Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-144/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Simfer İç ve Dış Ticaret Anonim Şirketinin Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı borc və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Simfer İç ve Dış Ticaret Anonim Şirketi cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı borc və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddia ərizəsi üzrə iddiaçı Simfer İç ve Dış Ticaret Anonim Şirketinin vəkili və nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə Simfer İç ve Dış Ticaret Anonim Şirketi arasında bağlanmış xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 faizsiz olaraq ödəmək şərtilə 75000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci bəndinə əsasən kreditor müqavilədə qeyd olunan məbləğdə pulu verir, borcalan isə həmin krediti faizsiz olaraq qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili Simfer İç ve Dış Ticaret Anonim Şirketinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və Azərbaycan Respublikası Daşınmaz X4 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh danışıq şərtlərini pozaraq müqavilə üzrə xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi heç bir ödəniş etməmişdir. Nəticədə cavabdehin 75000 ABŞ dolları borcu hələ də ödənilməmiş qalmışdır. Ona görə də Cavabdeh1 75000 ABŞ dolları əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün və xidmət haqqı olaraq ödənilmiş 30 manatın tutulmasına, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilinə yönəldilməsinə, həmin əmlakın hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsinə, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməsinə, onların mənzildən ən geci 1 ay ərzində çıxarılmaqla və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X7 ve Dış Ticaret Anonim Şirketi ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, borcverən borcalana 75000 ABŞ dolları məbləğində faizsiz borc verməyi, borcalan isə krediti xx.xx.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz X4i Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz X4indən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz X4ində 649 saylı reyestr kitabının 59562 saylı vərəqində qeydiyyata alınmışdır. X2 ve Dış Ticaret Anonim Şirketi ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ipotekaqoyan mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilini xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipotekasaxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, ipoteka predmetinin dəyəri ipotekaqoyanın və ipotekasaxlayanın razılığı ilə 75000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndindən müəyyən olunur ki, öhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 75000 ABŞ dollarıdır. Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh5 və xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh6 Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi 36 saylı evin 113 saylı mənzilində qeydiyyatdadırlar. X1 və Cavabdeh4 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlar Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi 36 saylı evin 113 saylı mənzilinin ipotekaya qoyulmasına etiraz etməmiş, gələcəkdə bununla bağlı iddia və mübahisələrinin olmayacağını bildirmişlər. Simfer İç ve Dış Ticaret Anonim Şirketinin Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Simfer İç ve Dış Ticaret Anonim Şirketinin Cavabdeh1 ünvanladığı pretenziyadan müəyyən olunur ki, borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Simfer İç ve Dış Ticaret Anonim Şirketinin Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, X2 ve Dış Ticaret Anonim Şirketi ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilinə tutmanın yönəldilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz X4i Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında ipotekasaxlayanın bildirişi qeydə alınmışdır. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xx.xx.2020-ci il tarixli 152 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzilinin bazar və orta bazar qiyməti 75000 manat, həmin mənzilin hazırki bazar qiymətləri ilə müqsayisədə likvid satış qiyməti 67500 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.1.-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2.-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4.-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X7 ve Dış Ticaret Anonim Şirketi qarşısında öz öhdəliyini yerinə yetirməmiş, yəni aldığı 75000 ABŞ dollarını müqavilə ilə müəyyən olunan xx.xx.2020-ci il tarixədək borcverənə qaytarmamışdır. Ona görə də məhkəmə iddiaçının Cavabdeh1 qarşı 75000 ABŞ dolları əsas borcun tutulmasına, tələbin ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 nömrəli evin 113 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakın hərracdan satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsinə, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzili ən geci bir ay ərzində tərk etmədikləri halda mənzildən çıxarılmalarına dair tələbləri əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, icra hərəkətlərinin davam etdirilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi vəzifəsi qanuni qüvvəsini alan məhkəmə aktını icra etmək səlahiyyəti olan icra məmuruna aid olduğundan, icra məmuru bu vəzifəsini İcra Haqqında Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunan qaydada həyata keçirməli olduğundan və bu barədə məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının ipoteka predmeti satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməsinə, mənzilə olan rəsmi pasport qeydiyyatlarının ləğv edilməsinə dair tələbləri ilə bağlı qeyd edir ki, ipotekasaxlayanın hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından bu iddia tələblərinin də təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 75000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat Simfer İç ve Dış Ticaret Anonim Şirketinin xeyrinə tutulsun. Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili ilkin satış qiyməti 67500 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə Cavabdeh1 tutulmalı olan pul vəsaitinin ödənilməsinə yönəldilsin. Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-144/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-144/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver