Məhkəmə qərarları › İş №2(105)-510/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-510/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-510/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(012)-167/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(012)-167/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı X2 açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh “Yelo Bank” açıq səhmdar cəmiyyəti (əvvəlki adı: İddiaçı X2 açıq səhmdar cəmiyyətinin) xeyrinə 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9630,34 ABŞ dolları faiz, kredit müqaviləsi üzrə 06.10.2018-ci il tarixdən 05.07.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 389,08 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 10030,14 ABŞ dolları məbləğində borcun ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,0105 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120,6 kv.metr, yaşayış sahəsi 59,4 kv.metr, yardımçı sahəsi 61,2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,0105 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120,6 kv.metr, yaşayış sahəsi 59,4 kv.metr, yardımçı sahəsi 61,2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin cavabdehin borcuna yönəldilməsi, iddia tələbinin ünvan 1 ünvanında yerləşən 0,0105 ha olan torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 120,6 kv.metr, yaşayış sahəsi 59,4 kv.metr, yardımçı sahəsi 61,2 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hərrac keçirildikdən və o, satıldıqdan sonra bir ay müddətində Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində rədd edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında işə baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(012)-167/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh 24.12.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti ilə aralarında barışıq olduğundan Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(012)-167/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(012)-167/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: Cavabdeh Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(012)- 167/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar