Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1400/2021 21.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə İddiaçı ərizəsinə dair mülki işə 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bacısı - xx xxxx 1996-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçinin bacısı İddiaçı uşaqlıqdan psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, özünü idarə edə bilmir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, maraqlı şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 Fuad Emil qızının bacısıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının elektron çıxarışından görünür ki, xx xxxx 1996-cı il təvəllüdlü X4 “görmə sinirinin atrofiyası. Xarici çəpgözlük. VİSOU 0,03” diaqnozu ilə birinci dərəcəli əlildir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq İddiaçının psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 17 aprel 2021-ci il tarixli, 818 saylı rəyində qeyd olunmuşdur ki, X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağıl zəifliyi və qıcolma tutmaları ilə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, ağıl zəifliyi və qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı xahişi təmin edilsin. xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1400/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1400/2021
21.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver