Məhkəmə qərarları › İş №2(001)-1426/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1426/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1426/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 486 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 324 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Əkbərov X1 rayonu Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ev 19A (abonent kodu: **********40000) ünvanında yaşayır. Həmin ünvanda Cavabdeh İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni smartkart tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin işçiləri özləri plombu qırıb qaz sayğacını dəyişmişlər. Sonradan sayğacdan keçən aşağı qaz sərfiyyatı qeydə alınmaması aşkarlanması barədə akt tərtib olunmuşdur. O, bayırda quraşdırılmış qaz sayğacını yad müdaxilələrdən qoruya bilməz. Cavabdeh İB-nin əməkdaşları sayğacın plombunu özləri qırıb sayğacı dəyişimiş, amma ona sonradan müdaxiləyə görə akt tərtib edib 486 manat borc yazmışlar. Ona görə də Cavabdeh İB tərəfindən qanunsuz olaraq Binəqədi rayonu Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ev 19A (abonent kodu: **********40000) ünvanına hesablanmış 486 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 21.02.2019cu il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktına əsasən İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verdiyindən abonentə təhvil verilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə 28.02.2019-cu il tarixli QSN 29/1710-00719/32 saylı aktdan görünür ki, Cavabdeh İB-nin Socar **********00040020A00371 saylı 21.05.2018-ci il tarixli məktubuna əsasən Bakı RQÖQX Departamentinin xidməti ərazisində qaz sayğaclarına 27.02.2019-cu il tarixində təftiş işləri nəticəsində 1802AZ**********22 saylı sayğac yararsız hesab edilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman ARDNŞ Cavabdeh İB-nin və İTRİ-nin akt № QSN-29/1710-00719/32 saylı rəyinə əsasən 18** AZ ***118254422 saylı sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh 28.02.2019-cu il tarixli qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin tərtib etdiyi 02.12.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı Cavabdeh İB-yə 486 manat borcu qalmışdır. İddiaçı vurduğu ziyana görə 486 manatı Cavabdeh İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 21.02.2019-cu il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə 28.02.2019-cu il tarixli QSN 29/1710-00719/32 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh İB-nin Socar**********00040020A00371 saylı 21.05.2018-ci il tarixli məktubuna əsasən Bakı RQÖQX Departamentinin xidməti ərazisində qaz sayğaclarına 27.02.2019-cu il tarixində təftiş işləri nəticəsində 1802AZ**********22 saylı sayğac yararsız hesab edilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 28.02.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman ARDNŞ Cavabdeh İB-nin və İTRİ-nin akt № QSN-29/1710-00719/32 saylı rəyinə əsasən 18** AZ ***118254422 saylı sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh 28.02.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin tərtib etdiyi 02.12.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı Cavabdeh İB-yə 486 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 486 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 486 manat borc hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 486 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar