danışıb işi sülh yolu ilə həll etsinlər. O da Sənanla danışıb vaxt istəmişdir ki, biraz gözləsin torpağı başqa adam tapıb satacaqlar, onun pulunu da qaytaracaqlar. Nəhayət torpaq başqasına satıldı, həmin vaxt bibisinin razılığı ilə bibisinə məxsus torpaq sahəsini də atasına bağışlamışdır. Bibisi Solmaz həmişə işdə olduğuna görə bu müqaviləni o bağlamışdır. Bibisi etibarnaməni verib, qalan işlərin görülməsini ona tapşırmışdır. O, hər hansı saxta bir iş görməmişdir. Notariusların fərqli olması onun bibisinin etibarından sui-istifadə etməsi demək deyil. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh5 iddianı qəbul etməyərək bildirdi ki, o, torpaq almaq istəyirdi, Elmir adlı şəxsi tanıyıb, onun vasitəsi ilə mübahisəli torpağı tapmışdır. 2 sot torpaq üçün iddiaçı tərəfə beh vermişdir və alqı-satqı müqaviləsinin bağlanması üçün iddiaçı tərəfi 6-8 ay gözləmişdir. Çünki onların bu torpaqla bağlı məhkəmədə işləri var idi. Torpaq paylı mülkiyyət olduğu üçün iddiaçı tərəfindən alqısatqıda 5 nəfər iştirak edib və müqaviləyə imza ediblər. Alqı-satqıdan sonra o, Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etmiş, lakin ordan ona rədd cavabı gəlmişdir. Çünki ərazidə balkon mane olurdu. Həmin balkonun sökülməsi ilə bağlı iddiaçı tərəfə müraciət etmişdir. Ondan sonra onunla Fikrət əlaqə saxlamış və balkonun sökülməsinin mümkün olmadığını bildirdi. O, narazılığını bildirəndə, ona təklif etdi ki, həmin yeri başqasına satıb onun ödədiyi pulu ona geri qaytaracaq. O, onunla razılaşdı, sonradan onun pulunu qaytardı, o da X4 və Cavabdeh4 Əlilabbas oğlu ilə alqı-satqı müqavilələri bağladı. Ona verilmiş suala cavab olaraq bildirdi ki, birinci alqı-satqıda Akif iştirak etsə də, müqaviləyə imza etməmişdir. O, həmin torpaqda qonşuların razılığını alıb tikinti aparmaq istəyirdi. Digər cavabdehlər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2005-ci il tarixli, 035878 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hacıyev küçəsi, 11 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-443/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3099/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər xx.xx.1994cü il təvvəllüdlü Babaşova X9, xx.xx.1961-ci il təvəllüdlü Babaşova Nigar Əsgər qızının və xx.xx.1999-cu il təvəllüdlü Babaşov X13 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 11 saylı evdən hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3099/2019 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 11 saylı evinin təqdim edilən layihə əsasında 2-ci mərtəbəsinin tikintisinə icazə verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, yanğın nəzarəti və tikintidə təhlükəsizlik qaydalarına riayət olunmaqla mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilən layihə ("xxxx" MMC-nin işi) əsasında 2-ci mərtəbəsinin tikintisinə Rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsinin 4/36 hissəsi Babaşova Mənsumə Rahil qızına, 4/36 hissəsi X7, 4/36 hissəsi Babaşov Elmir Əli oğluna, 1/9 hissəsi Babaşov Sahib Əliəsgər oğluna, 1/9 hissəsi Babaşova Gülnar Əliəsgər qızına, 1/12 hissəsi Cavabdeh4, 3/12 hissəsi İddiaçı, 1/9 hissəsi Babaşova Nigar Əsgər qızına məxsusdur. xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 27 saylı notariat ofisində, saat 11:32-də İddiaçı (etibar edən) tərəfindən Cavabdeh3 (etibar edilən) verilmiş etibarnamənin surətindən görünür ki, etibar edən bütün dövlət, qeyri-dövlət orqan və təşkilatlarda, idarə və müəssisələrdə, DƏDRX-də, İcra Hakimiyyətində nümayəndəsi olmağı, əvəzindən sənədləşdirmə işləri aparmağı, ona çatası sənədləri almağı, aldığına dair imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 2 il müddətinə verilib və xx.xx.2022-ci il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 27 saylı notariat ofisində, saat 18:47-də Satıcılar Babaşova Mənsumə Rahil qızı, X12, Babaşov Elmir Əli oğlu, Babaşov Sahib Əliəsgər oğlu, Babaşova X15, Babaşova Nigar Əsgər qızı ilə Cavabdeh5 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.032 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə özlərinə aid hissələri Cavabdeh5 satmışlar. Yalnız Babaşova Mənsumə Rahil qızında payından 21.335 kv.m torpaq sahəsi özündə qalır. Satıcılar daşınmaz əmlak 120.000 manat alınmışdır. xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh4 və X10 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanındakı torpaq sahəsində qonşusu Cavabdeh5 tikinti işləri aparmasına etiraz etmirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh5 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, alqı-satqı müqaviləsində qeyd olunmuş torpaq sahəsi sənəd üzrə sahədən fərqlənir. Belə ki, alqısatqı müqaviləsindəki torpaq sahəsi 192 və 128 kv.m olduğu halda, faktiki sahələr 169 və 151 kv.m təşkil etdiyindən bölgü sxemi tərtib etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində, saat 12:31-də Babaşova Mənsumə Rahil qızı və İddiaçı (etibar edənlər) tərəfindən Cavabdeh3 (etibar edilən) verilmiş etibarnamənin surətindən görünür ki, etibar edən şəxslər həmin etibarnamə ilə paylı mülkiyyət üzrə onlara məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsi ilə bağlı əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, əqdlərlə bağlı ərizə verməyi, imza etməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, İcra Orqanlarından, Dövlət Miqrasiya Xidmətindən, ASAN xidmət mərkəzlərindən, Asan Kommunaldan, "xxxx" ASC-dən, “Azəriqaz" İB-dən, “Azərsu" ASCdən, telefon qovşaqlarından, internet provayderlərindən, bütün Mobil Rabitə operatorlarından, ƏMDK-si yanında DƏDRX-dən, DSMF-dan, idarələrdən, MTK-lardan, MMC-lərdən, notariat ofisindən, qeydiyyat şöbələrindən, təşkilatlardan, o cümlədən bank orqanlarından, daşınar və daşınmaz əmlakı, yüklülük haqqında arayışı, yüklülüklə bağlı yarana bilən bütün hərəkətləri etməyi, bölgü sxemi imzalamağı, sənədlərin dublikatını, eləcə də digər sənədləri almağı, lazımi sənədləri təqdim etməyi, bütün sənədləşmə işlərini aparmağı, ərizə verməyi, imza etməyi, hesabdan pul çıxartmağı, bütün bank əməliyyatlarını aparmağı, qeydiyyat orqanlarında, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onların adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, adımdan istənilən formada ərizə yazmağı, imza etməyi, müqavilə bağlamağı, müqaviləyə xitam verməyi, lazımi sənədləri təqdim etməyi, almağı, bütün istintaq, təhqiqat, polis, prokurorluq orqanlarında məni təmsil etməyi, ərizə ilə müraciət etməyi, ərizədə imza etməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh3 etibar etmişdir. QEYD: Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində onlara ətraflı izah olundu. Bu etibarnamə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2031 il saat 23:59-dək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsinin 0.0079999 ha sahəsi İddiaçı, 0.016 ha sahəsi Cavabdeh5, 0.0058666 ha sahəsi Cavabdeh4, 0.0021335 ha sahəsi Babaşova Mənsumə Rahil qızının adına xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində Satıcı Cavabdeh5 ilə X4 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.032 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 0.016 ha hissəsini 100.000 manat məbləğinə X1. xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində, saat 13:01-də Satıcı Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.032 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 0.0032 ha hissəsini 20.000 manat vəsaitə Cavabdeh4 satmışdır. xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində, saat 17:00-da Hədiyyə verən İddiaçı əvəzinə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış “əmlakın bağışlanması” müqaviləsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0079999 ha torpaq sahəsi Cavabdeh4 bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur. xx.xx.2022-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Babaşova Leyla Akif qızı, X5, X8, Cavabdeh4, Babaşova Mənsumə Rahil qızı, Babaşov Elmir Əli oğlu və X11 Bakı şəhəri, Binəqədi rayonu, H.Hacıyev küçəsi, 11 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına son bir il ərzində qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmamasına dair məlumatın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0,032 ha torpaq sahəsinə ümumbirgə payda keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 5632H KOD 00100016, xx.xx.2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir və sözügedən torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsinin 4/36 hissəsi Babaşova Mənsumə Rahil qızına, 4/36 hissəsi X7, 4/36 hissəsi Babaşov Elmir Əli oğluna, 1/9 hissəsi Babaşov Sahib Əliəsgər oğluna, 1/9 hissəsi Babaşova Gülnar Əliəsgər qızına, 1/12 hissəsi Cavabdeh4, 3/12 hissəsi İddiaçı, 1/9 hissəsi Babaşova Nigar Əsgər qızına məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə, Babaşova Mənsumə Rahil qızı, X12, Babaşov Elmir Əli oğlu, Babaşov Sahib Əliəsgər oğlu, Babaşova X15, Babaşova Nigar Əsgər qızı özlərinə aid hissələri 120.000 manat vəsaitə Cavabdeh5 satmışlar. Bundan sonra, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsinin 0.0079999 ha sahəsi İddiaçı, 0.016 ha sahəsi Cavabdeh5, 0.0058666 ha sahəsi Cavabdeh4, 0.0021335 ha sahəsi isə Babaşova Mənsumə Rahil qızının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh5 özünə məxsus torpaq sahəsinin 0.016 ha hissəsini 100.000 manat məbləğinə X2, qalan 0.0032 ha hissəsini 20.000 manat vəsaitə Cavabdeh4 satmışdır. Hazırda iddiaçının tələbləri aşağıdakılardır:
1. 11 yanvar 2022-ci il tarixdə onun adından Cavabdeh3 ilə digər Cavabdeh4 arasında bağlanmış bağışlanma müqaviləsinin (hazırda 0,0079999 ha sahənin) etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi;
2. Cavabdehlər Cavabdeh5la Babayev Akif arasında 0,032 ha sahəyə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin satıcı ilə onun arasında bağlanmış hesab edilməsi;
3. Evinin üstündə tikilmiş özbaşına tikilinin sökülməsi. Göründüyü kimi, hazırda iddiaçı qeyd edir ki, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0079999 ha torpaq sahəsinin onun adından Cavabdeh4 bağışlanması barədə olan müqavilə etibarsız hesab edilməlidir. Birincisi ona görə ki, o, qardaşı oğlu (hazırki iş cavabdeh) Cavabdeh3 etibarnamə verərkən onun əmlakını kiməsə bağışlamaq məqsədilə deyil, məhz onun evində olan şüşəbəndin sənədləşdirilməsi məqsədi ilə vermişdir. İkincisi, əgər o, sözügedən əmlakını qardaşı Akifə bağışlamaq niyyəti olsa idi, bunu özü də edə bilərdi. Belə ki, bağışlanma müqaviləsi onun verdiyi xx.xx.2021-ci il tarixli etibarnamə ilə eyni gündə, lakin fərqli notariat orqanlarında bağlanmışdır. Bu hallar onu göstərir ki, iddiaçı onun etibarından suiistifadə edərək əmlakını mənimsəmişdir. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalarla hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqavilə bağlamış, müqavilənin forma və məzmununa dair (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat qayda) qanunvericiliyin tələblərinə əməl olunmuşdur. İddiaçının göstərdiyi hallar inandırıcı görünmür, belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə iki etibarnamə verilmişdir. 1-ci etibarnamə - xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 27 saylı notariat ofisində, saat 11:32-də verilmişdir. Həmin etibarnamə ilə İddiaçı (etibar edən) tərəfindən Cavabdeh3 (etibar edilən) bütün dövlət, qeyri-dövlət orqan və təşkilatlarda, idarə və müəssisələrdə, DƏDRX-də, İcra Hakimiyyətində nümayəndəsi olmağı, əvəzindən sənədləşdirmə işləri aparmağı, ona çatası sənədləri almağı, aldığına dair imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 2 il müddətinə verilib və xx.xx.2022-ci il tarixədək qüvvədədir. 2-ci etibarnamə xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində, saat 12:31-də verilmişdir. Həmin etibarnamə ilə İddiaçı (etibar edənlər) tərəfindən Cavabdeh3 (etibar edilən) paylı mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsi ilə bağlı əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və sair hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2031 il saat 23:59-dək qüvvədədir. Məhkəmə qeyd edir ki, əgər iddiaçı xx.xx.2021-ci il tarixli etibarnaməni cavabdehə yalnız əmlakı ilə bağlı sənədləşdirmə işlərini həyata keçirmək məqsədilə verdiyini israrla bildirsə də, yuxarıda göstərilən xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, həmin sənədləşmə işlərinin aparılması üçün artıq cavabdehin qüvvədə olan etibarnaməsi mövcud idi. 1-ci etibarnamə qüvvədə olduğu halda, 2-ci etibarnamənin eyni məqsədlə cavabdehə verilməsi inandırıcı deyil. İddiaçı tərəf bu halı, yəni 1-ci etibarnamə ola-ola ikinci etibarnamənin verilməsinə nə üçün əsas yarandığını əsaslandırmamışdır. Eyni zamanda qeyd edilir ki, 2-ci etibarnamədə cavabdehə geniş səlahiyyətlərin verilməsi halı da diqqətdə saxlanılır. Məhkəmə iddiaçının digər dəlili ilə bağlı isə qeyd edir ki, etibarnamə ilə bağışlama müqaviləsinin eyni gündə lakin fərqli notariat ofislərində verilməsi (bağlanması) halı əqdin etibarsızlığına dəlalət etmir. Çünki, iddiaçı cavabdehə etibarnamə verməsini vaxtının məhdud olması (işdə olması) ilə əsaslandırmışdır. Cavabdeh də məhkəmə iclasında bildirmişdir ki, bibisi iş saatlarında işdə olduğundan bibisi ona etibarnamə verib qalan işlərin onun görməsini bildirmişdir. Çünki bunun üçün xeyli vaxt tələb olunur. Belə olan halda, cavabdehin iddiaçının göstərdiyi dəlilə qarşı bildirdiyi fikir ağlabatan və inandırıcıdır. Beləliklə, müqavilənin etibarsızlığı ilə bağlı hər hansı başqa hallar müəyyən edilməmiş, nə də iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının ikinci tələbi ilə bağlı isə qeyd edilməlidir ki, yuxarıda müəyyən olunmuş hallardan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0.0320 ha torpaq sahəsində olan payı ümumiyyətlə iş materiallarında olan heç bir alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Çünki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində satıcılar Babaşova Mənsumə Rahil qızı, X12, Babaşov Elmir Əli oğlu, Babaşov Sahib Əliəsgər oğlu, Babaşova X15, Babaşova Nigar Əsgər qızı, alıcı isə Cavabdeh5 oğlmuşdur. Göründüyü kimi, iddiaçı bu müqaviləninin subyekti olmamış, nəticə etibarı ilə ona məxsus əmlakdan pay da satılmamışdır. Daha sonra Cavabdeh5 da yuxarıdakı alqı-satqı müqaviləsi ilə Babaşova Mənsumə Rahil qızı, X12, Babaşov Elmir Əli oğlu, Babaşov Sahib Əliəsgər oğlu, Babaşova X15 və Babaşova Nigar Əsgər qızından aldığı torpaq sahəsinin 0.016 ha hissəsini 100.000 manat məbləğinə X3, 0.0032 ha hissəsini isə 20.000 manat vəsaitə Cavabdeh4 satmışdır. Belə olan halda, bu müqavilələrin predmeti qismində iddiaçıya məxsus pay torpaq sahəsi ümumiyyətlə çıxış etməmişdir. Beləliklə göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi üzrə münasibətlərin subyekti deyil, müqavilənin predmetinin iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan payların satılması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilmədi. Çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı satmaq, müqavilə ləğv edildiyi təqdirdə pulu qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur. İddiaçının da “cavabdehlər Cavabdeh5la Babayev Akif arasında 0,032 ha sahəyə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbini qaldırmaqda subyektiv hüququ olmadığı müəyyən edildiyindən, iddia bu hissədə də rədd edilməlidir. Digər “cavabdehlər Cavabdeh5la Babayev Akif arasında 0,032 ha sahəyə dair bağlanmış alqısatqı müqaviləsinin satıcı ilə onun arasında bağlanmış hesab edilməsi” tələbi törəmə tələb olduğundan, bu tələbin bağlı olduğu tələbin rədd edildiyi nəzərə alınmalı və bu tələbdə rədd edilməlidir. Məhkəmə, iddiaçının digər “evinin üstündə tikilmiş özbaşına tikilinin sökülməsi” tələbi ilə bağlı isə qeyd edir ki, iddiaçı FM 035878 nömrəli qeydiyyat vəsiqəsi ilə ona məxsus olan evin üzərində qanunsuz olaraq ikinci mərtəbənin inşa edildiyini bildirsə də, qeyd etdiyi tikili məhz iddiaçının və aidiyyəti orqanların razılığı ilə tikildiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Ona görə də məhkəmə iddia tələblərinin bu hissəsini də əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 51 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən Rəşad Qoşqarlı