Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1439/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı 22 aprel 2005-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.2005-ci il təvəllüdlü X4 uşaqlıqdan xəstədir, ağır kəmağıllıq xəstəliyindən əziyyət çəkir. Qeyd olunmalıdır ki, ona “ciddi danranış pozuntusu, ağır kəmağılılıq, kəskin imbesillik kobud nitq və davranış pozuntusu ilə” diaqnozu qoyulmuşdur. Dəfələrlə müalicələrdə olmuşdur, yaxşılaşma halı baş verməmişdir.Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona birinci dərəcəli əlillik verilmişdir. Kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilmişdir. X7 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, əqli çatışmamazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir. X6 qəyyum təyin edilməsi barədə o Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir, şəxsin fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi bildirmişlər. X5 fəaliyyət qabilliyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. O, əmək qabilliyətsizdir kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Ona özu baxır, qulluq edir, onunla birlikdə yaşayır, onun fəaliyyət qabilyyətsiz hesab edilməsi gələcəkdə onun, ona qəyyum təyin edilməsi və onun hüquqlarının tərəfindən sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:
3. Məhkəmə iclasında iştirak ərizəçinin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, X2 ağır dərəcəli əqli gerilik qeyd olunur.Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmir, onları şüurlu şəkildə idarə edə bilmir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada dəfələrlə məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 615756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixində Bakı şəhərində doğulmuş, atası X8, anası Ərizəçidır.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X7 orqanizm funksiyalarının 90 % pozulmasına görə İ dərəcəli əlillik verilmiş və qulluq və davranış tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik kobud nitq davranış, pozuntuları ilə kənar şəxlərin himayəsinə ehtiyacı var, İQ-20 diaqnozu qoyulmuşdur.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 10 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixli verilən məktubdan görünürki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1968 təvəllüdlü Ərizəçi psixiatır qeydiyyatında deyil.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X11 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 717 saylı ekspertiza rəyindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik qeyd olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:
10. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
11. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
12. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;
15. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;
16. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;
17. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;
18. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;
19. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;
20. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
21. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2005-ci il təvəllüdlü X5 anasıdır. xx.xx.2005-ci il təvəllüdlü X5 psixi qüsurları haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X9 təqdim etdiyi məhkəmə psixiatrik ekspertizasının rəyindən isə müəyyən edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik, müəyyən olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
27. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
28. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev