Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5799/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5103/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları: Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 10 mart 1992-ci il tarixli 378 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində yerləşən 2515 “b” №-li bağ sahəsinə dair N oğluna 10 №-li order verilmiş və ona Birliyin 22 aprel 1992-ci il tarixli məktubuna əsasən həmin sahədə ev və hasar tikməyə icazə verilmişdir. N oğlu 08 may 2001-ci il tarixdə vəfat etmişdir. 19 may 2007-ci il tarixdə X1 və İstismarı Birliyi ilə Cavabdeh arasında həmin bağ sahəsinə dair icarə müqaviləsi bağlanmış və 01 may 2010-cu il tarixdə Cavabdeh Nəcəfli oğlunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinc i instansiya məhkəməsində icraat 2018-ci ilin dekabr ayında İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli bağ sahəsinin atası N oğluna verilməsinə və onun 08 may 2001-ci il tarixdə baş vermiş ölümündən sonra Bakı şəhəri 27 saylı Notariat Kontorunda vərəsələrin müraciəti əsasında vərəsəlik işinin açılmasını, lakin həmin bağ sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi ilə əlaqədar göstərilən bağ sahəsinə olan hüquqlarını rəsmiləşdirə bilməməsini əsas göstərməklə həmin bağ sahəsinə dair Cavabdehlə bağlanmış icarə müqaviləsinin və adına verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, cavabdehin həmin torpaq s ahəsindən çıxarılması və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Z.A.Hacıyev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5103/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təm in edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək orderlə atasının istifadəsinə verilmiş bağ sahəsinin cavabdehə verilməsinin qanunsuz olmasını, lakin apellyasiya instansiyası məhkəməsinin işin həmin hallarına düzgün qiymət vermədən qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 55 Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş di gər yollarla yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsassız olması barədə nəticəyə gələrkən mübahisəli bağ sahəsinə dair iddiaçının atası ilə icarə müqaviləsinin bağlanmamaqla onun 2001-ci ildə vəfat etməsini və bağ sahəsinə dair Cavabdehlə icarə müqaviləsi bağlanaraq həmin sahəyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını əsas göstərmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 17, 55-ci maddələrinə istinad etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə r azılaşır və əlavə olaraq qeyd edir ki, icarə müqaviləsinin və Reyestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə tələb həmin müqaviləni bağlamış və Reyestrdən Çıxarışı vermiş orqanlara qarşı irəli sürülməməklə onlar cavabdeh kimi işə cəlb olunmadıqlarından iddianın təmin edilməsi üçün qanuni əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5103/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-5799/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5799/2021
06.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver