Məhkəmə qərarları › İş №2(027)-1858/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1858/2022

01.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1858/2022 01.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı X2 Cavabdeh,maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal regional X6 İdarəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı X3 Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal regional X6 İdarəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı X1 şəhəri 22-ci məhəllədə yerləşən ümumi sahəsi 40,16 kv.metr olan qeyri yaşayış binasına Cavabdeh mülkiyyət hüququna dair 02 iyun 2021-ci il tarixli, ********** nömrəli qeydinin ləğv edilməsi, həmin qeyddən verilmiş **********29-0630 reyestr nömrəli “Çıxarış”ın etibarsız hesab edilməsi, onun mülkiyyətində olan Quba şəhəri 22-ci məhəllədə yerləşən ümumi sahəsi 236,5 kv.m olan qeyri yaşayış binasının sol divarının çöl səthi üzərində və həmin divarın dam örtüyündə Cavabdeh quraşdırdığı metal və digər tikinti mteriallarından ibarət konstruksiyalar, həmçinin Cavabdeh istifadəsinə verilmiş 0,004016 ha Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən quraşdırılmış dam örtüyü və digər konstruksiyalar Cavabdeh şəxsi vəsaiti hesabına sökülməsi, onun mülkiyyində olan qeyri yaşayış binasının sol divarının səthi boyu Cavabdeh tərəfindən zədələnmiş hissələr və həmin divar səthi boyu, Cavabdeh tərəfindən sökülmüş yuxarı dam örtüyü cavabdehin şəxsi vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. İddiaçının iddia ərizəsində tələb kimi qoyulmuş “çıxarışların etibarsız hesab edilməsi” məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olduğunu göstərir. Beləliklə, iddiaçı X2 Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal regional X6 İdarəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, ilk öncə mübahisə etdiyi mülkiyyət hüququ ilə bağlı çıxarışın ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməlidir. Qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldğı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci və 263-264- 269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı X2 Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal regional X6 İdarəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin icraata iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, ilk öncə mübahisə etdiyi mülkiyyət hüququ ilə bağlı çıxarışın ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməlidir. Qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldğı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar